Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

83 
 
3.
 
Антопольский  А.П.  Информационные  ресурсы  России:  науч. 
метод. пособие. – М:Либерия, 2004.- 423 с. 
4.
 
 Земсков А. И., Шрайберг Я. Л. - Электронные библиотеки. – 
М., 2003. – C. 60-61). 
5.
 
Меняев  М.Ф,  Информационные  технологии  управления.  В  3 
книгах. Информационные ресурсы.-М.: Омега-Л, 2003. -432 с. 
6.
 
Пилько И.С. Информационные и библиотечные технологии.-
С.Пб.: Профессия, 2008. -342 с. 
7.
 
Фридман А.Я. Информатика: Процессы, системы, ресурсы.- 
М.: БИНОМ, Лаборатория знаний, 2003. – 232 с. 
 
ЭЛЕКТРОННЫЙ РЕСУРС КАК НОВЫЙ ЭТАП 
ЭВОЛЮЦИИ ДОКУМЕНТАЛЬНО-ИНФОРМАЦИОННЫХ 
РЕСУРСОВ БИБЛИОТЕКИ 
РЕЗЮМЕ 
 
В  статье  рассмотрен  вопрос  возникновения  и  развития 
электронных  ресурсов  как  нового  этапа  эволюции  документально-
информационных  ресурсов  библиотеки.  Дана  характеристика 
электронного  ресурса,  приведены  основные  типы  и  виды  этих 
ресурсов. 
 
ELECTRONIC RESOURCE AS A NEXT STAGE OF 
EVOLUTION OF DOCUMENTARY- INFORMATIONAL 
RESOURCES OF THE LIBRARY 
SUMMARY 
 
The  paper  considered  the  origin  and  development  of  electronic 
resources  as  a  new  stage  in  the  evolution  of  documentary-informational 
resources of the library. The characteristic of the electronic resource was 
given and the main types and kinds of resources were introduced. 
 
 


84 
 
Günel ƏLĠYEVA  
Magistrant  
SUMQAYIT MKS – in 
SƏNƏD–ĠNFORMASĠYA FONDUNUN 
MÜASĠR VƏZĠYYƏTĠ 
 
Açar sözlər: Sumqayıt MKS, informasiya fondu, müasir vəziyyəti. 
Ключевые  слова:  ЦБС  Сумгаита,  фонд  информации, 
современное состояние. 
Key  words:  Sumgait  System  of  centralized  library  (SCL), 
Information fund The present situation . 
Azərbaycanda  kitabxana  sistemlərinin  yaradılmasına  əsasən  1920-
ci  illərdən  başlanılmış,demək  olar  ki,dünya  kitabxana  sistemlərindən 
fərqli olaraq yeni sistem meydana gəlib formalaşmışdır. SSRİ məkanında 
formalaşan  bu  sistem  demək  olar  ki,  bütün  müttəfiq  respublikalarda 
tətbiq  edilmiş  sovet  kitabxana  sistemi  adlanırdı.  Doğrudur,  o  dövr  üçün 
olduqca  mütərəqqi  xarakter  daşıyan  bu  sistem  nöqsanlardan, 
çatışmazlıqlardan  kənar  deyildi.  Sistem  yaradılarkən  və  tətbiq  edilərkən 
respublikaların  milli  xüsusiyyətləri,  adət  və  ənənələri,  mədəni  inkişaf 
tarixi,  vicdan  azadlığı,  milli  kitabın  toplanılması  və  saxlanılması 
məsələləri  nəzərə  alınmırdı.  Azərbaycanda  bir  neçə  dəfə  -  1929-cu  ildə, 
1938-ci ildə əlifbanın dəyişməsi ilə, ərəb və latın qrafikası ilə yazılmış və 
çap  edilmiş  milli  Azərbaycan  kitabının,  xalqımızın  ən  qədim  və  ən 
qiymətli  milli  sərvətinin dini kitab və  köhnə əlifba bəhanəsilə  kitabxana 
fondlarından çıxarılıb, yandırılıb, məhv edilməsini misal göstərə bilərik.  
 Ciddi  qüsurlara,  çatışmazlıqlara  baxmayaraq,  sovet  kitabxana 
sistemi bütövlükdə mütərəqqi xarakter daşıyırdı.  
 Azərbaycanda  kitabxana  sistemlərinin  yaradılması  və  formalaş-
ması  bilavasitə  Rusiya  kitabxanalarının  və  rus  kitabxanaşünaslarının 
təsiri  ilə  baş  vermişdir.  Bu  sistem  1920-ci  illərdən  yaranmağa  başlamış, 
artıq 30-cu illərdə tam formalaşmış bir sistemə çevrilmişdi. 1941-1945-ci 
illər  İkinci  Dünya  müharibəsi  sistemin  təkmilləşməsi  prosesini  ləngitsə 
də, 50-ci illərdən başlayaraq əhaliyə kitabxana xidmətini  yaxşılaşdırmaq 
üçün dövlət miqyasında keçirilən tədbirlər nəticəsində ölkənin kitabxana 
sistemi yeni-yeni çalarlarla zənginləşmiş, təkmilləşmə və yeniləşmə pro-
sesi  davam  etmişdir.  Görülən  bütün  tədbirlərə  baxmayaraq,  mövcud 
kitabxana sistemi ölkənin qarşısında duran böyük vəzifələrə, cəmiyyətin 
durmadan  artan  informasiya  tələbatına,  60-70-ci  illərin  oxucularının 
sorğularına  cavab  verə  bilmirdi.  Məhz  buna  görədir  ki,  1974-cü  ildə 
“Zəhmətkeşlərin  kommunist  tərbiyəsində  və  elmi-texniki  tərəqqidə 
kitabxanaların rolunun artırılması haqqında” mühüm partiya sənədi qəbul 


85 
 
edildi.  Bu  sənəddə  ölkədə  kitabxana  sistemlərinin  təkmilləşməsində  çox 
mühüm  rolu  olan  kitabxana  işinin  mərkəzləşdirilməsi  məsələsi  irəli 
sürülürdü ( 5, 209 ). 
 Mərkəzləşdirilmiş  kitabxana  sistemi  iriləşdirilmiş,  yeni  tipli 
kitabxana müəssisəsi olub, struktur cəhətdən bütöv(tam), ümumi fond və 
vahid  texnologiya  əsasında  fəaliyyət  göstərən,  bir-biri  ilə  üzvi  şəkildə 
qarşılıqlı  əlaqədə  olan  kitabxanaların  və  kitabxana  birliklərinin 
məcmusudur. Bu sistem ayrı-ayrılıqda fəaliyyət göstərən xırda kitabxana-
ların  mexaniki  birliyi  yox,  insanların  təhsilində,  tərbiyəsində,  mədəni 
inkişafında, informasiya  təminatında  yaxından iştirak edən, ölkə miqya-
sında kitabxana xidmətini həyata keçirən keyfiyyətcə yeni orqanizmdir.  
 Kitabxana işinin mərkəzləşdirilməsi dedikdə kitabxana şəbəkələri-
nin  yenidən  təşkilinin  elə  forması  yaranır  ki,  bu  zaman  kitabxanaların 
fəaliyyəti  regionda,  zonada  və  s.  həmin  kitabxanalardan  biri,  daha  bö-
yüyü, məsələn, rayon kitabxanası baş mərkəzi kitabxanaya çevrilir, qalan 
kitabxanalar isə onların filialları kimi fəaliyyət göstərir. Filiala çevrilmiş 
kitabxanalar  öz  müstəqillik  statusunu  itirmir,  kitabxana  statistikasında 
müstəqil kitabxana kimi qeydə alınır ( 5, 211 ). 
 Mərkəzləşdirmə  müasir  şəraitdə  əhaliyə  kitabxana  xidmətini 
dövrün  tələblərinə,  dünya  təcrübəsinə  uyğun  olaraq  yenidən  qurmaq, 
kitabxana işini  əsrin məzmunundan irəli gələn informasiya partlayışının 
tələblərinə  cavab  verəcək  səviyyəyə  qaldırmaq  vəzifələrini  yerinə 
yetirməli  idi.  Bu  vəzifələrin  yerinə  yetirilməsi  dövrün,  zamanın  tələbi 
olduğundan  Azərbaycan  hökuməti  bu  işi  ümumxalq,  ümummədəni 
tərəqqi  işi  kimi  qiymətləndirmiş  və  xüsusi  tədbirlər  planı  hazırlamışdı. 
Məhz  buna  görədir  ki,  öz  miqyasına  görə  şox  böyük  iş  qısa  müddət 
ərzində  -  80-ci  illərin  əvvəllərinə  qədər  həyata  keçirildi.  Qısa  müddət 
içərisində  respublikamızda  3174  filialı  olan  69  mərkəzləşdirilmiş  rayon 
kitabxana sistemi yaradılmışdı.  
 Ölkəmizdə mərkəzləşdirmənin müvəffəqiyyətlə həyata keçirilməsi 
və  onların  işinin  ilkin  yekunlarının  elmi  təhlili  bu  mühüm  dövlət 
tədbirinin  böyük  üstünlüklərə  malik  olmasını,  kitabxana  xidmətinin 
təşkilində  ciddi  keyfiyyət  dəyişikliklərinin  baş  verməsini,  kitabxana 
işinin  perspektiv  inkişafı  üçün  əhəmiyyətli  nəticələr  əldə  edilməsini 
aşkara çıxardı.  
 Heç  də  təsadüfi  deyil  ki,  1998-ci  il  29  dekabrda  qəbul  edilmiş, 
1999-cu  il  12  mart  tarixində  “Kitabxana  işi  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə  Azərbaycan 
Respublikası  Prezidentinin  fərman  vermiş  olduğu  bu  qanunda  mər-
kəzləşdirilmiş  kitabxana  sistemləri  Azərbaycan  kitabxana  sistemlərinin 
əsas tiplərindən biri kimi göstərilmişdir ( 5, 218 ).  


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə