Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə9/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

22 
 
üçün  kitablar  azlıq  təşkil  edirdi.  Buna  görə  kitabxanada  şagirdlərin  yaş 
dərəcələrinə  müvafiq  mütaliə  kitablarının  siyahısının  tərtibi  tələb 
olunurdu(QTD-nin  1881-ci  il  sərəncamı.  T.  1881,  №2-Bakı  realnı  mək-
təblərinə dair 1880-ci il hesabatı, səh.3). 
  Progimnaziyanın  kitabxanası  əlverişli  otaqda  yerləşirdi.  Belə  ki, 
progimnaziyanın  direktorunun  2  iyun  1867-ci  ildə  QTD-ə  yazdığı 
məktubunda  qeyd  edilirdi:  “Kitabxana,  fizika  və  təbiət  kabineti  yuxarı 
mərtəbədə yerləşdirilmişdir. Progimnaziyanın kitabxanaçı ştatına il ərzin-
də 120 manat pul verilirdi və il ərzində tədris vəsaitlərinə 400 manat pul 
xərcləməyə icazə verilirdi(5). 
1iyul  1870-ci  ildə  Gəncə  qəza  məktəbi  əsasında  təşkil  edilmiş 
Gəncə  klassik  gimnaziyaya  çevrildi  (ход  учебного  дела  на  Кавказ.  С. 
1802  по  1880  года,  Т.  1881).  1878-ci  ilin  1  yanvarında  əsaslı  kitab-
xanada  443  adda,  1341  nüsxə,  660  manat  dəyərində,  şagird  kitabxana-
sında 226 adda 367 nüsxə kitab vardır. Şagirdlərin sayı isə 214 (hazırlıq 
sinfində 95, I sinifdə 52, II sinifdə 32, III sinifdə 21, IV sinifdə 14) nəfər 
olmuşdur(6).  Kitabxananın  kitab  fondu  ilbəil  artırdı.  Əsaslı  kitabxana 
yalnız 1883-cü ildə 1000 manat dəyərində kitab əldə etmişdir. Əldə etdiyi 
kitablar  riyaziyyata,  qədim  dillərə  və  pedaqogikaya  aid  idi  ki,  bununla 
Gəncə  gimnaziyası  QTD-ə  daxil  olan  gimnaziyalar  içərisində  üstünlük 
təşkil  edirdi  (7).  Dərsliklərdən  geniş  sahədə  səmərəli  istifadə  edilirdi. 
Kitabxana  ayrı  ucqar  bir  sinifdə  yerləşirdi.  Kitabxana  mərkəzi  qəzet  və 
jurnallara abunəçi idi, o, 1878-ci ildə 21 adda dövri mətbuat alırdı(8). 
1874-cü  ilin  9  sentyabrında  Bakı  Mariya  qadın  gimnaziyası  və 
1881-ci ilin 20 sentyabrında Şuşa realnı məktəbi açılıb, onların nəzdində 
kitabxanalar  təşkil  edildi.  1882-ci  ildə  Şuşa  məktəbinin  kitabxanasında 
2116  manat  dəyərində  kitab  vardır.  Yalnız  1883-cü  ildə  kitabxana  833 
manat  dəyərində  kitab  əldə  etmişdir.  Ümumiyyətlə,  kitabxanaların  kitab 
fondu kəmiyyət və keyfiyyətcə zəif olmuşdur. Ancaq sonralardan vəziy-
yət bir qədər yaxşılaşmışdır. Belə ki, QTD popeçitelinin 1884-cü il hesa-
batında deyilirdi: “Ümumiyyətlə, Dairənin bütün kitabxanaları təlim-tər-
biyənin  düzgün  gedişi  üçün  yararlı  olan,  keyfiyyətcə  təlim  və  tədrisin, 
həmçinin müəllim və şagirdlərin tələbini təmin edən kifayət qədər sayda 
əsərlərə malikdirlər (9)”. 
Beləliklə,  XIX  əsrin  sonunda  7,  XX  əsrin  II  onilliyində  18 
natamam  orta  və  orta  məktəb  kitabxanası  fəaliyyətdə  idi.  Kitabxanalrın 
kitab  fondu  ilbəil  artmışdır.  1884-cü  ildə  fəaliyyətdə  olan  4  kitabxana 
cəmi  22305  manat  dəyərində,  4895  adda,  12153  nüsxə,  1900-cu  ildə  7 
kitabxanada  67107  manat  dəyərində,  24153  adda,  51552  nüsxə,  1902-ci 
ildə  8  kitabxanada  77612  manat  dəyərində,  29076  adda  60985  nüsxə, 
1913-cü ildə 18 kitabxana 130752 manat dəyərində 54764 adda, 109906 


23 
 
nüsxə  kitab  olmuşdur.  Həmin  illər  üzrə  şagirdlərin  sayı-1256,  -3649,  -
4596, -7114 nəfər olmuşdur(10). 
Digər  tip  məktəb  kitabxanaları  kimi  orta  məktəb  kitabxanalarının 
kitab fondu ictimaiyyətin və  fərdi şəxslərin  yardımı  ilə də  artırdı. QTD-
nin  1871-ci  il  hesabatında  Bakı  realnı  gimnaziyası  haqqında  deyilirdi: 
“Valideynlərdən  biri  Şuşkiy  Pupko  Bakı  gimnaziyasının  təntənəli 
yığıncağı  günü  oğlunun  orada  (ginmaziyada-Y.Q.)  təhsil  aldığına  görə 
razılıq  əlaməti  kimi  ona  (gimnaziyaya-Y.Q.)  hədiyyə  olaraq  özünün 
mühüm  kitabxanasını  gətirmişdir.  Mən  gimnaziyanın  müsəlman  şagird-
lərindən  birini,  Osman  Qoma  Məmmədli  məmnuniyətlə  xatırlayıram: 
təəssüf ki, vəfat etmişdir.  
 O, kiçik ianə  toplanışında ona (gimnaziya-Y.Q.) 5 kitab gətirmiş-
dir” (11). Fərdi şəxslər məktəblərə nəinki kitab, paltar və digər əşyalarla 
yardım edirdilər, onlar hətta bina ilə yardım göstərirdilər. Məsələn, 1864-
cü ilin 2 aprelində Zaqatala qadın məktəbi açılarkən Mayor Mahmud Ağa 
Həsən Ağa oğlu öz 2 evini məktəb binasi üçün həmişəlik vermişdir (12). 
  Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanda məktəblərə 
ictimaiyyət  tərəfindən  edilən  kömək  QTD-ə  daxil  olan  başqa  quberniya 
və  qəzalarından  xüsusilə  fərqlənirdi.  Belə  ki,  1871-ci  il  hesabatına  görə 
ictimaiyyət tərəfindən kömək olmadığı üçün Tiflis və Stavropol pansion-
ları bağlanmışdır. Daha sonra hesabatda deyilir: “Ancaq Bakıda gimnazi-
yanın  köməkçi  müəssisələrinin  işi  müqayisə  edilməz  dərəcədə  yaxşıdır: 
iki fərdi şəxs gimnaziyanın müdiriyyətinin razılığı ilə  yanlarında ümumi 
şagird yataqxanası açmışlar, orada valideynlər 14 gimnaziyaçı yerləşdir-
mişlər”(13).Həmçinin QTD-nin 1882-ci il hesabatında deyilirdi: “Tərkibi 
125 nəfərdən ibarət olan şagirdlərə Bakı kömək cəmiyyəti təhsil haqqına, 
tədris  vəsaitləri  və  kitabların  alınmasına,  paltar,  ayaqqabı  və  digər 
vəsaitlərə  cəmi  3658  manat  xərcləmişdi.  Eyski  336  manat,  Vladiqafqaz 
isə 700 manat xərcləmişdi”(14). 
  Kitabxanalarda  olan  kitablar  köhnə  idi.  Kitab  və  dərsliklər  yeni 
nəşrləri  ilə  nadir  vaxtlarda  əvəz  edilirdi.  XIX  əsrin  80-ci  illəri  ərzində 
yalnız  Şuşa  realnı  məktəbinin  kitabxanasında  olan  dərsliklərdən  bir 
neçəsi yenisi ilə əvəz edilmişdir: tərsimi həndəsə, mexanika, alman dili, I 
və II siniflər üçün bir neçə dərslik(15). 
  Təlim  işinin  səmərəliyini  yüksəltməkdə  natamam  orta  və  orta 
məktəb kitabxanalarının qarşısında aşağıdakı vəzifələr olurdu. 
  1.  Kitabxanalar  müntəzəm  olaraq  öz  kitab  fondunu  zənginləş-
dirməli,  müəllimlər  pedaqoji  metodiki,  didaktiki  və  dövri  mətbuatla 
şagirdlərin dərslik və müxtəlif yaş dərəcəsinə uyğun sinifdənxaric müta-
liə  üçün  yararlı  kitablarla  təmin  etməli,  tədris  işinə  yaxından  kömək 
göstərməli idi. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə