Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   ...   27

17

təhlükəsizliyinin  və  kütləvi  asayişin  mənafeyi  xatirinə 

qoyulmuş  məhdudiyyət  obyekti  ola  bilər”.  Həmçinin, 

göstərilir ki, “sazişə gələn hər bir dövlət razılaşır ki, bu 

Konvensiya  onun  hər  hansı  bir  vətəndaşının  arvadı 

olan əcnəbinin hüquqi əsasda, yaxud öz xahişi ilə ərinin 

vətəndaşlığını  qəbul  etməsinə  icazə  verən  hər  hansı 

qanunvericiliyə və ya məhkəmə praktikasına toxunan 

şəkildə yozulmamalıdır. 

İrqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsinə  dair  1965-ci 

il  Konvensiyası  dövlətlərin  üzərinə  “hər  insanın  irqindən,  dərisinin 

rəngindən, milliyətindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq 

qanun qarşısında hüquq bərabərliyini təmin etməyi”,vətəndaşlıq hüququ 

daxil olmaqla, xüsusilə bir sıra əsas insan hüquqları sahəsində öhdəlik 

qoyur (Maddı 5).

Mülki və Siyasi Hüquqlar Haqqinda 1966-ci il Beynəlxalq Paktın 24-cü 

maddəsində göstərilir ki

“Hər bir uşaq irqi, dərisinin rəngi, cinsi, dili, dini, milli və ya 

sosial mənsubiyyəti, əmlak vəziyyəti və doğuşu əlamətinə 

görə  heç  bir  ayrı-seçkiliyə  yol  verilmədən,  elə  müdafiə 

tədbirləri  hüququna  malikdir  ki,  bu  müdafiə  tədbirləri, 

kiçik  yaşlı  vəziyyətində  olduğuna  görə,  onun  ailəsindən, 

cəmiyyətdən və dövlətdən tələb olunur”. 

“Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və 

ada malik olmalıdır”. 

“Hər bir uşaq vətəndaşlıq əldə etmək hüququna malikdir”. 

Paktın 26-cı maddəsi müəyyən edir ki, “Bütün insanlar qanun qarşısında 

bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən, qanunla bərabər 

müdafiə  olunmaq  hüququna  malikdirlər.  Bununla  bağlı  ayrı-seçkiliyin 

bütün növləri qanunla qadağan olunmalıdır və qanun istənilən əlamətə: 

irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və so-

sial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və ya digər halları ilə bağlı 

əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli 

müdafiə təminatı verməlidir”. 

Qadinlara Qarşi Ayri-Seçkiliyin Bütün Formalarinin Ləğv Edilməsi Haq-

qinda 1979-cu il Konvensiyasının 9-cu maddəsində müəyyən edilir:



İştirakçı  dövlətlər  qadınlara,  öz  vətəndaşlığını  əldə 

etmək,  onu  dəyişdirmək  və  ya  saxlamaq  sahəsində 

kişilərlə  bərabər  səviyyədə  hüquqlar  verirlər.  On-

lar  əsasən  bunu  təmin  edirlər  ki,  qadının  nə  xari-

ci  vətəndaşla  nikah  bağlaması,  nə  də  ərinin  nikah 



18

dövründə öz vətəndaşlığını dəyişməsi, avtomatik olaraq 

onun öz vətəndaşlığını dəyişməsinə gətirib çıxarmasın, 

onu vətəndaşlığı olmayan şəxsə çevirməsin və ərinin 

vətəndaşlığını qəbul etməyə məcbur edə bilməsin”

“İştirakçı  dövlətlər,  öz  uşaqlarının  vətəndaşlığına 

münasibətdə  qadınlara  kişilərlə  bərabər  səviyyədə 

hüquqlar verirlər”. 

Demək  olar  ki,  bütün  Dövlətlər  tərəfində  ratifikasiya  edilmiş  Uşaq 

hüquqlarına  dair  1989-cu  il  Konvensiyasında,  vətəndaşlığa  dair  iki 

vacib maddə var:

Maddə  2  müəyyən  edir  ki,  “İştirakçı  dövlətlər  onların 



yurisdiksiyası daxilində olan hər bir uşaq üçün bu Kon-

vensiyada  nəzərdə  tutulan  bütün  hüquqlara  hörmət 

bəsləyir və onları təmin edir, uşağın, onun valideyinləri-

nin  və  ya  qanuni  qəyyumlarının  irqindən,  dərisinin 

rəngindən,  cinsindən,  dilindən,  siyasi  əqidəsindən 

və  ya  digər  əqidələrindən,  milli,  etnik,  yaxud  sosial 

mənşəyindən,  əmlak  vəziyyətindən,  səhhətindən  və 

doğulduğu şəraitdən və ya hər hansı başqa hallardan 

asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermirlər”

Maddə  2  müəyyən  edir  ki,  “Uşaq  doğulduqdan  son-



ra  dərhal  qeydə  alınır  və  doğulduğu  andan  ad  və 

vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu 

dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı 

görmək  hüququna  malikdir”.  Bundan  əlavə  bu  maddə 

müəyyən edir ki, “İşitrakçı dövlətlər bu hüquqların öz mil-

li qanunvericiliyinə müvafiq sürətdə həyata keçirilməsini 

və  öz  öhdəliklərinin  bu  sahədə  müvafiq  beynəlxalq 

sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edirlər, 

bir şərtlə ki, uşaq vətəndaşlığa malik olmasın”.

“Mən  1971-ci  ildən  düşərgədə  yaşayıram  və  yaxın  zamanlarda 

buradan  uşaqlarımla  birgə  getməyi  ümüd  edirəm.  Mən  Banqladeş 

vətəndaşlaırnın  istifadə  etdiyi  hüquqları  əldə  etmək  istəyirəm.  Biz 

burada  layiqli  həyat  sürə  bilmirik:  mənim  uşaqlarım  bu  düşərgədə 

yaxşı  böyüyə  bilmir,  onlar  təhsil  almırlar,  onlar  təhsil  almasalar 

gələcəkdə onlar yalnız az maaşlı işlə məşğul ola biləcəklər ”.

Syedaxa, Banqladeşdə vətəndaşlığı olmayan qadın




19

Vətındaşlıq  hüququna  dair  müddəları  əks  etdirən  regional 

müqavilələr varmı?

Regional  sənədlər  vətəndaşlıq  hüququnun  hüquqi  bazasını  möh-

kəmləndirirlər. Amerika İnsan Hüquqları Konvensiyasının (1969) 20-ci 

maddəsi aşağıdakıları göstərir:



“Hər  insanın  vətəndaşlıq  hüququ  var.  Hər  insan  hər 

hansı  başqa  dövlətin  vətəndaşlığına  hüququ  olmadıqda 

ərazisində döğulduğu ölkənin vətəndaşlığını almaq hüqu-

quna  malikdir.  Heç  kəs  əsassız  olaraq  vətəndaşlıqdan 

və  ya  vətəndaşlığını  dəyişmək  hüququndan  məhrum 

edilməməlidir ”.

Bu  müddəalar  nəticədə  Amerikaarası  Məhkəmənin  təcrübəsində 

təsdiq edilmişdir. Vətəndaşlığın verilməsinə dair şərtlərin Dövlətin dax-

ili  yurisdiksiyasına  aid  olduğunu  təsdiq  edərək,  Məhkəmə,  həmçinin 

müəyyən etdi ki:

Baxmayaraq  ki,  vətəndaşlığın  verilməsi  və  qəbul 

edilməsi  ənənəvi  olaraq  hər  Dövlət  tərəfindən  müstəqi 

olaraq  həll  edilən  məsələdir,  müasir  inkişaf  göstərir  ki, 

beynəlxalq hüquq Dövlətlərin bu sahədə səlahiyyətlərinə 

müəyyən  məhdudiyyətlər  qoyur.  Dövlətin  vətəndaşlığa 

dair məsələlərin həlli yolları isə, hazırda, artıq müstəsna 

olaraq  onun  yurisdiksiyasına  aid  ola  bilməz”.  (İnsan 

Hüquqları üzrə Amerikaarası, Konsultativ rəy Kosta-Rika 

Konstitusiyasında naturalizasiyaya dair müddəalara əlavə 

dəyişikliklər ”, pp. 32-34; mətn 5 HRLJ 1984.)

Başqa  cür  desək,  dövlətlər  vətəndaşlıq  məsələlərində  öz  qanun-

vericiliklərinə, xüsusilə onun vətəndaşsızlığa gətirə biləcək müddəalarına 

dair beynəlxalq rəyi nəzərə almalıdırlar.

1963-cü  ildə  Çoxvətəndaşlılıq  hallarının  azaldılmasına  və  çoxvətən-

daşlılıq  hallarında  hərbi  mükəlləfiyyət  məsələlərinə  dair  Avropa 

Konvensiyası qəbul edilmişdir. Bu Konvensiya o vaxtlar bir çox qərbi Av-

ropa ölkələri tərəfindən dəstklənən konsepsiya üzərində qurulmuşdur. Bu 

konsepsiyaya əsasən şəxsin bir neçə vətəndaşlığı olmağı arzu edilmir, 

və buna görə bu hallardan qaçmaq lazımdır. 1963-cü il Konvensiyasının 

yalnız çoxvətəndaşlılıq məsələlərinə aid olduğundan, 1977-ci və 1993-

cü illərdə ona əlaqədar məsələləri əhatə edən, vətəndaşlıq sahəsində 

konsepsiya  və  təcrübi  dəyişiklikləri  əks  etdirən  iki  Protokol  əlavə 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə