Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə103/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   99   100   101   102   103   104   105   106   ...   306

infonnasiya  mübadiləsi  vasitələri  beynəlxalq  informasiya  mübadiləsinin 

obyektləridir. 



Sənədləşdirilmiş  informasiya  -  sənəd,  yəni  rekvizitləri  olan,  onu 

eyniləşdirməyə imkan verən maddi daşıyıcıda yerləşdirilmiş məlumatdır. Onlar 

kütləvi  və  konfıdensial  növlərə  bölünür.  Kütləvi  informasiya  adamların  qeyri- 

məhdud  dairəsi  üçün  təyin  olunmuşdur.  Bu,  audio,  audio-vizual  və  başqa 

məlumatlar,  materiallardır.  Konfıdensial  informasiya

 

şəxslərin  məhdud  dairəsi 

üçündür. 

İnformasiya  resursları

 

ayrıca  sənədlər  və  sənəd  massivləri,  informasiya 

sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda və s.)  yerləşdirilmiş ayrıca 

sənədlər və sənəd massivlərindən ibarətdir. 



İnformasiya  məhsulları  -  istifadəçilərin  ehtiyaclarına  uyğun  olaraq 

hazırlanmış,  istehlakçı-istifadəçilərin  tələbatlarının  ödənilməsi  üçün  təyin 

olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş məlumatlardır. 

İnformasiya xidmətləri - subyektlərin (informasiya sahibinin) istifadəçiləri 

informasiya məhsulları ilə təchiz olunmasına yönəlmiş hərəkətləridir. 



Beynəlxalq  informasiya  mübadiləsi  vasitələri

 

beynəlxalq  informasiya 

mübadiləsi  üçün  istifadə  olunan  informasiya  sistemləri,  şəbəkələri  və  rabitə 

şəbəkələridir. 



İnternet. İnternet və onun qlobal şəbəkəsi, həqiqətən də, informasiya və 

reklam  xidmətlərinin  inkişafının  aparıcı  istiqamətinə  çevrilmişdir.  Bu  şəbəkə 

aşağıdakılara imkan verir: 

 



malların reklamını beynəlxalq səviyyədə təşkil etməyə

 



tərəfdaşların cəlb olunması məqsədilə firmanın reklamını təşkil etməyə; 

 



investorların cəlb olunması məqsədilə layihələri reklamlaşdırmağa; 

 



satılan malın sifarişi sistemini təşkil etməyə; 

 



elektron poçt vasitəsilə və tərəfdaşların informasiya resurslarına birbaşa 

daxil  olmaq  üçün  onların  ticarət  nümayəndələri  ilə  çevik  qarşılıqlı  əlaqə 

yaratmağa və s. 

İnternet

 

-  müxtəlif  infonnasiya  saxlanılan,  aralarında  rabitə  yaradılmış 

infonnasiya  server-kompüterləri  ilə  infonnasiya  istifadəçilərinin  məcmusudur. 

Bu infonnasiya əsasən World Wide Web (ixtisar olunmuş formada WWW yaxud 

WEB) texnologiyası vasitəsilə əldə oluna bilər. Bu texnologiya öz adını hər bir 

istifadəçiyə Yeri sözün hərfi mənasında hörümçək tom kimi bürümüş 

259 



serverlərin  hansı  coğrafi  məkanda  yerləşməsindən  asılı  olmayaraq,  sərbəst 

surətdə onların birindən digərinə keçmək imkanı verildiyindən almışdır. 



Beynəlxalq  aııditor  xidmətləri  xarici  iqtisadi  əlaqələrin  yeni  növlərinə 

aiddir.  Dünyada  50-dən  çox  qlobal  mühasibat  şəbəkəsi  fəaliyyət  göstərir. 

Rusiyanın auditor şirkətləri olan «Audit-Ajur» («Maoris Rowland International» 

assosiasiyasına  daxildir);  «MKD»  («Pannel  Kerr-Forster»-ə  daxildir); 

«Petro-Balt-Audit»  («Alliot  Pirson  Intemational»-a  daxildir)  və  başqaları 

fəaliyyət  göstərir.  Rusiyanın  auditor  firmalarında  müştərilərə  göstərilən 

xidmətlərin həcmi genişlənmiş, keyfiyyəti yüksəlmişdir. 

İnfonuasiya  xidmətlərinin  ən  iri  təchizatçısı  ABŞ-dır:  2008-ci  ildə 

beynəlxalq  bazarda  onun  payı  45%,  bütün  Qərbi  Avropa  ölkələrinin  birgə 

payından (34%) çox olmuşdur. ABŞ texnoloji cəhətdən liderdir və əsasən ölkənin 

iritutumlu və rəngarəng daxili bazarında sınaqdan keçmiş geniş çeşiddə xidmətlər 

təklif edir. ABŞ-m üstünlüklərindən biri də müştərilərin əksəriyyəti üçün aydın 

olan, dünyada geniş yayılmış ingilis dilindən istifadə olunmasıdır. ABŞ-ın rabitə, 

kompüter  və  məlumatlar  bazası  ilə  əlaqəli  olan  xidmətləri  xarici  filiallara 

göstərilən xidmətlər çıxılmaqla, 1990-2002-ci illərdə hər il təqribən 10% artaraq, 

2002-ci  ildə  12  milyard  dollar  təşkil  etmişdir.  Avropa  ölkələrinin  bu  bazarın 

müxtəlif  seqmentlərində  rəqabət  qabiliyyətinin  olmasına  və  başqa  regionların 

bazarlarına daxil olmasına baxmayaraq, həmin xidmətlərin əsas idxalçıları onlar 

və Yaponiyadır. 

İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  informasiya 

xidmətlərinin göstərilməsi sahəsində heyətin ixtisas səviyyəsi və texnologiyaların 

inkişafı  baxımından  böyük  fərq  mövcuddur.  İnkişaf  etməkdə  olan  ölkələrin 

çoxunda informasiya xidmətləri hələ rüşeym halmdadır və əsas komponentlərin 

çoxu inkişaf etmiş ölkələrdən idxal edilir. Kompüterlərdən istifadə genişləndikcə 

və  rabitə  infrastrukturu  təkmilləşdikcə,  bu  xidmətlərə  tələbat  hər  il  təqribən 

10-15% artır. 



Rabitə sahəsində xidmətlər. Rabitə üzrə xidmətlər informasiya bazarında 

xüsusilə  mühüm  yer  tutur.  Bu  xidmətlərin  göstərilməsinə  görə  istifadəçidən 

alman  haqqa  xərclərdən  başqa  bir-birindən  xeyli  fərqlənən  iqtisadi  renta  daxil 

edildiyinə görə (xüsusilə də telefon rabitəsində), bu sahədə ənənəvi olaraq həm 

beynəlxalq bazarda, həm də bir çox ölkələrin daxili bazarında rəqabət nisbətən 

zəifdir. Yaranmış praktikaya uyğun olaraq, daxili sistemin beynəlxalq şəbəkəyə 

birləşməsi  üçün  haqq  ölkələrin  hökumətləri  (dövlət  elektrik  rabitəsi  şirkətləri 

yaxud reqlament təyin edən orqanlar) tərəfindən müəyyən olunur və bunun 

260 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə