Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

32

yin yolverilməzliyi prinsipi daxildir. Mahiyyətcə, 1954-cü il Konvensiyası 

bu müddəaların vətəndaşlığı olmayan şəxslərə “irq, din və ya yaşadığı 

ölkə əlamətinə görə heç bir ayrı-seçkilik olmadan” tətbiqini təsdiqləyir 

(maddə 3).

Vətəndaşlığı  olmayan  şəxs  ərazisində  olduğu  ölkənin  qanun  və 

qaydalarına  riayət  etməlidir  (Maddə  2).  Bu  tələbə  riayət  edilməsini 

nəzərə  alaraq,  Konvensiyanın  7(1)  maddəsi  vətəndaşlığı  olmayan 

şəxslərə təmin edilməli əsas müdafiə səviyyəsini müəyyən edir. Burada 

göstərilir ki, Konvensiyanın daha üstün münasibət göstərdiyi hallar is-

tisna olmaqla “Razılığa gələn dövlət onlara adi digər əcnəbilərə olduğu 

kimi münasibət göstərməlidir” 

1954-cü  il  Konvensiyasında  göstərilən  hüquqların  əksəriyyətinə 

gəldikdə,  apatridlər  ən  azı  xaricilərin  əldə  etdikləri  hüquq  və  imtiyaz-

lara çıxışı olmalıdır, xüsusilə, ödənişli iş almaq (Maddə 17, 18 və 19), 

dövlət təhsili almaq (Maddə 22), yaşayış yeri (Maddə 21) və hərəkət 

azadlığı (Maddə 26). Digər konkret hüquqlarla əlaqədar üzv Dövlətlərə 

ərazisində qanuni yaşayan vətəndaşlığı olmayan şəxslərə vətəndaşları 

üçün  təmin  etdiyi  standartlarla  müqayisə  edilə  biləcək  müraciət 

standartları ilə təmin etməlidir, xüsusilə, din azadlığı (Maddə 4), müəllif 

və sənaye hüquqları (Maddə 14), məhkəməyə müraciət etmək hüququ 

(Maddə 16), hökumət yardımı (Maddə 23) əmək qanunvericiliyi və so-

sial təminat (Maddə 24) sahəsində.

Apatrid sayılan insanlar şəxsiyyəti təsdiq edən sənəd və yol sənədi 

ala bilərlərmi?

Konvensiya üzv Dövlətlər tərəfindən ərazisində olan qüvvədə olan yol 

sənədləri  olmayan  bütün  vətəndaşlığı  olmayan  şəxslərə  şəxsiyyəti 

təsdiq  edən  sənədlərin  verilməsini  nəzərdə  tutur.  28-ci  maddəyə 

əsasən üzv Dövlətlər ərazisində qanuni yaşayan vətəndaşlığı olmayan 

şəxslərə, milli təhlükəsizlik və ictimai asayiş məqsədləri üçün başqa şey 

tələb olunmursa, yol sənədləri verməlidirlər. 

Bu  cür  sənədin  verilməsi  vətəndaşlığın  verilməsi  demək  deyil,  fərdin 

statusunu dəyişmir və diplomatik müdafiə hüququnu vermir.

28-ci maddənin ikinci hissəsində Dövlətlərə ərazisində yaşayan, hətta 

yaşayışı  qeyri-qanuni  olan,  bütün  vətəndaşlığı  olmayan  şəxslərə  yol 

sənədlərinin  verilməsini  təklif  edir.  Konvensiyaya  əsasən  Dövlətlərə 

ərazisində olan vətəndaşlığı olmayan o şəxslərə nəqliyyatdan istifadə 

sənədlərini  vermək  təklif  olunur  ki,  onlar  qanuni  yaşadıqları  ölkədən 

yol  sənədlərini  ala  bilmirlər.  Bu  müddəa  çox  vacibdir,  ona  görə  ki, 



33

vətəndaşlığı  olmayan  şəxslərin  çoxlarının  qanuni  yaşadığı  ölkəsi  ol-

maya  bilər. Yol  sənədləri  bir  tərəfdən  vətəndaşlığı  olmayan  şəxslərin 

eyniləşdirilməsinə səbəb olur, digər tərəfdən isə onlara müvafiq Dövlətin 

ərazisinə girmək imkanını yaradır.   

Yol sənədləri xüsusilə təhsil almaq, iş axtarmaq, müalicə və ya köçmək 

məqsədi ilə xaricə getmək istəyən vətəndaşlığı olmayan şəxslərə va-

cibdir. Konvensiyaya Əlavəyə əsasən Razılığa gələn hər Dövlət başqa 

Dövlətlər tərəfindən verilmiş nəqliyyatdan istifadə sənədlərini tanımalıdır. 

BMT  QAK  bu  cür  sənədlərin  verilməsinə  dair  texniki  tövsiyələr  edə 

bilər.

Vətəndaşlığı olmayan şəxs kimi tanınan fərdi Dövlət ölkədən çıxara 

bilərmi?

Konvensiyanın  müddəalarına  əsasən  ölkədə  qanuni  yaşayan 

vətəndaşlığı  olmayan  şəxslər  bunun  milli  təhlükəsizlik  və  ictimai 

asayiş  məqsədlərinə  görə  tələb  olunduğu  hallar  istisna  olmaqla 

ölkədən  çıxarılmır.  Ölkədən  çıxarılma,  milli  təhlükəsizlik  baxımından 

başqası tələb olunduğu hallar istisna olmaqla, müvafiq hüquq prose-

duruna əsasən həyata keçirilməlidir. Buna görə vətəndaşlığı olmayan 

şəxsə  ittihamlara  cavab  verməyə,  müvafiq  sübutlar  gətirməyə,  vəkil 

xidmətlərindən istifadə etmək və apelyasiya hüququnu əldə etmək üçün 

imkan yaradan prosedur qarantiyaları həyata keçməlidir  

Konvensiyanın yekun müddəasında göstərilir ki, ölkədən çıxarılmama 

(nonrefoulement)  ümumi  qəbul  olunmuş  prinsipdir.  Çıxarılmama, 

şəxsin  onun  üçün  təqib  təhlükəsi  olan  əraziyə  qaytarılmaması  prin-

sipi,  aydın  şəkildə  bir  neçə  beynəlxalq  müqavilələr  tərəfindən  təsdiq 

və  interpretasiya  edilir,  bunlara  BMT-nin  Qaçqınların  Statusuna  dair 

Konvensiyasının 33-cü maddəsi, İşgəncə və digər qəddar və qeyri-in-

sani rəftara qarşı Konvensiyanın 3-cü maddəsi və Mülki və siyasi hüqu-

qlara dair Beynəlxalq Paktın 7-ci maddəsi, həmçinin, insan hüquqlarına 

dair bir neçə regional sənəd də daxildir.     

Çıxarılmanın qadağan edilməsi beynəlxalq hüquq prinsipi sayıldığından 

Konvensiyanı hazırlayanlar onu Konvensiyanın de jure vətəndaşlığı ol-

mayan  şəxslərin  statusunu  tənzimləyən  maddələrinə  daxil  edilməsini 

artıq sayıblar. 

Çıxarılma barədə yekun qərar verildikdə Konvensiya Dövlətlərə müvafiq 

şəxsə başqa ölkəyə girməyə razılıq almaq üçün kifayət olan müddətin 

verilməsini təklif edir. 




34

Vətəndaşlığı  olmayan  şəxslər  kimi  tanınanlara  hansı  naturaliza-

siya növü əlçatan olmalıdır?

Konvensiyanın  üzv  Dövlətlərindən  vətəndaşlığı  olmayan  şəxslərin 

mümkün  maksimal  dərəcədə  assimilyasiyasını  və  naturalizasiyasını 

asanlaşdırmaq  xahiş  olunur.  (Bu  halda  “assimilyasiya”  sözü  müvafiq 

şəxslərin konkret mənsubiyyətini itirməsi deyil, onların ölkənin iqtisadi, 

sosial və mədəni həyatına inteqrasiyası deməkdir.) Xüsusilə, onlardan 

naturalizasiya prosesinin tezləşdirilməsi, mümkün olduqda rüsumların 

və digər xərclərin azaldılması, üçün bütün səylərini göstərmələri xahiş 

olunur.  

Timor-Leste (Şərqi Timor) İndoneziyadan müstəqilliyini bəyan etdikdən 

sonra İndoneziyada yaşayan Şərqi Timorda olan bütün insanlara öz 

seçimləri ilə könüllü olaraq İndoneziya vətəndaşlığını saxlamaq və 

ya Şərqi Timorun vətəndaşlığını əldə etmək  təklif olunmuşdur. Şərqi 

Timorun  vətəndaşlığını  əldə  etdikdə  onlar  İndoneziyada  yaşayış 

hüququ olan xarici qismində qala biləcəkdilər. 

Bir  sıra  ölkələrdə  vətəndaşlıq  haqqında  qanunvericilik  naturalizasiya 

xahişi  ilə  müraciət  edən  qaçqınlar  və  vətəndaşlığı  olmayan  şəxslər 

üçün ölkədə qanuni olma üçün qısaldılmış müddət nəzərdə tutur.

Daxili  qanunvericilikdə  Vətəndaşlıq  haqqında  1997-ci  il  Avropa 

Konvensiyasına  qoşulmuş  ölkənin  ərazisində  adi  və  qanuni  olaraq 

yaşayan  xaricilərin  naturalizasiyasına  imkan  yaradan  müddəaların 

olmasını təklif edən, Konvensiya daha sonra bu tövsiyəni göstərmişdir. 

Bundan  başqa,  ECN  naturalizasiya  haqqında  ərizə  vermək  üçün 

tələb  olunan  minimal  yaşayış  müddətini  10  ildən  artıq  olmaması  ilə 

məhdudlaşdırır.  Konvensiya,  həmçinin,  Dövlətlərə  vətəndaşlığı  olma-

yan şəxslər və qaçqınlar üçün tezləşdirilmiş naturalizasiya prosedurlarını 

tətbiq etməyi tövsiyə edir.  

Konvensiyanın yekun müddəasının əhəmiyyəti nədədir?

Yekun müddəa bütün Razılığa gələn Dövlətlərə, həmçinin, onlar şəxsin 

vətəndaşı olduğu Dövlətin müdafiəsindən imtina etməyinin səbəblərini 

mühüm  saydıqda,  bu  cür  şəxslərə  Konvensiyanın  apatridlərə  olan 

münasibətin  göstərilməsi  imkanına  diqqətlə  yanaşmalarını  tövsiyə 

edir. Bu tövsiyə de facto vətəndaşlığı olmayan şəxslərin maraqlarına 

uyğun daxil edilmişdir. Bu şəxslərin hələ də vətəndaşlığı var, lakin onlar, 

adətən,  vətəndaşlıqla  əlaqədar  üstünlüklərdən,  ilk  növbədə  Dövlətin 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə