Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə101/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   97   98   99   100   101   102   103   104   ...   306

ifadəsində  12%,  Latın  Amerikasının  (4%)  və  Afrikanın  (2%)  həmin 

göstəricilərindən xeyli çox olmuşdur. 2001-2008-ci illəri əhatə edən dövrdə Latın 

Amerikası  və  Afrika  daha  yüksək  templərlə  (11%)  inkişaf  etmişdir.  Biznes 

xidmətləri ilə ticarət edən 30 aparıcı ölkə sırasına 11 inkişaf etməkdə olan ölkə, 0 

cümlədən Asiyanın 5 ölkəsi - Cənubi Koreya, Malayziya, Sinqapur, Tailand və 

Filippin daxildir. 2008-ci ildə inkişaf etməkdə olan ölkələrdən ixrac edilən biznes 

xidmətlərinin ümumi həcminin təqribən yarısı onların payına düşmüşdür. Biznes 

xidmətlərindəki  payı  sürətlə  artan  Çin  və  Hindistan  da  bu  göstəriciyə 

yaxınlaşmağa  başlamışdır.  Ənənə  üzrə  həmin  sahədə  biznes  xidmətlərinin 

ixracının ümumi  həcmi  14 milyard dollar, bunlarla ticarətdə müsbət  saldosu 5 

milyarddan çox olan Sinqapur aparıcı yer tuturdu. Eyni zamanda Cənubi Koreya, 

Malayziya  və  Tailand  ticarətdə  daim  kəsiri  olmasına  baxmayaraq,  biznes 

xidmətlərinin böyük idxalçısıdır. 

İnkişaf  etməkdə  olan  ölkələrin  bir  çoxunda,  xüsusilə  Asiya  ölkələri 

qrupunda,  o  cümlədən  Çin  və  Hindistanda  2002-2008-ci  illərdə  biznes 

xidmətlərinin artımı 180 milyard dollar olsa da, təkeə ABŞ-m ixracından (570 

milyard  dollar)  dəfələrlə  azdır.  İnkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyətində 

lazımi  kadrlar,  elmi-tədqiqat  və  təcrübə-konstruktor  bazası,  habelə  bu  cür 

xidmətlərin  göstərilməsində  rəqabətin  təmin  edilməsi  üçün  zəruri  olan  müasir 

infonnasiya infrastrukturu yoxdur. Biznes xidmətlərinin ixracından ən iri netto- 

daxilolmalarm sahibləri Sinqapur və Filippindir. 2008-ci ildə Braziliya, Tailand 

və neft ixrac edən bir sıra ölkələr nisbətən böyük netto-idxalçı olduğu halda (bu 

ölkələrin hər birində biznes xidmətləri ilə ticarətdə kəsir ən azı 1 milyard dollar 

idi) onların ixracı müvafiq olaraq 11,5 milyard və 20,7 milyard dollar idi. Özü də, 

sonuncu qrup ölkələrinin idxalında neftin hasilatı və emalı, inşaat sahəsi ilə bağlı 

olan xidmətlər üstünlük təşkil etmişdir. 

Biznes xidməti sənayesi Qərbi Asiyada, ərəb ölkələri zonasında: Səudiyyə 

Ərəbistanı,  BƏƏ,  Liviya,  Misir,  Afrikanın  cənubunda  və  ASEAN  ölkələrində 

sürətlə  inkişaf  edir.  Hindistan,  Çin,  Cənubi  Koreya,  Latın  Amerikası  ölkələri 

biznes xidmətləri göstərilməsinin güclü mərkəzlərinə çevrilmişdir. 



11.4.

 

Xidmətlərlə beynəlxalq ticarətin xüsusiyyətləri 

Mallarla  ticarətlə  müqayisə  olunduqda,  xidmətlərlə  beynəlxalq  ticarətin 

aşağıdakı xüsusiyyətləri vardır: 

254 



 

sərhəddə  deyil,  ölkə  hüdudlarında,  daxili  qanunvericiliyin  müddəaları 



əsasında  tənzimlənir.  Xidmətin  sərhədi  keçməsi  faktının  mövcudluğu  yaxud 

yoxluğu  onun  ixracının  meyarı  kimi  çıxış  edə  bilməz  (həmçinin,  bu  xidmətin 

ödənildiyi valyuta); 

 



xidmətlər saxlanıla bilməz. Onlar istehsal edildiyi andaca istehlak edilir. 

Buna görə də xidmət növlərinin çoxu onların istehsalçısı və istehlakçısı arasında 

bağlanılan müqavilələrə əsaslanır; 

 



xidmətlərin  istehsalı  və  satışı  maddi  istehsal  və  ticarətlə  müqayisədə 

dövlət tərəfindən daha güclü mühafizə olunur. Bir çox ölkələrdə nəqliyyat, rabitə, 

maliyyə  və  sığorta  xidmətləri,  elm,  təhsil,  səhiyyə  bütünlüklə  yaxud  qismən 

dövlətin mülkiyyətindədir və ya onun ciddi nəzarəti altındadır; 

 

xidmətlərlə beynəlxalq ticarət mallarla ticarət ilə sıx əlaqədədir və ona 



güclü təsir göstərir

 



mallardan fərqli olaraq, xidmətlərin heç də hamısı ticarət predmeti deyil. 

Əsasən şəxsi istehlaka yönələn xidmətlər beynəlxalq təsərrüfat dövriyyəsinə cəlb 

oluna bilməz. 

Beynəlxalq  xidmətlərin  növləri.  Beynəlxalq  bazarın  əmtəə  kütləsi  ilə 

həddən  artıq  dolduğu  və  burada  rəqabətin  gücləndiyi  şəraitdə  sahibkarlara 

xidmətlər  göstərilməsi,  menecment,  audit,  injinirinq,  lizinq,  françayzinq  və  s. 

böyük  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  Müasir  xidmətlər  bazarı  idarəçilik 

fəaliyyətində (menecmentdə) yardım göstərilməsi üzrə xidmətlərin geniş çeşidini 

təklif  edir.  Burada,  həmçinin  əqli  fəali}^ətin  nəticələrinin:  lisenziyaların, 

nou-haunun, patentlərin, EHM üçün proqramların və s.  alqı- satqısı ixrac-idxal 

əməliyyatlarının predmetidir. Mülkİ3ryət hüququ verilmədikdə isə podrat, yəni 

sifarişçinin tapşırığı ilə müə}^ən işlərin yerinə yetirilməsi barədə əqdlər həyata 

keçirilir.  Podratın  predmeti  adətən  geoloji-  axtarış,  layihə-tədqiqat,  tikinti  və 

montaj  işləri,  sənaye  və  başqa  obyektlərin  yenidən  qurulması  və 

modemləşdirilməsidir. Xidmətlərin göstərilməsi sahəsində xüsusilə iri layihələri 

yerinə yetinnək üçün firmalar konsorsiumlar şəklində birləşir. 

11.5.

 

Xarici ticarətlə bağlı nəqliyyat xidmətləri 

Anlayış.  Biz  xarici  ticarət  əlaqələrinin  nəqliyyat,  rabitə,  infonnasiya 

mübadiləsi,  reklam  və  s.  xidmətlərin  intensiv  inkişafını  labüdləşdirdiyini  qeyd 

etmişdik. 

255 



Daşımalar  üçün  istifadə  edilən  növündən  asılı  olaraq,  dəniz,  çay,  hava, 

dəmir  yolu  və  avtomobil  nəqlİ3^atı  fərqləndirilir.  Məlumdur  ki,  beynəlxalq 

daşımaların  birbaşa  və  kombinə  edilmiş  növləri  vardır.  Birbaşa  beynəlxalq 

daşımalar

 

nəqliyyatın  bir  növü,  kombinə  edilmiş



 

isə  iki  və  daha  çox  növü  ilə 

yerinə  yetirilir.  Yüklərin  və  sərnişinlərin  kombinə  edilmiş  daşımaları  orada 

iştirak  edən  bütün  nəqliyyat  növlərini  əhatə  edən  bir  nəqliyyat  sənədi  ilə 

rəsmiləşdirilə bilər. Bu cür daşımalar bəzən birbaşa qarışıq daşımalar adlandırılır. 

Belə halda mal daşıma vasitəsinin köməyi ilə istehsal olunduğu yerdən istehlak 

edildiyi  məntəqəyədək  yerini dəyişir.  Burada malın  yerdəyişməsi  zamanı onun 

ilkin dəyərinə (qiymətinə) nəqliyyat xidmətinin dəyəri (qiyməti) əlavə olunaraq, 

istehsal prosesi tədavül sahəsində davam edir. 

Böyük  həcmli  yüklərin  uzaq  məsafələrə  daşınmasının  ən  universal  və 

səmərəli vasitəsi dəniz nəqliyyatıdır.

 

Beynəlxalq ticarətdə malların daşınmasının 

80%-dən  çoxu  nəqliyyatın  bu  növünün  payına  düşür.  Dəniz,  habelə  hava 

daşımaları üçün konosamentdən istifadə olunur. 



Konosament

 

(fransızca: connaissement, ingiliscə: bili of ladinq B/L) orada 

göstərilmiş  konkret  mal  üzərində  mülkiyyət  hüququnu  ifadə  edən  qiymətli 

kağızdır. Dəniz daşımalarında bu nəqliyyat sənədində bunun şərtləri göstərilir və 

onu  saxlayan  3dik  barəsində  sərəncam  vermək  hüququ  qazanır.  Konosament 

anlayışı,  onun  zəruri  rekvizitləri,  tərtib  olunma  şərtləri  Ticarət  Gəmiçiliyi 

Məcəlləsində  müəyyən  edilmişdir.  Konosament  3dikü  qəbul  etdikdən  sonra 

daşıyıcı tərəfindən malgöndərənə verilir və bununla da müqavilənin bağlanılma 

faktı təsdiqlənir. Konosament daşıma tərzindən  - gəminin bütünlüklə, ayrı-ayrı 

yerlərinin təqdim edilməsi yaxud bu şərt olmadan, istənilən mala görə verilir. Hər 

hansı başqa dövlətin hüququ tətbiq edilmədikdə, konosament əsasında su yolu ilə 

daşımalar 25 avqust 1925-ci il «Konosament şərtlərinin unifıkasiyası haqqında» 

Beynəlxalq  Konvensiyasında  göstərilən  olan  Haaqa  qaydaları  əsasında  həyata 

keçirilir. 

Konosamentin  xətti,  çarter,  sahil  və  bort  kimi  növləri  vardır.  Xətti 

konosamentdə

 

yükün  daşınması  barədə  müqavilənin  bağlanması  üzrə 

malgöndərənin  tələbləri  ifadə  olunur;  çarter  konosamentində

 

çarter  əsasında 

daşınan  3üikün  qəbul  olunmasını  təsdiq  edən  sənəd  verilir.  Çarter  -  gəminin 

reysin  yerinə  yetirilməsi  yaxud  müəyyən  müddətə  muzd  müqabilində 

götürülməsi  haqqında  fraxt  müqaviləsidir.  Amma  bu  halda  gəminin  çarter 

fonuasmda fraxtı barədə ayrıca müqavilə bağlandığına görə çarter konosament! 

dəniz daşımaları müqaviləsinin rəsmiləşdirilməsi üçün sənəd hesab edilmir. 

256 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə