Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

19 
 
funksiyalarını  və  ya  məqsədini  açır,  strukturunu  və  yaxud  mövcudluq 
formasını  müəyyənləşdirir.  2006-cı  ilə  qədər  nəşr  edilmiş  elmi  ədəbiy-
yatlarda elektron kataloqa aşağıdakı tərif verilmişdir: «Elektron kataloq - 
real  zaman  rejimində  işləyib  kitabxana  oxucularının  istifadəsinə  verilən 
maşınlaoxunan  formada  kitabxana  kataloqudur».  Bu  təyin  kataloqun 
yalnız  ayrı-ayrı  xüsusiyyətlərini  -  iş  rejimini  və  təqdimat  formasını  əks 
etdirir.  
  Elektron  kataloqun  daha  bir  tərifi:  «Kitabxananın  elektron 
kataloqu  (sinonimi:  kitabxananın  biblioqrafik  verilənlər  bankı)  VBİS 
(verilənlər  bazasını  idarəetmə  sistemin)  kompleksində  biblioqrafik  və 
leksikoqrafik  verilənlər  bazasının  məcmusu  və  ənənəvi  kitabxana  kata-
loqları  ilə  müqayisədə  tam  yeni  axtarış  imkanlarını  təmin  edən  tətbiqi 
proqramların yığımıdır. Müxtəlif biblioqrafik və leksikoqrafik verilənlər 
bazasının  vahid  şəkildə  birləşdirilməsi  keyfiyyətcə  yeni  anlayışa  gətirib 
çıxarır».  Deyilən  tərif  elektron  kataloqu  struktur  və  əlavə  axtarış 
imkanları baxımından xarakterizə edir.  
  Elektron  kataloqun  yaradılmasına  kitabxana  texnologiyalarının 
digər  proseslərindən  ayrıca  şəkildə  baxmaq  olmaz.  Çünki  onlarsız 
elektron  kataloq  yalnız  ənənəvi  kartoçka  kataloqunun  təkrarı  olar.  Hər 
şeydən  əvvəl  bunlar  aşağıda  sadalanan  texnoloji  proseslərdir: 
komplektləşdirmə  (istifadəçilərin  informasiya  tələbatının  və  nəşr  olunan 
ədəbiyyatın  təhlili),  sifariş,  nəzarət  və  mövcud  daxilolmaların  işlənməsi 
(kataloqlaşdırma,  sistemləşdirmə,  fondda  sənədin  saxlanma  yerinin 
müəyyənləşdirilməsi, soraq aparatının təşkili), istifadəçilərə kitabxana və 
soraq  biblioqrafik  xidmət,  kitabxana  fondları  ilə  əlaqəli  müxtəlif 
informasiya  nəşrlərinin  hazırlanması,  kitabxana  fondlarının  vəziyyətinin 
uçotu  və  nəzarəti,  sənədlərin  dövriyyəsinə  nəzarət,  kitabxanadaxili 
texnoloji  proseslərin  təmin  olunması  (oxucu  tələbatının  formalaşdırıl-
ması, sifariş verilməsi və s.), uçot və statistikanın aparılması, sənədlərin 
işlənməsi və xidmət texnoloji proseslərinə nəzarət.  
«Elektron  kataloq»  anlayışını  formalaşdırmaq  üçün  onun 
strukturunu  məzmun  və  fəaliyyət  baxımından  təyin  etmək  lazımdır. 
Kataloqun  ümumi  strukturu  ilk  növbədə  ayrı-ayrı  yazıların  daxili 
strukturu  ilə  təyin  olunur.  Elektron  kataloqun  əsasını  maşınlaoxunan 
biblioqrafik yazıların massivi təşkil edir. Bu biblioqrafik yazılar ənənəvi 
kataloqda  olduğu  kimi  üç  hissədən  ibarətdir:  1.Biblioqrafik  təsvir; 
2.Axtarış nöqtələri; 3.Nüsxələr və yerləşmə haqqında məlumat. 
Elektron kataloqa sənəd bütün zəruri əlamətlər (hətta onlar yüzlərlə 
olsa belə) qeyd  edilməklə  bir dəfə daxil edilir.  Lakin  bu  əlamətlərin hər 
biri  üzrə  axtarış  aparmaq  olar.  Əgər  kartoçka  kataloqunda  biraspektli, 
yəni  yalnız  bir  əlamət  (müəllif  və  ya  hər  hansı  mövzu)  üzrə  axtarış 


20 
 
aparılması  mümkündürsə,  elektron  kataloq  çoxaspektli  sistemdir.  Sənəd 
kompüterə bir dəfə daxil edilir və müxtəlif əlamətlər (müəllif, sərlövhə, 
açar  söz,  seriyanın  adı  və  s.)  üzrə  axtarış  aparılaraq  ondan  dəfələrlə 
istifadə edilir.  
Kartoçka,  elektron  və  ya  kitab  kataloquna  müraciət  edilməsindən 
asılı olmayaraq, onlar fondun məzmununu tam aça, qiymətli ədəbiyyatın 
seçilməsinə və ədəbiyyat axtarışına yardım edirlər. Qeyd etmək lazımdır 
ki, kataloqlar yeni maraqların və sorğuların meydana gəlməsinə təsir edir
biliklər  sistemi  haqqında  təsəvvürləri  genişləndirir,  diqqəti  məzmunca 
daha geniş ədəbiyyat dairəsinə cəlb edir. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Вершинин,М.И. Электронный каталог: проблемы и решения.-
СПБ, 2006.-235 с 
2.
 
Минеяров,З.М.  Электронный  каталог  –  особая  поисковая 
среда // Науч. и техн. б-ки, 2005.- № 7.- с. 67-72 
3.
 
Пищальников,С.А. Эволюция библиотечных каталогов: (фор-
мы, развитие, состояние, перспективы), Ленинград, 1992.- 200 с. 
4.
 
Селиванова,Ю.Г.  Электронный  каталог:  формирование  и 
поиск // Библ. дело.- 2004.- № 8 (20).- с. 20-21 
5.
 
Briant,P.  The  library  catalogue:  current  state  a  future  trends/ 
Libr. and inform. science, 1990.- № 28.- p. 11-20 
 
С.ХАЛАФОВА 
ФОРМЫ РАЗВИТИЯ БИБЛИОТЕЧНЫХ КАТАЛОГОВ  
РЕЗЮМЕ 
 
В  публикации  проанализированы  формы  и  время  развития 
библиотечных каталогов и нынешнее состояние, дана информация о 
создании  и  развитии  наиболее  часто  используемых  сегодня 
традиционных карточных и электронных каталогов.  
 
S.KHALAFOVA 
DEVELOPMENT FORMS OF LIBRARY CATALOGS  
SUMMARY 
 
The article reflects explanation of development forms and existence 
period  of  library  catalogs  from  viewpoint  of  the history,  information  on 
creation and development of currently used at libraries – traditional card 
catalogs and e-catalogs 


21 
 
Yusif QAZIYEV  
276 saylı orta məktəbin müəllimi,  
əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru 
 
NATAMAM ORTA VƏ ORTA MƏKTƏBLƏRĠN 
KĠTABXANALARI 
   
(Azərbaycanda məktəb kitabxanalarının inkiĢaf tarixindən) 
 
Açar  sözlər:  kitabxana,  Azərbaycan,  xidmət,  məktəb  kitabxanası, 
cəmiyyət. 
Ключевые  слова:  библиотека,  Азербайджан,  служба,  школьная 
библиотека, общество. 
Key words: library, Azerbaijan, service, school library, community. 
 
1864-cü  il  Nizamnaməsinə  əsasən  XIX  əsrin  60-cı  illərindən 
başlayaraq  Azərbaycanda  natamam  orta  və  orta  məktəblər  açılıb  və 
onların  nəzdində  əsaslı  və  şagird  kitabxanaları  təşkil  edilirdi.  Sonra  isə 
uzaq  şəhər  və  kəndlərdən  gəlmiş  şagirdlərin  dərslərinə  yaxşı  hazırlaş-
malarına  kömək  etmək  məqsədi  ilə  məktəblərin  nəzdində  pansion 
kitabxanaları, kasıb şagirdlər üçün dərsliklər və kitab anbarı, sinif rəhbər-
lərinin təşəbbüsü ilə kiçik sinif kitabxanaları da təşkil edilirdi (1). 
1  sentyabr  1865-ci  ildə  ilk  dəfə  Bakıda  4  sinifli  ali  məktəbin 
əsasında  təşkil  edilmiş  Bakı  realnı  progimnaziyası  bu  tip  məktəblərdən 
idi  (2).  1865-ci  ildə  onun  əsaslı  kitabxanasında  583  adda,  1325  nüsxə 
kitab,  pansion  kitabxanasında  2  qlobus,  Korablevin  bir  dənə  Rusiya 
xəritəsi, Sidovun xəritələri, şagird kitabxanasında müxtəlif kitablar (sayı 
məlum  deyildir),  2  böyük  qlobus,  Sidovun  coğrafiya  xəritələrindən  bir 
nüsxə, 1 nüsxə ibtidai oxunun tədrisi üçün səyyar əlifba vardır (3). 1868-
ci  ildə  isə  progimnaziyanın  əsaslı  kitabxanasında  746  adda,  şagird 
kitabxanasında  212  manat  27  qəpik  dəyərində  99  adda  kitab  vardır. 
Şagird kitabxanasında olan kitablardan 6-sı əsaslı kitabxanadan gətirilmiş, 
19-u  direktor  və  müəllimlər  tərəfindən,  12-i  progimnaziyanın  pansionçu 
şagirdləri tərəfindən verilmiş tamaşalardan  əldə  edilmiş pulun  hesabına, 
2-i  pansionun  yetirmələrdən  birinin  hesabına,  36-ı  tədris  vəsaitlərinin 
hesabına,  qalanları  4  sinifli  ali  məktəbinin  şagird  kitabxanasından  əldə 
edilmişdir (4). 
   Bakı realnı məktəbinin əsaslı kitabxanası başqa məktəblərə nisbə-
tən zəngin idi. Bununla bərabər kitabxananın hər il əldə etdiyi kitabların 
sayı  QTD-nin  (Qafqaz  Tədris  dairəsi)  başqa  məktəb  kitabxanalarından 
üstünlük təşkil edirdi. Ancaq şagird kitabxanasında sinifdənxaric mütaliə 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə