33
Nəticə olaraq natamam orta və orta məktəb kitabxanaları
haqqında aşağıdakıları qeyd etmək olar.
1. Natamam orta və orta məktəb kitabxanalarının sayı və onların
kitab fondu ilbəil artmışdır. Onların sayı 1913-cü ildə Azərbaycanda 18-ə
çatmışdır. Ancaq kitablar azlıq təşkil edirdi. Məsələn, Bakı qadın
gimnaziyasının şagird kitabxanasında 1884-cü ildə bir şagirddə 0.2 adda,
0.8 nüsxə, 1890-ci ildə 2.2 adda, 3.6 nüsxə, 1913-cü ildə 4 adda, 11
nüsxə kitab düşürdü. Həmçinin mütaliə üçün nəzərdə tutulan kitabların
əksəriyyəti şagirdlərin yaş və bilik səviyyələrinə uyğun deyildir.
2. Şagirdlərin sinifdən və məktəbdənxaric mütaliəsi ilə əlaqədar
olaraq natamam orta və orta məktəb kitabxanaları vasitəsilə aparılan işlər
nümunəvi və rəngarəng olub, şagirdlərin təlim və tərbiyəsi işində başlıca
rol oynamışdır. XMN sərəncamında qeyd edilirdi: “... mütaliə edilən
əsərlərin , ədəbi əsərlərin, ədəbi söhbətlərin və sinifdənxaric mütaliəni
təşkil tərcüməsi məktəb təliminin məhsuldarlığını artırmaq vasitəsi kimi
gənclərə geniş fikir, ruhi əməyə hörmət, layiqli tələbkarlıqla öz yazılı və
şifahi nitqinə düzgün münasibət cəhdi öyrədir”(17i).
QTD-ə daxil olan tədris müəssisələrinin pedaqoji şuraları bu
məsələ barədə öz fikirlərini qeyd edirdilər: “ Sinifdənxaric məşğələlərin
ən faydalıları ev oxusu və ədəbi söhbətlərdir.
Ancaq bununla göstərirdilər
ki, sinifdənxaric oxu ilə güdülən ən yaxşı məqsədə nail olmaq üçün
şagird kitabxanalarının yaxşılaşdırılmasında və onların düzgün təşkilində
inadlı ehtiyac meydana çıxır(17j).
3. Kitabxanaların iş üsulları vahid sistem təşkil etmirdi: kiçik bir
məktəbdə hər sinif üçün ayrı kitabxanalar düzəldilmişdir, digərində onlar
yaş dərəcələrinə görə bölünmüşdür, üçüncüsündə elmi ixtisaslar üzrə
bölünmüşdür. Kitablar şagirdlərə ya sinif rəhbərləri, ya ixtisaslar üzrə
fənn müəllimləri, ya da xüsusi kitabxanaçılar tərəfindən verilirdi. Kitab
verilişi qaydası da eyni deyildir: bəzi məktəblərdə hər gün, bəzilərində
isə təyin edilmiş gün və saatlarda verilirdi. Oxu otaqları yalnız pansionu
olan məktəblərdə düzəldilmişdir ki, bu da yalnız pansionçular üçün idi.
Mütaliəyə nəzarət müxtəlif idi: bəzilərində mütaliənin yoxlanışını sinif
rəhbəri, bəzilərində fənn müəllimləri, bəzilərində isə kitab mütaliə etmiş
məktəb işçisi aparırdı. Şagirdlər müəllimlərə oxuduqları kitablar
haqqında aşağı siniflərdə şifahi, yuxarı siniflərdə isə yazılı hesabat
verirdilər. Başqa bir məktəbdə isə şagirdə verilən kitab müəllim
tərəfindən oxunurdu və kitabın məzmunu haqqında suallar yazılıb kitabın
ilk səhifəsinə yapışdırılırdı. Şagird kitabı mütaliə etdikdən sonra suallara
cavab yazırdı. Beləliklə, verilən suallar şagirdlərə kitabla şüurlu rəftar
öyrədirdi.(17q).