Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   ...   27

14

“Üzv  Ölkələrin  hər  biri  vətəndaşı  olduğu  müəyyən  şəxsin 

müdafiədən  imtina  etdiyi  səbəblərin  həqiqi  olduğu  qəbul 

edildikdə,  bu  Konvensiyanın  vətəndaşlığı  olmayan  şəxslərə 

münasibətdə nəzərdə tutduğu bu cür münasibəti bu şəxsə də 

göstərsinlər”.

Müəyyən şəxsin konvensiyada göstərilən hüquqlardan istifadə edə bilib-

bilməməsi barədə hər Üzv Dövlət özü qərar verir. Zərurət yarandıqda 

BMT QAK-ın nümayəndəlikləri/ofisləri və ya baş qərargahdaki bölmələri 

müvafiq prosedurların hazırlanması və tətbiqindı köməklik edə bilər. 

(Əlavə 4-də BMT QAK-ın nümayəndəliklərinin siyahısı verilir).

Vətəndaşlığı olmayan şəxs eyni zamanda qaçqın ola bilərmi?

De facto vətəndaşlığı olmayan çəxslər 1954-cü il Konvensiyasındaki 

vətəndaşlığı  olmayan  şəxs  anlayışına  daxil  deyil.  1954-cü  il 

Konvensiyasının  tərtibatçıları  həqiqi  vətəndaşlığı  olmayan  bütün 

şəxslərin, yəni de facto vətəndaçlığı olmayan bütün şəxslərin qaçqın 

olduqlarını nəzərdə tutmuşdular (Konvensiyanın tərtibatçıları nəzərdə 

tutmuşdular ki, şəxs vətəndaşı olduğu ölkədən Dövlət tərəfindən təqib 

nəticəsində  qaçandan  sonra  de  facto  vətəndaşlığı  olmayan  şəxs 

sayılır, və bu təqiblər həqiqi vətəndaşlığın olmamağı ilə əlaqədardır). 

Bu fərziyyəyə əsasən ilkin olaraq bir cox de fakto vətəndaşlığı olmayan 

hesab  olunan  şəxslər,  1951-ci  il  Konvensiyasının  müddəalaraına 

müvafiq olaraq beynəlxalq himayə alırlar. 

Lakin, de jure və ya de fakto vətəndaşsızlıq mütləq təqib demək 

deyil (Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına əsasən 

“təqibdən  əsaslı  qorxu”  qaçqının  müəyyən  edilməsində  vacib  yer 

tutur).  Lakin,  vaxt  keçdikcə  məlum  olur  ki,  de  facto  vətəndaşığı 

olmayan şəxslər var ki, onlar da yaşadıqları ölkədə vətəndaşlıq ala 

bilmirlər, eyni zamanda qaçqın və ya de jure vətəndaşlığı olmayan 

şəxslər  kimi  səciyyələndirilə  bilməzlər.  Faktiki  olaraq,  BMT  QAK-

dan yardım alan vətəndaşlığı olmayan bütün şəxslər de jure və ya 

de  facto  vətəndaşlığı  olmayan  şəxs  olmalarından  asılı  olmayaraq 

qaçqın deyillər və sığınacq istəmirlər.

Vətəndaşsızlığın  azaldılmasına  dair  1961-ci  il  konvensiyası  nəyi 

nəzərdə tutur?

1950-ci  il  avqust  ayında    ECOSOC  öz  qətnaməsində  Beynəlxalq 

Hüquq  Komissiyasına  (BHK)  vətəndaşsızlığın  aradan  qaldırılmasına 

dair  beynəlxalq  konvensiyanın  və  ya  konvensiyaların  hazırlanmasını 

tapşırmışdı.  BHK  iki  konvensiya  layihəsi  hazırlamışdır  ki,  bunların 




15

ikisi  də  qanunların  toqquşması  nəticəsində  yaranan  vətəndaşsızlıq 

probleminə  həsr  olunmuşdur.  Gələcəkdə  vətəndaşsızlığın  ləğv 

edilməsinə  həsr  olunmuş  Konvensiyanın  müddəaları  gələcəkdə 

vətəndaşsızlığın  azaldılmasına  həsr  olunmuş  ikinci  konvensiya 

layihəsində  nəzərdə  tutlmuş  müddəalara  nisbətən  daha  uzaqgedən 

idi.  Bu  məsələyə  baxılması  üçün  çağırılmış  konfransın  iştirakçıları 

belə nəticəyə gəlmişlər ki, birinci layihə həddindən artıq radikaldır və 

vətəndaşsızlığın  azaldılmasına  dair  Konvensiya  layihəsi  üzərində 

işlərini davam etməyi qərara almışdılar. Vətəndaşsızlığın azaldılmasına 

dair 1961-ci il Konvensiyası bu işin nəticəsi olmuşdur (Əlavə 2-də 1961-

ci il Konvensiyasına qoşulmuş dövlətlərin siyahısı gətirilmişdir). 



1961-ci il Konvensiyasının müddəaları doğulduqda vətəndaşsızlıgın 

yaranmasının  qarşısının  alınmasına  yönəlib,  lakin  onlar  müəyyən 

şəraitdə vətəndaşlıqdan məhrum etmə və ya hazırda vətəndaşlığı ol-

mayan bütün şəxslərə vətəndaşlığın retroaktiv verilməsi ehtimalını isti-

sna etmirlər. Konvensiya, həmçinin, Konvensiyanın təsiri altına düşən 

şəxsin onun işinə baxılması və ona müvafiq hökumətə ərizə verməkdə 

koməklik  etmək  üçün  müraciət  edə  biləcəyi  orqanin  yaranmasını  da 

nəzərdə tuturdu. Daha sonra BMT-nin Baş Məclisi BMT QAK-a bu rolu 

təklif etdi.

PAİ  və  Üzv  Dövlətlər  apatridlərə  beynəlxalq  yardımın  göstərilməsi 

zərurəti  barədə  qərar  verdilər  ona  görə  ki,  şəxsə  müəyyən  Dövlətin 

vətəndaşlığının  verilmısində  rədd  cavabı  verildikdə,  onun  nə  kifayət 

qədər maddi imkanları, nə də müvafiq Dövlətə vətəndaşlığın verilməsi 

üçün ərizə verməyə təcrübəsi və müəyyən ixtisası yoxdur. Çətin ola bilsin 

ki, başqa Dövlət bu cür şəxsin maraqlarına uyğun hərəkət edə biləcək 

bir müstəqil, beynəlxalq qurum yaratsın. Beynəlxalq təşkilat tərəfindən 

müvəkkillik,  həmçinin,  şəxsin  beynəlxalq  hüququn  subyekti  olduğunu 

sual altina qoymamağa imkan yaradır. Bundan başqa, bu cür fəaliyyətlə 

məşğul olan təşkilat nəticədə bu cür məsələlərdə təcrübə toplayır, və 

bu təcrübə yalnız fərdlərə məsləhət vermək üçün deyil, həmçinin, effek-

tiv vətəndaşlıq almaq yolları və ümumilikdə vətəndaşsızlıq probleminin 

həlli üzrə təkliflər verməyə imkan yaradır.

Vətəndaşsızlığın  azaldılması  məqsədi  ilə  1961-ci  il  Konvensiyası 

onu  imzalamış  Dövlətlərdən  vətəndaşlığın  alınması  və  ya  itirilməsi 

məsələlərində  müəyyən  standartları  əks  etdirən  milli  qanunvericiliyi 

qəbul etmələrini tələb edir. Konvensiyanı imzalamış Dövlətlər arasında 

onun şərhinə və tətbiqinə dair fikir ayrılığı yarandıqda və bunun digər 

yollarla həlli mümkun olmadıqda, tərəflərdən birinin xahişi ilə məsələ 

baxılması üçün Beynəlxalq Məhkəməyə verilə bilər.



16

Konvensiyanın yekun müddəası çox şeydə 1954-cü il Konvensiyasının 

yekun müddəasındakı onu imzalamış Dövlətləri mümkün olduğu hal-

larda  Konvensiyanın  müddəalarını  de  facto  vətəndaşlığı  olmayan 

şəxslərə də aid etməyə sövq edən tövsiyə ilə oxşardı.

Bir dəfə mən iki sərhəd arasında durmuşdum və ölkələrdən heç 

birinə  düşə  bilmirdim.  Bu  mənim  həyatımda  ən  unudulmaz  an  idi! 

Mən olduğum ölkəyə də düşə bilmirdim, doğulduğum, böyüdüyüm 

və yaşağığım ölkəyə də düşə bilmirdim! Mən hansına mənsub idim? 

Mən  hələ  də  hava  limanında  keçirdiyim  o  qəmginlik  hissini  unuda 

bilmirəm.

Çen, əvvəllər vətəndaşlığı olmayan şəxs



İnsan  hüquqları  haqqında  qanunvericilik  vətəndaşlıq  hüququnu 

necə təmin edir?

Vətəndaşlıq  hüququna  bir  sıra  başqa  beynəlxalq  sənədlərdə  də 

baxılır. Ərdə olan Qadının Vətəndaşlığına dair 1

957-ci il Konvensiyası 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin vətəndaşlıq hüququnu 

və  vətəndaşlıqdan  məhrum  edilməmək  hüququnu  müəyyənləşdirən 

müddəalarını  əks  etdirir.  Bu,  həmçinin,  “ümumi  qarşılıqlı  hörmətə 

və  cinsi  əlamətə  görə  ayrı-seçkilik  olmadan  hamının  insan  hüquq 

və  azadlıqlarının  təmin  edilməsinə  çağırır”.  Konvensiyanın  ilk  üç 

maddəsində  arvadının  vətəndaşlığına  dair  konkret  müddəalar 

göstərilir:

Maddə 1 göstərir ki, “sazişə gələn hər bir dövlət razılaşır 

ki, onun vətəndaşlarından hər hansı birinin nə əcnəbi 

ilə nigaha daxil olması, nə nigahının pozulması, nə də 

nigah ittifaqı mövcud olduğu dövrdə ərin vətəndaşlığını 

dəyişməsi  arvadın  vətəndaşlığında  avtomatik  əksini 

tapmamalıdır”. 

Maddə 2 göstərir ki, “sazişə gələn hər bir dövlət razılaşır 

ki, nə onun hər hansı bir vətəndaşının könüllü surətdə 

hansısa  dövlətin  vətəndaşlığını  qəbul  etməsi,  nə  öz 

vətəndaşlığından hansısa birinin vətəndaşlığından im-

tina etməsi bu vətəndaşın arvadının öz vətəndaşlığını 

saxlamasına Mane olmamalıdır”. 

Maddə  3  iki  hissəyə  bölünür  və  göstərir  ki,  “Sazişə 

gələn  hər  bir  dövlət  razılaşır  ki,  onun  hər  hansı  bir 

vətəndaşının  arvadı  olan  əcnəbi,  öz  xahişi  ilə,  xüsu-

si  asanlaşdırılmış  naturalizasiya  qaydasında  ərinin 

vətəndaşlığını qəbul edə bilər. Belə vətəndaşlıq dövlət 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə