Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,67 Mb.

səhifə8/27
tarix01.09.2018
ölçüsü0,67 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

23

(Dövlətlər))  vətəndaşlıq    haqqında  müvafiq  qanunericiliyinə  baxmalı, 

bu  Dövlətlərlə  məsləhətləşməli,  və  lazım  olduqda,  zəruri  təsdiqedici 

sənədləri  tələb  edə  bilər.  Dövlətlər    müvafiq  şəxsdən  lazımi  faktların 

və  məlumatların  axtarışında  hərtərəfli  əməkdaşlıq  tələb  etməlidirlər. 

Soğusu  əsasında  BMT  QAK  Dövlətlər  arasında  məsləhətləşmələrin 

aparılmasında köməklik edə və müvafiq qanunvericiclik və onun müxtəlif 

Dövlətlərdə tətbiqi ilə əlaqədar texniki məlumat verə bilər.   

Dövlətin  məsul  orqanlarından  müvafiq  şəxsin  bu  Dövlətin  vətəndaşı 

olmadığını  təsdiq  edən  sənədlər  adətən  vətəndaşsızlığın  təsdiq 

edilməsinin etibarlı formasıdır. Lakin bu cür təsdiqi hər zaman almaq ol-

mur. Şəxsin əslən olduğu ölkənin və ya  əvvəl yaşadığı ölkənin müvafiq 

orqanları  müəyyən  şəxsin  bu  Dövlətin  vətəndaşı  olmadığını  bildirən 

təsdiq  edilmiş  sənədlərin  verilməsindən  imtina  edə  və  ya  heç  cavab 

verməyə bilərlər. Bəzi orqanlar özlərini ölkələri ilə hüquqi əlaqələri ol-

mayan  şəxslər  barədə  məlumat  verməyə  borclu  saymırlar.  Beləliklə, 

təxmin etmək olar ki, Dövlət müəyyən şəxsin onun vətəndaşı olduğunu 

təsdiqləməkdən  imtina  edirsə,  imtina  özü  özlüyündə  artıq  təsdiq 

formasıdır,  ona  görə  ki,  Dövlətlər    adətən  vətəndaşlarına  diplomatik 

müdafiəni təmin edirlər.

Fərd 1954-cü il Konvensiyasının təsiri altından çıxa bilərmi?

1954-cü  il  Konvensiyasının  preambulasında  deyilir  ki,  vətədaşlığı  ol-

mayan qaçqınlar, Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının 

təsiri  altına  düşürlər,  buna  görə  1954-cü  il  Konvensiyası  onlara  təsir 

göstərmir. 

Vətəndaşlığı  olmayan  şəxslərin  anlayışından  əlavə  1954-cü  il  Kon-

vensiyasının  1-ci  maddəsi  anlayışına  uyğun  gələnlərə  baxmayaraq, 

müəyyən səbəblərə görə və ya onların artıq müəyyən hüquq sxemlərinin 

imkanlarından və ya beynəlxalq müdafiədən istifadə etdikdərinə görə, 

bu cür müdafiəyə ehtiyacı olmadığından və ya onların cinayət əməllərinə 

görə beynəlxalq müdafiədən istifadə etmək hüquqları olmadığına görə, 

Konvensiyanın tətbiq edilmədiyi bəzi şəxslərin anlayışını verir. Bu kate-

qoriyaya aiddir:

-    hazırda  Birləşmiş  Millətlər  Təşkilatının  Qaçqınlar  üzrə  Ali  Komis-

sarından başqa BMT-nin orqan və ya müəssisələrinin müdafiəsindən 

və ya köməyidən istifadə edən şəxslər.



Fələstin qaçqınlarına yardım və bu sahədə iş üzrə Birləşmiş Millətlər 

Təşkilatının  Yaxın  Şərq  Agentliyi  hazırda  bu  müddəanın  aid  olduğu 

yeganə təşkilatdır.   



24

 

-    vətəndaşlıqla  əlaqədar  hüquq  və  vəzifələri  yaşadıqları  ölkənin 



səlahiyyətli hakimiyyət orqanları tərəfindən tanınan şəxslər

Bu o deməkdir ki, vətəndaşlığı olmayan şəxsin Dövlətdə qanuni yaşayışı 

və 1954-cü il Konvensiyasında verilən hüquqlardan daha çox hüquqları, 

xüsusilə həmin Dövlətin vətəndaşlarının istifadə etdiyi hüquqlara bərabər 

olan tam iqtisadi və sosial hüquqlar təmin edilmişdirsə, deportasiyadan  

və çıxarılmadan müdafiə edilirsə bu şəxsə münasibətdə Konvensiyanın 

tətbiqinə ehtiyac yoxdur. Baxmayaraq ki, o, faktiki olaraq vətəndaşlığı 

olmayan şəxsdir.

   

-  beynəlxalq sənədlərdə müəyyən edildiyi kimi sülhə qarşı, hərbi cinayət 



və ya insanlığa qarşı cinayət törətmiş şəxslər;

- onlara sığınacaq vermiş ölkədən xaricdə və bu ölkəyə buraxılmamış-

dan əvvəl  ağır qeyri-siyasi cinayət törətmiş şəxslər; və ya

-  Birləşmiş  Millətlər  Təşkilatının  məqsəd  və  prinsiplərinə  zidd  olan 

əməllər törətməkdə təqsirli bilinən şəxslər.

Fərd nə vaxt artıq vətəndaşlığı olmayan şəxs sayılmır?

Vətəndaşsızlıq vəziyyəti şəxsin vətəndaşlıq aldığında bitir.

Həbəşistanda 2003-cü ilin dekabr ayında və Konqo Respublikasında 

2004-cü  ilin  noyabr  ayında  qəbul  olunmuş  vətəndaşlıq  haqqında 

qanunvericilik  nəticəsində  böyük  sayda  insanların  vətəndaşlıqsız 

qaldığı  iki  uzadılmış  vəziyyətə  son  qoyula  bilər.  Həbəşistan 

qanunvericiliyi Həbəşistanda yaşayan şəxslərə həbəş vətəndaşlığını 

almağa  imkan  verir,  KDR-nın  yeni  qanunvericiliyi  isə  ölkə 

vətəndaşlarının məcmusunu müəyyən etməyə kömək edir.

Vətəndaşlığı olmayan şəxsin müəyyən edilmə qaydası necədir?

Baxmayaraq  ki,  1954-cü  il  Konvensiyası  apatridlərin  anlayışını  ve-

rir,  o,  vətəndaşlığı  olmayan  şəxslərin  müəyyən  edilməsi  qaydasını 

təyin  etmir.  Buna  görə,  Dövlətlərin  vətəndaşlığı  olmayan  şəxslərin 

müəyyən edilməsi qaydasını təyin edən qanunvericilik qəbul etmələri 

həm Dövlətlərin, həm də Konvensiyanın tətbiq edilə biləcəyi şəxslərin 

marağındadır. Bu cür qanunvericilik, həmçinin, bu məsələ üzrə qərarın 

kim tərəfindən qəbul ediləcəyini və fərdin vətəndaşlığı olmayan şəxs 

kimi tanınmasının nəticələrini müəyyən etməlidir.   



25

Bəzi Dövlətlər vətəndaşsızlıqla əlaqədar ərizələri qəbul edəcək və bu 

məsələlər üzrə qərar qəbul edəcək dövlət orqanlarını təyin edən qa-

nunvericilik  qəbul  ediblər.  Məsələn,  qaçqın  və  vətəndaşlığı  olmayan 

şəxslərə  sığınacaq  verilməsi  ilə  məşğul  olan  təşkilatlar,  və  ya  Daxili 

İşlər Nazirliyi. Vətəndaşsızlığın tanınması qaydasını təyin edən xüsusi 

qanunvericiliyi olmayan digər Dövlətlər, onlara müraciət edən şəxslərin 

vətəndaşlığının  olmamasını  yoxlayan  inzibati  və  məhkəmə  orqanları 

yaradıblar.  Lakin,  daha  çox  Dövlətlərin  bu  məsələlər  üçün  işlənib 

hazırlanmış xüsusi proseduru yoxdur. Bir çox hallarda vətəndaşsızlıq 

məsələsi qaçqın statusunun müəyyən edilməsi zamanı ortaya çıxır. Bu 

halda, vətəndaşlığı olmayan şəxsi bu sistem daxilində “nəzərə alaraq”, 

ona humanitar və əlavə müdafiə göstərilir. Mahiyyətcə, vətəndaşlığı ol-

mayan şəxslər sığınacaq verilməsi üçün nəzərdə tutulmuş kanallarda 

istifadə etməli olduqları vəziyyətə düşə bilərlər. Ona görə ki, onlar üçün 

heç bir başqa mexanizm mövcud deyil.    

 

Bəzi ölkələrdə vətəndaşlığı olmayan şəxslərin xüsusi tanınması prose-



duru mövcud deyil, lakin bu problem yaşayış yeri üzrə qeydiyyat zamanı 

və ya nəqliyyatdan istifadə sənədinin alınması üçün müraciət etdikdə 

və ya onların sığınacaq verilməsi haqqında ərizələri rədd edildikdə və 

ölkədə  qalmaq  üçün  başqa  əsaslar  tələb  olunduqda  meydana  gələ 

bilər.





Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə