Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə104/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   100   101   102   103   104   105   106   107   ...   306

nəticəsində bir ölkə ilə ondan eyni məsafədə yerləşmiş başqa ölkə arasında bənzər 

avadanlıqdan  istifadə  olunmaqla  yerinə  yetirilən  telefon  danışıqlarının  tarifləri 

xeyli fərqlənə bilər. 

İnkişaf  etmiş  ölkələrin  dövlət  rabitə  xidmətlərinin  satışından  əldə  etdiyi 

gəlir  2009-cu  ildə  1,1  trilyon  dollardan  1,7  trilyon  dollaradək  qiymətləndirilir. 

2009-cu ildə bu satışlardan əldə olunan gəlirin ümumi məbləğinin 38%-dən çoxu 

(2004-cü  ildə  -  40%)  ABŞ-ın  payına  düşmüşdür.  Rabitə  üzrə  xidmətlərin  əsas 

komponenti  telefon  rabitəsi  xidmətləridir,  amma  son  illərdə  kabel  televiziyası, 

«əlavə  haqq  müqabilində»  xidmətlər  (o  cümlədən  adi  telefon  şəbəkəsi  yaxud 

xüsusi  ötürücü  şəbəkə  vasitəsilə  əldə  olunması  mümkün  olan  müxtəlif 

ixtisaslaşdırılmış  xidmətlər),  məlumatların  ötürülməsi  və  radio-telefon  rabitəsi 

kimi  növlər  dinamik  inkişaf  edir.  Bu  xidmətlərin  müxtəlif  komponentlərinin 

başqa ölkələrdə, o  cümlədən Rusiyada,  Ukraynada və s. təqdim  olunması  üzrə 

ixtisaslaşan firmalar arasında yaradılan alyansların sayı artır. 

İnkişaf etməkdə olan ölkələr arasında rabitə sektorunda Şərqi və Cənub- 

Şərqi  Asiya  regionu  daha  yüksək  dinamizmi  ilə  fərqlənir.  Başlanğıcda  aşağı 

səviyyədə  olsa  da,  ötən  onillik  ərzində  bu  regionun  bəzi  ölkələrində  bu  növ 

xidmətlərin  ixracından  əldə  edilən  gəlirlər  yüksək  templərlə  artmışdır.  İnkişaf 

etməkdə olan ölkələrin bir çoxu rəqəmsal rabitə sistemləri qurur, lazımi texnoloji 

bazaya  və  ixtisaslı  kadrlara  malik  olanlar  isə  texniki  cəhətdən  mürəkkəb  olan 

sistemlərin  tətbiqinə  hazırlaşır.  Ancaq  güclü  rabitə  şəbəkəsinin  yaradılmasının 

bahalığmı  nəzərə  alaraq,  inkişaf  etməkdə  olan  ölkələrin  şirkətləri  qlobal  rabitə 

şəbəkəsinə daxil olmaq üçün inkişaf etmiş ölkələrin şirkətləri ilə strateji ittifaqa 

girir. 


Afrika ölkələrində rabitə infrastrukturunun möhkəmləndirilməsi və daxili 

sistemlərin  qlobal  sistemlərə  qoşulması  üzrə  tədbirlərin  yerinə  yetirilməsinə 

başlanmasına baxmayaraq, rabitə sektoru hələ inkişafın ilkin mərhələsindədir. 

Proqram  təminatı  (PT).  Fərdi  kompüterlərin  yeni  texnologiyalardan 

istifadə  etməklə  şəbəkələrə  qoşulmasının  sayı  artdıqca,  istehsalın  başqa 

sahələrində  proqram  təminatı  vasitələrinə  tələbat  sürətlə  artır.  Müxtəlif 

sistemlərin  bir-birinə  uyğunlaşdırılınası  məsələsi  get-gedə  mürəkkəbləşdikcə, 

bəzi  şirkətlər  öz  fəaliyyətini  kompüter  texnikasının  istehsalından  proqram 

təminatı  sahəsində  xidmətlərin  göstərilməsinə  səmtləşdirir.  Tələbatın  artımı, 

həmçinin  iqtisadiyyatın  qlobal  yüksəlişi  ilə  stimullaşdırıhr.  Proqram  təminatı 

mallar  və  xidmətlər  arasında  orta  mövqe  tutmaqla,  beynəlxalq  ticarətin  ən 

mürəkkəb sahələrindən biridir. Xüsusi olaraq əcnəbi istifadəçi üçün yazılmış 

261 



proqram birmənalı olaraq ixrac olunan xidmətdir, bazarda kütləvi şəkildə təklif 

olunan  proqram  təminatı  paketləri  isə  öz  xarakterinə  görə  daha  çox  mala 

uyğundur və tiearət balansında çox vaxt bu qisimdə uçota alınır. Amma proqram 

təminatı  paketi  mənşə  etibarilə  əqli  mülkiyyət  olduğuna  görə  dəyəri  maddi 

məhsul qismində qiymətindən xeyli yüksəkdir və bu səbəbdən onu ixrac olunan 

xidmətlər kateqoriyasına daxil etmək daha ədalətli olardı. 

XXI əsrin ilk illərində dünyada proqram təminatı paketlərinin satışından 

daxilolmalar  hər  il  15%  artaraq,  2009-cu  ildə  240  milyard  dollara  çatmışdır. 

Dünya  bazarlarında  proqram  təminatı  paketlərinin  əsas  satıcısı  ABŞ-dır  və 

dünyada  onlarla  ticarətin  ümumi  həcminin  65%-dən  çoxu  bu  ölkənin  payına 

düşür (2002-ci ildə - təqribən 75%). 2009-cu ildə xaricə satışların ümumi həcmi 

120 milyard dollar, əcnəbi satıcılardan satmalmalann həcmi isə 76 milyard dollar 

məbləğində dəyərləndirilirdi. Qərbi Avropanın və Yaponiyanın payları cüzi olsa 

da, rəqabətin güclənməsi nəticəsində proqram təminatının qiymətləri əhəmiyyətli 

dərəcədə  ucuzlaşır.  Asiyanın  dinamik  inkişaf  edən  bir  sıra  ölkələrində  (o 

cümlədən  Honkonq,  Hindistan,  Çin,  Cənubi  Koreya,  Sinqapur,  Çinin  Tayvan 

əyaləti və Filippin) və Latın Amerikasının bəzi ölkələrində (Argentina, Braziliya, 

Meksika)  proqram  təminatı  vasitələrinin  istehsalı  sənayesi,  ilkin  bazasının 

zəifliyinə baxmayaraq, sonuncu onillikdə kifayət qədər yüksək artım templəri ilə 

fərqlənmişdir. 

Amma  bu  ölkələrdən  bəzisinin  hesablama  texnikasının  iri  istehsalçısına 

çevrilməsinə baxmayaraq, burada proqram təminatı vasitələri istehsalının həcmi 

hələ də azdır. Bu ölkələr proqram təminatı sistemlərinin ən mürəkkəb vasitələrini 

idxal  etməyə  məcburdur.  Latın  Amerikasının  Argentina,  Braziliya  və  Meksika 

kimi  ölkələri  müasir  informasiya  sənayesi  yaratmağa  cəhd  edir  və  bu  sahədə 

müəyyən nailiyyətlər əldə etmişlər. Eyni zamanda onların istehsal etdiyi proqram 

təminatı  vasitələri  əsas  etibarilə  inzibati  idarəçilik  və  mühasibat  uçotu  kimi 

mürəkkəb olmayan sahələrdə tətbiq üçün nəzərdə tutulmuşdur. Afrikanın bir çox 

ölkələrində  fərdi  kompüterlər  yalnız  son  vaxtlar  meydana  çıxmışdır  və  onlara 

satışdan  sonra  bəzi  xidmətlər  göstərilsə  də,  proqram  təminatı  sahəsində 

xidmətlərin həcmi, bir qayda olaraq, cüzidir. 

İnkişaf  etməkdə  olan  ölkələrin  bir  çoxunda,  o  cümlədən  Braziliya, 

Hindistan,  Çin,  Meksika,  Filippin,  Honkonq  və  Tailandda  əməktutumlu 

kompüter  xidmətlərinin  ixracının  sürətlə  artması  ötən  onilliyin  gözəçarpan 

hadisələrindən  biri  olmuşdur.  Bu,  şirkətlərin  əksəriyyətinin  həmin  xidmətləri 

əcnəbi təchizatçılardan satın alınması praktikasına keçməsini və inkişaf etmiş 

262 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə