Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   2   3   4   5   6   7   8   9   10   ...   27

20

edilmişdir. Məsələn, Konvensiyaya ikinci Protokol ikinci nəsil miqrant-

lara və qarışıq nikahda olan ər-arvada, həmçinin, onların uşaqlarına bir 

neçə vətəndaşlıq əldə etməyə imkan yaradır.

1997-ci  ildə  Vətəndaşlıq  haqqında  Avropa  Konvensiyası  qəbul 

edilmişdir  –  Avropa  Şurası  tərəfindən  hazırlanmış  daha  bir  regional 

sənəd.  Bu  sənəd  1930-cu  il  Haaqa  Konvensiyasında  vətəndaşlıq 

haqqında qanunlar arasında ziddiyətlər müzakirə ediləndən sonra dax-

ili  qanunvericilikdə  və  beynəlxalq  hüquqda  vətəndaşlıq  məsələlərinə 

dair  vahid  mətnin  hazırlanması  zərurətindən  yaranıb.  Bu  Konven-

siya  1963-cü  il  Konvensiyasına  dəyişiklik  etmir,  bundan  əlavə,  o, 

həm də əvvəl sitat gətirilmiş Konvensiya ilə razılaşdırılır. Mahiyyətcə, 

1997-ci  il  Konvensiyası  fərqli  vətəndaşlığı  olan  ər-arvada  və  onların 

uşaqlarına  bir  neçə  vətəndaşlıq  əldə  etmək  imkanı  yaradır.  Bundan 

əlavə, Konvensiyada vətəndaşlığın alınması, saxlanılması, itirilməsi və 

bərpası məsələləri, prosesual hüquqlar, Dövlətin varisliyi kontekstində 

vətəndaşlıq, hərbi mükəlləfiyyət və vətəndaşsızlığın qarşısının alınması 

məsələləri  müzakirə  edilir.  Vətəndaşlığı  olmayan  şəxsin  tərifinə  dair 

Konvensiyada  Vətəndaşlığı  olmayan  şəxslərin  satatusuna  dair  1954-

cü il Konvensiyasına istinad edilir, yəni Vətəndaşlıq haqqında Avropa 

Konvensiyası yalnız de jure vətəndaşlığı olmayan şəxslərə aid edilir.

Avropanın  yaxın  keçmişdə  əldə  etdiyi  Dövlətlərin  varisliyinə  dair 

təcrübəsi  bir  çox  insanların  yeni  vətəndaşlıq  almadan  əvvəl  vətən-

daşlıqlarını  itirməklə  vətəndaşlığı  olmayan  şəxs  olmaq  riski  altına 

düşməyi  faktının  qəbul  edilməsinə  gətirib.  Ərazinin  bir  dövlətdən  o 

birisinə  verilməsi,  dövlətlərin  birləşməsi,  dövlətlərin  dağılması  və  ya 

ərazisinin hisəsinin və ya hissələrinin ayrılması nəticəsində Dövlətlərin 

varisliyi  ilə  əlaqədar  vətəndaşsızlıqdan  qaçmaq  məqsədi  ilə  Avropa 

Şurası  Dövlətlərin  varisliyi  ilə  əlaqədar  vətəndaşsızlıqdan  qaçmaq 

haqqında  Konvensiya qəbul etmişdir, hansında ki, bu problem xüsusi 

olaraq toxunulur. 2006-cı ilin mart ayının 15-də qəbul edilmiş Konven-

siya vətəndaşlığa dair ümumi prinsiplərini dəqiqləşdirərək, Dövlətlərin 

varisliyi ilə əlaqədar vətəndaşsızlığın qarşısının alınmasına dair Kon-

vensiya  Dövlətlərin  varisliyi  hallarında  vətəndaşsızlığın  qarşısının 

alınmasının  dəqiq  qaydalarını  ğzündə  ehtiva  edir.  Protokolun  22 

maddəsində  varis  dövlətlərin  və  əvvəlki  dövlətlərin  vəzifələri,  sübut 

etmə  qaydaları,  doğulduqda  vətəndaşsızlığın  qarşısının  alınması  və 

vətəndaşlığı olmayan şəxslər tərəfindən vətəndaşlıq almaq proseduru-

nun asanlaşdırılması kimi məsələlər üzrə təcrübi tövsiyyələr verilir.  

 

1999-cu  ildə  Afrika  Birliyi  Təşkilatı  (Afrika  Birliyi)  Uşağın  rifah  və 



firavanlığına  dair  Afrika  xartiyasını  qəbul  etmişdir.  Bu  xartiya  Uşaq 

Hüquqları Konvensiyasına oxşar hazırlanmış, ondan əvvəl qəbul edilmış 




21

müqavilənin ayrı-seçkiliyin yolverilməzliyi və uşağın maraqlarının üstün-

lüyü daxil olmaqla bəzi əsas prinsiplərinə şərik çıxır. Xartiyanın əsasən 

ad  və  vətənndaşlıq  məsələlərinə  həsr  olunmuş  6-cı  maddəsində 

göstərilir ki,

Hər uşağın doğulduğu andan ad almaq hüququ var;



Hər uşaq doğulandan dərhal sonra qeydiyyata alınmalıdır;

Hər uşağın vətəndaşlıq almaq hüququ var;



Xartıyanın Üzv Dövlətləri onların konstitusion qanunvericiliyin-

də  Xartiyanın  prinsiplərinin  qəbul  edilməsini  təmin  etməlidirlər.  Bu 

prinsiplərə  uyğun  olaraq  uşaq  ona  doğulduğu  anda  digər  Dövlətin 

onun qanunlarına uyğun olaraq vətəndaşlıq verilməyibsə, ərazisində 

doğulduğu  Dövlətin vətəndaşlığını alır. 




22

II FƏSİL

Vətəndaşığı olmayan şəxslərin müəyyən edilməsi 

və onların müdafiəsi

Vətəndaşsızlıq  hallarının  vətəndaşlıq  haqqında  milli  qanunvericilik 

və  Vətəndaşsızlığın  azaldılmasında  dair  1961-ci  il  Konvensiyasının 

və  digər  beynəlxalq  sənədlərin  reallaşması  əsasında  azaldılması  

sahəsində  çoxsaylı  cəhdlərə  baxmayaraq,  BMT  QAK-ın  hesablarına 

görə  hazırda  dünyada  milyonlarla  insan  apatriddirlər.  BMT-də  qəbul 

olunmuş  Vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair  1954-cü 

il  Konvensiyası  vsətəndaşlığı  olmayan  şəxin  anlayışını  verir,  bu 

cür  şəxslərin  eyniləşdirilməsini  müəyyən  etməyə  imkan  yaradır  və 

vətəndaşlığı olmayan şəxslərin əsas hüquq və azadlıqlarının ayrı-seçki-

lik olmadan təminatını tələb edir.

“Biz  normal  iş  tapa  bilmirik,  ölkə  ərazisində  hərəkət  edə  bilmirik, 

biz limansız gəmilər kimiyik. Təhsil və səhiyyə sistemlərinə çıxış da 

problemdir. Mən məktəbi bitirə və ya kollecə qəbul oluna bilmirdim. 

Mən  yalnız  özəl  xəstəxanalarda  müalicə  ala  bilərəm,  dövlət  xəs-

təxanaları mənim üçün bağlıdır”.

Abdulla, Birləşmiş Ərəb  Əmirliklərində yaşayan vətəndaşlığı olmayan 

şəxs


Kimlər vətəndaşlığı olmayan şəxs sayılır?

1954-cü il Konvensiyasında vətəndaşlığı olmayan şəxs “qanun əsasında 

heç bir Dövlət tərəfindən vətəndaş kimi qəbul edilməyən şəxs” sayılır 

(Maddə 1).  Bu sırf hüquqi anlayışdır. Burada vətəndaşlığın keyfiyyəti, 

vətəndaşlığın  alınması  yolu  və  ya  vətəndaşlığa  çıxış  barədə  heç  nə 

deyilmir. Bu tərif yalnız Dövlətin vətəndaşlıq sahəsində ex lege və ya 

avtomatik  olaraq  kimin  vətəndaş  olduğunu  müəyyən  edən  qanununa 

istinad edir.

Bu tərifi nəzərə alaraq insanın “vətəndaşlığı olmayan şəxs” kimi qəbul 

edilməsi üçün əksini sübut etməlidir ki, onun hər hansı müvafiq ölkə ilə 

hüquqi bağlılığı yoxdur.  

Vətəndaşsızlıq faktını təsdiq etmək üçün Dövlət şəxsin əvvəllər əlaqəsi 

olduğu Dövlətlərin (doğulma vasitəsi ilə, əvvəlki adi yaşayış yeri, onun 

ərinin (arvadının) və ya uşaqlarının vətəndaşı olduğu Dövlət (Dövlətlər), 

valideynlərinin  və  ya  nənə  və  babasının  vətəndaşı  olduğu  Dövlət 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə