Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə78/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   70   71   72   73   74   75   76   77   78

179 
 
tarixi  mərhələli  şəkildə  tədqiqi  ilə  yanaşı,  bu  sahədə  əldə  edilən 
nailiyyətlərdən,  ixtisaslı  mütəxəssislərin  hazırlanmasından,  texnika  və 
texnologiyanın istehsalatda tətbiq edilməsindən və s. bəhs olunur). 
Sultanov  Ə.C.,  Məmmədzadə  R.N.  Azərbaycan  faydalı  qazıntılar 
xəzinəsidir. – Bakı: Elm, 1973. – 34 s. (kitabçada respublikamızın digər 
faydalı  qazıntıları  ilə  yanaşı  neft  nə  qaz  çıxarılmasının  tarixi,  neft 
sənayesinin inkişafı, neft yataqlaının axtarış və kəşfiyyatı, Azərbaycanda 
neftin  çıxarılması  sahəsində  böyük  xidmətləri  olan  bir  sıra  görkəmli 
alimlərin fəaliyyəti haqqında qısa məlumatlar verilmişdir). 
Ələsgərov M. Xəzərin dərinlikləri fəth olunur // Bakı. – 1973. – 20 
dekabr. (Səngəçal Dəniz Qazma İdarəsi haqqında). 
 Salayev  S.  Milyardıncı  ton  Azərbaycan  nefti  //  Elm  və  həyat.  – 
1971. – № 4. - S. 2-4. 
 Şaşin V.D. Neft və qaz çıxarılmasında yeni zirvələri fəth etməli // 
Kommunist.  –  1975.  –  20  iyun.  (Neft  Daşlarının  25  illiyi  münasibətilə 
keçirilmiş yığıncaqda SSRİ Neft sənayesi nazirinin nitqi). 
V  Bölmə:  “Neft  geologiyası”  adlanır  –  bu  bölmə  “Neft  və  qaz 
yataqlarının  kəşfiyyatı”  adlı  yarım  bölməyə  ayrılır.  Burada  ümumilikdə 
30  mənbə  haqqında  məlumatlar  toplanmışdır.  Materiallar  əsasən  neft  və 
təbii  qazlar  haqqında,  Xəzər  dənizində  neft  və  qaz  yataqlarının  axtarışı, 
onların  işlənməsi,  həmçinin  yeraltı  neft  və  qaz  ehtiyatlarının  hesab-
lanması məsələləri və s. haqqındadır. Məsələn, 
Əzimov B.Ə., Məmmədov Q.Ə. Elektrik modellərində neft  yataq-
larının  işlənməsi  məsələlərinin  həlli.  –  Bakı:  Azərnəşr,  1975.  –  167  s. 
(kitabda  yeraltı  hidronomika,  neft  yataqlarının  işlənməsi  nəzəriyyəsinin 
bəzi  nəzəri  və  təcrübi  məsələlərinin  torşəkilliu  elektrik  modellərində 
həllinə həsr edilmişdir). 
Orucov  V.Ə.  Neft  və  təbii  qazın  geologiyası.  Neft  texnikumları 
üçün  dərs  vəsaiti.  –Bakı,  1968.  –  138  s.  (kitabda  neft  və  təbii  qazlar 
haqqında, neft və qaz yataqlarının strukturu formaları, əmələ gəlməsi və 
pozulması, onların coğrafi yayılması, dünyanın əsas neftli-qazlı əyalətləri 
haqqında ətraflı məlumatlar verilmişdir). 
 Xəlilov N.Y. Xəzərin yeni neft yataqları. – Bakı: Azərnəşr, 1970. – 
79 s.  (kitabda Xəzər dənizində  neft və  qaz  yataqlarının axtarılması, neft 
quyularının  qazılması  və  istismara  verilməsi,  Xəzərin  geoloji  öyrənilmə 
tarixi,  geoloji  axtarış  işlərinin  növləri,  neft  yataqlarının  müxtəlif  yaşlı 
çöküntülərlə əlaqəsi və s. haqqında məsələlərdən bəhs edilir). 
 Abbasov  M.  Azərbaycanda  neft  və  qaz  yataqlarının  işlənməsinin 
nəzəriyyə  və  texnologiyasının  inkişafı  //  Azərbaycan  EA-nın  Xəbərləri. 
Yer haqqında elmlər seriyası. – 1970. - № 1. – S. 45-49. 


180 
 
 Şükürov  R.  Xəzərdə  neft  kəşfiyyatı  davam  edir  //  Kommunist.  – 
1973. – 19 avqust. 
 VI  Bölmə:  “Neft  quyularının  qazılması.  Neft  və  təbii  qazların 
istehsalı. Neft və qazın mühafizəsi və nəql edilməsi” adlanır – burada 59 
mənbə  haqqında  məlumat  verilir.  Bölmədəki  mənbələr  neftlə  yanaşı 
qazın  tərkibi,  emalı,  çıxarılması  və  nəqli  sahələrinə  həsr  edilmiş 
materiallardır.  Materialların  əksəriyyəti  dərslik  və  dərs  vəsaitləridir. 
Məsələn, 
 Abbasov Ç.İ., Məlik-Aslanov L.S. Neft yataqlarının istismarı. Neft 
texnikumları  üçün  dərslik.  –  Bakı:  Azərtədrisnəşr,  1964.  –  291  s. 
(dərslikdə  neft-qaz  kollektorlarınını  xassələrindən,  maye  və  qazların 
fiziki-kimyəvi  xassələrindən,  neft  laylarının  açılması  və  quyuların 
mənimsənilməsi,  neft  çıxarılmasının  fiziki  əsasları,  neft  yataqlarının 
işlənməsinin  əsasları,  quyuların  və  layların  tədqiqi,  quyuların  müxtəlif 
üsullarla istismarı kimi məsələlər öz əksini tapmışdır). 
Abdullayev  A.M.,  Nərimanov  A.A.  Qazın  hasilatı,  nəqli  və 
işlədilməsi.  –  Bakı:  Azərnəşr,  1967.  –  174  s.  (kitabda  təbii  qaz  yataq-
larından,  neft  və  qaz  mədənlərindən  qaz  hasilatından,  qazların  təmiz-
lənməsi  və  qurudulmasından,  qazın  nəql  edilməsi  və 
hesablanmasından

qazın  saxlanmasında  qazlaşdırılacaq  sahələrin  layihələşdirilməsi  və 
tikilməsindən,  habelə  respublikada  qazlaşdırmanın  vəziyyəti  və  onun 
daha da inkişaf etdirilməsi yollarından bəhs edilir). 
Axundov  B.  Neft  və  qaz  quyularının  qazılması.  I  hissə.  Texni-
kumlar  üçün  dərslik.  –  Bakı:  Maarif,  1973.  –  326  s.  (ali  texniki 
məktəblərin və neft texnikumlarının tələbələri üçün yazılmış bu dərslikdə 
quyuların  qazılması  üsullarından,  suxurların  təsnifatı,  fiziki-mexaniki 
xassələri və dağıdılmasından, süxurdağıdıcı alətlərdən, qazma kəməri və 
mühərriklərindən,  qazma  işlərində  tətbiq  edilən  avtomatlaşdırma  və 
mexanikləşdirmədən bəhs edilir). 
Məmmədxanov R.Q. Azərbaycan neft  yataqlarında YKZ sənədləri 
əsasında qazma məhlulunun müqavimətinin üsulu ilə dəqiqləşdirilməsi // 
Azərbaycan neft təsərrüfatı. – 1973. – № 9. – S. 18-19. 
Sadıqov  M.,  Hüseynov  O.  Neft  hasilatının  intensivləşdirilməsi 
yolları // Bakı. – 1974. – 10 may. 
VII  Bölmə:  “Neft  quyularının  təmiri”  adlanır  –  buradakı 
mənbələrin  sayı  isə  məhduddur.  Belə  ki,  cəmi  9  mənbənin  biblioqrafik 
təsvirləri  verilmişdir.  Yarım  bölmə  kimi  hazırlanmış  bölmədə  yalnız 
qəzet və jurnal məqalələri öz əksini tapmışdır. Məsələn, 
Yusifov S. Neft quyularının əsaslı təmirinin iqtisadi səmərəliliyinin 
meyarı // Azərbaycan Neft Təsərrüfatı. – 1973. - № 3. – S. 45-47. 


