Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə108/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   104   105   106   107   108   109   110   111   ...   306

ibarətdir.  Demək  olar  ki,  istehsal  infrastrukturunun  (ilk  növbədə,  avtomobil 

yollan  şəbəkəsinin)  yaradılması  ilə  bərabər,  bu  potensial  ölkə  iqtisadiyyatında 

modernləşmənin və innovasiya sıçrayışının təməli olacaqdır. 

11.8.

 

Beynəlxalq turizm 

Xidmətlərin  xüsusi  sahəsi  olan  beynəlxalq  turizm  ictimai  əhəmiyyətli 

müəyyən hadisələrin (təbii fəlakətlər, temorizm aktları, regional müharibələr və 

silahlı  münaqişələr)  təsirinə  məruz  qalsa  da,  dinamik  inkişafa  doğru  meyil 

göstərir. 

İnsanın dünya səyahətinə çıxmaq, xalqlar, onların adətləri, mədəniyyəti və 

tarixi ilə tanış olmaq kimi heç nə ilə izah oluna bilməyən tələbatı vardır. Əlbəttə, 

bu, intellektual istirahətin ən yüksək formalarından biridir, özü də əksər hallarda 

müxtəlif növ əyləncələrlə müşayiət olunur. Buna görə də insanlar müharibələrə, 

yolların yoxluğuna, aclığa, başqa məhrumiyyətlərə baxmayaraq, min illər boyu 

həmişə səyahət etmişdir. Antik filosoflar öz ölməz əsərləri üçün faktları haradan 

götürürdülər?  Əlbəttə  ki,  ilk  növbədə,  hələ  əsrlər  öncə  mütərəqqi  biliklər, 

texnoloji  təcrübə  ilə  tanış  olub,  onları  öz  ölkələrinə  gətirən  səyyahların 

dediklərindən. Məsələn, Çində ipək istehsalının texnologiyasını (dünyada məşhur 

«ipək  sapını»)  ölkədən  kənara  çıxarmağı  qadağan  edən  qanun  mövcud  idi  və 

dövlət onunla ticarətdən külli məbləğdə gəlir əldə edirdi. Lakin rahiblərdən biri 

ipəkqurdunun  tırtılını  əsa  içərisində  gizlədərək,  bu  sirri  ölkədən  çıxara  bildi; 

beləliklə, Hindistan təbii ipəyin dünyada ikinci mərkəzinə çevrildi, sonra isə onun 

istehsalı başqa ölkələrə yayıldı. 

Səyahət formasında beynəlxalq turizm iki dünya müharibəsi (1914-1918- 

ci və 1939-1945-ci illər) dövrü istisna edilməklə, XX əsrdə sürətlə inkişaf edirdi. 

Turizmin və ondan əldə olunan gəlirlərin artım tempi son 20 ildə xüsusilə sürətli 

olmuşdur (şəkil 11.1). 

269 



1000 

 

100 



1990

 

1992



 

1994


 

1996


 

1998 


■ Beynəlxalq turizmdən gəlirlər (milyard dollar) 

2000


 

2002


 

2004


 

2006


 

2008 


Beynəlxalq turistlərin sayı (milyon 

nəfər) 


Şəkil 11.1. Beynəlxalq turizm 

M ə n b ə :   World Tourism Organization (UNWTO). 

11.1-ci  şəkildəki  qrafiklər  beynəlxalq  səyahətlər  əyrisinin  durmadan 

artdığını  göstərir.  Bu  artım  2008-ci  ilin  birinci  yarısında  (beynəlxalq  maliyyə 

bazarlarında  böhrana  və  bundan  sonrakı  iqtisadi  geriləməyədək)  ciddi  müsbət 

nəticələrin  əldə  olunmasını  şərtləşdinnişdir.  İqtisadiyyatın  başqa  sahələri  ilə 

müqayisədə turizm  sektoruna böhrandan o qədər  də böyük ziyan dəyməsə də, 

2008-ci ilin ikinci yarısında enmə qeydə alınmışdır. 



11.9.

 

Beynəlxalq turizmin iqtisadi artıma təsiri 

Hələ 1990-cı illərdə beynəlxalq turizmdən gəlirlər, həmin dövrdə neftin 

ixracından hər il orta hesabla əldə olunan 350 milyard dolları ötüb  keçmişdir. 

Yalnız XXI əsrin əvvəlindən neftin qiymətlərinin ildırım sürəti ilə bahalaşması 

nəticəsində  neft  sahəsi  qabağa  keçdi  və  beynəlxalq  turizmin  göstəricilərini 

üstələdi.  Amma  biznes  xidmətlərinin  əksər  növlərindən  və  beynəlxalq 

səyahətlərdən  söz  getdiyi  halda,  turizmin  miqyası  və  buradakı  maliyyə 

resurslarının  həcmi  həddən  artıq  böyük  olduğuna  görə  heç  bir  sahə  ona  hətta 

yaxınlaşa bilməz. Qiymətləndinnələrə görə, 2005-2009-cu illərdə dünya turizm 

sənayesinin ümumi gəliri 4 trilyon dollardan çox olmuşdur. 2010-cu ildə bütün 

dünya üzrə bu sahədə işləyənlərin sayı 285 milyon nəfər olmuşdur. 2008-ci ildə 

270 



istirahət  məqsədilə  səyahətlər  51%  (467  milyon  turist),  2009-cu  ildə  isə  411 

milyon  nəfərədək  azalmışdır.  Beynəlxalq  turistlərin  15%-i  üçün  səyahətin 

məqsədi  ezamiyyət, 27%-i  üçün dostları  və  yaxınları ilə  görüş, müalicə  yaxud 

dini maraqlar olmuş, 7%-nin məqsədi müəyyən edilməmişdir. Turistlərin 52%- i 

təyyarə ilə, 38%-i avtomobildən, 3%-i dəmir yolundan, 6%-i su nəqliyyatından 

istifadə  etməklə  səyahət  edir.  2008-ci  ildə  beynəlxalq  sərnişin  nəqliyyatından 

gəlirlər 183 milyard dollar məbləğində qiymətləndirilirdi, bu isə, gündə 3 milyard 

dollar  deməkdir.  Göstərilən  sektor  xidmətlərin  dünya  üzrə  ixracının  30%-ni, 

məcmu ixracın isə 6%-ni təşkil edir. 

Dünyanın  bütün  regionlarında  beynəlxalq  turizmin  artımı  müşahidə 

olunur.  2008-ci  ildə  ən  yaxşı  göstəricilər  Yaxın  Şərqdə  qeydə  alınmış,  burada 

turistlərin sayı 55 milyon nəfərə (2007-ci illə müqayisədə artım - 18%) çatmışdır. 

Afrikada orta illik artım 4%-dir. Bu göstərici Amerikada 3%, Asiyada və Sakit 

Okean hövzəsində 1 % səviyyəsindədir. 

Beynəlxalq turizmin iqtisadiyyata göstərdiyi təsir özünə daha çox əcnəbi 

səyyah cəlb edə bilən ölkələrdə xüsusilə aydın təzahür edir. Bunlar, ilk növbədə, 

Qərbi  Avropa  dövlətləridir.  İnkişaf  səviyyəsindən,  habelə  ölkənin  turist 

xidmətlərinin  netto-ixracatçısı  yaxud  netto-idxalçısı  qismində  çıxış  etməsindən 

asılı olaraq, beynəlxalq turizm bütün Avropa ölkələrinin iqtisadiyyatına pozitiv 

təsir göstərir. Ənənə kimi. Qərbi Avropada Avstriya, İsveçrə, İspaniya, İtaliya, 

Fransa,  Türkiyə,  Portuqaliya  turizm  xidmətlərinin  netto-ixracatçısıdır.  Başqa 

ölkələrin  beynəlxalq  turizmə  çəkdiyi  xərcləri  əldə  olunan  gəlirindən  çox 

olduğuna görə onlar turizm məhsulunun netto- idxalçısıdır. 

Amma  ümumilikdə  götürüldükdə,  turizm  üzrə  gəlirlər  və  xərclər 

arasındakı  nisbət  deyil,  turizm  sənayesinin  fonnalaşmasmı  və  inkişafını 

stimullaşdıran  ölkəyə  gələn  xarici  turistlərin  sayı,  bunun  artım  dinamikası  və 

xarakteri  daha  mühüm  ilkin  göstəricidir.  Həm  turizm  üzrə  tədiyyə  balansının 

saldosu müsbət  olan ölkələrin  (İtaliya, Yunanıstan,  İspaniya, Fransa, Avstriya) 

həm  də  böyük  kəsiri  olanların  (Almaniya,  Böyük  Britaniya,  Skandinaviya 

ölkələri,  ABŞ)  ümumi  gəlirlərində  turizmdən  daxilolmaların  payı  yüksəkdir. 

Xarici  turizmin  iqtisadiyyata  töhfəsini  qiymətləndinnək  üçün  bir  göstəricidən 

deyil,  onun  turizm  infrastrukturu  ilə  yanaşı,  ümumilikdə  turizm  sənayesini 

formalaşdıran başqa istehsal və xidmət sahələrində də iş yerlərinin yaradılmasını 

əks etdirən göstəricilər sistemindən istifadə olunması məqsədəuyğundur. Ölkənin 

ÜDM-də turizm sənayesinin müxtəlif sektorlarında 

271 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə