12
Məlum həqiqətdir ki, şəxsiyyətlər öz-özünə yaranmır, mövcud
cəmiyyətin sosial münasibətləri sisteminin məhsulu kimi çıxış edir.
Bununla belə şəxsiyyət heç də sosial mühitin passiv nəticəsi deyildir. O,
özünün praktik fəaliyyətində yaşadığı mühitə fəal dəyişdirici təsir
göstərir. Bu cəhətdən zəngin mütaliəsi ilə fərqlənən mütəxəssislər xüsusi
qeyd olunmalıdır. Çünki onlar öz əməli fəaliyyətləri ilə cəmiyyətin həm
mənəvi, həm də maddi inkişafına kömək edirlər.
Bir cəhəti qeyd edək ki, müxtəlif oxucu qrupları kimi mütəxəssis
oxucuların idrakı cəhətdən fəallaşmasında, öyrənməyə, müxtəlif məlumat
xarakterli ədəbiyyatı araşdırmağa meylin güclənməsində kitabxanalar,
xüsusilə sahəvi kitabxanalar böyük imkana malikdir. Belə ki, sahəvi ki-
tabxanalarda təşkil edilən kitab müzakirələri, elmi konfranslar, tanınmış
elm xadimləri ilə görüşlər, disputlar iştirakçılarda yeni-yeni maraq
oyadır, müəyyən mənəvi tələbat yaradır, konkret məsələ üzrə müvafiq
məlumatı araşdırmaq istəyi aşılayır.
Bu proseslərdə yaranan maraq mütəxəssis oxucuda sabit və dərin
mütaliə marağı formalaşdırır.
Tarixi mənbələr təsdiq edir ki, heç bir ali təhsil müəssisəsi, heç bir
ali məktəb proqramı öz məzununa təbiətin və cəmiyyətin inkişaf qanun-
ları haqqında lazımi bilikləri tam dolğunluğu ilə verə bilməz. Çünki
məhdud zaman çərçivəsi üçün hazırlanan təhsil proqramları bu sahədəki
problemləri bütövlükdə əhatə edə bilməz. Ona görə də, ali və orta ixtisas
məktəbini bitirən hər bir məzun cəmiyyətin tələbinə uyğun mütəxəssis
kimi yetişib formalaşmaq üçün ardıcıl, sistemli, çoxcəhətli və rəngarəng
mütaliəyə üstünlük verməlidir.
Elmlərin daim inkişafda olması, eləcə də ayrı-ayrı elmlərin inteqra-
siyası və diferensasiyası şəraitində müvafiq elm sahələrinin mütəxəssis-
ləri sahəvi kitabxanaların zəngin kitab fondundan səmərəli istifadə etmə-
dən lazımi
mənəvi inkişafa, yetkin mütəxəssis adına yiyələnə bilməz.
Müxtəlif məzmunlu çap məhsullarından səmərələnmək, kitabxana-
ların xidmətindən lazımi səviyyədə istifadə etmək üçün hər bir mütəxəs-
sis oxucu yüksək mütaliə mədəniyyətinə malik olmalıdır. Yəni mütəxəs-
sis oxucunun sabit, geniş oxucu marağı olmaqla bərabər, özünün mütaliə
marağına müvafiq hər bir sorğunu harada və necə axtarmaq yollarını
bilməlidir. Bununla əlaqədar mütəxəssis oxucu kitabxanalarda mövcud
olan kataloq və kartoteka sistemindən, müxtəlif məzmunlu biblioqrafik
göstəricilərdən lazımi səviyyədə istifadə etməyi bacarmalıdır.
Bütün oxucu qruplarının, o cümlədən, mütəxəssis oxucuların
kitabxanadan sərbəst istifadə vərdişinə yiyələnməsi üçün kitabxanalar
oxucularla müntəzəm iş aparmalıdır. Bu baxımdan respublika səviyyəli
sahəvi kitabxanalarda aparılan işlər daha çox səmərə verə bilir.
13
Respublika Elmi-Texniki kitabxanasında apardığımız araşdırmalar bu
fikri söyləməyə əsas verir.
ƏDƏBIYYAT
1.
Xələfov A.A. Müasir kitabxanaların sosial funksiyaları//
Kitabxanaşünaslıq və biblioqrafiya.- B.:BUN, 199.- №2.-3.3-32
2.
Respublika Elmi-Texniki Kitabxanasının 2010-cu il hesabatı
3.
Поварнин С.И Типология читателей М.: Книга, 1994.- С.69
С.РЗАЙЕВ
Г.ГАДЖИЕВА
РОЛЬ САМООБРАЗОВАТЕЛЬНОЕ ЧТЕНИЕ В
ФОРМИРОВАНИИ КВАЛИФИКАЦИОННАЯ И
ПРОФЕССИОНАЛЬНОЕ ЗНАНИЕ СПЕЦИАЛИСТОВ.
РЕЗЮМЕ
В этой статье характеризируется самообразовательное чтение
специалистов и роль чтение в формировании их личности.
S.RZAYEV
G.HACIYEVA
THE ROLE OF SELF-EDUCATION READING IN THE
FORMATION OF THE QUALIFIED AND PROFESSIONAL
KNOWLEDGE OF THE SPECIALIST
SUMMARY
This article characterizes the specialists self-education and the role
of reading in the formation of their personality.
14
Sevda XƏLƏFOVA
Kitabxana resursları və informasiya axtarıĢ sistemləri
kafedrasının baĢ müəllimi, tarix üzrə fəlsəfə doktoru
KITABXANA KATALOQLARININ INKIġAF FORMALARI
Məqalə “Universitetdaxili 50+50 qrant proqramı” çərçivəsində
iĢlənmiĢdir.
Açar sözlər: kitabxana kataloqu, informasiya, kitabxana, elektron
kataloq, ənənəvi kart kataloqu.
Ключевые слова: библиотечный каталог, информация,
библиотека, электронный каталог, традиционный электронный
каталог.
Key words: library, catalog, information, library e-catalog,
traditional card catalog
Əqli əməyin istənilən forması informasiya axtarışı ilə bağlıdır. Bu
axtarışın getdikcə daha da çətinləşdiyini sübut etməyə ehtiyac yoxdur.
Çünki axtarış sisteminin özü çətinləşir və getdikcə xüsusi bilik sahəsinə
çevrilir. Sistemsiz axtarış həmişə çox vaxt aparır və onun tamlığına
təminat olmur. Bununla belə, təəccüblü deyil ki, hətta təcrübəli
mütəxəssislər belə lazımi informasiyanın axtarışında öz üsullarının nə
dərəcədə rasional olması üzərində bəzən tərəddüd edirlər.
Sənədli informasiya mənbələrinin axtarışının məqsəd və şərtləri o
qədər müxtəlifdir ki, bu məsələdə vahid sxem ola bilməz. Məsələn,
müəyyən mövzunun tədqiqi üçün müvafiq ədəbiyyatın tam siyahısı lazım
olduğu halda, digər mövzu ilə bağlı yalnız müasir və ya əsas nəşrlər
kifayət edir; bir tədqiqat üçün ilkin informasiya mənbələrinə çıxış tələb
olunduğu halda, bir başqası üçün ikinci mənbələrdəki informasiyalar da
kifayət edər.
Kitabxana kataloqlarından, kartotekalarından və biblioqrafik
göstəricilərdən bacarıqla istifadə etməklə çətinlik çəkmədən sənədli
informasiya mənbələrinin axtarışının sxemini onun məqsədlərinə uyğun
tərtib etmək mümkündür.
Kataloqlar kitabxana fondunu açır, onu təbliğ etməkdə, oxuculara
ədəbiyyatın seçilməsində və mütaliənin istiqamətləndirilməsində, habelə
kitabxana resursları haqqında məlumatın verilməsində xüsusi rol oynayır.
Daha doğrusu, kitabxana işinin əsas elementi kimi kitabxana kataloqları
kitabxana fəaliyyətinin əsasını təşkil edərək onun ən mühüm
funksiyalarının operativ və keyfiyyətli həyata keçirilməsinə həlledici təsir
göstərir. Kitabxana kataloqu bir və ya bir qrup kitabxananın fondunda