181 
 
 Mahmudov  S.  Universal  təmir  briqadası  //  Bakı.  –  1973.  –  1 
sentyabr. 
VIII  Bölmə:  “Neft  mədənlərinin  avtomatlaşdırılması  və 
mexanikləşdirilməsi”  adlanır  -  bu  bölmədə  də  9  mənbə  haqqında  infor-
masiyalar  toplanmışdır.  Burada  o  dövrün  ən  müasir  neft  emal  edən 
zavodlarının  əsas  obyektlərinin  avtomatlaşdırılması  üçün  önəmli  olan 
texnoloji  qurğular,  onların  əsas  aparatlarında  aparılan  proseslərin 
avtomatlaşdırılması  haqqında,  habelə  qazma  prosesini  avtomatik  idarə 
etmək  üçün  istifadə  olunan  məlumat  qurğusundan,  bu  avtomat  və 
yarımavtomatların  quruluşundan  və  işlənməsi  üsulları  haqqında  olan 
mənbələr göstərilmişdir. Məsələn, 
Abbasov  M.Ə.  Neft  emalı  zavodlarının  avtomatlaşdırılması.  – 
Bakı:  Azərnəşr,  1962.  –  351  s.  (kitabda  neft  emal  zavodları  əsas 
obyektlərinin  avtomatlaşdırılmasından  və  bunun  üçün  lazım  olan 
avtomatik və telemexanik qurğulardan bəhs edilir). 
Quliyev İ.Ş. Azərbaycan neft mədənlərinin avtomatlaşdırılması və 
telemexanikləşdirilməsi  təcrübəsindən  //  Azərbaycan  Neft  və  Qaz 
Sənayesinin  Elmi-Texniki  Cəmiyyəti.  –  Bakı,  1962.  –  80  s.  (  kitab 
mühəndis  və  texniki  işçilər  üçün  nəzərdə  tutulmuşdur.  Burada  bir  sıra 
neft  mədənlərindəki  quyuların  avtomatlaşdırılması  və  mexanik-
ləşdirilməsi sahəsində qazanılmış təcrübədən bəhs edilir.) 
 Mahmudov Y. Elektron hesablama texnikası  neft  quyularını  idarə 
edir // Elm və həyat. - № 3. – S. 6-7. 
 Bayramov  C. Qazmada  təzə texnikanın faydası  //  Bakı.  –  1971.  – 
26 aprel. (Abşeron neft quyuları haqqında). 
 IX  Bölmə:  “Neft  mədənlərinin  avadanlığı”  adlanır  –  burada  10 
mənbə haqqında məlumat verilir. Verilmiş mənbələrdə neft mədənlərində 
tətbiq  edilən  elektrik  avadanlığının  əsas  amilləri,  elektrik-təchizat 
sxemləri,  idarəedici  avtomatların  quruluşları  ilə  yanaşı,  həm  də  cihaz-
qayırma  texnologiyasının  ümumi  məsələləri  və  s.  haqqında  infor-
masiyalar  göstərilmişdir.  Məsələn,  Ağamalıyev  H.,  Tağızadə  P.  Neft-
mədən geofizikasının aparatları və avadanlığı. Ali texniki məktəblər üçün 
dərslik. – Bakı: Maarif, 1975. – 258 s. (dərslikdə neft quyularının kəsiliş-
lərinin  mədən  geofizikası  üsulları  ilə  tədqiqində  tətbiq  edilən  aparat  və 
avadanlığın təsviri və s. haqqında məlumat verilir). 
Quluzadə  K.N.  Neft  mədənlərinin  elektrik  avadanlığı.  Ali  texniki 
məktəblər üçün dərslik. – Bakı: Maarif, 1977. – 396 s. (dərslikdə qazma 
qurğuları  nasos  üsulu  ilə  neft  çıxarılması,  neft  mədənlərinin  elektrik 
təchizatı,  idarəedici  avtomatların  quruluşları,  elektrik  energetikasının 
inkişafı və s. barədə məlumatlar öz əksini tapmışdır). 


182 
 
Elmirov A. Neftçilər üçün avadanlıq // Elm və həyat. – 1973. - № 
11.  –  S.  23.  (Azərbaycan  Elmi-Tədqiqat  Neft  Maşınqayırma  İnstitutu 
haqqında). 
Quliyeva  Z. SSRİ neft  rayonlarının neft-texniki avadanlıqla təmin 
edilməsində  Azərbaycanın  rolu  //  Azərbaycan  tarixinə  dair  materiallar. 
Azərbaycan SSR EA Azərbaycan tarixi muzeyi. – 1973. – C.VIII. - № 3. 
– S. 114-127. 
Əhmədov B. Avadanlığın keyfiyyəti və standartlaşdırma // Bakı. – 
1973. – 3 fevral. (Neft-mədən avadanlığının standartlaşdırılması haqqın-
da). 
Əlizadə Ə. Mütərəqqi üsullar, qiymətli cihazlar // Bakı. – 1973. – 
15 sentyabr. (Neft yataqları haqqında). 
X Bölmə: “Neftin emalı” adlanır – bu bölmədə 17 mənbə haqqında 
informasiyalar toplanmışdır. Mənbələr neft və qaz emalının texnologiyası 
üzrə  kurs  layihəsinin  məzmunu  və  s.  məsələlərinə  dair  ümumi  metodik 
göstərişlər,  habelə  neftin  tərkibi  haqqında,  neft  karbohidrogenlərinin 
emal  edilməsindən,  Azərbaycanda  mövcud  olan  neftli  ərazilərin 
bəzilərinin  fiziki-kimyəvi  xassələri  və  digər  sahələri  haqqında  geniş 
məlumatlar verilmişdir. Məsələn, Azəri R.M., Mirzəyev S.D. Neft və qaz 
emalının texnologiyası. – Bakı: Azərbaycan NKİ nəşriyyatı, 1971. – 112 
s.  (kitabda  neft  və  qaz  emalının  texnologiyası  üzrə  kurs  layihəsindən, 
ayrı-ayrı  qurğuların  maddi  və  istilik  balanslarının  qurulması  üçün 
göstərişlər haqqında məlumat verilir). 
Hacıyeva  B.,  Koşelova  L..,  Haşımov  H.  Bakı  neftlərindən  ayrılan 
C7 – C9 turşularının öyrənilməsi // Azərbaycan Kimya jurnalı. – 1973. - 
№ 7. – S. 77-81. 
 Qədiməliyeva  N.  Xam  nefti  qələviləşdirmə  üsulu  ilə  neft 
məhsullarının neytrallaşması // Azərbaycan Neft təsərrüfatı. – 1970. - № 
6. – S. 33-35. 
Nəsirov  Ə.B.  Neft  və  kimya.  –  Bakı:  Maarif,  1966.  –  121  s. 
(kitabda  neftin  emala  hazırlanması  neft-kimyəvi  sintez  məhsulları,  bu 
məhsullardan 
xalq 
təsərrüfatında 
istifadə 
edilməsi 
haqqında 
informasiyalar verilmişdir). 
Qocayev  X.  Sintetik  yağlar  yaradılır  //  Bakı.  –  1972.  –  10  may. 
(Neft məhsulları haqqında). 
XI  Bölmə:  “  Neft  sənayesinin  qabaqcılları”  adlanır  –  sonuncu 
bölmə olan bu bölmədə respublikamızın neft sənayesi sahəsində çalışan 
fədakar neftçilərimiz, habelə  neft və  qaz sahəsinin bütün  problemlərinin 
öyrənilib,  araşdırılmasında,  yeni-yeni  mütərəqqi  ideya  və  kəşflərin 
edilməsində xidmətləri olan alimlərimizin həyat və fəaliyyətləri haqqında 
məlumatlar  toplanmışdır.  Burada  130  mənbənin  biblioqrafik  təsvirləri 


183 
 
əhatə edilmişdir. Məsələn, Abbasov Ş. Siyəzənneftin qabaqcılları. Jurna-
listin  qeyd  dəftərçəsindən.  –  Bakı:  Azərnəşr,  1964.  –  24  s.  (kitabçada 
qocaman  neftçi,  respublikanın  əməkdar  mühəndisi,  Qırmızı  Əmək 
Bayrağı  və  “Şərəf  Nişanı”  ordenli  Hüseyn  Abbasoğlunun,  qazma  ustası 
Zülfüqar  Mustafayevin,  briqadir  Şahlar  Əhmədovun,  baş  geoloq  Yusif 
Yusifovun fədakar əməklərindən, Siyəzənneft yataqlarının istismarından, 
onların fəaliyyətindən bəhs edilir). 
Babayev K. Qabaqcıl təcrübəyə arxalandıqda // Bakı. – 1973. – 29 
iyun.  (Xərə-Zirə  Dəniz  Kəşfiyyat  Qazma  İdarəsi  geoloji  şöbəsinin 
qazmaçıları haqqında). 
Əliyev F. Bakı neftçiləri İraqda // Bakı. – 1974. – 31 avqust. (Neft 
daşlarında  neftçıxarma  operatoru  işləyən  Lətif  Sadıqovun  İraqda  neft 
mədənlərindəki işi haqqında). 
Mahmudov E. Çovğunlu gecələr // Ədəbiyyat və incəsənət. – 1972. 
– 26 fevral. (Səngəçal dəniz mədənlərinin neftçiləri haqqında oçerk). 
Əliyev S. Zəhmət itmədi // Azərbaycan gəncləri. – 1973. – 19 may. 
(Özbəkistan neftinin elmi mərkəzi direktoru V.Orucov haqqında). 
Mütəllimov X. Bu institutda olsanız... // Kommunist. – 1972. – 19 
iyul. (Moskvanın Qubkin adına Neft və Qaz Sənayesi İnstitutu riyaziyyat 
kafedrasının müdiri, texnika elmləri doktoru, professor Məcid Əziz oğlu 
Hüseynzadə haqqında). 
Mütəllimov  X.  “Pan  Rac”  //  Azərbaycan  gəncləri.  –  1974.  –  6 
aprel. (Polşada çalışan mühəndis Mehrac Hacıyev haqqında). 
Statavin  R.  Neftçilər  sülaləsinin  dörd  nəsili  //  Bakı.  –  1973.  –  17 
fevral.  (Leninneftin  8-ci  rayon  mühəndis-texnoloji  xidmətinin  operatoru 
İ. Aslanov haqqında). 
Göründüyü  kimi,  neftçi-alimlərimiz  nəinki  ölkə  daxilində,  hətta 
xarici  ölkələrdə  belə  öz  əməli  və  elmi  fəaliyyətləri  ilə  diqqət  çəkərək 
şöhrət qazanmışlar. Bu uğurların yalnız kişilərə məxsus olmasını demək 
düzgün  olmazdı.  Çünki,  fədakar  qadınlarımız  belə  ən  çətin  peşələrdən 
sayılan  neft  sahəsində,  buruqların  arasında,  gərgin  əmək  tələb  edən 
zavodlarda  da  öz  bacarıq  və  qabiliyyətlərini  nümunəvi  şəkildə  göstərə 
bilmişlər. Məsələn, 
Əliyev Ş. Əməl bacıları // Azərbaycan qadını. – 1972. - № 2. – S. 
16-17. (Kürsəngi 3 nömrəli qazma kontorunun laborantı M.Gözəlova və 
mühəndiz S.Hüseynova haqqında). 
Mahmudov S. Ceyran Rüstəmxanova // Azərbaycan qadını. – 1974. 
–  №  10.  –  S.19.  (Qaradağ  neft  quyuları,  təmiz  sexin  işçisi  Ceyran 
Rüstəmxanova haqqında). 


184 
 
Mahmudov S. Etimada layiq // Azərbaycan qadını. – 1973. - № 11. 
–  S.  4.  (Sahil  Dəniz  Kəşfiyyat  Qazma  İdarəsinin  işçisi  D.Süleymanova 
haqqında). 
Səfa  Ə.  Zərifə  //  Təşviqatçı.  –  №  7.  –  S.  28-30.  (Neftçıxarma 
operatoru Z. Mirzəyeva haqqında). 
Səmədov H. Dağlar qızı // Azərbaycan qadını. – 1972. - № 1. – S. 
21-22.  (Şirvanneft  Neft  və  Qazçıxarma  İdarəsinin  3-cü  neftçıxarma 
rayonunun neftçisi A.Qurbanov haqqında). 
Qurbanov H. 32 il buruqlar arasında // Bakı.  – 1973.  – 19 iyun. ( 
Leninneftin 5-ci rayon mühəndis-texnoloji xidmətinin neftçıxarma opera-
toru S.Məşə haqqında). 
Nəcəfov  Ə.  Neftçi  Duran  xala  //  Bakı.  –  1973.  –  7  mart. 
(D.Hacıyeva haqqında) və s. 
Ümumiyyətlə “Azərbaycanda neft sənayesi” biblioqrafiyası tövsiy-
yə  xarakterli  olsa  da,  400-dən  çox  mənbə  haqqında  ətraflı  biblioqrafik 
məlumat verməklə geniş informasiya əhatəliyi ilə də seçilir. 
Lakin, bunlarla yanaşı, bəzi kiçik nöqsanlar da vardır ki, onları da 
qeyd etmək biblioqrafik təhlil baxımından yerinə düşərdi. Məsələn, 
-  biblioqrafik  vəsaitdəki  materilallar  əlifba  prinsipi  əsasında 
düzülsə də, bəzi  bölmələr daxilində bu ardıcıllıq  pozulmuşdur: “Rəhbər 
materiallar”,  “Ümumi  xarakterli  ədəbiyyat”,  “Neft  geologiyası”,  “Neft 
quyularının  qazılması.  Neft  və  təbii  qazların  istehsalı.  Neft  və  qazın 
mühafizəsi  və  nəql  edilməsi”,  “Neftin  emalı”,  “Neft  sənayesinin 
qabaqcılları” bölmələrində həmin nöqsanlar aydın olaraq nəzərə çarpır; 
- kitablar bölmələr daxilində ardıcıllıqla düzüldüyü halda, qəzet və 
jurnal  məqalələri bir  çox bölmələrdə  qarışıq  verilmişdir:  “Azərbaycanda 
neft sənayesinin inkişafı”, “Neft sənayesinin qabaqcılları”, “Neftin  ema-
lı”,  “Neft  mədənlərinin  avtomatlaşdırılması  və  mexanikləşdirilməsi”, 
“Neft  quyularının  qazılması.  Neft  və  təbii  qazların  istehsalı.  Neft  və 
qazın  mühafizəsi  və  nəql  edilməsi”,  “Neft  geologiyası”,  “Ümumi 
xarakterli ədəbiyyat” adlı bölmələrdə həmin prinsip pozulmuşdur və s. 
 “Azərbaycanda  neft  sənayesi”  biblioqrafik  göstəricisi  dövrünün 
biblioqrafik  standartlarına  müvaiq  tərtib  edildiyi  üçün,  müasir  biblioq-
rafik standartlardan fərqlənir. Belə ki: 
 -  müasir  biblioqrafik  göstəricilərdə  oxucuların  biblioqrafik 
vəsaitlərdən  istifadəsini  asanlaşdırmaq  məqsədilə  tərtib  edilən  köməkçi 
aparatlarda  müəlliflərlə  yanaşı,  əsərlərin  və  s.-nin  əlifba  göstərici 
hazırlanır; 
 - həm biblioqraflar, həm də informasiya tələbatçıları üçün əlverişli 
olan  xüsusiyyət,  göstəricilərdə  mənbələrin  sıra  nömrələri  ilə  xronoloji 
qaydada hazırlanmasıdır və s. 


185 
 
Ancaq, “Azərbaycanda neft sənayesi” biblioqrafik göstəricisində nə 
mənbələrin sıra nömrələri, nə də xronolji qaydası verilməmişdir. Vəsatin 
köməkçi  aparat  hissəsində  verilmiş  müəlliflərin  əlifba  göstəricisində 
nəzərə  alınan  qayda  isə  mənbələrin  yerləşdiyi  səhifələrin  nömrəsi  ilə 
göstərilməsidir. Məsələn, 
 Abbasov Ş. ...............................39 (yəni 39-cu səhifə); 
Əliyev T. ..................................19, 24 (yəni 19 və 24-cü səhifələr) 
və s. 
Yekun olaraq bildirmək istərdim ki, “Azərbaycanda neft sənayesi” 
biblioqrafiyası  dövrün  aktual  məsələlərindən  biri  hesab  olunan  neft 
sahəsinə  həsr  edilməsi,  məhz  neft  sənayesinin  inkişafına  kömək 
məqsədilə,  həm  ixtisaslı-peşəkar  informasiya  tələbatçılarının,  həm  də 
geniş oxucu auditoriyası üçün qiymətli biblioqrafik mənbələrdəndir. 
Biblioqrafik  göstəricinin  müəllifi  olan  Ələddin  Əliyevin  qeyd 
etdiyi  kimi:  “bu  göstəricini  tərtib  etməkdə  məqsədimiz  neftə  dair 
respublikamızda son illər ərzində nəşr edilmiş kitab, kitabça və məqalələr 
haqqında  oxuculara  geniş  məlumat  verməkdir...  Respublikamızda  neft 
sənayesinin inkişafını əks etdirməkdir”. 
 
ƏDƏBĠYYAT 
 
 1.  Əliyev  Ə.  Azərbaycanda  neft  sənayesi:  Biblioqrafiya.  –  Bakı: 
Azərnəşr, 1977. - 53 s. 
 2.  Əliyeva-Kəngərli  A.  Müasir  Azərbaycanda  elmin  informasiya 
təminatı  və  kitabxanalar  //  Elmi  red.:  A.Xələfov;  rəy.:  R.Kazımov, 
X.İsmayılov. – Bakı: Elm, 2007. – 397 s. 
 3.  Qurani-Kərim  //  Ərəb  dilindən  tərcümə  edən:  Z.Bünyadov, 
V.Məmməd-əliyev; ön söz: V.Məmmədəliyev; qeyd və şərh: Z.Bünyadov; 
məsləhətçi-red: Ş.H.A.Paşazadə. – Bakı: Azərnəşr, 1991. - 711 s. 
 4. http://mid.az/din/8917-quran-i-kjrim.html 
 
Т. МИРЗОЕВА 
АНАЛИЗ БИБЛИОГРАФИИ «НЕФТЯНАЯ 
ПРОМЫШЛЕННОСТЬ АЗЕРБАЙДЖАНА» 
РЕЗЮМЕ 
 
 Статья, посвященная нефтяной отрасли экономики Азербайд-
жана, является одной из важнейших в библиографическом указателе 
информации.  Научно-библиографический  указатель  «Нефтяная 
промышленность  Азербайджана»,  проанализирован  именно  с  этого 
аспекта.  Актуальность  этого  указателя,  который  входит  в 


186 
 
отраслевую  библиографию,  заключается  в  его  информации  о 
важности увеличения спроса. 
 Таким  образом,  собранная  печатная  продукция  за  15-летний 
период по своему характеру рекомендуется как библиографические 
источники.  И  в  этом  с  точки  зрения,  удовлетворения  спроса  в 
библиографической  информации  потребности  читателей,  можно 
увидеть его ценные ресурсы. 
 
T. MIRZAYEVA 
THE ANALYSES OF THE BIBLIOGRAPHY OF “THE OIL 
INDUSTRY OF AZERBAIJAN” 
SUMMARY 
 
 There  is  given  a  bibliography  which  was  dedicated  to  one  of  the 
most  importance  sphere  of  Azerbaijanian  economy  –  the  oil  industry. 
This  bibliography  which  is  called  “Azerbaijan  the  oil  industry”  was 
analysed with the scintifical bibliographic aspect. 
 The  actuality  of  that  bibliographical  provence  increased  the 
significanse  of  its  information  reauirement.  So,  the  15  years  periodical 
bibliographical  resource  of  publicity  is  an  advicable  stage.  And  to 
compensate  the  readers  information  reguirement  takes  out  it  as  the 
valuable aid. 


 
Kompüter tərtibatçısı:                                           Esmira ZƏRBALİYEVA 
 
 
 
 
 
 
 
 
Jurnal Azərbaycan Respublikası 
Mətbuat və İnformasiya Nazirliyində 
qeydə alınmışdır. 
Şəhadətnamə № 575. 27 mart 1997. 
 
 
 
 
Yığılmağa verilmişdir:23.11.2011 
Çapa imzalanmışdır: 24.12.2011 
Kağız formatı 70x100 1/16 
Fiziki ç.v. 11,5 ç.v 
Sayı 300 
Qiyməti müqavilə ilə. 
 
 
 
 
 
 
 
 
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23 
Bakı Universiteti Nəşriyyatı  
Bakı Universiteti Nəşriyyatının mətbəəsi.  
 
 


 
 
 

Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə