Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
341
ŞAHIN FAZIL
tarix elmləri doktoru, professor
E-mail: TarixVeOnunProblemleri@gmail.com
BIR ƏSRIN IKI DÖVLƏTI, YAXUD
QARAQOYUNLULARIN VƏ AĞQOYUNLULARIN TARIXŞÜNASLIĞI
HAQQINDA YENI KITAB
Kimlər olmuşlar Qaraqoyunlular? Bəs Ağqoyunlular? XV əsrin əvvəlində Azərbaycan-
da yadelli ağalığına son qoyan və oğuz-türk dövlətçilik ənənəsinin bərpaçısı olan Qaraqoyun-
lular, eləcə də həmin əsrin ikinci yarısında Qaraqoyunluları əvəz edən Ağqoyunlular hara-
lardan gəlmişlər Azərbaycana? Rəng mənasını bildirən və «qoyun» totemi (yaxud onqon)
səciyyəsini ifadə edən bu istilahlardan birincisinin «qara qoyun», ikincisinin isə «ağ qoyun»
adlanmaları hansı səbəbdən irəli gəlmişdir? Doğrudanmı əski vaxtlardan bəri «qoyun toteminə
bağlı olan və islam dinini qəbul etdikdən sonra da bu totemi tərk etməyən Qaraqoyunlular
(həmçinin Ağqoyunlular) tarixin müəyyən bir ilk çağının və orta çağının gedişində böyük rolu
olan «qon», yəni «qoyun» türk elindən XV əsrədək gəlmiş və əski adları olan «qoyun»u mü-
hafizə edərək Qaraqoyunlu və Ağqoyunlu adları ilə mövcud olmuşlar? Həqiqətənmi dövlət
qurduqdan sonra onların bayraqlarında qara və ağ qoyun (yaxud qoç) başları rəsm edilmişdi?
Nədir islamaqədərki bu zoomərfik qoyun onqonu, yaxud totemi? Bu tayfaların mənşəyi
haradan başlanıb? Onlar uzaq Türküstandan/Türkmənistandan yox, məhz Türküstandan!/ gələ-
rək Şərqi Anadolu, İran və Azərbaycan ərazilərində məskunlaşmışlar? Gerçəkdənmi Qaraqo-
yunlular və Ağqoyunlular tam köçəri həyat tərzi sürmüşlər? Türkmənistan «türkmənləri» ilə
Azərbaycan «türkmanları» arasında hansı fərq vardır? Qaraqoyunlular oğuzların «barani»
(yaxud «baharlı»), Ağqoyunlular isə «bayandır» (yaxud «bayanduriyyə») boylarına mənsub
olmaqla neçə el və tayfadan ibarət olmuşlar? Qaraqoyunlu dövlətinin ictimai-siyasi tarixi, o
cümlədən Azərbaycan Qaraqoyunlu dövlətinin quruluşu haqqında hansı tədqiqatçılar fikir
söyləmişlər? Qaraqoyunlu-Ağqoyunlu, Qaraqoyunlu-Teymuri, Qaraqoyunlu-Gürcü, Qaraqo-
yunlu-Osmanlı, Qaraqoyunlu-Məmlük dövlətləri arasında münasibətlər nə səviyyədə olmuş-
dur? Ağqoyunluların mənşəyi, Azərbaycan hökmdarı olan Uzun Həsənin şəxsiyyəti, onun ana-
sı Saray Xatunun xarakterik xüsusiyyətləri, Ağqoyunluların dövlət quruluşu haqqında nə
bilirsən? XV əsrin II yarısını əhatə edən Ağqoyunlu-Səfəvi, Ağqoyunlu-Teymuri, Ağqoyunlu-
Osmanlı, Ağqoyunlu-Məmlük, Ağqoyunlu-Gürcüstan, habelə Ağqoyunlular və Qərbi Avropa
dövlətləri arasında nə kimi əlaqə və münasibətlər mövcud idi? Azərbaycanın Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərində iqtisadi-ictimai və mədəni həyat, o cümlədən kənd təsərrüfatı və aq-
rar münasibətlər, Uzun Həsən və varislərinin islahatları, ticarətin inkişafı, maarif və elm,
memarlıq və incəsənət hansı səviyyədə idi?
Hörmətli oxucu, sənin bu suallara cavab tapmağın elə sənin özündən asılıdır. Bunun
üçün sən Tofiq Hümbət oğlu Nəcəflinin min bir əziyyətlə yazdığı və bir il öncə çapdan çıxmış
«Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında)» adlı
monoqrafik əsərini oxumalısan (1). Oxu və bir neçə illərboyu elmi dövriyyədə olan bu çətin
suallardan yaxanı qurtar.
T.Nəcəfli keçən əsrin son rübündən başlayaraq AMEA A.A.Bakıxanov adına Tarix İns-
titutunun «Orta əsrlər tarixi» şöbəsində əvvəllər aspirant, sonra kiçik elmi işçi, daha sonra apa-
rıcı elmi işçi, hazırda isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan tədqiqatçıdır.
Qeyd etməliyəm ki, birinci kitabı olan «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
342
türk tarixşünaslığında» monoqrafiyası diqqəti cəlb edən və müəllifi alimlik səviyyəsinə qaldı-
ran əsər olmuşdur (2). İndi isə ikinci monoqrafik əsər, özü də daha müfəssəl və geniş həcmli.
Kitabın «Ön sözü»nün əvvəlində AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub
Mahmudov «Türk xalqlarının qardaşlıq tarixi yenidən yazılmalıdır» ünvanlı məqalə ilə çıxış
edir və hökm verir: Türk xalqlarının qardaşlıq tarixi yenidən yazılmalıdır! Əlbəttə, zəruri fikir-
dir. Tarixin gedişatı dəyişdikcə tarixi hadisələrə baxış müsbət mənada dəyişilməli, yəni fikir
və mülahizələrə daha obyektiv yanaşılmalı, daha dərin tədqiqat işləri aparılmalıdır. Bizim qar-
daşlıq tariximizin daha dərindən araşdırılması türk xalqlarının bu tarixi sahəsində indiyəcən
qələm işlətmiş və gələcəkdə də qələm işlədəcək tədqiqatçıların qarşısında qoyulan konkret bir
vəzifə deyilmi? Bir halda ki, «Müasir tarixi şərait qardaş türk xalqlarının tarixçilərindən ötrü
ümumtürk tarixini yenidən yazmaq üçün geniş imkanlar açmışdır» (3).
«Ön sözün müəllifi sözünə davam edir: «Məlum həqiqətdir ki, yaxın keçmişdə Sovet
İttifaqının dağılmasına qədər nə Azərbaycanın və Mərkəzi Asiyanın türk tarixçiləri, nə də bü-
tövlükdə sovet türkoloqları obyektiv türk tarixi yaza bilməzdilər. Bu tarix hökmən mərkəzin-
Moskvanın diktə etdiyi konsepsiyalar əsasında saxlataşdırılmalı və təhrif olunmalı idi. Sovet
rejiminin yalançı xalqlar dostluğu ruhunda yazılan əsərlərdə türk xalqları bir-birinin yağı
düşmənləri kimi təqdim olunurdu. Daha doğrusu əsl qardaşlar bir-birinə düşmən, düşmənlər
isə qardaş kimi təqdim edilirdi. Sovet türkoloqlarına, o cümlədən Aəzrbaycan tarixçilərinə
türk mənbələrindən və tarixçiəlrinin əsərlərindən faydalanmaq yasaq idi. Sovet İttifaqının sər-
hədlərindən xaricdə əsər nəşr etmək isə mümkün iş deyildi (4).
Y.Mahmudov qardaş türk tarixçilərinə də üzünü tutaraq, onlara öz acı təəsüflərini bil-
dirir: «Nə qədər acı təəssüflər doğursa da qardaş türk tarixçiləri də, bir çox hallarda, ümum-
türk tarixinə, o cümlədən Azərbaycanın orta əsrlər tarixi sahəsindəki tədqiqatlarına yenidən
baxmalıdırlar. Hər bir türk xalqının tarixinə, onun tarixi şəxsiyyətlərinə, dünya tarixindəki
roluna həssaslıqla, ehtiramla yanaşılmalıdır. Bir sözlə, doğru-düzgün, həqiqəti olduğu kimi
əks etdirən tarix yazılmalıdır. Hər bir tarix əsəri qardaş türk xalqlarını bir-birinə daha da
yaxınlaşdırmalıdır. Bunun üçün türk xalqlarının qardaş qanı ilə yoğrulmuş və nəsillərə əmanət
edilmiş tarixi üzə çıxarılmalıdır. Əmir Teymura, Uzun Həsənə, Şah İsmayıl Xətaiyə, Sultan
Səlimə, Sultan Süleymana və digər tarixi simalara ümumtürk tarixinin şəxsiyyətləri kmi eyni
mövqedən, həssaslıqla, həmin tarixi şəxsiyyətlərin mənsub olduqları qardaş türk xalqlarının
tarixi mənafeyi baxımından yanaşılmalıdır. Bir sözlə, türkün elə bir tarixi yazılmalıdır ki, bu
tarix bütün türk xalqları üçün doğma olsun, gələcək nəsilləri birləşdirən tarix olsun» (5).
T.Nəcəflinin 5 fəsildən və 25 yarımfəsildən (paraqrafdan) ibarət məlum monoqrafiyası
Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri tarixinin müasir Türkiyə tarixşünaslığında
tədqiqinə həsr olunmuş bitkin bir əsərdir. «Azərbaycan Qaraqoyunlu dövlətinin ictimai-siyasi
tarixi Türkiyə tarixşünaslığında» adlanan I fəsildə Qaraqoyunluların mənşəyi, siyasi tarixi, ilk
Qaraqoyunlu hökmdarı Qara Yusifin siyasi fəaliyyəti və şəxsiyyəti, Azərbaycan Qaraqoyunlu
dövlətinin quruluşu məsələlərinə diqqət yetirilmiş, fəslin məzmunu onun 4 yarımparaqrafında
öz əksini tapmışdır (6). Burada Qaraqoyunluların nəslinə, etnik mənsubiyyətinə, bu tayfa bir-
ləşməsinin adının ifadəsi olan «türkman» istilahına nəzər yetirilmiş, xüsusilə istilahın «türk-
mən // türkman», «ət-türkman», «türkmaniyyun», «teqomen» formasında işlənməsi haqqında
fikir söylənilmiş, Qaraqoyunluların «türkman» adlandırılmaları, bunun səbəbləri və məna tu-
tumu (əsil, böyük turk) izah olunmuşdur (7). Bundan ötrü müəllif kimlərə və nələrə istinad
etmir: Tarixçilər Əbül Fəzl Beyhəqi, əl-Müqəddəsi, Mahmud Qaşğari, Şükrullah, Dövlətşah
Səmərqəndi; tədqiqatçılar V.Bartold, V.Minorski, F.Köprülü, İ.Kafəsoğlu, Z.Bünyadov,
O.Əfəndiyev, Ə.Çay, M.Seyidov, Y.Dogini, Ş.Şərəfoğlu, Ə.Müdərrisoğlu, F.Sümer, F.Kırzı-
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
343
oğlu, O.Turan, M.Yınanc. K.Kürün, İ.Uzunçarşılı, C.Zeynaloğlu, Z.Toğan, M.Baharlı, M.Sey-
fəddini, K.Bosfort, D.Yeremeyev, M.İsmayılov, Q.Qeybullayev, T.Ünal, Ş.Təkindağ; mənbə-
lər «Divani-lüğatüt-türk», «Oğuznamə», «Tarixi-Türkməniyyə», «Tarixi-Sultan Qütbşahi»,
«Hüzhətül-qülub», «Kitabi-Diyarbəkriyyə» və s.
Bu fəsildən görünür ki, etnik məna kəsb edən «türkman» istilahı tarixən anlam xü-
susiyyətini daşımışdır. Müəllif müxtəlif alimlərin bu sözlə bağlı fikirlərini belə təsnif edir:
1.
İslam dinini qəbul etmiş oğuzlara verilmiş addır:
2.
Oğuzların «oğuz» və «türkman» adları ilə iki qismə bölünməsi səlcuqların hökm-
ranlıq dövründə başlanmışdır;
3.
Oğuzların daha çox köçəri həyat tərzi keçirən hissəsinə şamil edilmişdir;
4.
Bu istilahın izləri müasir Azərbaycanda «tərəkəmə» ifadəsində qalmaqdadır (8).
Qaraqoyunlu və Ağqoyunlu adları ilə tanınmış tayfalar biri-digərini vahid türkman
xalqının hissəsi hesab edirdilər və bu tayfalar özlərini Kiçik Asiyanın (Osmanlı, Rumlu) və
Orta Asiyanın (Cığatay) türkmanlarından fərqləndirirdilər. Məsələn, Əbubəkr Tihraninin
«Kitabi-Diyarbəkriyyə» əsərində tədqiqatçılar tərəfindən dəfələrlə misal gətirilən belə bir
epizod vardır: Hələ Qaraqoyunlu dövlətinin təsisindən bir neçə il əvvəl Qara Yusif Qaraqo-
yunlu tərəfindən Qara Yuluq Osman Ağqoyunluya göndərilən bir məktubda hər iki tayfa
birliyi arasında olan nifaqın dayandırılması təklif olunurdu: «Bizim hər ikimiz türkmanıq. Gəl
bundan sonra bir-birimizə hücum etməyək və bir daha qırılmayaq. Qoy bizim hər birimiz
Rumdan və Cağataydan olan düşmənlərimizlə mübarizə edək» (9).
Faruq Sümer yazır: «Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi qənaətə
görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim türklərdə digər tayfalarda olduğu
kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid olan
sürülərinin rəngi ilə bağlı verilmiş olması mümkündür». Əbdülxaliq Çay bu fikri müdafiə edir
və başlığa məşğuliyyəti heyvandarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların
rənginə görə verildiyini əsaslandırmağa çalışır. Türkiyədə qoyunun totem mahiyyətində ol-
masına dair Türkiyə tarixçiləri arasında fikir ayrılığı vardır. Məsələn, O.Turan, E.Esin və
H.Koşay qoyunun (qoçun) əski türklərdə başlıca totemlərdən biri olması fikrindədirlər (10).
Qoyunun əski zamanlarda əhali arasında totem səciyyəsi daşığıdını R.Əfəndiyev və
M.Seyidov də qeyd edirlər. Bu adın Qaraqoyunlulara verilməsi ilə əlaqədar M.Seyidov yazır:
«Qaraqoyunluların adları onların fəlsəfi-mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıx
bağlıdır. Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təş-
kilatın qanunları ilə səsləşir (11).
Qoyun istilahının onqon olması qədim türk dastanı «Oğuznamə»də göstərilir: «Oğuz
xaqan böyük ordugah… sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi. Onun başına bir qızıl
toyuq qoydu, ayağına bir ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına
bir gümüş toyuq qoydu, ayağına bir qaraqoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Uçoqlar
oturdu». Dastandan məlum olur ki, oğuz xaqan oğlanlarını iki soya-Bozoqa və Üçoqa bölmüş
və hərəsinə də ayrıca onqon-ağqoyun və qaraqoyun, qızıl toyun, gümüş toyuq vermişdi. M.Se-
yidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq qəbilələrində toyuq zoomorfik on-
qonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar yalnız ağ və
qara qoyuna tanındıqları üçün Ağqoyunlu və Qaraqounlu adlanmışlar (12).
Fransız şərqşünası Y.Doginin fikrincə, Qaraqoyunlu türkmənləri («türkmanları» olma-
lıdır-Ş.F.) bayraqlarındakı qara qoyun (qoç) rəsminə görə Qaraqoyunlu adlanmışlar (13). La-
kin T.Nəcəfli bu fikirlə razılaşmır, çünki bu tarixçi prinsipial saydığı məsələdə qoç kimi tərs-
dir. Əsərdə oxuyuruq: «Onların fikri ilə razılaşmaq çətindir. Çünki tayfa və sülalənin öz adını
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
344
bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək
olar ki, Qaraqoyunlu tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfik onqon imiş və
ona görə də tayfa bayraqlarında bu onqonun (qoç) şəkli çəkilirmiş. F.Kırzıoğlu da belə
qənaətə gəlir ki, Qaraqoyunlular bayraqlarında qoç başı təsvirləri qoyaraq qədim onqonların
xatirəsini yaşatmışlar. Ş.Səfəroğlu və Ə.Mülərrisoğlu da belə hesab edirlər ki, Qaraqoyunlu
adı türklərin islamaqədrki dövrdə inandıqları qoyun toteminə əsaslanır (14).
F.Sümer isə yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün Qaraqoyunluların bu adı
almasına aid Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr
qaynaqlarında bununla bağlı heç bir məlumatın olmaması ilə əlaqələndirir (15).
Bu məsələdə başqa bir fikir isə tarixçi Mövlana Şükrullaha məxsusdur ki, T.Nəcəfli
onunla razılaşır: Şükrullahın yazdığına görə «852/1449-cu ildə Sultan II Murad bu binəvanı
(yəni Şükrullahı-Ş.F.) Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət əsnasında buyurdu ki,
Sultan Murad mənim axirət qardaşımdır. Bu qardaşlıqdan başqa həm də qohumumdur. Bu qo-
humluğun səbəbi soruşuldu. Buyurdu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz
tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və monqol yazısı (uyğur əlifbası) ilə yazılmış bir
kitab gətirdi. O kitabdan anlaşıldı ki, Sultan Muradın soyu Oğuz oğlu Göyalp, Qara Yusifinki
isə 41-ci nəsildən Dənizalpa bağlanır» (16).
Sonrakı fikir yenə də F.Sümerlə bağlıdır: «…Qaraqoyunlular Oğuz nəslindən Dəniz xa-
nın oğulları olan İğdir, Buğduz, Yivə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlar-
dan Yivə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair
bəzi izlər görünür». Bu fikri Ə.Çay da müdafiə edir. F.Sümer Yivə türklərinin Səlcuq yürüş-
ləri dövründən etibarən Azərbaycanda məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan
bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol yürüşlərinə qədər qoruyub saxladıqlarını
qeyd edir (17).
M.Yınancın Qaraqoyunluların mənşəyi məsələsi ilə bağlı maraqlı mülahizəsi vardır ki,
T.Nəcəflini tamamilə qane edir: M.Yınancın təbirincə «əskidən bəri qoyun toteminə bağlı olan
və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən Qaraqoyunlular ilk çağ ilə orta çağın
bir qismində böyük rol oynadığını bildiyimiz «qon» (yəni «qoyun») türk elindən qalmışdır və
əski adları olan «qoyun» adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda məskunlaşmış
Qaraqoyunlar buradakı oğuzların Baranlı boyuna daxil olmuşlar» (18).
Qaraqoyunluların 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana və Şərqi
Anadoluya gəlmələri məsələsi haqqında isə aşağıdakı fikirlər məgər Qaraqoyunluların tarixin-
dən bəhs etmirmi? «Tarixi-Türkməniyyə» və «Tarixi-Sultan Qütbşahi» əsərlərində Qaraqo-
yunluların 599/1202-1203-cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə
bəyin rəhbərliyi altında İrana və Şərqi Anadoluya axını və onların burada daim gürcülər və
tatarlara qarşı mübarizə aparması açıqlanır. T.Nəcəflinin dəfələrlə müraciət etdiyi F.Sümer də
bu məlumatın doğru olduğunu güman edir. O, öz fikrini Monqol istilasına qədərki dövrdə
Qaraqoyunlulara aid heç bir məlumatın olmaması ilə əsaslandırır. F.Kırzıoğlu isə həmin
məlumatdakı 599 rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu
tarix həmin dövrdə Ön Asiyada geniş yayılmış «İsgəndər təqvimi»nə əsaslanmışdır. Çünki,
1202-1203-cü illərdən az sonra Anadoluda «Gürcülərə qarşı savaşa» və «Tatarlara qarşı
müqavimətə» imkan və lüzum yox idi.
Türkiyə tarixçilərindən İ.Uzunçarşılı, F.Koprülü, C.Zeynaloğlu, Z.Toğan və H.Orkun
qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya Arğun xanın (1284-1291) dövründə
gəldiklərini qeyd edirlər. Bu fikir Türkiyə tarixşünaslığında sonralar da təkrar edilməkdədir və
Azərbaycan tarixşünaslığında da qəbul olunmuşdur. Vaxtilə A.A.Bakıxanov Qaraqoyunluların
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
345
Arğun xan dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi. Sonralar M.Baharlı
və Ə.Sumbatzadə də həmin müddəanı qəbul etmişdir.
C.İbrahimov qaraqoyunluların Azərbaycana gəlişini XII-XIII əsrlərə, M.Seyfəddini XI-
XIII əsrlərə, K.Bosvort, D.Yeremeyev, M.İsmayılov və Q.Qeybullayev isə XIII əsrin əvvəllə-
rinə aid etmişlər. Z.Bünyadov və O.Əfəndiyev bununla bağlı yazırlar ki, «ehtimal etməyə əsas
var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfa və qəbilələrin bir hissəsi
artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu
torpaqlardan sıxışdırılıb çıxarılmışlar». T.Nəcəfli onların bu mülahizəsində obyektiv həqiqətin
olduğunu bildirir. Ona görə, faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının
qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir, məhz bunun nəticəsi idi ki,
qərbi türkmanlar Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da, Azərbaycan etnosu-
nun mühüm hissəsini təşkil edirlər (19).
Bəs osmanlılar? Osmanlıların hansı sülaləyə mənsub olmalarının müəyyənləşdirilməsi
üçün T.Nəcəfli ərəb müəllifləri Beyhəqiyə, Yaqut Həməviyə, fars müəllifi Ə.Tihraniyə, tarix-
çilər Z.Toğana, S.Ağacanova, Ə.Dehxodaya və V.Minorskiyə əsaslanır (20).
İndisə, Qaraqoyunlu tayfalarının adları və yaşadıqları yerlər T.Nəcəflini maraqlandırır.
Baranilərdən başqa həmin tayfalar bunlardır: Sədli, Baharlı, Qaramanlı, Alpaut, Cagirli, Ça-
xar, Hacılı, Ağacəri, Bayramlı, Duharlı (Duxarlı), Ayinli, Dögər, Süleymani, Zirki, Mahmudi
və s. (21). Onların yaşadıqları yerlər isə Naxçıvan, İrəvan, Şuşa, Zəngəzur, Aranın və Şirvanın
müxtəlif yerləri, Həmədan, Göyçay, Cəbrayıl, Masallı, Kirman, Zəncan, Xuzistan,
Yelizavetpol, Qazax, Cavanşir və s.
Azərbaycan Qaraqoyunlu dövlətinin siyasi tarixinə də nəzər yetirən T.Nəcəfli bu məsə-
ləyə nə az, nə çox, 20 səhifədən artıq yer ayırmış, bu dövlətin yaranmasını, təşəkkülünü və
süqutunu əhatəli şəkildə təsvir edir (22).
Azərbaycan hökmdarı Qara Yusifin siyasi fəaliyyətini araşdıran T.Nəcəfli onun şəxsiy-
yətindən bəhs edir və Azərbaycan Qaraqoyunlu dövlətinin quruluşu haqqında ətraflı danışır,
bu səltənətin siyasi quruluşu, inzibati idarə sistemi, saray, divan və hərbi təşkilatlarına aid
sistemləşdirilmiş fikirlər söyləyir, taxt-tacdan, sikkə və xütbədən, bayraq və sancaqdan, pad-
şahın çadırlarından, tuğdan, tuğradan və möhürlərdən (daha nə qaldı ki,?) söz deməyi də
ununtmur (23).
Sonra isə bəylərbəyi, əmirülüməra, şahzadə, vəzir, divan əmiri, pərvanəçi, müxtəlif
divanlar (divani-inşa, divani-istifa, divani-ərz, divani-işraf, divani-təvaçi, divani-vəzarət,
divani-əmarət, divani-məşvərət və s.) bu tədqiqatçının fikrini məşğul edən vəzifələrdən və
yüksək məqamlardan olur (24). Əlbəttə, mustovfi, həkim, qazi, sədr, möhtəsib, əmirlər silki,
hakim, yasovul, bukavul, çaşnigir, fərraş, quşçu, parsçı, yurtçi, inaq, baratdar, möhürdar, qor-
çi, təvaçi, əmiraxur, puşandar, türkəşbənd, qarovul və s.-də yaddan çıxmır (25).
II fəsil Azərbaycan Qaraqoyunlu dövlətinin xarici siyasəti, yəni diplomatiyası haqqın-
dadır. Müəllif ilk olaraq Qaraqoyunlu-Ağqoyunlu münasibətlərinin şərhini verir (26), tarixşü-
naslığını əhatə edir ki, Qaraqoyunlu-Teymuri münasibətlərinin tədqiqi Türkiyə tarixşünas-
lığında XX əsrin ortalarında başlanmış, bu sahədə Əbdürrəhim Şərif bəy, İ.Uzunçarşılı,
M.Yınanc, Z.Toğan, Y.Özər, F.Sümer, İ.Aka kimi tarixçilər öz sözlərini demiş, üçüncü Qa-
raqoyunlu hökmdarı Cahanşahın ölümündən sonra da həmin münasibətlərin daha iki il davam
etdiyini bildirmişlər (27).
Zənnimcə bu fəslin «Qaraqoyunlu-Gürcüstan münasibətləri» adlanan 3-cü paraqrafı
T.Nəcəflinin bu monoqrafiyasında öz orijinallığı ilə çox seçilir, çünki bu müəllifə qədərki
bütün alimlər həmin münasibətlərə bir qədər ötəri toxunmuş, bir neçə kəlmə söz deməklə
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
346
kifayətlənmişlər. T.Nəcəfli isə, göründüyü kimi, yığcam olsa belə həmin münasibətlərə xüsusi
yarımparaqraf yazmış, gürcü çarı I Konstantin (1407-1412), onun oğlu I Aleksandr (1412-
1442), IV Vaxtanq (1442-1446) kimi hökmdarlarla Qaraqoyunlu padşahları arasındakı siyasi
məsələlər haqqında türk tarixçilərinin əsərlərinə istinad edərək Cahanşahın Gürcüstana yürüşü
nəticəsində «mühüm qənimət ələ keçirilməsi və gürcü çarlarının Qaraqoyunlulardan asılılığı
qəbul edib, onlara illik bac» ödəməli olduqlarını vurğulamışdır (28).
Qeyd etməliyəm ki, bu monoqrafiyanın 3-cü paraqrafına nisbətən 4-cü paraqrafı, yəni
Azərbaycan Qaraqoyunlu dövlətinin Osmanlı dövləti ilə mövcud olan qarşılıqlı əlaqələri
olduqca müfəssəldir, çünki həmin əlaqələr daha geniş olmuşdur. Göstərilir ki, XIV əsrin so-
nunda Qaraqoyunlu tayfa ittifaqı Mosulda, Ərzurumda, Xoyda, Naxçıvanda və Göycə gölünün
cənub sahilində artıq möhkəmlənmişdilər. Tədqiqatçı xüsusi vurğulayır ki, Qaraqoyunlu-
Osmanlı münasibətləri məsələsi «indiyədək Türkiyə tarixçiləri üçün xüsusi tədqiqat obyekti
olmamış və buna görə də onlar bu problemə səthi yanaşmışlar (29). XV əsrin əvvəllərindən
başlayaraq genişlənən həmin münasibətlər monoqrafiyada təfsilatla verilmiş, Qaraqoyunlu
dövlətinin yaranmasından süqutuna qədərki yarım əsrdən çox davam edən dövrü əhatə etmiş
və qarşılıqlı əlaqələr baxımından olduqca oxunaqlı tərzdə qələmə alınmışdır (30).
Bu fəslin «Azərbaycan Qaraqoyunlu dövlətinin Misir məmlük dövləti ilə münasibətlə-
ri» adlanan 5-ci paraqrafı da xüsusi bir məsələnin tədqiqinə ayrılan (əlbəttə, əsasən Türkiyə
tarixşünasları tərəfindən) orijinal bir hissədir. Bzim müəllif yazır: «Azərbaycan Qaraqoyunlu
dövləti ilə Misir Məmlük sultanlığı arasındakı siyasi əlaqələr XIV əsrin sonunda Qaraqoyunlu
bəyliyinin məmlük sultanları ilə siyasi münasibətlər yaratmasıyla başlamışdır. Dövrün qay-
naqları bu əlaqələrin əsasının hələ Qaraqoyunlu Qara Yusifin Azərbaycanda siyasi haki-
miyyəti ələ almasından əvvəl baş verdiyini qeyd edirlər. XIV əsrin son rübündə Qaraqoyunlu
bəyliyi Şərqi Anadoluda siyasi güc mərkəzinə çevrilərək, bölgədə baş verən siyasi hadisələrdə
fəal iştirak etməyə başladı» (31).
Zamanın tələbinə uyğun olaraq Qaraqoyunlular nisbətən güclü dövlət qurmaları ilə mü-
nasibətlər yaratmağa cəhd edirdilər. Bu dövlətlə məmlüklər arasındakı münasibətlər hələ Qara
Yusifin babası Bayram Xoca Qaraqoyunlunun 1372-ci ildə Mosul şəhərini mühasirəyə almağı
ilə başlandı və davam etdi. Bəs nə idi Qaraqoyunlu-Məmlük münasibətlərini inkişaf etdirən
səbəb? Bu sualın cavabını yenə də bu monoqrafiyada oxuyuruq: «XIV əsrin sonunda Əmir
Teymurun Ön Asiyaya hərbi yürüşləri Şərqi Anadoluda siyasi hadisələrin gedişinə əsaslı təsir
etdi və öz növbəsində Qaraqoyunlu-Məmlük münasibətlərinin inkişafını şərtləndirmiş oldu.
Əmir Teymur tərəfindən Azərbaycanın işğal edilməsindən (1386) sonra Azərbaycanda və
Şərqi Anadoluda teymurilərə qarşı mübarizə aparan qüvvələrin Misir Məmlük dövlətilə siyasi
əlaqələri xeyli gücləndi. Qeyd olunan dövrdə bölgədə Əmir Teymura qarşı mübarizə aparan
əsas qüvvələrdən biri məhz Qaraqoyunlu bəyliyi idi (32).
Qara Yusifin atası Qara Məhəmməd də Məmlük sultanı ilə yaxın münasibət yaratdı.
Əmir Teymurun 1401-ci ildə Bağdadı və Şamı, sonrasa Osmanlı sultanını (1402) məğlubiyyə-
tə uğratması Qara Yusifi də bölgədə yeganə siyasi mərkəz olan Misirin məmlük sultanı ilə
əlaqələri gücləndirməyə vadar etdi (33).
Amma XV əsrin ortalarında Qaraqoyunlu-Məmlük münasibətlərində müəyyən gərgin-
lik yarandı, çünki Ərzincanın Ağqoyunlular tərəfindən ələ keçirilməsi və çox keçmədən bu
nahiyənin yenidən Qaraqoyunlular tərəfindən tutulması və Cahanşahın Malatyaya qədər
irəliləməsi Məmlük sultanını narahat etməyə başladı. Sultanın qarşısında artıq Cahanşahın
şəxsində yeni bir güclü rəqib dayanmışdı. Lakin, rəqiblər dövrün tələbinə uyğun hərəkət
etdilər və Sultan Seyfəddin Çaxmaq əz-Zahirlə Cahanşah padşah arasında əlaqələr yenidən
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
347
yaxşılaşdı. Bu vəziyyət yenə uzun çəkmədi. Belə ki, Şərqi Anadoluda siyasi vəziyyətə nə-
zarətin Ağqoyunluların əlinə keçməsi və bölgədə Cahanşah Qaraqoyunlunun mövqeyninin
zəifləməsi Misir Məmlük sultanının Ağqoyunlulara tərəf meyillənməsinə səbəb oldu (34). Nə
etmək olardı? Dünya beləydi. Dövr beləydi. Dövran beləydi. Güclü güclünün tərəfini sax-
layırdı.
Əsərin III fəsli Azərbaycan Ağqoyunlu dövlətinin ictimai-siyasi tarixinin Türkiyə
tarixşünaslığında əks etdirilməsinə həsr olunmuşdur. Bu fəsildə Ağqoyunluların mənşəyi
məsələsi, əlbəttə, ön plandadır.
Kimlərdir Ağqoyunlular? Ağ bayraq üzərində ağ qoyun şəkli görünərmi? Məgər ağ
parça üzərində ağ qoyun çəkmək gözlərə görünə bilərmi? Ağqoyunlu tayfa birliyinə daxil olan
boyların mənşəyi məsələsi Azərbaycan və Türkiyə tarixşünaslığında nə səviyyədə işlənmişdir?
Türkiyə tarixçiləri arasında Ağqoyunlu tayfalarına bu adın verilməsilə bağlı fikir birlyi
yoxdur. Bu fikir müxtəlifliyi qədim türklərdə qoyunun (qoç) totem kimi qəbul edilib-
edilməməsi fikrindən doğmuşdur. Məsələnin elmi həlli, bilavasitə bundan asılıdır. Tarixçilərin
bir qismi bu adın Ağqoyunlulara onların qədim totemləri ilə bağlı verildiyini göstərir.
M.Yınancın fikrincə, Ağqoyunlular qədimdən qoyun toteminə bağlı olmuş və islamı qəbul
etdikdən sonra da bu totemə sadiq qalaraq bayraqlarına qoyun (qoç) təsvirləri çəkdirmiş, qəbir
daşlarını qoç heykəlləri şəklində qoydurmuşlar.
Ş.Səfəroğlu və Ə.Müdərrisoğlu belə hesab edirlər ki, «Ağqoyunlu» adı türklərin isla-
maqədərki dövrün qoyun totemi (özü də ağ) ilə bağlıdır. Ağqoyunlular əcdadları olan hun
türklərinin ənənələrini davam etdirmişlər, adları çəkilən bu iki müəllif «Ağqoyunlu» adını
coğrafi cəhətlə bağlamağa çalışaraq qeyd edirlər ki, Qoyunlu (hun) türklərinin Anadolunun
cənubunda yerləşən boyları «Ağqoyunlu», şimalında məskunlaşan boyları isə «Qaraqoyunlu»
adlanmışdır.
Azərbaycan tədqiqatçılarından E.Mehrəliyev də «Qaraqoyunlu» və «Ağqoyunlu» adla-
rındakı «qara» və «ağ» sözlərinin coğrafi cəhət bildirdiyini göstərir. Osman Turan Ağqoyunlu-
ların qoyunun qədim totemləri olduğu üçün bu adı qəbul etdiklərini və bayraqlarına da ağ
qoyun (qoç) rəsmlərini qoyduqlarını qeyd edir.
Türkiyə tarixçilərinin digər bir qismi isə Ağqoyunlulara bu adın bəslədikləri qoyun
sürülərinin rənginə görə verildiyini israr edirlər. Həmin tarixçilər bunu Oğuz boylarına aid
onqonların əti yeyilməyən yırtıcı quşlar olması və onqon kimi qəbul edilmiş heyvanın ətinin
yeyilməməməsi faktı ilə əsaslandırmağa çalışırlar.
Avropa tədqiqatçılarından D.Dogini qeyd edir ki, Ağqoyunluların bayraqlarında ağ
qoyun rəsmi olduğu üçün onlara bu ad şamil edilmişdir. Bu fikir həm bəzi Türkiyə tarixçiləri,
həm də Azərbaycan müəllifləri tərəfindən qəbul edilmişdir. Hətta son tədqiqatlarda da həmin
fikir öz əksini tapmışdır (35).
Lakin, T.Nəcəfli bu fikirlə razılaşmır və ona tənqidi yanaşır. Çünki, Ağqoyunluların
bayraqlarında olan ağ qoyun rəsminə görə Ağqoyunlu «adlanmaları» ona qətiyyən inandırıcı
görünmür və onda belə bir sual yaranır: «Bəs tayfa bayraqlarının yaranmasına qədərki dövrdə
bu tayfa necə adlanmışdır?» Sual Tofiqindir, cavab da: «Belə nəticəyə gəlmək olar ki, Ağqo-
yunluların əski təfəkküründə qoyun (qoç) onqon olmaqla yanaşı, hələ qədim dövrlərdə yaylaq-
qışlaq həyatı yaşayan Ağqoyunlu tayfaları Azərbaycanın qərb bölgələri ilə yanaşı monqol
hücumları zamanı cənub Şərqi Anadoluda məskunlaşmışdılar. Maraqlıdır ki, bu dövrdə on-
lardan şimalda Qaraqoyunlu tayfaları yerləşmişdi. Qədim türk tayfalarının təfəkküründə quzey
qara, güney qırmızı, batı ağ, doğu göy anlamında olduğu üçün Şərqi Anadolunun şimalında
yerləşən və qoyunçuluqla məşğul olanlar Qaraqoyunlu, onlardan cənub-qərbdə yerləşənlər isə
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
348
Ağqoyunlu adlanmışlar. Bu tayfalar tarixi ənənəni uzun müddət yaşatmış və qəbirüstü
abidələrini də qoç fiquru formasında qoymuşlar (36).
Müəllifə görə, bəzi türk tarixçiləri Ağqoyunlu bayraqlarında ağ qoyun rəsminin
olmadığını göstərirlər. Onlar Topqapı Saray Muzeyində saxlanılan və Uzun Həsənə aid olan
ağ bayraq üzərində qoyun rəsminin olmadığını, üzərində «Sultan Həsən Bahadur» sözləri
yazılmış Bayandur damğasının vurulduğunu sübut gətirirlər (37).
Kitabda Ağqoyunlu tayfa birləşməsinin aşağıdakı tayfalardan ibarət olduğu göstərilir:
Bayandur, Bayat, Dögər, Çəpni, İnallı, Cagirli, Ərəbgirli, Bicən, Duharlı, Bayramlı, Hacılı,
Mosullu, Pornak, Qoca Hacılı, Əfşar, Sədli, Ağmalı, Qacar, Alpaut, Ağacəri, Qaramanlı,
Şeyxli, Əhmədli, Tabanlı, Heydərli, Əmirli, İzzədin Hacılı, Çavundur, Həmzə Hacılı, Yurtçu,
Süleyman Hacılı, Dodurğa, Karqın, Bəğdilli (38).
III fəslin 2-ci yarımparaqrafı Azərbaycan Ağqoyunlu dövlətinin siyasi tarixinin təd-
qiqidir. Bu tarixi tədqiq edən türk tarixçilərinin əsərlərində (İ.Uzunçarşılı, M.Yınanc,
F.Sümer, Ş.Turan, S.Ərşahin, İ.Erdəm, K.Paydaş) siyasi tarixi məsələlər xüsusi tədqiqat möv-
zusu kimi araşdırılmışdır. Z.Toğanın, Ə.Şərif bəyin, F.Kırzıoğlunun, Y.Öztunanın, S.Tanselin
və K.Gürünün əsərlərində də Ağqoyunlularla bağlı mühüm məlumatlar öz əksini tapmışdır
(39).
III fəslin 3-cü yarımparaqrafında Uzun Həsənin şəxsiyyəti araşdırıldıqdan (40) sonra 4-
cü yarımfəsildə onun məşhur anası Saray Xatunun fəaliyyətinə diqqət yetirilir (41).
Fəslin ən maraqlı yarımparaqrafı isə zənnimizcə, 5-ci yarımparaqraf olan Azərbaycan
Ağqoyunlu dövlətinin quruluşudur. Burada da Ağqoyunlu dövlətinin mahiyyət etibarilə Tey-
muri və Qaraqoyunlu dövlətlərinin ənənəsini davam etdirdiyi nəzəri cəlb edir, hökmdarlığa
məxsus taxt, sikkə, xütbə, bayraq, xalat (bəlkə xələt), səltənət çadırı, tuğradan danışılır, Ağ-
qoyunlu dövlətində siyasi aparatın idarə olunmasında iştirak edən bəylərbəyi, əmirülməra,
divan rəisi, baş vəzir və başqalarından bəhs olunur, mustovfi, qazi, sədr, müfti, möhtəsib, dar-
ğa, yasovul və s. mahiyyəti açıqlanır, ordu və onun təşkili tədqiqat obyekti olur (42).
IV fəsil «Azərbaycan Ağqoyunlu dövltinin xarici siyasəti müavir Türkiyə tarixşünaslı-
ğında» adlanır. Adına uyğun yazılan bu fəsildə Ağqoyunluların Səfəvilər, Teymurilər, Gürcüs-
tan hakimləri, Osmanlı, Misir və Qərbi Avropa dövlətləri ilə diplomatik münasibətləri müfəs-
səl işıqlandırılır, o cümlədən Türkiyə alimlərinin bu sahədəki tədqiqatlarına qiymət verilir.
Tədqiqatçılardan T.Gündüz, A.Arayancan, M.Ekinci, İ.Ərdəm, K.Paydaş, F.Sümer Səfəvilər
dövlətinin yaranmasınadək Ağqoyunlu-Səfəvi şeyxləri arasındakı münasibətlərdən ətraflı bəhs
etmiş (43), F.Sümeri, İ.Akanı, M.Yınancı Ağqoyunlu-Teymuri münasibətləri maraqlandırmış
(44), F.Sümer, K.Paydaş, M.Yınanc, F.Kırzıoğlu, S.Ərşahin kimi məşhur tarixçilər Ağqoyun-
lu-Gürcüstan münasibətlərinə öz münasibətlərini bildirmiş (45), X.İnalcıq, B.Baykal, Y.Yucel,
R.Kılıc, Ə.Sadiq Ərzi, A.Sina, Y.Öztuna, M.Ərəndil, Ş.Turan, İ.Uzunçarşılı, S.Ərşahin,
S.Tansel, A.Şimşirgil, Ə.Qonuqçu, V.Çabuk, S.Çöhrə, Z.Toğan, İ.Ərdəm Ağqoyunlu-Osmanlı
qarşılıqlı əlaqələri haqqında geniş mülahizə yürütmüşlər (46). T.Nəcəfli Ağqoyunlu-Osmanlı
münasibətlərinin Türkiyə tarixçiləri tərəfindən, bütün uğurlara baxmayaraq, hələ də lazımi
səviyyədə işlənməməsi xüsusunda onlara öz iradını bildirməkdən qalmır: «Beləliklə, Türkiyə
tarixçiləri Ağqoyunlu-Osmanlı münasibətlərinin müxtəlif dövrlərini araşdırarkən, Ağqoyunlu-
Osmanlı ziddiyyətlərinə, tərəflər arasındakı müharibəyə daha geniş yer vermişlər. Ağqoyunlu
hökmdarı Uzun Həsənin ölümündən sonrakı dövrdə Ağqoyunlu-Osmanlı münasibətləri Tür-
kiyə tarixşünaslığında lazımi səviyyədə araşdırılmamışdır. Hətta Ağqoyunlularla bağlı tədqi-
qat işi aparan İ.Uzunçarşılı, M.Yınanc, F.Sümer, S.Ərşahin, İ.Erdəm və K.Paydaş da bu məsə-
lələrə geniş diqqət yetirməmişlər» (47).
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
349
IV fəslin 5-ci paraqrafında isə Ağqoyunlu dövlətinin Misir məmlük sultanlığı ilə müna-
sibətləri əks etdirilmişdir. Müəllif yazır ki, «onların arasında qarşılıqlı əlaqələr hələ XIV əsrin
sonunda yaranmışdır. Bu əlaqələr qarşlıqlı mənafeyə əsaslandığı üçün dövrün geosiyasi vəziy-
yətindən asılı olaraq gah düşmən, gah da dostluq xarakteri daşımışdır. XIV əsrin sonlarında
Əmir Teymurun növbəti yürüşü ilə bağlı Şərqi Anadoluda siyasi durum xeyli gərginləşdi (48).
Lakin Əmir Teymur ordusunun bölgəni tərk etməsindən sonra Ağqoyunlu-Misir əlaqələri də-
yişən siyasi xətlə inkişaf etmiş, gah yaxşılaşmış, gah da pisləşmişdi. Qara Osman Ağqoyunun
xarakteri, məlum olduğu kimi, olduqca ziddiyyətli olmuşdur. Onun Məmlük sultanı Şeyx
Mahmudi ilə münasibəti normal idisə, Əşrəf Barsbayın hakimiyyəti dövründə dostluq əla-
qələrinə tamamilə son qoyuldu. Belə ki, oğlu Əli bəyin həbsi ilə bağlı oğlunun azad olunma-
sından ötrü Qara Osmanın göstərdiyi bütün səyləri Sultan Barsbay cavabsız qoydu. Bu mə-
sələdən qəzəblənən Qara Osman yenidən Məmlük torpaqlarını viran etməyə başladı. Hətta
Sultan Barsbayı təhqir edərək ona ayna, xalat və haçaquyruq qoyun göndərdi» (49).
1435-ci ildə Qara Osmanın ölümündən sonra Ağqoyunlu bəyliyində hakimiyyətə Əli
bəy gəldi. Onun məmlüklərlə münasibətləri yaxşılaşdırmaq istəyi gözlədiyi nəticəni vermədi.
O, Xarputu Sultan Əşrəf Barsbaya güzəştə getsə də vəziyyət düzəlmədi ki, düzəlmədi. 1444-
cü ildə Cahangir Mirzənin Ağqoyunlu bəyliyində hakimiyyəti ələ almasından sonra da Ağ-
qoyunlu-Məmlük münasibətlərində soyuluk hökm sürməkdə idi. «Cahangir Mirzənin rəh-
bərliyi altında tarixinin ən çətin dövrünü yaşayan Ağqoyunluların müqəddaratı məsələsi Məm-
lüklərlə Qaraqoyunlular arasında diplomatik çəkişmə mövzusuna çevrildiyi bir vaxtda siyasi
mübarizə meydanına gənc şahzadə Uzun Həsən çıxdı» - yazır T.Nəcəfli (50). 1452-ci ildə Ca-
hangir Mirzənin Diyarbəkrdən səfərə çıxdığını öyrənən Uzun Həsən fürsətdən istifadə edib bu
şəhəri ələ keçirdi. İ.Erdəm və K.Paydaş tərəfindən verilən məlumata görə, Uzun Həsən Di-
yarbəkri tutduqdan sonra şəhərin açarlarını asılılıq rəmzi kimi Qahirəyə-Məmlük sultanına
göndərdi. Uzun Həsənin bu hərəkətindən razı qalan Sultan Çaxmaq açarları ona geri qaytardı
və Uzun Həsəni rəsmən Diyarbəkrin valisi kimi tanıdı (51), lakin Ağqoyunlu-Məmlük müna-
sibətləri 1461-ci ildə Misir sultanı Əşrəf İnalın ölümündən sonra yenidən zəifləməyə başladı.
Bütün bu hadisələr bir daha bunu söyləməyə dəlalət edir ki, onların qarşılıqlı münasibətləri bu
dövlətlərin apardıqları siyasətlə bağlı olmuşdur və tez-tez dəyişməkdəydi. Xarput qalası həmin
dövrdə dəfələrlə əldən-ələ keçmiş, gərgin Ağqoyunlu-Məmlük münaqişələrinə səbəb olmuşdu.
T.Nəcəflinin yazdığına görə münaqişələrə tezliklə xitam verildi, çünki «Ağqoyunlu-Məmlük
münasibətlərindəki gərginliyinin aradan qalxmasında xarici amillərin təsirini nəzərdən qaçır-
mamaq lazımdır. Osmanlı dövlətinin Qaramanda möhkəmlənərək Misir sultanının asılılığında
olan Zülqədər bəyliyinə təzyiqlərini artırması və Qaraqoyunlu Cahanşahın Ağqoyunlu bəyliyi
üçün ciddi təhlükə yaratması Ağqoyunlu-Məmlük münasibətlərinin nizama salınmasına
müsbət təsir göstərdi (52).
Monoqrafiyada oxuyuruq: «1468-ci ildə Uzun Həsən Qaraqoyunlular üzərində qələbə
qazanaraq Azərbaycanda siyasi hakimiyyəti ələ aldıqdan sonra Azərbaycan Ağqoyunlu
dövlətilə Misir Məmlük dövləti arasında münasibətlər daha da möhkəmləndi. S.Ərşahinin fik-
rincə, Uzun Həsən Qaraqoyunluları ortadan qaldırıb Teymuriləri də Xorasana sıxışdırdıqdan
sonra Məmlüklərlə daha sıx əlaqə qurmağın vacibliyini lazım bildiyindən Qahirəyə bağlılığını
bildirdi. Onun əsas məqsədi Osmanlılar qarşısında təklənməmək üçün Məmlüklərin etimadını
qazanmaq idi. Şübhəsiz ki, iki dövlət arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində Məm-
lük sultanı da maraqlı idi. Artıq bu zaman Məmlük sarayında taxt-tac uğrunda gedən müba-
rizədə Əşrəf Qayıtbəy öz mövqeyini möhkəmləndirdi. Məhz bu səbəbdən, 1468-ci ilin avqus-
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
350
tunda Uzun Həsən ona dostluq münasibətlərini çatdırmaq üçün təbrik məktubu göndərdi»
(53).
Ağqoyunlu padşahı Məmlük sultanının artıq rəğbətini qazana bilmişdi. Bu zaman sul-
tan padşaha bir elçi göndərdi. Əbubəkr Tihrani yazır: «…Misir sultanı Qayıtbay tərəfindən
göndərilən elçi dəbdəbəli surətdə və qiymətli töhfələrllə gəlib yetişdi, sədaqət, dostluq və
vilayətlərin fəthi münasibətilə təbriklər ifadə edən bəlağətli bir məktub təqdim etdi. O da hör-
mətlə qarşılanıb ənam və hədiyyələr aldıqdan sonra yola salındı». Tarixçinin verdiyi məlumat
bir daha təsdiq edir ki, Ağqoyunlu dövlətinin yaranması ilə onların qarşılıqlı münasibətləri xoş
məcrada inkişaf etməyə başladı (54).
Amma, az sonra Uzun əsən Məmlük sultanının nəzarətində olan Suriya ərazisindən
keçməklə Aralıq dənizinə çıxmaq qərarına gəldi. O, bu qərarını gerçəkləşdirmək üçün 1472-ci
ilin oktyabrında yürüşə başladı. Şübhəsiz ki, bu yürüş Ağqoyunlu-Məmlük münasibətlərində
yenidən gərginlik yaratdı (55).
1478-ci ildə Uzun Həsənin ölümündən sonra, Sultan Yaqubun hakimiyyəti dövründə
(1478-1490) Ağqoyunlu-Məmlük münasibətlərində siyasi gərginlik hələ davam etməkdəydi
(56).
Beləliklə, XV əsrdə bu şahlıq və sultanlıq dövlətləri arasında mövcud qarşılıqlı müna-
sibətlərin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, onların ara-
sındakı münasibətlər heç də həmişə sabit olmamış, tarixi şəraitdən və bölgədə baş verən siyasi
hadisələrdən tamamilə asılı olmuşdur. Belə ki, iki dövlət arasındakı qarşılıqlı əlaqələrə, eləcə
də siyasi maraqlara söykənən əməkdaşlığa daha çox Osmanlı dövlətinin bölgədə yeritdiyi
siyasət öz təsiri göstərirdi. Ağqoyunlu və Məmlük dövlətləri Cənub-Şərqi Anadoluda siyasi
nüfuz qazanmaq uğrunda gedən mübarizənin müəyyən mərhələsində müttəfiq kimi çıxış
etsələr də, hər iki dövlətin siyasi maraqları bölgədə toqquşan zaman onlar arasındakı müna-
sibətlər gərginləşərək pisləşirdi. Buna baxmayaraq, Ağqoyunlu və Məmlük dövlətləri arasında
mövcud siyasi münasibətlər qeyri-sabit və mürəkkəb olduğu üçün hətta tərəflər bir-birinə qarşı
zor vasitələrindən istifadə etməkdən də çəkinmirdilər (57).
IV fəslin son paraqrafı (VI paraqraf) Ağqoyunlu dövlətinin Qərbi Avropa dövlətləri ilə
əlaqələrinin tarixşünaslığına həsr olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan tarixşünaslı-
ğında Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələri Y.Mahmudov tərəfindən
dərindən araşdırılmışdır. Türkiyə tarixşünaslığında isə bu məsələ Ş.Turan tərəfindən tədqiq
olunmuşdur. Bununla yanaşı İ.Uzunçarşılı, Y.Öztuna, S.Ərşahin, İ.Erdəm və K.Paydaşın əsər-
lərində də bu məsələyə toxunulmuşdur (58).
Tədqiqatlar göstərir ki, Ağqoyunluların aşağıdakı Qərbi Avropa dövlətləri ilə daha ge-
niş əlaqəsi olmuşdur: Venesiya Respublikası, Trabzon, Almaniya, Papalıq, Kipr, Rodos, Ma-
carıstan və s.
Əlbəttə, Ağqoyunluların Qərbdəki başlıca müttəfiqi Venesiya Respublikası idi və ara-
larında müttəfiqlik müqaviləsi imzalanmışdı. Lakin, Venesiya həlledici məqamda müqaviləyə
riayət etmədi (qərb ikiüzlülüyü!). Ağqoyunlu hərbi qüvvələri müqavilə şərtlərinə əməl edərək
1472-ci ilin yayında… Osmanlı qoşunu üzərində qələbə qazandı. Lakin bu müvəqqəti qələbə
idi. Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli danışığa
girən Venesiya Respublikası müttəfiqinin müvəqqəti qələbələrindən istifadə edərək Osmanlı
sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı, bununla da Ağqoyunlu dövlətinin
məğlub olmasına şərait yaratdı. Nəticədə, Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini
Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı. Ş.Turan Otluq-
beli döyüşündən sonra Venesiyanın ardıcılı olaraq Ağqoyunlu sarayına üç diplomat göndər-
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
351
məsinin səbəblərinə toxunaraq yazır ki, belə bir qərarın verilməsində Venesiya senatının Uzun
Həsənin Otluqbeli məğlubiyyətindən nə qədər təşviş keçirdiyini göstərir, çünki Ağqoyunlu-
ların məğlubiyyəti Osmanlı imperiyasının qələbəsi deməkdi və bu qələbə Qərbi Avropa
dövlətlərinin zərərinə idi (59).
Nəhayət V fəsil. Özü də bu kitabın Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlə-
rində ictimai-iqtisadi və mədəni həyat kimi mühüm məsələyə həsr olunmuş sonuncu fəsli.
V fəslin 5 yarımparaqrafı aşağıdakıları əhatə edir:
1. Kənd təsərrüfatı və aqrar münasibətlər;
2. Uzun Həsən və varislərinin islahatları;
3. Ticarətin inkişafı;
4. Maarif və elm;
5. Memarlıq və incəsənət.
Türkiyə tarixşünaslığında XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-
iqtisadi həyatının tədqiqinə geniş yer verilməsə də, məsələlər araşdırılmışdır (60). Dövlət tor-
paqları /əraziyi-divani, əraziyi-xasə/, soyurqal institutu, iqta, tiyul, mülk, icma, vəqf torpaq-
larına türk alimləri tərəfindən müəyyən diqqət yetirilmiş, bundan başqa 30-dan çox vergi və
mükələlfiyyət növləri tədqiqat obyekti olmuşdur (61).
Uzun Həsən və onun varislərinin islahatlarına gəldikdə isə, şübhəsiz ki, bu kitabda döv-
lətdə vergi işlərini nizama salan «Qanunnamə» haqqında dəfələrlə danışılmışdır. Uzun Həsə-
nin fərmanı ilə hazırlanmış «Qanunnamə» Osmanlılar tərəfindən bir müddət, səfəvilər tərə-
findən isə uzun zaman ərzində istifadə edilmişdir. F.Sümer bu sənədi Ağqoyunlu dövlətinin
islam aləminin maliyyə tarixinə mühüm bir töhfəsi kimi qiymətləndirir (62).
Uzun Həsənin vəfatından sonra onun varisləri tərəfindən (Sultan Yaqub və Gödək
Əhməd) də islahat cəhdləri olmuşdur. T.Nəcəfli yazır: «Hakimiyyətin mərkəzləşdirilməsinə
yönəldilmiş islahat cəhdləri bu dəfə nəticəsiz qaldı. Bu dövrdə islahata qarşı çıxmış siyasi
qüvvələr daha güclü idi. Cəmi 7 ay hakimiyyətdə olmuş Sultan Əhmədin (Gödək Əhmədin)
əmirlərin qaldırdığı qiyam zamanı öldürülməsi ilə, həyata keçirilən islahatlar yarımçıq qaldı
(63).
Fəslin 3-cü paraqrafı ticarətin inkişafı məsələsindən bəhs edir. Azərbaycan Qaraqoyun-
lu və Ağqoyunlu dövlətləri Qərb dünyası ilə geniş ticarət əlaqəsi yaratmışdılar. Mərkəzi Asi-
ya, Çin, Hindistan və İran körfəzini Qara dəniz və Aralıq dənizi hövzələri ilə Yaxın və Orta
Şərq ölkələrini Dərbənd keçidi il əvə Volqa-Xəzər su yolu vasitəsilə Rusiya ilə əlaqələndirən
beynəlxalq ticarət yollarının bu dövlətlərin ərazisindən keçməsi onların xarici iqtisadi əlaqə-
lərinə müsbət təsir göstərirdi. Eyni zamanda, Azərbaycanın, habelə bütövlükdə Cənubi Qafqaz
və İranın məşhur sənətkarlıq və ticarət mərkəzlərinin xammal ehtiyatlarının bu dövlətlərin
əlində cəmləşməsi onların bilavasitə özlərinin və Qərb ölkələri ilə geniş ticarət əlaqəsi
saxlamasına əlverişli şərait yaradırdı. Azərbaycan ipəyi, xüsusilə xam ipək Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələrində mühüm rol oynayırdı.
Azərbaycan dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı ticarət əlaqələri, əslində Şərq-Qərb
sivilizasiyaları arasında ən qədim zamanlardan başlamış qarşılıqlı əlaqələrin davamı və konk-
ret mərhələsi idi (64).
Tofiq Nəcəfli nəzərə çatdırır ki, bütövlükdə XV əsr /əsrin əvvəlini və sonunu nəzərə
almasaq/ Azərbaycanda şəhər həyatının nəzərə çarpacaq dərəcədə canlanması, şəhərlərin
ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilə bilər. Şəhərlərin inkişafı
həm daxili, həm də xarici bazarda əmtəələrə olan tələbatın artması ilə əlaqədar idi. Avropa
ölkələrində və Asiyada əmtəə-pul münasibətlərinin inkişafı hər iki qitə arasında tranzim
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
352
ticarətin genişlənməsinə şərait yaratdı. Azərbaycan şəhərləri bu inteqrasiya prosesində mühüm
rol oynamışdır (65).
XV əsrdə Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsi, xüsusən Azərbaycan
ərazisindən keçən beynəlxalq karvan yollarının daha da canlanması Azərbaycan şəhərlərinin,
o cümlədən Təbriz, Şamaxı və başqa şəhərlərimizin iqtisadi həyatına müsbət təsir göstərdi.
Belə ki, ayrı-ayrı sənətkarlıq sahələrinin inkişafı ilə yanaşı, beynəlxalq ticarət mərkəzləri ol-
maları da Azərbaycan şəhərlərinin iqtisadi tərəqqisində mühüm rol oynayırdı. Məhz Avropa-
Asiya ticarətində əlaqələndirici rol oynadığı üçün təbriz Yaxın və Orta Şərqin ən böyük ticarət
mərkəzinə çevrildi (66).
Qeyd etmək lazımdır ki, Müasir Türkiyə tarixçilərinin araşdırmalarında Azərbaycan
ipəyi əsasən İran ipəyi, tacirlərimiz də İran və ya Əcəm taciri kimi təqdim olunmuşdur. Əs-
lində isə Azərbaycanın Osmanlı dövləti ilə ticarətini həyata keçirənlərin böyük əksəriyyətini
azərbaycanlı tacirlər təşkil etmişdi. Xəlil İnalcığın verdiyi məlumata görə, məhz XV əsrdə
Azərbaycan Bursaya gələn ipək tacirləri arasında azərbaycanlılar üstünlük təşkil edirdilər.
Onların əksəriyyəti Təbriz, Şamaxı, Çüxursəd və Şirvandan olan tacirlər idi (67).
XV əsrin birinci yarısında, xüsusən Qaraqoyunlu Cahanşahın hakimiyyəti dövründə
ticarət sahəsində nisbətən canlanma nəzərə çarpır (68). XV əsrin ortalarına doğru Azərbaycan
qonşu Osmanlı dövləti və Qərbi Avropa ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı (69).
K.Paydaşın fikrincə, Ağqoyunlu hökmdarları beynəlxalq ticarətə böyük əhəmiyyət verərək,
ticarətin inkişafı üçün mühüm önəm daşıyan keçid yollarını öz nəzarətləri altına almağa ça-
lışırdılar (70).
V fəslin 4-cü paraqrafı maarif və elmdən danışır. Mədəniyyətin tərkib hissələrindən
olan bu sahə üzrə Türkiyə tarixçilərindən İ.Uzunçarşılı, F.Sümər, M.Məcid, S.Ərşahin, Ə.Tə-
mizəl, Y.Dəmirçi, A.Arayancan, İ.Ərdəm, K.Paydaş müəyyən fikirlər söyləmişlərsə də T.Nə-
cəfli onların adda-budda fikir və mülahizələrini ümumiləşdirmiş, XV əsr Azərbaycan maarifi
və elmi haqqında öz sözünü daha maarifpərvəranə və elmi şəkildə bacarmışdır. Bu boyda
onun gəlmiş olduğu fikirlər və çıxardığı elmi nəticələr məgər dediyimizin sübutu deyilmi?
T.Nəcəflinin öz fikir və mülahizlərinin isbatı üçün gətirdiyi izahlar və şərhlər onun elmi
məharətinin püxtələşməsindən xəbər verir (71).
Nəhayət bu fəslin 5-ci paraqrafı: Memarlıq və incəsənət. Bu bəhsdə T.Nəcəfli daha nə-
dən danışmır: xəttatlıq, miniatür rəssamlığı, saray kitabxanası, xətt sənəti növləri, Təbriz
miniatür məktəbi, Göy Məscid, Cümə Məscidi, türbə (Pir Hüseyn türbəsi), gümbəz, mədrəsə,
bazar (Qeysəriyyə), saray kompleksi, yaxud «Həşt beheşt» sarayı və s.
Qeyd etməliyəm ki, «Həşt beheşt» saray kompleksini təfərrüatla təsvir edən venesiyalı
tacir ona elə məftun olmuşdu ki, hətta sarayın yanındakı Hərəmxanadan da söz açmağı (hətta
şah hərəmxanasından) gözdən qaçırmamışdır. Kitabda oxuyuruq: «…Saraydan bir ox atımlıq
məsafədə birmərtəbəli Hərəmxana binası gözə dəyir. Bura kifayət qədər böyük idi. Min qadın
müxtəlif rahatlıqla qala bilirdi… Burada padşahın sarayına uzanan yola açılan bir qapı vardı»
(72). Təsəvvür edirsinizmi? Min qadın…, rahatlıqla qala bilmək… padşahın sarayına qədər
uzanan qapı…
«Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığın-
da)» kitabının «Nəticə» hissəsində müəllifin gəldiyi nəticə etibarı ilə əhatəli və hərtərəfli bir
elmi nəticədir. Əsərdə sayı 441 adda olan mənbə və ədəbiyyat göstərilmiş, 2 cədvəl (Qara-
qoyunlu və Ağqoyunlu tayfaları) yerləşdirilmiş, Uzun Həsənin bayraqlarından birinin şəkli
(görəsən Uzun Həsənin neçə bayrağı olmuşdur?) özünə yer tapmış, 3 xəritə verilmiş, 6 sənə-
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
353
din orijinalı nəzərə çatdırılmışdır. «Göstəricələr» də (şəxs və coğrafi adlar, sülalə, tayfa və
xalq adları, terminlər) də bu kitabın məziyyətini göstərən keyfiyyətidir.
Kitabda mənim nəzərimi cəlb edən bir neçə kiçik «səhv» də qarşıma çıxdı:
«Əbubəkr Tehrani» əvəzinə «Əbubəkr Tihrani» yazılmalıdır (Tihran İsfahan yaxın-
lığında bir kənddir və Əbubəkr Tehranda yox Tihranda doğulmuşdur).
Bir neçə istilah – şəxs və yer adları düzgün yazılmamışdır:
«Hassa divanı» deyil «xassə divanı» olmalıdır (səh. 80); «Qardizi – «Gərdizi» (səh.
21), «Mudarrisoğlu» - «Müdərrisoğlu» (səh.25), «Gavərudi» - «Gavrudi» (səh.247), «Bəkdaş»
- «Bəktaş» (səh.298) kimi yazılsa düzgün olar.
Beləliklə, T.H.Nəcəfli tərəfindən qələmə alınıb oxucu diqqətinə təqdim olunan «Azər-
baycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında)» adlı mo-
noqrafiya orta əsrlər tariximizin bir əsrini əhatə edən əsər kimi tarixşünaslığa dəyərli bir
ərməğandır.
ƏDƏBIYYAT.
1. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri /Müasir Türkiyə
tarixşünaslığında/, Bakı, 2012.
2. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında,
Bakı, 2000.
3. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Ön söz hissəsi, s. 5.
4. Yenə orada, s. 5.
5. Yenə orada, s. 5-6.
6. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, s. 21-105.
7. Yenə onun, s. 21-27.
8. Yenə onun, s. 22-23.
9. Əbubəkr Tihrani, Kitabi-Diyarbəkriyyə, I cild, Ankara, 1962, s. 58; Fazlullax ibn Ruzbixan
Xundji. Tarixi-alam aray-i Amini, Baku, 1987, s. 5; Şahin Fazil Fərzəlibəyli. Azərbaycan və
Osmanlı imperiyası XV-XVI əsrlərdə, II nəşr. Bakı, 1999, s. 63; T.Nəcəfli. Azərbaycan
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, səh. 23.
10. T.T.Nəcəfli. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, s. 24.
11. Yenə orada.
12. Yenə orada, s. 24-25.
13. Yenə orada, s. 25.
14. Yenə orada.
15. Yenə orada.
16. Yenə orada, s. 25-26.
17. Yenə orada, s. 26.
18. Yenə orada, s. 27.
19. Yenə orada, s. 28-29.
20. Yenə orada, s. 30-31.
21. Yenə orada, s. 32-38.
22. Yenə orada, s. 39.
23. Yenə orada, s. 69-73.
24. Yenə orada, s. 79-82.
25. Yenə orada, s. 85-99.
26. Yenə orada, s. 106-126.
Kitablar, Rəylər
Тarix və onun problemləri, № 1 2014
354
27. Yenə orada, s. 126-151.
28. Yenə orada, s. 151-153.
29. Yenə orada, s. 153-154.
30. Yenə orada, s. 153-168.
31. Yenə orada, s. 168.
32. Yenə orada, s. 168-169.
33. Yenə orada, s. 170-171.
34. Yenə orada, s. 182-184.
35. Yenə orada, s. 185-186.
36. Yenə orada, s. 186-187.
37. Yenə orada, s. 187.
38. Yenə orada, s. 190-191.
39. Yenə orada, s. 195.
40. Yenə orada, s. 216-220.
41. Yenə orada, s. 220-230.
42. Yenə orada, s. 231-260.
43. Yenə orada, s. 261-281.
44. Yenə orada, s. 281-292.
45. Yenə orada, s. 292-304.
46. Yenə orada, s. 304-351.
47. Yenə orada, s. 351.
48. Yenə orada, s. 352.
49. Yenə orada, s. 356.
50. Yenə orada, s. 365.
51. Yenə orada, s. 366-367.
52. Yenə orada, s. 374.
53. Yenə orada.
54. Yenə orada, s. 377.
55. Yenə orada, s. 377-378.
56. Yenə orada, s. 380-381.
57. Yenə orada, s. 384.
58. Yenə orada, s. 385.
59. Yenə orada, s. 384-404.
60. Yenə orada, s. 405.
61. Yenə orada, s. 405-419.
62. Yenə orada, s. 422.
63. Yenə orada, s. 429.
64. Yenə orada.
65. Yenə orada, s. 430.
66. Yenə orada, s. 431.
67. Yenə orada, s. 431-432.
68. Yenə orada.
69. Yenə orada.
70. Yenə orada.
71. Yenə orada, s. 471-472.
72. Yenə orada, s. 471-472.
Dostları ilə paylaş: |