Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   ...   27

5

Mündəricat

Minnətdarlıq

 

...................................................................................... 2



Ön söz

 

................................................................................................ 3



Giriş 

.................................................................................................... 6



Fəsil 1:

    

Vətəndaşlıq almaq hüququnun beynəlxalq hüquqi bazası 

 

   və vətəndaşsızlığın azaldılması .......................................... 9



Fəsil 2:  

  

Vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi 

 

   və müdafiəsi ...................................................................... 22



Fəsil 3: 

   

Vətəndaşsızlığın səbəblərinin aradan qaldırılması............ 37

Fəsil 4: 

   

BMT QAK-ın rolu ............................................................... 56



Fəsil 5:  

  

Parlament üzvləri nə cür kömək göstərə bilərlər ............... 63



Əlavə 1: 

 

Vətəndaşlığı Olmayan Şəxslərin Statusuna dair 

 

   1954-cü il Konvensiyasına Üzv Ölkələr  ........................... 70



Əlavə 2: 

  

Vətəndaşsızlığın Azaldılmasına dair  1961-ci il 

 

     Konvensiyasına Üzv Ölkələr.................................................. 72



Əlavə 3:  

 

Konvensiyalara Qoşulma üzrə Model Sənədlər................ 73



Əlavə 4:  

 

BMT QAK-ın nümayəndəlikləri  ........................................ 75



BMT QAK və PAİ haqqında qısa məlumat

 

.................................... 87




6

G İ R İ Ş

Bu  və  ya  digər  ölkənin  vətəndaşları  olduğumuz  bizlər  vətəndaşlıqla 

əlaqədar  hüquq  və  vəzifələri  adi  şey  kimi  qəbul  edirik.  Çoxlarımız 

uşaqlarını məktəbə qoya, xəstələndikdə tibbi yardım ala, lazım olduqda 

iş axtara və nümayəndələrini dövlət orqanlarına seçə bilərik. Biz hiss 

edirik ki, yaşadığımız ölkə bizə də məxsusdur, və biz hansı sa böyük 

varlığa mənsubiyyətimizi hiss edirik, nəinki ayrı-ayrı şəxslər kimi.

Bəs vətəndaşlığı olmayanların həyatı necədir? Vətəndaşlığı olmadıqda 

insan yaşadığı ölkədə səsvermədə iştirak edə, yol bileti ala, nikahını 

qeydiyyata sala bilmir. Bəzi hallar vətəndaşlığı olmayan və doğulduqları 

və ya əvvəllər yaşadıqları ölkədən xaricdə olan şəxslər müvafiq ölkə 

onların  öz  ərazisinə  qayıtmaq  hüquqlarından  imtina  etdikdə  uzun 

müddətli həbsə məruz qala bilərlər. Çox vaxt ölkə ilə qanuni əlaqələrini 

sübut edə bilməyən şəxslər hətta əsas hüquqlardan – təhsil hüququ, 

tibbi yardım almaq hüququ və işləmək - məhrum olurlar.   

“Yaşadığın ölkədə “Yox” eşitmək, doğulduğun ölkədə “Yox” eşitmək, 

valideynlərim  olan  ölkədən  “Yox”  eşitmək,  daim  “Sən  bizimki 

deyilsən” eşitmək! Mən özümü heç kim hiss edirəm, mə hətta bilmirə 

nə üçün yaşayıram. Vətəndaşlıqsız sən hər zaman özünü lazımsız 

hiss edirsən ”.

Lara, əvvəllər vətəndaşlığı olmayan şəxs

BMT QAK-ın 2003-cü ildə keçirdiyi vətəndaşsızlıqla əlaqədar araşdırma 

təsdiq  etdi  ki,  dünyada  heç  bir  region  vətəndaşsızlığa  gətirə  biləcək 

problemlərdən azad deyil. Lakin, dünyada apatridlərin dəqiq sayı məlum 

deyil. Çox vaxt dövlətlə dəqiq məlumat vermək istəmirlər və yaxud verə 

bilmirlər; yalnız bəzilərində vətəndaşlığı olmayan şəxslərin qeydiyyatını 

aparmaq  üçün  mexanizmlər  vardır.  Bundan  başqa,  dövlətlərdən 

ərazilərində yaşayan apatridlərin dəqiq sayını dərc etmək aydın şəkildə 

tələb olunmur. BMT QAK-ın qiymətləndirməsinə əsasən bütün dünyada 

milyonlarla insanın faktiki olaraq  vətəndaşlığı yoxdur. 

İlk  dəfə  XX  əsrin  ikinci  yarısında  ümumdünya  problemi  kimi  qəbul 

olunmuş vətəndaşsızlıq Dövlətlər arasında ayrı-ayrı insanların hüquqi 

eyniləşdirilməsinə dair fikir ayrılığının, Dövlətin varisliyi, cəmiyyətdə ayrı-

ayrı insan qrplarının uzun müddıtli izolə olunması və müxtəlif şəxslərin 

və ya qrupların vətəndaşlıqdan məhrum edilməsinin nəticəsi ola bilər.  

Adətən vətəndaşsızlıq beynəlxalq münasibətlərdə radikal dəyişikliklər 




7

dövrləri ilə əlaqələndirilir. Milli sərhədlərin dəyişdirilməsi, şübhəli siyası 

məqsədlərə çatmaq üçün millli liderlərin siyasi sistemlə manipulyasiyası 

və/və  ya  mənfi  münasibətdən  əziyyət  çəkən  irqi,  dini  və  ya  etnik 

azlıqların kənar və ya izolə edilməsi üçün vətəndaşlığın verilməsindən 

imtina və ya məhrum etmə dünyanın bütün regionlarında apatridlərin 

yaranmasına gətirib çıxarır. Son 20 il ərzində vətəndaşlıqdan məhrum 

edilmiş və ya vətəndaşlıq almaq imkanı olmayan şəxslərin sayı getdikcə 

artırdı. Bu vəziyyət olduğu kimi qalarsa, hüquqların davamlı pozulması 

nəticədə bu problemlərdən əziyyət çəkən şəxslərin köçməsinə gətirib 

çıxara bilər.

“Vətəndaşlıqdan  məhrum  edilmək,  sivilizasiyanın  nailiyyətlərindən 

məhrum  olmaq  deməkdir.  Bu  primitiv,  mağara  həyatına  qayıtmaq 

kimidir...  İnsan  bütün  keyfiyyətlərini  itirir,  halbuki,  başqalarının  onu 

bu  keyfiyyətlərə  görə    özlərinə  bərabər  sayırlar.  O,  iz  qoymayıb, 

dunyaya heç nə buraxmayıb yaşaya və ölə bilər. ”.

Xanna Erendt, Totalitarizm tarixçisi

Hazırkı  təlimatın  məqsədi  parlament  üzvlərinə  vətəndaşlıq  və 

vətəndaşsızlığı  nizamlayan  beynəlxalq  prinsipləri  müfəssəl  şəkildə 

göstərməkdən ibarətdir. Beynəlxalq hüquq Dövlətlərə vətəndaşlarının 

ilkin  məcmusunun  müəyyən  edilməsi  məsələlərində  və  vətəndaşlığın 

alınması, itirilməsi və saxlanılması sahəsində geniş imkanlar yaradır. 

Lakin, XX əsr ərzində bərqərar olmuş humanitar prinsiplər bu azadlığı, 

o, vətəndaşsızlığa gətirib çıxarırsa və/və ya ayrıseçkiliklə tədbiq edilirsə, 

məhdudlaşdırılır. 

Dövlətlərin  vətəndaşsızlıqla  bağlı  problemlərin  həlli  ilə  əlaqədar  bir-

biri ilə əməkdaşlıq etmələrinə baxmayaraq, yenə də əvvəlki kimi bütün 

dünyada  milyonlarla  insanın  vədəndaşlığı  yoxdur.  Hazırkı  təlimatda 

beynəlxalq hüquq, xüsusilə, Vətəndaşlığı Olmayan Şəxslərin Statusu-

na dair 1954-cü il Konvensiyası tərəfindən müdafiə olunan apatridlərin 

hüquq  və  vəzifələri  müzakirə  olunur  (BMT  QAK-ın  səylərinə  baxma-

yaraq, 2008-ci il 31 iyul tarixinədək 1954-cü ilin Konvensiyasını yalnız 

63 ölkə ratifikasiya edib və ya qoşulub, müqayisə üçün isə Qaçqınların 

statusuna dair 1951-ci il Konvensiya və/və yaxud 1967-ci il protokol-

unu isə 147 ölkə ratifikasiya edilib və ya qoşulub).

 Tə


limatda, həmçinin, 

vətəndaşsızlığın  səbəbləri  və  hakimiyyət  tərəfindən  daxili  qanunveri-

ciliyin  vətəndaşsızlığa  gətirməmək  şərti  ilə  istifadə  etmələri  müzakirə 

edilir.


BMT  QAK  vəzifələrinə    apatridlərin  sayının  azaldılması  və  onlara 

vətəndaşlığın alınmasında köməkliyin göstərilməsi daxil olan agentlik-




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə