Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə1/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   39



 

N.M.Hacıyev     S.H.Mahmudov 
 
 
 
 
 
 
 
 
 
 
AQRAR SAHƏDƏ MÜLKĠ MÜDAFĠƏ 
 
(Dərs vəsaiti) 
 
(Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  
20.10. 2011-ci il tarixdə (protokol №1691) qrif verilmişdir) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gəncə - 2012 


 

Elmi redaktor: t.e.d., professor H.O.Ocaqov 
 
 
Rəy verənlər: - Azərbaycan Dövlət Aqrar Universitetinin    
                         Həyat fəaliyyətinin təhlükəsizliyi   
                          kafedrasının dosenti, t.f.d. S.ġ.Vəliyev
-
 
Azərbaycan  Texnologiya  Universitetinin 
Həyat  fəaliyyətinin  təhlükəsizliyi  kafedra-
sının müdiri, t.f.d., dosent N.K.Davudov
-
 
Gəncə  Dövlət  Universitetinin  Mülki  mü-
dafiə və tibbi  biliklər kafedrasının müdiri, 
dosent Ə.H.Məmmədov; 
-
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 
Maşınların istismarı və yerüstü nəqliyyat  
vasitələri kafedrasının dosent əvəzi,  
t.f.d. Q.R.Məmmədova 
 
N.M.HacıyevS.H.Mahmudov 
 
Aqrar sahədə mülki müdafiə (Dərs vəsaiti). Gəncə: ADAU 
nəş., 2012, 148 s. 
Bu gün dünyada baş verən təbii fəlakətlər çox böyük fəsadlar yaradır, 
insanlara külli miqdarda ziyanlar vurur, onların hətta həyatlarının itirilməsi-
nə gətirib çıxarır. Belə bir hallarda yaranmış vəziyyətlərdən çıxış yollarının 
tapılması  böyük  əhəmiyyət  daşıyır.  Bu  sahədə  cəmiyyətin  üzvlərinin 
maarifləndirilməsi çox vacib işdir. 
Bu baxımdan təqdim olunan kitabda fövqaladə hallarda baş verən yan-
ğınlar,  daşqınlar,  torpaq  sürüşmələri  haqqında  ətraflı  məlumatlar  verilmiş-
dir.  Kitabda  fövqaladə  hallarda  çıxış  yolları,  insanların təbii fəlakətlərdən 
müdafiəsi, torpaq, bitki və heyvanların  mühafizəsi üsulları geniş şərh edil-
mişdir. Kitabdan bu sahədə çalışan mütəxəssislər, tələbələr və s. istifadə edə 
bilərlər.  
 
 
 


 

GĠRĠġ 
 
Yer  kürəsində  qlobal  iqlim  dəyişiklikləri  nəticəsində  təbii 
fəlakətlər  intensivləşmişdir.  Baş  vermiş  hadisələr  milyonlarla 
insanı  məhv  edib  yaşayış  evlərini  dağıdır,  sağlamlığına  ciddi 
zərər verir. Hərbi sənaye kompleksinin daha müasir və yüksək 
dağıdıcıllıq  gücünə  malik  olan  silah  növlərini  yaratması  da 
insan həyatı üçün təhlükə mənbəyidir.  
Azərbaycanın yerləşdiyi coğrafi ərazi də bir sıra təbii fəla-
kətlərin başvermə ehtimalını yaradır. Təbii fəlakətlərin meyda-
na gəlməsi əhalinin  yaşayışı üçün təhlükə  yaratmaqla bərabər, 
həm də hektarlarla əkinə yararlı torpaq sahələrini yararsız edir, 
əkin  altında  olan  sahələrdə  məhsuldarlığı  aşağı  salır.  Bu  isə 
ölkəmizdə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Tək-
cə 2010-cu ilin yaz fəslində baş verən daşqınlar zamanı 50 min 
hektardan  artıq  ərazidə  əkilən  kənd  təsərrüfatı  bitkiləri  məhv 
olmuşdur.  Payız  və  yaz  mövsümlərində  intensiv  yağıntıların 
yaranması  mənbəyini  dağlardan  götürən  yerli  çaylarda  su  küt-
ləsinin  həcmini  artıraraq  sel  təhlükəsi  ehtimalını  artırır.  Ölkə-
mizin seysmik baxımından aktiv zonada yerləşməsi zəlzələlərin 
yaranması ilə böyük ərazilərdə dağıntılar yarada bilər.  
Qeyd  olunanlarla  bərabər,  ölkəmizin  müharibə  şəraitində 
olması da əhalinin mühafizəsini tələb edir. Ermənistan Respub-
likasının ərazisindən mənbəyini başlayan çaylara düşmən tərəf-
dən insan həyatı üçün təhlükəli kimyəvi maddələrin, o cümlə-
dən AES tullantılarının axıdılması mümkündür. Həmçinin, ya-
xın sərhədlərimizdə müasir qırğın vasitələrinə malik olan (Ru-
siya Federasiyası) və buna cəhd göstərən (İran İslam Respubli-
kası)  dövlətlərin  olması, ən  azı  həmin  istehsalat  sahəsində  baş 
verə biləcək hər hansı qəzanın böyük təhlükə mənbəyi olacağı 
labüdləşdirir. 
Göstərilən təhlükələr bu sahədə ümumdövlət müdafiə təd-
birlərinin  ardıcıl  icrasına  və  əhalinin  mülki  müdafiə  hazırlığı-
nın yüksəldilməsinə ehtiyac yaradır. Hər bir vətəndaş ekstremal 


 

şəraitdə  özünün,  ailəsinin  sağlamlığını  və  həyatını  qorumağı 
bacarmalıdır.  Bu  məqsədlə  sülh  dövründə  əhali  üçün  nəzərdə 
tutulan  mülki  müdafiə  qurğularından  istifadə  qaydalarının  öy-
rədilməsi  müharibə  şəraitində  mühafizənin  etibarlığına  şərait 
yaradır. 
Dərs vəsaiti aqrar sahədə mülki müdafiə işlərinin təşkilinin 
və  yerinə  yetirilməsinin  əsas  istiqamətlərini  əhatə  edir.  Aqrar 
sahədə fəaliyyəti nəzərdə tutulan mütəxəssislərin istər heyvan-
darlıq, istərsə də bitkiçilik sahəsində mülki müdafiə tələbatları-
nı bilməsi vacibdir. Dərs vəsaiti aqrar sahə üçün ilk dəfə yazıl-
dığından burada çatışmazlıqların olması mümkündür. Bunu nə-
zərə  almaqla  irad  və  təkliflərinizi  müəlliflərə  göndərməyiniz 
xahiş olunur.  
 
 
 


 

1. MÜLKĠ MÜDAFĠƏNĠN TƏġKĠLĠ VƏ ONA 
RƏHBƏRLĠK 
 
1.1. Müasir Ģəraitdə mülki müdafiənin rolu və vəzifələri 
 
Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  1992-ci 
ildə  “Azərbaycan  Respublikasının  mülki  müdafiəsi  haqqında 
Əsasnamə”,  1999-cu  ildə  “Mülki  Müdafiə  Haqqında  Qanun” 
təsdiq edilmişdir. Azərbaycan Respublikasının mülki müdafiəsi 
– sülh və müharibə vaxtı əhalinin və xalq təsərrüfatının müasir 
qırğın  vasitələrinin  tətbiqindən,  qəza  və  təbii  fəlakətlərin 
nəticələrindən mühafizəsini həyata keçirən ümumdövlət  sosial 
və müdafiə tədbirləri kompleksidir.  
Mülki  müdafiənin  qarşısında  duran  vəzifələr  aşağıdakı 
qruplara bölünür: 
-Sülh və müharibə vaxtının fövqəladə hallarında xalq təsər-
rüfatının dayanıqlı fəaliyyətinin təmin edilməsi;  
-  Zəhərlənmə  ocaqları  və  fəlakət  zonalarında  xilasetmə  və 
digər təxirəsalınmaz qəza-bərpa işlərinin, həmçinin düşmən hü-
cumunun,  təbii  fəlakət  və  qəza  zonaları  nəticələrinin  aradan 
qaldırılması üçün digər tədbirlərin təşkili və icrası. 
-  Göstərilən  vəzifələr  bir-biri  ilə  sıx  əlaqədar  olduğundan 
onların hər birinin həlli ümumi məqsədli tədbirlərin yerinə yeti-
rilməsi ilə əldə olunur.  
Təbii fəlakətlər, qəzalar  və müasir qırğın  vasitələrinin tət-
biqi  zamanı  əhalinin  mühafizəsinin  təşkili  və  təmin  edilməsi 
mülki müdafiənin əsas vəzifəsidir. Ölkəmizdə insanlar ən yük-
sək dəyərə malikdir və onların təhlükəsizliyinin təmin olunma-
sı  ən  vacib  məsələdir.  Müasir  qırğın  vasitələrindən  əhalinin 
mühafizəsi,  kütləvi  qırğın  silahlarının  (KQS)  nəticələrinin 
maksimum  dərəcədə  yüngülləşdirilməsi  üçün  əhalinin  və  ob-
yektlərin  yaşayış  və fəaliyyətinin  təmin  olunması tədbirləri  əl-
də olunur. Bu tədbirlər aşağıdakılardır:  
- bütün əhalinin mühafizə qurğuları və fərdi mühafizə vasi-


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə