Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə5/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   2   3   4   5   6   7   8   9   ...   78

12 
 
Məlum  həqiqətdir  ki,  şəxsiyyətlər  öz-özünə  yaranmır,  mövcud 
cəmiyyətin  sosial  münasibətləri  sisteminin  məhsulu  kimi  çıxış  edir. 
Bununla belə şəxsiyyət heç də sosial mühitin passiv nəticəsi deyildir. O, 
özünün  praktik  fəaliyyətində  yaşadığı  mühitə  fəal  dəyişdirici  təsir 
göstərir. Bu cəhətdən zəngin mütaliəsi ilə fərqlənən mütəxəssislər xüsusi 
qeyd olunmalıdır. Çünki onlar öz əməli fəaliyyətləri ilə cəmiyyətin həm 
mənəvi, həm də maddi inkişafına kömək edirlər.  
Bir  cəhəti  qeyd  edək  ki,  müxtəlif  oxucu  qrupları  kimi  mütəxəssis 
oxucuların idrakı cəhətdən fəallaşmasında, öyrənməyə, müxtəlif məlumat 
xarakterli  ədəbiyyatı  araşdırmağa  meylin  güclənməsində  kitabxanalar, 
xüsusilə sahəvi kitabxanalar böyük imkana malikdir. Belə ki, sahəvi ki-
tabxanalarda  təşkil  edilən  kitab  müzakirələri,  elmi  konfranslar,  tanınmış 
elm  xadimləri  ilə  görüşlər,  disputlar  iştirakçılarda  yeni-yeni  maraq 
oyadır,  müəyyən  mənəvi  tələbat  yaradır,  konkret  məsələ  üzrə  müvafiq 
məlumatı araşdırmaq istəyi aşılayır.  
Bu  proseslərdə  yaranan  maraq  mütəxəssis  oxucuda  sabit  və  dərin 
mütaliə marağı formalaşdırır.  
Tarixi mənbələr təsdiq edir ki, heç bir ali təhsil müəssisəsi, heç bir 
ali məktəb proqramı öz məzununa təbiətin və cəmiyyətin inkişaf qanun-
ları  haqqında  lazımi  bilikləri  tam  dolğunluğu  ilə  verə  bilməz.  Çünki 
məhdud zaman çərçivəsi üçün hazırlanan təhsil proqramları bu sahədəki 
problemləri bütövlükdə əhatə edə bilməz. Ona görə də, ali və orta ixtisas 
məktəbini  bitirən  hər  bir  məzun  cəmiyyətin  tələbinə  uyğun  mütəxəssis 
kimi yetişib formalaşmaq üçün ardıcıl, sistemli, çoxcəhətli və rəngarəng 
mütaliəyə üstünlük verməlidir.  
Elmlərin daim inkişafda olması, eləcə də ayrı-ayrı elmlərin inteqra-
siyası  və  diferensasiyası  şəraitində  müvafiq  elm  sahələrinin  mütəxəssis-
ləri sahəvi kitabxanaların zəngin kitab fondundan səmərəli istifadə etmə-
dən lazımi mənəvi inkişafa, yetkin mütəxəssis adına yiyələnə bilməz.  
Müxtəlif məzmunlu çap məhsullarından səmərələnmək, kitabxana-
ların xidmətindən lazımi səviyyədə istifadə etmək üçün hər bir mütəxəs-
sis oxucu yüksək mütaliə mədəniyyətinə malik olmalıdır. Yəni mütəxəs-
sis oxucunun sabit, geniş oxucu marağı olmaqla bərabər, özünün mütaliə 
marağına  müvafiq  hər  bir  sorğunu  harada  və  necə  axtarmaq  yollarını 
bilməlidir.  Bununla  əlaqədar  mütəxəssis  oxucu  kitabxanalarda  mövcud 
olan  kataloq  və  kartoteka  sistemindən,  müxtəlif  məzmunlu  biblioqrafik 
göstəricilərdən lazımi səviyyədə istifadə etməyi bacarmalıdır. 
Bütün  oxucu  qruplarının,  o  cümlədən,  mütəxəssis  oxucuların 
kitabxanadan  sərbəst  istifadə  vərdişinə  yiyələnməsi  üçün  kitabxanalar 
oxucularla  müntəzəm  iş  aparmalıdır.  Bu  baxımdan  respublika  səviyyəli 
sahəvi  kitabxanalarda  aparılan  işlər  daha  çox  səmərə  verə  bilir. 


13 
 
Respublika  Elmi-Texniki  kitabxanasında  apardığımız  araşdırmalar  bu 
fikri söyləməyə əsas verir. 
 
 
ƏDƏBIYYAT 
 
1.
 
Xələfov  A.A.  Müasir  kitabxanaların  sosial  funksiyaları// 
Kitabxanaşünaslıq və biblioqrafiya.- B.:BUN, 199.- №2.-3.3-32 
2.
 
Respublika Elmi-Texniki Kitabxanasının 2010-cu il hesabatı 
3.
 
Поварнин С.И Типология читателей М.: Книга, 1994.- С.69 
 
 
 С.РЗАЙЕВ 
Г.ГАДЖИЕВА 
РОЛЬ САМООБРАЗОВАТЕЛЬНОЕ ЧТЕНИЕ В 
ФОРМИРОВАНИИ КВАЛИФИКАЦИОННАЯ И 
ПРОФЕССИОНАЛЬНОЕ ЗНАНИЕ СПЕЦИАЛИСТОВ. 
РЕЗЮМЕ 
 
 В этой статье характеризируется самообразовательное чтение 
специалистов и роль чтение в формировании их личности. 
 
S.RZAYEV 
 G.HACIYEVA 
THE ROLE OF SELF-EDUCATION READING IN THE 
FORMATION OF THE QUALIFIED AND PROFESSIONAL 
KNOWLEDGE OF THE SPECIALIST 
SUMMARY 
 
This article characterizes the specialists self-education and the role 
of reading in the formation of their personality. 
 


14 
 
Sevda XƏLƏFOVA 
Kitabxana resursları və informasiya axtarıĢ sistemləri 
kafedrasının baĢ müəllimi, tarix üzrə fəlsəfə doktoru 
 
KITABXANA KATALOQLARININ INKIġAF FORMALARI 
Məqalə “Universitetdaxili 50+50 qrant proqramı” çərçivəsində 
iĢlənmiĢdir. 
 
Açar  sözlər:  kitabxana  kataloqu,  informasiya,  kitabxana,  elektron 
kataloq, ənənəvi kart kataloqu. 
Ключевые  слова:  библиотечный  каталог,  информация, 
библиотека,  электронный  каталог,  традиционный  электронный 
каталог. 
Key words: library, catalog, information, library e-catalog
traditional card catalog 
 
Əqli əməyin istənilən forması informasiya axtarışı ilə bağlıdır. Bu 
axtarışın  getdikcə  daha  da  çətinləşdiyini  sübut  etməyə  ehtiyac  yoxdur. 
Çünki axtarış sisteminin özü çətinləşir və getdikcə xüsusi bilik sahəsinə 
çevrilir.  Sistemsiz  axtarış  həmişə  çox  vaxt  aparır  və  onun  tamlığına 
təminat  olmur.  Bununla  belə,  təəccüblü  deyil  ki,  hətta  təcrübəli 
mütəxəssislər  belə  lazımi  informasiyanın  axtarışında  öz  üsullarının  nə 
dərəcədə rasional olması üzərində bəzən tərəddüd edirlər. 
Sənədli  informasiya  mənbələrinin  axtarışının  məqsəd  və  şərtləri  o 
qədər  müxtəlifdir  ki,  bu  məsələdə  vahid  sxem  ola  bilməz.  Məsələn, 
müəyyən mövzunun tədqiqi üçün müvafiq ədəbiyyatın tam siyahısı lazım 
olduğu  halda,  digər  mövzu  ilə  bağlı  yalnız  müasir  və  ya  əsas  nəşrlər 
kifayət  edir;  bir  tədqiqat  üçün  ilkin  informasiya  mənbələrinə  çıxış  tələb 
olunduğu halda, bir başqası  üçün ikinci  mənbələrdəki  informasiyalar da 
kifayət edər. 
Kitabxana  kataloqlarından,  kartotekalarından  və  biblioqrafik 
göstəricilərdən  bacarıqla  istifadə  etməklə  çətinlik  çəkmədən  sənədli 
informasiya  mənbələrinin  axtarışının  sxemini  onun  məqsədlərinə  uyğun 
tərtib etmək mümkündür. 
Kataloqlar  kitabxana  fondunu  açır,  onu  təbliğ  etməkdə,  oxuculara 
ədəbiyyatın seçilməsində və mütaliənin istiqamətləndirilməsində, habelə 
kitabxana resursları haqqında məlumatın verilməsində xüsusi rol oynayır. 
Daha doğrusu, kitabxana işinin əsas elementi kimi kitabxana kataloqları 
kitabxana  fəaliyyətinin  əsasını  təşkil  edərək  onun  ən  mühüm 
funksiyalarının operativ və keyfiyyətli həyata keçirilməsinə həlledici təsir 
göstərir.  Kitabxana  kataloqu  bir  və  ya  bir  qrup  kitabxananın  fondunda 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə