Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə7/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   2   3   4   5   6   7   8   9   10   ...   78

17 
 
tələblərinə  cavab  verdi.  Sənədlərin  müxtəlif  əlamətlər  (müəllif,  başlıq, 
predmet  rubrikası,  təsnifat  indeksi  və  s.)  üzrə  axtarışına  imkan  verən 
kataloq sistemi işlənib hazırlandı. 
Elektron  kataloqlar,  yaranması  və  formalaĢması.  Kataloqun 
yeni forması olan elektron kataloqun yaradılmasına 1950-ci illərin sonun-
da  ilk  kompüterlərin  meydana  çıxması  ilə  start  verildi.  Kataloqun  bu 
formasının  inkişafı  digər  formalardan  fərqli  olaraq  bir  neçə  mərhələdən 
keçdi. Yalnız zəruri iqtisadi və texniki imkanların təşəkkül tapdığı dövr-
də elektron kataloq kitabxana kataloqunun başlıca formasına çevrildi. Bu, 
1990-cı  illərin  ortalarında  baş  verdi.  Elektron  kataloqun  formalaşması 
mərhələlərini nəzərdən keçirək: 
I  nəsil  elektron  kataloqlar.  Kitabxanalarda  1960-cı  illərin 
ortalarında peyda olan biblioqrafik yazının strukturu, onun məzmunu və 
axtarış elementlərinin yığımı sahəsinə aid ilk elektron kataloqlar kartoçka 
kataloqu  modeli  üzrə  formalaşmışdır.  Axtarış  texnikası  və  axtarış 
interfeysləri  avtomatlaşdırılmış  axtarış  sistemlərinin  imkanları  ilə 
müəyyənləşdirilirdi.  Axtarış  sahəsində  iki  müxtəlif  yanaşma  tətbiq 
olunurdu:  axtarışın  kartoçka  modeli  və  məntiqi  operatorlardan  istifadə 
etməklə  axtarış  modeli.  Bu  modellərdə  axtarış  parametrləri  biblioqrafik 
təsvirin  əsas  elementləri  ilə  məhdudlaşdırılmışdı  -  müəllif,  sərlövhə  və 
yazının nəzarət nömrəsi  üzrə axtarış mövcud idi. İlk elektron kataloqlar 
yalnız  ayrı-ayrı  sözlərdən  istifadə  yolu  ilə  axtarışa  imkan  verirdi, 
çoxsözlü  axtarış  isə  sözlərin  kombinasiyasının  dəqiq  təyini  üçün  yalnız 
məntiqi operatorların dəqiq müəyyənləşməsi şərti ilə aparılırdı. Axtarışın 
nəticəsi  biblioqrafik  yazıların  qısa  siyahısı  formasında  təqdim  olunurdu. 
Bütünlükdə 1960-cı illərin elektron kataloqları axtarış imkanları üzrə bir 
çox hallarda kartoçka kataloqlarından irəli keçə bilmirdilər. 
II  nəsil  elektron  kataloqlar.  İkinci  nəsil  elektron  kataloqların 
meydana  gəlməsi  1980-ci  illərin  əvvəlinə  təsadüf  edir.  Bu  dövrdə 
elektron  kataloqların  malik  olduğu  axtarış  imkanları  kartoçka  kataloq-
larının imkanları ilə müqayisə olunurdu. I nəsil elektron kataloqların iki 
axtarış  modeli  II  nəsil  elektron  kataloqlarda  birləşdirilmişdi.  Yeni 
modeldə  axtarış  nöqtələrinin  sayı  artırılmış,  axtarış  və  informasiyanın 
daxil  edilməsi  imkanları  genişləndirilmişdi.  Axtarışı  yalnız  biblioqrafik 
təsvirlərin  əsas  və  fakultativ  elementləri  üzrə  deyil,  nəşr  dili,  nəşr  tipi 
kimi  parametrlərlə  axtarış  imkanları  da  meydana  gəlmişdi.  Açar  sözlər, 
sözləri  kombinasiya  etmək  imkanı  ilə  ayrı-ayrı  frazalar  üzrə  axtarış  da 
mümkün olmüşdü. 
  II  nəsil  elektron  kataloqların  vacib  müsbət  xüsusiyyəti  axtarışın 
nəticələrinə  detallı  baxmaq  funksiyasının  meydana  gəlməsi  idi.  Yeni  və 
təcrübəli istifadəçilərin kompüter  və informasiya  bacarıqları səviyyəsinə 


18 
 
istiqamətlənmiş  interfeyslər  peyda  olmuşdu.  Məhz  II  nəsil  sistemlər  on-
line  public  access  (on-line  card  catalogue-dən  fərqli  olaraq)  kimi 
məşhurlaşdı  və  kütləvi  istifadəçilərin  ümumi  çıxış  imkanına  istiqamət-
ləndi.  
III nəsil elektron kataloqlar. Elektron kataloqların üçüncü inkişaf 
mərhələsi  (1990-cı  illərin sonu) üçün və  avtomatlaşdırılmış  axtarış  üçün 
istifadəçilərə  yardımçı  vasitələrin  meydana  gəlməsi  xarakterikdir.  Bu 
vasitələr  axtarış,  baxış,  seçim  və  nəticələrin  daxil  edilməsi  imkanlarını 
əlçatan formada açır. 
IV  nəsil  elektron  kataloqlar.  Müasir  dövr  elektron  kataloqların 
şəbəkə  mühitində  təqdim  olunması  ilə  səciyyələnir.  İlk  elektron 
kataloqların  formalaşması  dövründən  indiyədək  istər  biblioqrafik 
yazıların təqdimatı planında, istərsə də axtarışın təşkili sahəsində kartoç-
ka  kataloqları  ilə  elektron  kataloqlar  müqayisə  olunur.  Bu  nöqteyi-
nəzərdən  kartoçka  kataloqu  ilə  elektron  kataloqun  nəyi  əks  etdirdiyini 
ümumi səviyyədə müəyyənləşdirməyə çalışaq: 
Kartoçka kataloqu-əlifba üzrə ad başlıqlarının, sərlövhələrin (əlifba 
kataloqu),  predmet  rubrikalarının  (pretmet  kataloqu)  və  ya  təsnifat 
indekslərinin  (sistemli  kataloq)  yazılarının  nizamlı  ardıcıllığıdır. 
Sənədlərin müxtəlif kriteriyalar (ad, sərlövhə, predmet rubrikaları, təsni-
fat  indeksləri)  üzrə  axtarışının  təmin  olunması  üçün  bir  sənəd  bir  neçə 
kartoçkada tərtib olunur. Onlardan biri əlifba kataloqunda «əsas təsvir»i 
əks etdirir. Əsas təsvir iki funksiyanı yerinə yetirir. Birincisi, bir-biri ilə 
əlaqəli əsərləri (məsələn, bir müəllifin əsərlərini bir ad altında) bir yerdə 
toplamağa  imkan  verir.  İkincisi,  əsas  təsvir  sistem  daxilində  predmet 
rubrikalarının  və  təsnifat  indekslərinin  göstərilməsi  yolu  ilə  kartoçka 
kataloqlarının əlaqəsini təmin edir. 
  Elektron 
kataloq  kartoçka  kataloqundan  fərqli  olaraq, 
strukturlaşdırılmış  biblioqrafik  yazıların  massivini  ifadə  edir.  Proqram 
təminatı  sənədlərin  biblioqrafik  yazıda  müəyyənləşdirilmiş  istənilən 
element  üzrə  axtarışını  təşkil  etməyə  imkan  verir.  Axtarışın  nəticələri 
tapılmış  yazıların müəyyən elementlərinin xətti  (nizamlı) ardıcıllığı  for-
masında,  axtarışın  şərtlərinə  uyğun  olaraq  çeşidlənmiş  və  tapılmış 
sənədlərin sayının göstərilməsi ilə təqdim oluna bilər. Bu zaman axtarışın 
nəticələri  düzülərkən  hansı  axtarış  elementinin  əsas  kimi  götürül-
məsindən asılı olaraq ənənəvi kataloqun bəzi növünün analoqu haqqında 
danışmaq olar. Məsələn, əgər axtarış sərlövhə üzrə aparılıbsa, biz əlifba 
kataloqunun  analoqunu,  təsnifat  indeksi  üzrə  keçirilibsə,  sistemli 
kataloqun analoqunu alırıq.  
  Elektron  kataloqun  təyinatının  çoxsaylı  variantları  mövcuddur. 
Onların  hamısı  bu  və  ya  digər  dərəcədə  elektron  kataloqun  müxtəlif 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə