Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə96/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
212 
212 
Xalq nağıllarının əvvəlində çox rast gəlinən sicilləmələrdə  yalan  və zarafatlar 
bol  olsa  da,  sətiraltı  həqiqətlərin  olduğu  hiss  olunur,  bəzi  tarixi  yer  adlarının,  Şah 
Abbas,  Şah  İsmayıl  kimi  tarixi  şəxsiyyətlərin  adları  çəkilir.  Yəni  formulun  birinci 
hissəsi  yalan  olsa  da,  ikinci  hissəsi  isə  həqiqətə  uyğun  gəlir.  Məsələn,  “Raviyani 
əxbar, nağilani asar, şirin şəkər, xoş giriftar, Şah Abbas cənnətməkan, tərəziyə vurdu 
təkan,  iki qoz bir girdəkan. Biri  varıymış,  biri  yoxuymuş, bir  padşah  varıymış” (8, 
163);  “Raviyani-əxbar,  nağılani-əsar  və  tutiyani-şəkər,  şəkəri-şirini-köftar,  böylə 
rəvayət  edir.  Sür-  süpür  gəl,  pibkər,  gəl  sənə  kimdən  xəbər  verim,  Şah  oğlu  Şah 
İsmayıl,  mənzili  məkan,  iki  qoz  bir  girdəkan  tərəziyə  vurdu  təkan,  Kürü  o  taya 
keçdik,  yaba  ilə  doğa  içdik!  Atovun  goru  dağılsın  yalan  yiyəsi,  bir  belə  də  yalan 
görməmişdik.  Hindalan-hündalan  Kür  qırağı  köndələn,  kəklik  otu  bəndalan.  Xan 
sənsən,  mən  mənəm  qorxma  sənə  dəymərəm.  Hekayəti-məkati,  ildə  verər  əlli 
batman  zəkatı,  boyaqçı  küpü  açdı  boyadı  məmləkəti,  hamamçının  tası  yox,  heç 
faydası  yox.  Qarışqa  şıllaq  atdı,  dəvənin  gözü  çıxdı.  Ay  ağalar,  ay  qardaşlar,  bir 
milçək  ovladıq.  Acıqlandı  qalxdı  havaya,  onun  yağın  tutduq  saldıq  tavaya.  Onun 
sümüyündən  bir  dəryaya  körpü  düşdü.  Yüklü-yüklü,  cüklüc-cüklü  sərçələr  keçdi. 
Eniş gəldi, qəniş gəldi görək yazıq Məlik Məmmədin başına nə gəldi...” (1, 7-8). 
Nağılların  başlanğıcında  rast  gəlinən  ənənəvi  məkan  formullarında  bir  sıra 
funksiyalarla  yanaşı,  informativlik  funksiyası  daha  qabarıq  görünür.  Çünki  burada 
nağıllardakı olayların baş verdiyi zaman və yer barədə informasiyalar təsvir olunur. 
Azərbaycan  nağıllarının  həm  girişində,  həm  də  müxtəlif  yerlərində  işlədilən,  artıq 
ənənəviləşən  məlum  Şərq  və  qismən  də  Avropa  ölkə  və  şəhərlərinin  adları  (Misir, 
Hindistan,  Yəmən,  İran,  Çin,  Ərəbistan,  Mədinə,  İsfahan,  Qahirə,  Rusiya,  Yunan, 
Firəng, İsfahan, Bağdad, Qəndəhar, İstanbul və s) çəkilir. Məsələn, “Biri var idi, biri 
yox  idi.  Müharibədən  əvvəl,  Rusiyada  Nikolay  adlı  bir  padşah  var  idi”  (11,  120). 
Azərbaycan nağıllarının başlanğıcında geniş yayılan yer adları Misir, Şam, Mədinə, 
Yəmən,  Çin,  İsfahan,  Bağdad,  Şam  və  Qəndəhardır.  Məsələn,  “Şam  şəhərində  bir 
padşah varmış” (6, 247); “Mədinə şəhərində Əhməd Tacir adlı var-dövlətli, həm də 
səxavətli bir tacir var idi” (4, 159); “Biri var idi, biri yox idi, İsfahanda Hüseyn Tacir 
adlı  məşhur bir  tacir  var  idi”  (4, 139). Nağılların başlanğıcında  və digər  yerlərində 
xarici ölkə adlarına da təsadüf edilir. Ancaq söylənilən əhvalatların məhz həmin ölkə 
və şəhərlərdə baş verməsi haqqında dəqiq məlumatlar yoxdur. Bu hal tarixdə bu böl-
gələrin siyasi və mədəni baxımdan aktiv olması ilə bağlıdır. Həmçinin məlumatları 
əsasən  şifahi  şəkildə  bir-birinə  ötürən  nağıl  söyləyicilərinin  çoxunun  xarici  ölkələr 
barədə  məlumatları  az  olduğundan  yer  adlarını  mexaniki  olaraq  işlədib  dildən–dilə 
ötürürlər.  Beləliklə,  başlanğıc  formulunun  xronoloji  və  topoqrafik  elementləri 
həqiqətə doğru dəyişilir. Nağıllardakı hadisələrin daha konkret məkanda baş verməsi 
məzmunu  dinləyiciyə  yaxınlaşdırır.  “Nağıl  məkanı  həmişə  əsas  iştirakçı  ilə  bağlı 
olur. Nağılçı sanki qəhrəmanla bir sırada olur. O, görünən və eşidilən hər şeyi təsvir 
edir.  Qəhrəmandan  xaricdə  heç  bir  şeyi  təsvir  etmir.  Müxtəlif  hadisələrlə  bağlı 
qəhrəmanın yerdəyişməsi süjet inkişafında mühüm əhəmiyyət daşıyır” (14, 12).  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
213 
213 
Xalq nağıllarında tarixdə adları keçən bir çox qəhrəmanların, peyğəmbərlərin, 
tarixi  şəxsiyyətlər  yada  salınır.  Məsələn,  Nuh,  Xızır,  Süleyman  Peyğəmbər, 
Məhəmməd  Peyğəmbər,  Dədə  Qorqud,  Beyrək,  Dirsə  xan,  Şah  Abbas,  Cahan  şah, 
Şah  İsmayıl,  Koroğlu,  Fərhad  və  sairə.  Onların  xasiyyətləri,  tarix  boyu  başlarına 
gələn hadisələr nağıllarda təsvir olunanlarla demək olar ki, üst-üstə düşür.  
Nağıllara  yekun  vuran  sonluq  formullarında  xalqımızın  milli  mədəniyyətinin, 
adət-ənənəsinin, etnoqrafiyasının bariz nümunəsi olan toy ənənəsindən söhbət açılır. 
Məsələn, “Təzədən qırx gün, qırx gecə  toy eləyib öz  muradlarına çatdılar. Mən də 
orada idim, aş yedim, nə əlim batdı, nə əlim daddı, nə də qarnıma bir şey getdi. Siz 
də eləcə  yeyin, doyun! Siz  yüz  yaşayın, mən  də iki əlli. Hansı  çoxdu, siz götürün! 
Siz  sağ,  mən  də  salamat”  (10,  229);  “Təzədən  toy  edib  başladılar  şadlıqla  gün 
keçirməyə”  (2,  31);  “Təzədənnən  qırx  gün,  qırx  gecə  toy  elədi.  O  orda  şad  oldu, 
qardaşoğlu,  sən  də  burada  şad  oldun”  (5,  138).  Göründüyü  kimi,  Azərbaycan 
nağıllarından  gətirilən  nümunələrdə  toy  mərasimləri  qırx  gün  qırx  gecə,  yeddi  gün 
yeddi  gecə  və  ya  üç  gün,  üç  gecə  çəkir.  Bəzi  tarixi-etnoqrafik  araşdırmalardan 
görünür  ki,  həqiqətən  qədim  zamanlarda  Şərq  xalqlarının  folklorunun,  ənənəsinin 
bariz  göstəricisi  olan  toy  şənlikləri  bu  qədər  uzun  sürüb.  Tədricən  müəyyən  bəlli 
səbəblərdən toyun, şənliklərin zamanı  sonralar  daralmış, üç gün olmuş, hazırda  isə 
bir gün və bir neçə saatadək azalmışdır. Nağılların sonunda rast gəlinən “O yedi işdi, 
yerə  keçdi,  siz  də  addayın  dövrə  keçin.  Olar  mətləbinə  çatdılar.  Allah  hamını 
mətləbinə çatdırsın, biz də onun biri” (10, 52); “Evlərinə dolanacaq düzəltdilər, gün 
gördülər, ömür sürdülər, öldülər, yerə keçdilər. Nağıl da onlardan yadigar qaldı” (7, 
32);  “Başladılar  özlərinə  qırx  gün,  qırx  gecə  toy  vurdular  bütün  fağır-füqəranın 
tərəfində olub, camaatnan yaxşı rəftar elədilər. Onlar yeyib-içib yerə keçdilər. Siz də 
yeyin  için,  muradınıza  çatın”  (9,  26)  kimi  formullar  insanların  həyatda  yaşamının 
sonunda  bu  dünyadan  o  dünyaya  köçmələrinə,  yəni  İslami  qaydalara  bir  işarə  ola 
bilər. Qeyd edək ki, nağıllardan nümunə gətirdiyimiz ənənəvi  formulların bir çoxu 
bütün  türk  xalqlarının  nağıllarında  da  mövcuddur.  Bütün  bunlar  folklorun  ibtidai 
icma  dövrünün  xarakterik  xüsusiyyətlərini  özündə  əks  etdirən  nağıl  janrı  ilə  tarix 
elmi arasında sıx bağlılıq olduğunu sübut edir. Düşünürük ki, nağıllarımız tarixçilər 
üçün bəzi önəmli tarixi hadisələrin aydınlaşdırılmasında dəyərli mənbə ola bilər. Bir 
sözlə, xalq nağılları hər bir millət üçün zəngin xəzinədir. 
 
Qaynaqlar 
1. Mirzəzadə A.H. Nağıllar. Bakı: Özəl nəşriyyat, 1912.  
2.  Azərbaycan  nağılları:  5  cilddə;  I  c.  /Tərtib  edəni  M.H.Təhmasib/.  Bakı: 
Azərb. SSR EA, 1960, 325 s. 
3. Azərbaycan nağılları: 5 cilddə: III c.,/Toplayanı və tərtib edəni Ə.Axundov. 
Bakı: Azərb. SSR EA, 1962, 282 s.  
4. Qaravəllilər, nağıllar/Toplayanı və tərtib edəni M.Tantəkin, S.Əliyev/. Bakı: 
Yazıçı, 1988, 170 s.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə