Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə4/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   2   3   4   5   6   7   8   9   ...   78


 
KĠTABXANAġÜNASLIQ 
_____________________________ 
 
 Sahib RZAYEV  
KitabxanaĢünaslıq kafedrasının dosenti 
Filologiya üzrə fəlsəfə doktoru 
Günel HACIYEVA 
Magistrant 
   
 
 
 
MÜTƏXƏSSĠSLƏRĠN ġƏXSĠ TƏHSĠL MÜTALĠƏSĠ VƏ 
ONLARIN ĠXTĠSAS BĠLĠYĠNƏ YĠYƏLƏNMƏSĠNDƏKĠ 
MÜTALĠƏNĠN ROLU 
 
Açar sözlər: şəxsi təhsil, mütaliə, mütəxəssis, şəxsiyyətin 
formalaşması, sahəvi kitabxanalar. 
Ключевые  слова:  личное  образование,  чтение,  специалист, 
формирование личности, отраслевые библиотеки. 
Keywords:  personal  education,  reading,  forming  of  personality, 
field libraries. 
Hər bir cəmiyyət kamil şəxsiyyətlərə, yetkin ziyalılara və öz ixtisas 
biliyinə  lazımi  səviyyədə  yiyələnmiş  mütəxəssislərə  böyük  ehtiyac 
duyur. Ona görə də cəmiyyətdə bu ehtiyacı ödəmək üçün lazımi tədbirlər 
həyata keçirilir. 
Bu  gün  dünyanın  hər  yerində  insanlar  öz  mənəvi  ehtiyaclarını 
ödəmək  üçün  axtarış  vasitələri  içərisində  çap  məhsullarına  müraciət 
etməyi,  yəni  mütaliəni  daha  üstün  tuturlar.  Təbiətin  və  cəmiyyətin 
istənilən problemi, mövzusu və həyati əhəmiyyəti barədə lazımi məlumat 
əldə etmək üçün mütaliənin əvəzedilməz vasitə olması böyük həqiqətdir. 
Ona görə də  yaşından, ixtisas və peşəsindən asılı olmayaraq hər bir kəs 
lazımi məlumatı əldə etmək üçün, eləcə də müvafiq biliklərə yiyələnmək 
üçün  lazımi  məsələdən  bəhs  edən  çap  məhsulunu  əldə  edib  mütaliəsini 
vacib sayır.  
Mütaliənin sosial xarakteri haqqında mühakimə yürütmək üçün bir 
sıra meyarlardan çıxış etmək tələb olunur. Bunlar mütaliənin cəmiyyətdə 
tutduğu mövqe və ona ictimai münasibət, çap əsərlərinin cəmiyyət üzvlə-
ri arasında yayılması, eləcə də əhalinin mütaliəyə cəlb olunmasında sosi-
al-mədəni  institut  kimi  kitabxanaların  geniş  fəaliyyəti  kimi  izah  oluna 
bilər.  


10 
 
Sosial  institut  kimi  kitabxanaların  funksiyalarını  professor 
A.Xələfov  «onların  xarici  aləmlə,  cəmiyyətlə  əlaqələri,  cəmiyyətin 
inkişafına  təsiri,  öz  növbəsində  isə  cəmiyyətin  kitabxana  fəaliyyətinə 
təsiri»  kimi  izah  edir.  (1.s.3-32)  Bu  cəhətdən  müasir  cəmiyyətin  yüksək 
ixtisas  sahibi,  nəzəri  və  təcrübi  baxımdan  yetkin  mütəxəssisə  olan 
ehtiyacını nəzərə alsaq, kitabxanaların çoxsahəli fəaliyyətini xüsusi qeyd 
etmək lazımdır.  
Onu  da  qeyd  edək  ki,  mütəxəssis  oxucuların  gündəlik  mütaliə 
tələbatının ödənilməsi, onlara kitabxana xidmətinin elmi əsaslar üzərində 
qurulması  sahəsində  sahəvi  Respublika  kitabxanalarının  imkanı 
böyükdür.  Ona  görə  də  öz  ixtisası  və  peşəsi  üzrə  sistemli  mütaliə  edən 
hər bir mütəxəssis, eləcə də tədqiqatçı birinci növbədə sahəvi respublika 
kitabxanalarının xidmətindən istifadə etməyə üstünlük verir.  
Mütəxəssis  oxuculara  xidmət  sahəsində  Respublika  Elmi-Texniki 
Kitabxanasının zəngin təcrübəsi vardır. Kitabxananın hesabatında deyilir: 
«Bu  gün  Respublika  Elmi-Texniki  kitabxanası  respublikanın  nazirlik, 
şirkət, idarə və müəssisələrinə, elmi-tədqiqat və layihə institutlarına, elm 
və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı mütəxəssislərə, tələbələrə, 
aspirant  və  magistratura  pilləsində  təhsil  alanlara  məlumat-biblioqrafiya 
və  kitabxana  xidməti  göstərən  respublika  mərkəzi  hesab  olunur» 
(2.2010.s.). 
Hazırda kitab fondu 20 milyona çatmış bu kitabxanada yaradılmış 
soraq-məlumat  aparatı,  kataloq  və  kartoteka  sistemi  vasitəsilə  öz 
oxucularına  fondun  məzmunu,  tərkibi  barədə  operativ  məlumat  verilir, 
mütəxəssis oxucuların çoxcəhətli sorğularını tam və dolğun ödəmək üçün 
məqsədyönlü iş aparılır. 
Müasir  cəmiyyət  bu  günün  mütəxəssisinin  qarşısında  daha  çox 
tələblər  qoyur.  Mütaliə  vasitəsilə  insan  həm  şəxsiyyət  kimi,  həm  də 
mütəxəssis  kimi  bəşər  mədəniyyətinə,  lazımi  söz  sərvətinə  qovuşur  və 
bunun  sayəsində  cəmiyyətin  tələbinə  uyğun  olaraq  öz  yaradıcılıq 
imkanlarını  işə  salır,  təşəbbüskarlıq  edir.  Bu  təşəbbüskarlıq  ölkədə 
iqtisadiyyatın,  təsərrüfatın,  mədəniyyətin  inkişafında  lazımi  rol  oynayır. 
Mütəxəssis məqsədyönlü mütaliə etməklə öz həyati funksiyasını düzgün 
müəyyənləşdirir,  davranış  və  təfəkkürünün  stereotiplərini  həmin  səmtə 
uyğun qura bilir.  
Bütün  bunlar kitabxanaçıların mütəxəssis oxucularla iş  prosesində 
nəzərə alınmalıdır. Kitabxanaçılar, xüsusilə sahəvi kitabxanaların abone-
ment və oxu zallarında çalışan peşəkar kitabxanaçılar mütəxəssis oxucu-
ların  yaradıcı  oxucu  tipi  kimi  formalaşmasına  ciddi  əhəmiyyət  verməli-
dirlər.  


11 
 
Bunun  üçün  isə  kitabxana  şəraitində  hər  bir  oxucuya  fərdi  yanaş-
maq,  onun  müqabilində  fərqli  xidmət  etmək  vacib  prinsip  kimi  həyata 
keçirilməlidir.  Xidmət  prosesində  fərdi  yanaşmanın  başlıca  məqsədi 
oxucuların mütaliəsini istiqamətləndirməkdən ibarətdir. 
Bu  baxımdan  Respublika  Elmi-texniki  kitabxanasında  oxuculara 
fərdi yanaşarkən burada ayrı-ayrı oxucuların yalnız fərdi keyfiyyətlərinin 
müntəzəm  surətdə  uçotunu  aparmaqla  kifayətlənmirlər.  Bu  işdə  hər  bir 
oxucunun  sosial-tipik  xüsusiyyətləri  də  müəyyənləşdirilir.  Ayrı-ayrı 
oxucuları  bu  cəhətdən  izləmək  prosesində  kitabxanaçılar  eyniliklə 
rəngarənglik, ümumiyyətlə fərdlər arasındakı ziddiyyətləri müşahidə edib 
fərqləndirirlər.  
Kitabxanada  oxucular  açıq  rəfdən  kitab  seçərkən,  kataloq  və 
kartoteka  sistemindən  istifadə  edərkən,  müəyyən  kitaba  münasibət 
bildirərkən  kitabxanaçıları  baş  verən  oxşarlığa,  tipikliyə  fikir  verir, 
oxucularda hiss olunan fərdiliyi, özünəməxsusluğu qeyd edirlər.  
Bu  günün  mütəxəssis  oxucusu  mükəmməl  oxu  vərdişlərinə,  eyni 
zamanda bu vərdişləri şərtləndirən konkret bir məqsədə malik olmalıdır.  
Mütəxəssis oxucuların mütaliə xüsusiyyətlərindən və mütaliələrinin 
məzmunundan  bəhs  edən  rus  oxucuşünaslardan  biri  S.İ.Povarnın  onları 
üç  qrupa  bölür:  birinci  qrupa  o,  vərəqləməklə  əsas  faktları  toplayan, 
maraqlı  hesab  etmədiyi  yerləri  öturməklə  mütaliə  edənləri,  ikinci  qrupu 
təşkil edən oxucuları fəal və passiv olmaqla iki yerə ayırır. Onun fikrincə
mütaliə  zamanı  bütünlüklə  müəllifin  təsiri  altına  düşən,  heç  bir  tənqidi 
münasibət  bildirmədən onun fikirləri ilə qeydsiz-şərtsiz razılaşan passiv 
oxucular,  bir  də  müəllifin  hər  bir  fikrini  özünün  təfəkkür  süzgəcindən 
keçirən, «öz mən»in prizması ilə yanaşan, tənqidi münasibət bildirən fəal 
oxucular  vardır.  Üçünçü  qrupa  daxil  olan  oxuculara  isə  müəllif  dərin 
mütaliə edənləri şamil edir. Onun fikrincə mütaliə prosesinə ruhi həyatın 
elementləri nə  qədər çox cəlb  olunarsa, bir o qədər dərin mütaliə  alınar, 
şüur  və  hisslərdə  əvvəl  mövcud  olanlarla  kitab  arasında  bir  o  qədər  sıx 
əlaqə yaranmış olar (3.s.69). 
Yuxarıda deyilən fikirlər mütəxəssis oxucunu şəxsi təhsil mütaliəsi 
ilə  məşğul  olmağa  cəlb  edir.  Əlbəttə  bu  hal  müvəqqəti  xarakter  daşıya 
bilməz. Çünki daim inkişafda olmağa can atan, cəmiyyətdə özünü təsdiq 
etməyə  çalışan  mütəxəssis  yaşdan-yaşa  keçdikcə  onun  ətraf  mühitə, 
cəmiyyətin  və  təbiətin  mövcud  qanunlarını  mənimsəməyə  olan  meyli 
davam edir. O öz ixtisası ilə əlaqədar olan məlumatlar qazandıqca, yeni-
yeni  məlumat  əldə  etmək  istəyində  olur.  Bu  baxımdan  mütəxəssisin 
müntəzəm xarakter daşıyan şəxsi təhsil mütaliəsi anlayışı meydana çıxır. 
Mütəxəssisin  öz  mənəvi  tələbatını  ödəməyə  yönəlmiş  şəxsi  təhsil 
mütaliəsi onun şəxsiyyətinin intellektual inkişafına ciddi təsir göstərir.  


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə