94
məhlulu
işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tü-
bik vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə
şpris-tübik aptekçədən çıxarılıb ayrı saxlanılır). Fosforlu-üzvi
maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq
taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin
"Kimya həyəçanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhər-
lənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul
etmək lazımdır.
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakte-
riya əleyhinə 2 №li dərman-sulfadimetoksin (15 həb) yerləşir,
bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verər-
kən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini
atırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlə-
dilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birin-
də 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təh-
lükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb,
şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb
qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-
lı dərman-tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu
dərmanı
bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya
belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili
qeyri-spesifık profilaktik vasitə olaraq, habelə yara və yanıq
yoluxmalarının profilaktikası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2 № 9-li dərman (kalium-
yodid penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşər-
kən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarı-
lan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təh-
lükəsi olarkən 10 gün
ərzində, gündə 1 həb qəbul edilir. Orqa-
nizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan
ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dərmanından
istifadə edilir, bu dərman göy rəngli penalın 7-ci bölməsində
yerləşir.