Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

26

Fransada vətəndaşsızlıq statusunun tanınması proseduru Fransanın 

Qaçqın və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi İdarəsi (OFPRA) 

tərəfindən həyata keçirilir ki, bu İdarə vətəndaşlığı olmayan şəxslərə 

hüquqi və inzibati müdafiəni təmin edir. Ərizəçilər bilavasitə OFPRA-

ya müraciət etməlidirlər.

İspaniyada  Xaricilər  haqqında  qanun  vətəndaşsızlıq  statusunun 

müəyyən  edilməsini  kral  dekretinin  təyin  etdiyi  prosedur  əsasında 

Daxili İşlər Nazirliyinə həvalə edir. Ərizəçilər polis bölməsinə və ya 

Sığınacaq verilməsi və qaçqın məsələlər üzrə İdarəyə (OAR)Müraciət 

edə bilərlər. Yoxlamanı bitirdikdə OAR müəyyən edilmiş proseduru 

həyata  keçirir  və  bundan  sonra  əsaslandırılmış  rəyini  Daxili  İşlər 

Nazirliyinə verir.

İtaliyada  1993-cü  ildə  bir  il  əvvəl  qəbul  edilmiş  vətəndaşlıq 

haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinə dair fərmanın 

həyata  keçirilməsi  çərçivəsində  Daxili  İşlər  Nazirliyi  vətəndaşsızlıq 

statusunun müəyyən edilməsi üçün səlahiyyət almışdır.

Vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün təyin edilmiş 

prosedur  olmadıqda  nə  qədər  vətəndaşsızlıq  halının  müəyyənləşdi-

rilməmiş qaldığını və problemin miqyasını müəyyən etmək qeyri-müm-

kün olur.

Bunun üçün hansı sübutlar tələb olunur?

Adətən, ərizəçi “əslən olduğu ölkənin” – doğulduğu və ya ona sərhədi 

keçmək  üçün  sənəd  verilən  ölkənin  -  səfirliyi  və  ya  konsulluğundan 

sənəd  təqdim  etməlidir  ki,  bu  şəxs  həmin  ölkənin  vətəndaşı  deyil. 

Yuxarıda göstərildiyi kimi, bu hər zaman mümkün deyil. Bütün sənədlər 

olmadıqda  bəzi  Dövlətlər,  vətəndaşlıq  haqqında  müvafiq  qanunların 

təhlili  və  ya  şahidlər  və  ya  başqa  üçüncü  tərəflərin  bəyanatları  kimi, 

başqa  sübut  formalarını  qəbul  edə  bilirlər.  Məlumat  axtarışı  müxtəlif 

dövlət  orqanlarının,  həmçinin  müxtəlif  Dövlətlərin  müştərək  səylərini 

tələb edə bilər.

Sənədin  hazırlanması  zamanı  Dövlət  arasında  vətəndaşlığı  olmayan 

şəxslərin müəyyən edilməsinə razılaşdırılmış yanaşma mövcud deyildi. 

Vətəndaşsızlığı müəyyən edən sübutların amilləri müxtəlif Dövlətlərdə 

fərqlənə bildiyindən, bir ölkədə vətəndaşlığı olmayan şəxs kimi tanınan 

fərd, başqa ölkədə apatrid sayılmaya bilər.



27

2005-ci ildə BMT QAK Avropa Birliyi üzvləri olan ölkələrin 1954-cü il 

Konvensiyasının həyata keçirmələri barədə məruzəni dərc etmişdi. 

Burada  bildirilirdi  ki,  AB-nin  əksər  ölkələri  apatridlərin  müəyyən 

edilməsi  və  onların  vətəndaşlığı  olmayan  şəxslər  kimi  tanınması 

üçün  konkret  mexanizmlər  yaratmamışlar;  bunun  yerinə,  adətən, 

sığınacaq  verilməsi  ilə  əlaqədar  prosedurdan  istifadə  edilir.  Nəticə 

etibarilə  Avropa  Birliyində  vətəndaşsızlıq  probleminin  miqyasını 

müəyyən  etmək  mümkün  deyil.  Lakin,  məruzəsinin  hazırlanması 

prosesində  BMT  QAK  Konvensiyanın  yerli  səviyyədə  tətbiqinin 

faydalı təcrübəsini aşkar etmişdir. Bu təcrübə Avropa Birliyi ölkələrinin 

eyniləşdirmə  və  tanıma  prosedurlarının  uzlaşdırılmasında  istifadə 

edilə və 1954-cü il Konvensiyasını Ratifikasiya etmiş Dövlətlər üçün 

rəhbər kimi xidmət edə bilər.



Fərdin vətəndaşlığı olmayan şəxs kimi tanınması barədə kim qərar 

qəbul edir?

Apatridlərin  müəyyən  edilməsi  üçün  vətəndaşsızlıq  məsələlərində 

ixtisaslaşmış,  ərizəni  və  onlarda  göstərilən  faktların  təsdiq  edən 

materialları qərəzsiz və obyektiv olaraq qiymətləndirə biləcək peşəkar 

işçilər  təyin  edilməlidir.  Vətəndaşsızlıq  faktının  müəyyən  edilməsinə 

cavabdeh  orqanın  mövcudluğu  qərarlarda  uzlaşmazlığı  minimuma 

endirməyə,  şəxslərin  əslən  olduqları  ölkələr  barədə  məlumatların 

alınması  və  yayılması  üçün  təsirli  tədbirlər  görməyə,  həmçinin, 

fəaliyyətinin  istiqamətləndirilməsinə  görə  vətəndaşsızlıqla  əlaqədar 

məsələlərdə təcrübənin toplanmasına imkan yaradır. Vətəndaşsızlıq sta-

tusunun müəyyən edilməsi qanunlar, tənzimləyici müddəalar və müxtəlif 

Dövlətlərin təcrübəsi haqqında məlumatların yığılması və təhlilini tələb 

edir. Hətta mərkəzi orqanın olmadığı halda belə, vətəndaşsızlıq statu-

suna dair qərar qəbul edən işçilər milli qanunvericilik və vətəndaşsızlıq 

məsələlərində  təcrübəli  olan  dövlət  orqanlarından,  habelə  başqa 

Dövlətlərdən olan kolleqaları ilə əməkdaşlıqdan faydalanacaqlar. 



Fərdlər prosedurdan necə istifadə edə bilərlər?

1954-cü  il  Konvensiyası  Dövlətlərin  üzərinə  ərizəçilərin  onların 

vətəndaşlığı olmayan şəxslər kimi tanınmasına dair ərizələrinə baxılması 

müddətində ərazilərində qanuni yaşamalarına icazə verməyə öhdəlik 

qoymur.  Lakin,  fərd  müvafiq  Dövlətin  ərazisində  olduğundan  onun 

vətəndaşlıq  statusunun  müəyyən  edilməsi  onun  vəziyyətinin  yeganə 

həlli  yolu  ola  bilər.  Fərd  vətəndaşlığı  olmayan  şəxs  kimi  müəyyən 

edilmişdirsə və onun əvvəl yaşadığı ölkəyə qaytarılma şansı yoxdursa




28

və ya bu cür ölkə mövcud deyilsə, bu halda yeganə həll yolu onun bu 

Dövlətin ərazisinə buraxılması və onun bu ərazidə qanuni olması üçün 

bu və ya digər icazənin verilməsi ola bilər. 

Fərd onun vətəndaşlığı olmayan şəxs kimi tanınması üçün ərizə ver-

diyi halda və ya hakimiyyət orqanlarının onun apatrid olub-olmadığını 

müəyyən  etmək  üçün  addımlar  atdıqda  prosesin  bitirilməsinə  qədər 

fərdin  müvəqqəti  olaraq  ölkədə  olmasına  icazə  verilməsinə  ehtiyac 

ola  bilər.  Konvensiyada  fərdin  onun  vətəndaşlığı  olmayan  şəxs  kimi 

tanınması  barədə  ərizəsinə  baxılma  müddətində  qanuni  olaraq  ölkə 

ərazisində  olmağa  icazənin  verilməsinə  dair  göstərişlər  yoxdur.  Bu 

cür  prosedurların  həyata  keçirilməsi  təcrübəsi  konkret  Dövlətlərdən 

asılıdır.

Lazımi hüquq proseduru prinsipinə əsasən ərizəçiyə aşağıdakılar daxil 

olmaqla müəyyən zemanətlər verilməlidir:

 - ərizəçinin iştirakı ilə ərizəyə fərdi baxılmasına hüququnun olması;

 - ərizəyə obyektiv baxılması hüququ;

 - ərizəyə baxılma prosedurunun müəyyən müddəti;

 - ərizəçinin başa düşdüyü dildə prosedur barədə məlumata çıxış;

 - hüquqşünas və tərcüməçi xidmətləri;

 - məxfilik və məlumatın qorunması hüququ;

 - həm qərar, həm də əsasında onun qəbul olunduğu səbəblərlə  tanışlıq;   

 - qəbul olunmuş qərarın qanuniliyinə etiraz etmək imkanı.



Onların  vətəndaşlığı  olmayan  şəxs  kim  tanınması  xahişi  ilə  müraciət 

edən bəzi ərizəçi kateqoriyaları, xüsusilə, müşayiətsiz yetkinlik yaşına 

çatmayan uşaqlar üçün ayrı prosedurlar tələb edən xüsusi ehtiyaclar 

ola  bilər.  Bura  inzibati  prosedur  zamanı  müşayiətsiz  yetkinlik  yaşına 

çatmayan uşağın maraqlarını təmsil edəcək və yaranan problemlərin 

həllində ona kömək edəcək himayəçinin təyin edilməsi daxil ola bilər.



Ölkədə icazəsiz olan vətəndaşlığı olmayan şəxslər həbsə məruz 

qala bilərmi?

Adətən, vətəndaşlığı olmayan şəxslər həbsə məruz qalmamalıdırlar



.

Vətəndaşlığı olmayan şəxslərin çox vaxt milli şəxsiyyət vəsiqəsi və ya 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə