Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə10/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   6   7   8   9   10   11   12   13   ...   306

iqtisadiyyatların  nizama  salınmış  qaydada  dünya  təsərrüfatı  sisteminə  «daxil 

edilməsi»  vasitəsilə  dünya  iqtisadiyyatına  təsir  göstənnəkdir.  Özü-özlüyündə 

milli təsərılifat sistemləri avtomatik olaraq vahid dünya təsərrüfatını fonnalaşdıra 

bilməz:  bunun  üçün  onları,  birincisi,  dünya  bazarları,  ikincisi  isə,  BİM-in 

subyektləri  olan  başqa  dövlətlərlə  birləşdirən  müəyyən  institusional  əlaqələrin 

mövcudluğu  vacibdir.  Bunun  üçün  BİM  subyektlərinin  konkret  əməkdaşlıq 

orqanları vasitəsilə xarici əlaqələrin müəyyən sahəsini tənzimləyən qurumlarının 

çevik fəaliyyəti tələb olunur. 



1.3.

 

BİM-in formaları və istiqamətləri 

Uzun müddət ərzində BİM-in fomıalan kifayət qədər dayanıqlı olmuş və 

əmtəələrlə  beynəlxalq  ticarət,  bu  ticarət  ətrafında  pul  əməliyyatları,  habelə  iş 

axtaran  insan  axınlarının  hərəkəti  ilə  məhdudlaşmışdır.  Beynəlxalq  əmək 

bölgüsü,  elm  və  texnikanın  tərəqqisi,  istehsal  və  mübadilə  proseslərinin 

mürəkkəbləşməsi, mütərəqqi beynəlxalq iqtisadi əlaqələrin yeni fonualarınm və 

istiqamətlərinin daim artması ən müasir BİM sisteminin formalaşmasına imkan 

yaratmışdır. Şərti olaraq bu formaları aşağıdakı kimi ifadə etmək mümkündür: 

 

ayrı-ayrı ölkələrin xarici iqtisadi əlaqələri (münasibətləri); 



 

beynəlxalq ticarət və beynəlxalq ticarət siyasəti



 

mallar və xidmətlərlə beynəlxalq ticarət, ümumdünya ticarət siyasətinin 



işlənib hazırlanması və həyata keçirilməsi

 



biliklər və elmi-texniki infonuasiya ilə beynəlxalq mübadilə

 



kapitalın  beynəlxalq  yerdəyişməsi  (hərəkəti),  TMK-nm  və  TMB-nin 

fəaliyyəti; 

 

milli  təsərrüfat  sistemləri  əsasında  regional  inteqrasiya  qruplarının 



səciyyəvi formalarının inkişafı; 

26 


 

Şəkil 1.1. Beynəlxalq iqtisadi münasibətlərin quruluşu və strukturu 

27 


 

istehsal amillərinin hərəkətinin beynəlxalq qiymət tənzimlənməsi



 

ölkələr  arasında  valyuta-maliyyə  və  kredit  əlaqələri,  onların 



tənzimlənməsi; 

 



BİM-in  müxtəlif  formalarının  fəaliyyətinin  əsas  tənzimləyiciləri 

qismində beynəlxalq iqtisadi təşkilatlar sistemi

 

müasir  dövrün  qlobal  problemlərinin  həllində  ayrı-ayrı  dövlətlərin  və 



beynəlxalq təşkilatların fəaliyyəti. 

Qeyd edək ki, ayrı-ayrı təhlilçilər BİM-in fonualarımn və istiqamətlərinin 

müxtəlif  toplusunu  müəyyən  etsələr  də,  onların  əsası  təqribən  eyni  tiplidir  və 

bizim  təklif  etdiyimizə  uyğundur;  fərq  yalnız  məqamlarda  və  ayrı-ayrı 

ifadələrdədir. 

Həm dünya iqtisadiyyatının, həm də BİM-in foiTnalarınm öyrənilməsində 

«baza  materialı»  qismində  ayrı-ayrı  ölkələrin  və  onların  qruplarının 

iqtisadiyyatları,  iqtisadi  və  siyasi  hərəkətləri  çıxış  edir.  Lakin  BİM-in  dünya 

iqtisadiyyatından  prinsipcə  fərqi  bundadır  ki,  onun  obyekti  qismində 

iqtisadiyyatın  (milli,  regional,  ümumdünya)  özü  deyil,  ölkələrin  iqtisadi 



münasibətləri,  onların  bu  sahədə  bir-birinə  qarşılıqlı  təsiri;  iki  başlıca  strateji 

istiqamətdə - ikitərəfli və çoxtərəfli əməkdaşlıq fonuasmda və müxtəlif fəaliyyət 

sahələrinin  yaxud məsələlərin ikitərəfli və çoxtərəfli tənzimlənməsi fonuasmda 

fəaliyyətlə əlaqədar olan münasibətlər çıxış edir. 



1.4.

 

BİM-in təhlilinin metodları və tipləri 

Belə  bir  xüsusiyyət  qeyd  olunmalıdır:  BİM  nəzəriyyəsi  ümumi  iqtisadi 

nəzəriyyənin  nisbətən  yeni  sahəsi  olsa  da,  BİM  nəzəriyyəsinin  tərkib 

hissələrindən biri kimi nəzərdən keçirilən beynəlxalq ticarət nəzəriyyəsi ümumi 

iqtisadi nəzəriyyənin ən qədim sahələrindəndir. BİM nəzəriyyəsinin tədqiqində 

və öyrənilməsində iqtisadi nəzəriyyənin və dünya iqtisadiyyatının metodlarının 

zəngin xəzinəsindən istifadə olunur. Belə ki, abstraksiyalar və fərziyyələr metodu 

hadisələrin inkişafının ümumi xarakterini təsəvvür etməyə və gözlənilən gələcək 

barədə  ehtimallar  qurmağa  (göstəricilərin  ekstrapolyasiyası  vasitəsilə)  imkan 

yaradır.  İnkişafın  konkret  göstəricilərinin  təhlili  müasir  dövrün  vəziyyətini 

dəqiqliklə müəyyənləşdirməyə imkan verir {induktiv metod). İnduktiv metoddan 

istifadə edərkən, dahi riyaziyyatçı Anri Puan- 



28 


karenin  xəbərdarlığım  yaddan  çıxarmamalıyıq:  «Daş  qalağı  ev  olmadığı  kimi, 

faktların toplanması da hələ elm deyil». Faktları obyektiv surətdə, o cümlədən 

elmin başqa metodları və üsulları ilə təhlil etməyi bacarmaq lazımdır və yalnız bu 

halda  əsaslandırılmış  fərziyyələr  qurula  bilər.  Fərziyyə-deduksiya  metodu 

təfərrüatlara  fikir  venuədən,  dünya  iqtisadiyyatının  inkişafında  baş  verən  ən 

müxtəlif hadisələr üçün ümumi məxrəc tapmağa imkan verir. Hələ dahi Dekartın 

dövründən  başlayaraq,  induksiya  faktların  məntiqi  ardıcıllıqla,  aydın,  dəqiq  və 

sistemləşdirilmiş şəkildə ifadə olunmasını tələb edir. Təsadüfi deyil ki, XX əsrin 

ən  aqil  və  universal  təhsilli  iqtisadçılarından  olan  Pol  Samuelson  faktların 

təhlilinə  «operasionalizm  mövqeyindən  yanaşılmasını»,  onlardan  hər  hansı 

subyektiv  fikirlərin  «əsaslandırılması»  üçün  deyil,  obyektiv  nəticələrin  əldə 

olunmasına  imkan  verən  tərzdə  yaralanmaq  bacarığının  olmasının  zəruriliyini 

israr edirdi. Bu yanaşma müasir infonnasiya-kompüter texnologiyaları dövründə 

yoxlanılmalı  və  təkrarən  yoxlanılmalı  olan,  habelə  riyazi  statistika  təhlili 

metodlarına  əsaslandığı  hallarda  fərziyyə-deduksiya  metodunun  səmərəliliyini 

gücləndirən faktların (statistikanın) dəqiqliyini nəzərdə tutur. 

BİM  nəzəriyyəsinin  özəl  fərziyyələri  və  özəl  problemləri  mövcuddur. 

Onun fərziyyələri (yaxud aksiomları) istehsalın, bölgünün və mallar, xidmətlər, 

insan fəaliyyətinin başqa nəticələri ilə mübadilənin həyata keçirildiyi bölgələrin 

iqtisadi  quruluşunun  xüsusiyyətlərinə  əsaslanır.  Deduksiya  və  induksiya 

metodları ilə bərabər, tarixi və məntiqi metodlar da abstraksiyalar və fərziyyələr 

metodunu daim müşayiət etmişdir. Bu ənənəvi metodlara və yanaşmalara müasir 



iqtisadi-riyazi 

(statistik) 

və  sistemli  metodlar  (yanaşmalar),  habelə 



informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodlar əlavə olunur. 

1.5.

 

BİM və əlaqəli tədris fənləri 

Elmi  ədəbiyyatda  və  dərsliklərdə  beynəlxalq  iqtisadi  problemlər 

sahəsindəki  fənlərin  iyerarxiyasına  metodoloji  yanaşmada  müəyyən 

anlaşılmazlıq  mövcuddur.  Bu  fənlərin  öyrənilməsi  zamanı  anlayışların 

çoxsayhlığı,  məfhumların  və  kateqoriya  aparatının  müxtəlif  tərzdə  təfsiri  ilə 

qarşılaşırıq. 

Metodoloji yanaşmaların çoxsayhlığı həm BİM-in təfsirinin, həm də başqa 

fənlərin və kursların (beynəlxalq iqtisadiyyat, xarici ölkələrin iqtisadiyyatı və s.) 

müxtəlifliyində öz əksini tapır. 

29 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə