Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   ...   27

8

dir. Təlimatda BMT QAK-ın bu vəzifələrini necə yerinə yetirdiyi göstərilir. 

Burada  parlament  üzvlərinin  ölkə  hakimiyyətini  vətəndaşsızlığa 

dair  beynəlxalq  müqavilələrə  qoşulmağa  sövq  etmək  və  ictimaiyyəti 

vətəndaşsızlıqla əlaqədar problemlər barədə məlumatlandırmaq üçün 

ölkə qanunvericiliyinin təhlili və - ehtiyac olduqda – yenidən baxılması 

əsasında apatridlərin sayını azaltmaq məqsədi ilə istifadə edə biləcəyi 

praktiki tədbirlər təklif olunur. 

Təlimatda,  həmçinin,  vətəndaşsızlıqla  bağlı  uzadılmış  vəziyyətin 

müvafiq ölkə rəhbərliyinin siyasi iradəsi, vətəndaş cəmiyyətinin iştirakı 

və beynəlxalq ictimaiyyətin köməyi əsasında müsbət həlli nümunələri 

göstərilir. Bu müsbət nümunələr onu göstərir ki, hökumət, cəmiyyət və 

beynəlxalq ictimaiyyət bir  məqsədə çalışanda apatridlər, axır ki, “hüquq 

əldə etmək hüququ”-nu ala bilərlər.




9

I  FƏSİL

Vətəndaşlıq almaq hüququnun beynəlxalq hüquqi bazası 

və vətəndaşsızlığın azaldılması 

Vətəndaşlıq məsələsi çox incə məsələdir. Bu müstəqilliyin və ölkənin 

özünü  ifadə  formasıdır.  Buna  görə,  təəccüblü  deyil  ki,  vətəndaşlıqla 

bağlı fikir ayrılıqları Dövlətin daxilində və Dövlətlərarası gərginliyə və 

münaqişələrə gətirib çıxara  bilər, çox vaxt da gətirib çıxarır. XX əsr ərzində 

həm  apatridlərin  sayının  artması,  həm  də  insan  hüquqlarının  onların 

pozulması ilə əlaqədar getdikcə daha çox dərk edilməsi müşahidə olu-

nurdu. Bu səbəbdən vətəndaşlıq məsələlərinə dair beynəlxalq qanun-

vericilik iki istiqamətdə inkişaf etmişdir: artıq vətəndaşlığı olmayanlara 

müdafiənin  və  köməyin  göstərilməsi,  və  vətəndaşsızlığın  səbəblərini 

aradan qaldırmağa və ya, ən azı, məhdudlaşdırmağa çalışmaqdır.     

Bu və ya digər şəxsin müəyyən ölkənin vətəndaşı olub olmadığını kim 

müəyyən edir?

Prinsip etibarilə, vətəndaşlıq məsələləri hər ölkənin daxili yurisdiksiyasına 

aiddir. Lakin, Dövlətin daxili qərarlarının tətbiqi digər Dövlətlərin analoji 

hərəkətləri və ya beynəlxalq hüquqla məhdudlaşdırıla bilər.

1923-cü  il  Tunis  və  Mərakeş  vətəndaşlığına  dair  Konsultativ  rəydə 

Beynəlxalq Daimi Ədalət Məhkəməsi göstərmişdir:

Bu məsələnin həllinin ölkənin  tamamilə daxili yurisdiksiyasına 

aid  olmağı  –  nisbi  məsələdir;  bu  beynəlxalq  münasibətlərin 

inkişafından asılıdır ”.

Həqiqətdə,  Daimi  Məhkəmə  bildirmişdir  ki,  prinsipcə  vətəndaşlıq 

məsələləri  Dövlətin  daxili  yurisdiksiyasına  aiddir.  Lakin  buna  baxma-

yaraq, Dövlətlər digər Dövlətlərə münasibətdə üzərlərinə götürdükləri, 

beynəlxalq  hüquq  tərəfindən  müəyyən  edilmiş  öhdəliklərə  riayət 

etməlidirlər.   

Bu mövqe yeddi il sonra Milli Qanunvericiliklər arasında ziddiyyətlərə 

dair  bəzi  məsələlər  üzrə  Haaqa  Konvensiyasında  öz  təsdiqini 

tapmışdır.  Bir  sıra  Dövlətlər  1930-cu  il  Vətəndaşlıq  haqqında  Haaqa 

Konvensiyasının hazırlanması prosesində  1923-cü il Daimi Palatanın 

Konsultativ  Rəyinə  dair  öz  fikirlərini  bildirmişdirlər.  Dövlətlərin  çöxu 

Konsultativ rəyi Dövlətin vətəndaşlıq məsələlərinə dair qərarlarının bu 

dövlətdən xaricdə, xüsusilə bu qərarların digər dövlətlərin vətəndaşlığa 



10

aid  qərarları  ilə  ziddiyyət  yaratdıqda  tətbiqinin  məhdudlaşdırılması 

sayıblar. 

Millətlər  Liqasının  Assambleyasının  himayəsi  altında  qəbul  edilmiş 

1930-cu  il  Haaqa  konvensiyası  beynəlxalq  ictimaiyyətin  hamı  üçün 

vətəndaşlığı  təmin  etməyin  ilkin  cəhdi  olmuşdur.  Konvensiyanın  1-ci 

maddəsində göstərilir:

Hər  Dövlət  öz  qanunu  vasitəsi  ilə  onun  vətəndaşı  olduğu 

şəxsləri  müəyyən  edir.  Bu  qanun  digər  dövlətlər  tərəfindən 



onun  beynəlxalq  qanunvericiliyə,  beynəlxalq  ənənəyə  və 

vətəndaşlığa dair hüququn ümumi prinsipləinə uyğun gəldiyi 

dərəcədə qəbul edilir”.

Başqa sözlə desək, Dövlətin kimin onun vətəndaşı olduğunu müəyyən 

etmək  hüququnu  həyata  keçirdiyi  konsepsiya,  beynəlxalq  hüququn 

müddəalarına  uyğun  olmalıdır.    XX  əsr  ərzində  bu  müddəalar  insan 

hüquqlarının  Dövlət  suverenliyində  üstün  olduğu  istiqamətdə  inkişaf 

edirdilər.

1948-ci  ilin  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsinin  15-ci 

Maddəsi bildirir:



Hər insanın vətəndaşlıq almaq hüququ var. Heç kəs əsassız 

olaraq vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişmək hüqu-

qundan  məhrum edilə bilməz”.

Bu hüquq şəxs və Dövlət arasında həqiqi və effektiv əlaqəyə əsaslanır. 

İlk  dəfə  bu  əlaqənin  vətəndaşlığın  əsası  kimi  qəbul  edilməsi  halı 

Beynəlxalq Məhkəmə tərəfindən 1955-ci ildə baxılmış Nottebom işi (Not-

tebohm Case) olmuşdu. Bu işlə bağlı qərarında Məhkəmə bildirmişdir:

Dövlətlərin  təcrübəsinə,  arbitraj  və  məhkəmə  orqanlarının 

qərarı  və  mütəxəssislərin  rəyinə  uyğun  olaraq,  vətəndaşlıq, 

mahiyyətcə əsasında sosial mənsubiyyət, qarşılıqlı hüquq və 

vəzifələrlə birgə mövcudiyyət, maraq və hisslər  olan bağlayıcı 

hüquqi bənddir”.

Doğulma,  yaşama  və/və  ya  mənşə  faktından  məlum  olan  həqiqi  və 

effektiv əlaqə hazırda bir yaxın keçmişdə qəbul olunmuş Vətəndaşlıq 

haqqında  1997-ci  il  Avropa  Konvensiyası  kimi  vətəndaşlığa  dair 

beynəlxalq  sənədlərdə  olduğu  kimi  bir  çox  ölkələrin  vətəndaşlıq 

haqqında qanunvericiliyində yer almışdır.  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə