Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

32 
 
Nisşenin,  Andreevin  əsərlərində  “cəmiyyət  və  insan  qaranlıq  boyalarla 
ifadə  edilmişdir,  onlar  (şagirdlər-Y.Q.)  qərara  gəlirlər  ki,  yaşamağa 
dəyməz və tam ümidsizliyə yaxınlaşırlar(17h). 
Aydındır  ki,  bu  heç  də  M.  Qorkinin  əsərlərinə  verilən  qiymət 
deyildir.  Təbliğat  məqsədi  ilə  çar  mütləqiyyətinin  ictimai  və  siyasi 
simasını  açıb  göstərən  və  inqilabi  çevriliş  tələb  edən  əsərlərin  şagirdlər 
arasında mütaliəsinin qarşısını almaqdan, xalq kütlələrini inqilabi əhval-
ruhiyyədən çəkindirməkdən başqa bir şey deyildir. 
Şagirdlərin  sinifdən  və  məktəbdənxaric  mütaliəsi  ilə  əlaqədar 
keçirilən gecələr daha geniş əhəmiyyət kəsb edirdi. 
Gecələrdə  elm  və  texnika  yeniliklərini  şagirdlərə  çatdırmaq 
məqsədi  ilə  mühazirələr  oxunurdu.  Gecələrdə  şagirdlər  kitabxanaçının, 
fənn  müəllimlərinin  və  sinif  rəhbərlərinin  köməyi  ilə  ayrı-ayrı 
fənlərə(tarix,  fizika,  incəsənət  və  s.)  dair  oxuduqları  əsərlər  və  elmi 
yeniliklər  haqqında  mülahizələr  oxuyurdular.  Həmçinin  belə  gecələrə 
müxtəlif ixtisasçı alimlər, müəllimlər və həkimlər dəvət olunurdu. Onlar 
da  elmi  yeniliklər,  böyük  mütəfəkkirlər  bəşəriyyətin  mübarizləri, 
mübarizə  yollarında  onların  rast  gəldikləri  əngəlliklər  və  çətinliklər 
haqqında,  həyat  mübarizəsində  rast  gələn  çətinliklərin  öhdəsindən 
gəlmək  üçün  qarşıda  duran  vəzifələr  və  işlər  haqqında  mülahizələr 
oxuyurdular.  Xüsusən  məktəb  həkimlərini  gigiyenik  qaydalar,  papiros 
çəkməyin,  spirtli  içkilərin  insan  sağlamlığına  zərəri  və  sairlər  haqqında 
oxuduqları mühazirələr daha maraqlı keçirdi(17h). 
Yeri  gəlmişkən,  İrəvan  gimnaziyasında  təlim  işi  3  vasitə  ilə 
aparılırdı:  1)  əqli  tərbiyə  naminə  tədris  materialının  düzgün  tədrisinin 
qoyuluşu  2)  Sinifdənxaric  mütaliə  3)  sinifdənxaric  söhbətlər.  QTD-nin 
Popeçitel  Şurasının  yığıncağında  qeyd  edilirdi  ki,  yuxarı  siniflərdə 
sinifdənxaric  mütaliə  tədris  müəssisəsinin  özündən  işləyən  müəllim-
lərinin rəhbərliyi ilə olmalıdır. Belə ki, bəzən ola bilər ki, şagirdin  əlinə 
ziyan  gətirici  kitab  düşə  bilər.  Mütaliə  üçün  seçilən  kitablar  ölkənin 
müasir yazıçılarının əsərlərindən olmalıdır (Şiller, Bayron, Höte, Şekspir, 
Hüqo,  Yessinq  və  s.).  Tənqidi  kitabları  (Apollon,  Qriqoryev,  Belinski, 
Brandes,  Veselovski,  Maykov  və  s.)  yaddan  çıxarmaq  olmaz. 
Sinifdənxaric  oxu  ilə  yanaşı  uşaqları  məktəbə  daha  da  yaxınlaşdıran 
müsahibələr  məktəb  təlimində  görkəmli  yer  tutmalıdır.  Müsahibələrin 
maraqlı keçməsi üçün isə onun hazırlığından asılıdır. Hazırlıq isə ən azı 
bir  neçə  həftə  qabaqcadan  görülürdü.  Müsahibədə  oxunmuş  əsər 
haqqında  şagirdlər  referat  yazırdı,  onun  opponenti  olurdu.  Həmin 
opponent  müsahibənin  aparılmasına  2-3  gün  qalmış  yoldaşının  kitabını 
oxuyurdu, yığıncaqlarda fikir mübadiləsi aparılırdı (17c). 


33 
 
  Nəticə  olaraq  natamam  orta  və  orta  məktəb  kitabxanaları 
haqqında aşağıdakıları qeyd etmək olar. 
1.  Natamam  orta  və  orta  məktəb  kitabxanalarının  sayı  və  onların 
kitab fondu ilbəil artmışdır. Onların sayı 1913-cü ildə Azərbaycanda 18-ə 
çatmışdır.  Ancaq  kitablar  azlıq  təşkil  edirdi.  Məsələn,  Bakı  qadın 
gimnaziyasının şagird kitabxanasında 1884-cü ildə bir şagirddə 0.2 adda, 
0.8  nüsxə,  1890-ci  ildə  2.2  adda,  3.6  nüsxə,  1913-cü  ildə  4  adda,  11 
nüsxə  kitab  düşürdü.  Həmçinin  mütaliə  üçün  nəzərdə  tutulan  kitabların 
əksəriyyəti şagirdlərin yaş və bilik səviyyələrinə uyğun deyildir. 
2.  Şagirdlərin  sinifdən  və  məktəbdənxaric  mütaliəsi  ilə  əlaqədar 
olaraq natamam orta və orta məktəb kitabxanaları vasitəsilə aparılan işlər 
nümunəvi və rəngarəng olub, şagirdlərin təlim və tərbiyəsi işində başlıca 
rol  oynamışdır.  XMN  sərəncamında  qeyd  edilirdi:  “...  mütaliə  edilən 
əsərlərin  ,  ədəbi  əsərlərin,  ədəbi  söhbətlərin  və  sinifdənxaric  mütaliəni 
təşkil  tərcüməsi  məktəb  təliminin  məhsuldarlığını  artırmaq  vasitəsi  kimi 
gənclərə geniş fikir, ruhi əməyə hörmət, layiqli tələbkarlıqla öz yazılı və 
şifahi nitqinə düzgün münasibət cəhdi öyrədir”(17i). 
QTD-ə  daxil  olan  tədris  müəssisələrinin  pedaqoji  şuraları  bu 
məsələ  barədə  öz  fikirlərini  qeyd  edirdilər:  “  Sinifdənxaric  məşğələlərin 
ən faydalıları ev oxusu və ədəbi söhbətlərdir. Ancaq bununla göstərirdilər 
ki,  sinifdənxaric  oxu  ilə  güdülən  ən  yaxşı  məqsədə  nail  olmaq  üçün 
şagird kitabxanalarının yaxşılaşdırılmasında və onların düzgün təşkilində 
inadlı ehtiyac meydana çıxır(17j).  
3.  Kitabxanaların  iş  üsulları  vahid  sistem  təşkil  etmirdi:  kiçik  bir 
məktəbdə hər sinif üçün ayrı kitabxanalar düzəldilmişdir, digərində onlar 
yaş  dərəcələrinə  görə  bölünmüşdür,  üçüncüsündə  elmi  ixtisaslar  üzrə 
bölünmüşdür.  Kitablar  şagirdlərə  ya  sinif  rəhbərləri,  ya  ixtisaslar  üzrə 
fənn  müəllimləri,  ya  da  xüsusi  kitabxanaçılar  tərəfindən  verilirdi.  Kitab 
verilişi  qaydası  da  eyni  deyildir:  bəzi  məktəblərdə  hər  gün,  bəzilərində 
isə təyin edilmiş gün və saatlarda verilirdi. Oxu otaqları yalnız pansionu 
olan  məktəblərdə  düzəldilmişdir  ki,  bu  da  yalnız  pansionçular  üçün  idi. 
Mütaliəyə  nəzarət  müxtəlif  idi:  bəzilərində  mütaliənin  yoxlanışını  sinif 
rəhbəri, bəzilərində fənn müəllimləri, bəzilərində isə kitab mütaliə etmiş 
məktəb  işçisi  aparırdı.  Şagirdlər  müəllimlərə  oxuduqları  kitablar 
haqqında  aşağı  siniflərdə  şifahi,  yuxarı  siniflərdə  isə  yazılı  hesabat 
verirdilər.  Başqa  bir  məktəbdə  isə  şagirdə  verilən  kitab  müəllim 
tərəfindən oxunurdu və kitabın məzmunu haqqında suallar yazılıb kitabın 
ilk səhifəsinə yapışdırılırdı. Şagird kitabı mütaliə etdikdən sonra suallara 
cavab  yazırdı.  Beləliklə,  verilən  suallar  şagirdlərə  kitabla  şüurlu  rəftar 
öyrədirdi.(17q). 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə