Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   ...   27

11

Vətəndaşlıq,  həmçinin  Amerikaarası  İnsan  Hüquqları  Məhkəməsi 

tərəfindən aşağıdakı kimi müəyyən edilir:

şəxs  və  müəyyən  Dövlət  arasında  olan  və  şəxsi  Dövlətlə 

loyallıq və sadiqlik münasibətləri ilə bağlayan, eyni zamanda 

ona Dövlət tərəfindən diplomatik müdafiəni təmin edən  siyası 

hüquqi əlaqə



(Kastilyo-Petrussi və digərləri Peruya qarşı1999-cu ilin may 

ayında çıxarılmış Qərar, AAİHM [ser. C] № 52 1999-cu il)

Qaçqın və vətəndaşlığı olmayan şəxslərin hüquqları necə qorunur?

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsində hər 

insanın vətəndaşlıq almaq hüququ olduğunun göstərilməsinə baxma-

yaraq,  burada  onun  hüququ  olduğu  dəqiq  vətəndaşlıq  göstərilməyib. 

İnsanlar  vətəndaşlıqla  bağlı  minimal  hüquqlardan  məhrum  olmamaq 

üçün beynəlxalq ictimaiyyət iki əsas müqavilə bağlamışdır: Qaçqınların 

statusuna dair 1951-ci il Konvensiyası və Vətəndaşlığı olmaya şəxslərin 

statusuna dair 1954-cü il Konvensiyası.

Qaçqınların  statusuna  dair  1951-ci  il  Konvensiyası  ilə  vətəndaşsızlıq 

problemi arasında əlaqə varmı?

İkinci Dünya Müharibəsi bitdikdən sonra  yeni yaranmış BMT-nin üzv 

dövlətləri  qarşısında  duran  ən  mühüm  məsələ  müharibə  nəticəsində 

qaçqın və yaxud vətəndaşlığı olmayan şəxs olmuş milyonlarla insanın 

taleyi  idi.  BMT-nin  İqtisadi  və  Sosial  Şurasının  (ECOSOC)  qərarı  ilə 

1949-cu  ildə  xüsusi  komitə  yaradılmışdır.  Bu  komitənin  vəzifələrinə 

qaçqınların  və  vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair 

Konvensiyanın  hazırlanması  və  vətəndaşsızlığın  aradan  qaldırılması 

üzrə təkliflərə baxılması daxil idi.

Keçirilmiş  iş  nəticəsində  Komitə  üzvləri  Qaçqınların  statusuna  dair 

Konvensiyanın  və  Konvensiyaya  vətəndaşlığı  olmayan  şəxslərə 

həsr  olunmuş  Əlavə  Protokolun  layihəsini  hazırlamışdırlar.  Komitə 

vətəndaşsızlığın  aradan  qaldırılması  yollarına  tam  şəkildə  əsas  ona 

görə    baxmayıb  ki,  bu  məsələ  ilə  yeni  yaradılmış  Beynəlxal  Hüquq 

Komissiyası  məşğul  olacaqdı.  Tarixən,  həm  qaçqınlar,  həm  də 

vətəndaşlığı olmaya şəxslər köməyi və müdafiəni BMT QAK-dan əvvəl 

olan beynəlxalq təşkilatlardan alırdılar. Vətəndaşsızlıq üzrə Protokolun 

layihəsi qaçqınlar və vətəndaşlığı olmayan şəxslər arasında bu əlaqəni 

əks  etdirməli  idi.  Lakin,  qaçqınların  gərgin  vəziyyəti  və  Beynəlxalq 

Qaçqın  Təşkilatının  planlaşdırılmış  buraxılması  səbəbindən  1951-ci 

ildə keçirilmiş səlahiyyətli nümayəndələrin Konfransında hər iki məsələ 

müzakirə  edilməli  olduqda  apatridlərin  vəziyyətinin  detallı  təhlilinə 



12

kifayət  qədər  vaxt  qalmamışdı.  Buna  görə  1951-ci  il  Konfransinda 

Qaçqınların statusuna dair Konvensiya qəbul edilmişdir. Vətəndaşlığı 

olmayan şəxslərin məsələlərinə dair Protokolun müzakirəsi isə təxirə 

salınmışdı.         

Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasına müvafiq olaraq, 

vətəndaşlığı  olmayan  qaçqınlar  qaçqın  kimi  müdafiə  olunmalıdırlar, 

ona  gorə  ki,  irqi,  dini  və  ya  milli  səbəblərdən,  müəyyən  sosial  qrupa 

mənsubiyyət və ya siyasi baxışlar əsasında vətəndaşlığın verilməsindən 

imtina şəxsin qaçqın kimi qəbul edilməli olduğunu göstərir.



Vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair  1954-cü  il 

konvensiyası nəyi nəzərdə tutur?

Əvvəlcədən Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına əlavə 

kimi hazırlanan  Vətəndaşlığı olmayan şəxslərə dair Protokol və 1954-

cü il Konvensiyası oldu. 1954-cü il Konvensiyası vətəndaşlığı olmayan 

şəxslərin  statusunun  nizmlanması  və  yaxşılaşdırılması  və  ayrı-seçki-

lik olmadan vətəndaşlığı olmayan şəxslərin əsas hüquq və vəzifələrin 

təmin  edilməsi    üçün  nəzərdə  tutulan  əsas  beynəlxalq  alətdir.  (bax 

Əlavə 1. Konvensiyaya üzv ölkələrin siyahısı). 

Bu  Konvensiyanın  müddəaları  çox  şeydə  Qaçqınların  Statusuna 

dair  1951-ci  il  Konvensiyasının  müddəaları  ilə  oxşardı.  Konvensi-

yaya qoşulma Dövlətin ərazisində doğulmuş və burada uzun müddət 

yaşayan  şəxslərə  vətəndaşlığın  verilməsini  əvəz  etmir.  Vətəndaşlığı 

olmayan şəxsə verilən hüquqların genişliyindən asılı olmayaraq, onlar 

vətəndaşlığın alınmasının ekvivalenti deyillər. 1954-cü il Konvensiyası 

vətəndaşlığı  olmayan  şəxsin  dəqiq  anlayışını  verir:  ”qanuna  əsasən 

heç  bir  Dövlət  tərəfindən  vətəndaşı  kimi  nəzərə  alınmayan  şəxs” 

(vətəndaşlığı olmayan şəxsin de jure anlayışı)



13

Vətəndaş kimdir? Vətəndaşlığı olmayan şəxs kimdir?

Qanuna  əsasən,  vətəndaş  statusu  müəyyən  şəxsin  Dövlətin 

vətəndaşlıq  məsələlərinə  dair    qüvvədə  olan  hüquqi  sənədlərində 

göstərilən şərtlərdən asılı olaraq avtomatik olaraq vətəndaş sayılması 

və ya vətəndaşlığın müvafiq orqanlar tərəfindən qəbul edilmiş qərara 

əsasən şəxsə verilməsi deməkdir.  

Bu  cür  sənədlərə  Konstitusiya,  prezidentin  sərəncamı  və  ya 

vətəndaşlığın verilməsi haqqında akt daxil ola bilər. İnsanların çoxu 

yalnız  bir  Dövlətin  qanununa  əsasən  vətəndaş  sayılırlar  –  adətən 

şəxsin  doğulduğu  Dövlətin  (jus  soli)  və  ya  onun  doğulduğu  vaxt 

valideynlərinin vətəndaşı olduqları Dövlətin qanunlarına əsasən(jus 

sanguinis). 

İnzibati  qaydalar  hakimiyyət  orqanlarına  vətəndaşlıq  verməkdə 

hərəkət  azadlığı  verdiyi  hallarda  vətəndaşlıq  almaq    istəyən  şəxs 

qanuna  müvafiq  olaraq,  ərizəsinə  baxılma  və  təsdiqləmə,  və  ona 

vətəndaşlığın  verilməsi  prosesi  bitməyənə  qədər  vətəndaş  sayıla 

bilməz. Vətəndaşlığın verilməsi barədə ərizə verməli olan və qanunla 

bu cür ərizə verə bilən, lakin ərizələri rədd edilmiş şəxslər qanuna 

əsasən ölkənin vətəndaşlırı sayıla bilməz.     

Avtomatik olaraq və ya Dövlətin qanunlarına uyğun olaraq  individual 

qərar  əsasında  vətəndaşlıq  almamış  şəxslər  de  jure  vətəndaşlığı 

olmayan  şəxslər  sayılırlar  –  bu  insanlar  müvafiq  qanuna  istinadən 

vətəndaşlığa malik deyillər.

Əksinə sübut olmadıqda, insan vətəndaş sayılır. Lakin, bəzən şəxsin 

həqiqi əlaqəsi olan Dövlətlər hansı birinin ona vətəndaşlıq verməli 

olduğu  qərarına  gələ  bilmirlər.  Bu  şəxs,  onun  de  jure  vətəndaşlığı 

olmadığını  göstərə  bilmir,  amma  onun  vətəndaşlığı  yoxdur  və  o 

Dövlətin  müdafiəsindən  istifadə  edə  bilmir.  Bu  şəxslər  de  facto 

vətəndaşlığı olmayan şəxslər sayılır.

Konvensiyanın tərtibatçılarının şəxslərin de jure vətəndaşlığı olmayan 

(Avtomatik olaraq və ya Dövlətin qanunlarına uyğun olaraq  individual 

qərar əsasında vətəndaşlıq almamış şəxslər) və de facto vətəndaşlığı ol-

mayan şəxslərə (milliyətini müəyyən edə bilməyən şəxslər) ayırmalarına 

baxmayaraq onlar bu şəxslərin vəziyyətinn oxşarlığını qeyd etmişdirlər. 

Konvensiyanın  yekun  müddəasında  de  fakto  vətəndaşlığı  olmayan 

şəxslərin  vəziyyəti  müzakirə  edilir  və  icrası  məcburi  olmayan  tövsiyə 

verilir ki,



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə