Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Xarici  ölkəhrin  iqtisadiyyatının  predmeti



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə11/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   7   8   9   10   11   12   13   14   ...   306

Xarici  ölkəhrin  iqtisadiyyatının  predmeti  ayrı-ayn  ölkələrin  milli 

iqtisadiyyatının  bütöv  iqtisadi  sistemlər  kimi  öyrənilməsidir.  Bu  fənni  ölkələri 



vəhdət  və  məcmu  şəklində,  ümumdiinya  iqtisadi  sistemi  kimi  öyrənən  dünya 

iqtisadiyyatı  fənnindən  fərqləndirən  ən  mühüm  cəhət  də  məhz  bununla  ifadə 

olunur. Xarici ölkələrin iqtisadiyyatı fənninin məntiqinə ciddi və ardıcıl surətdə 

riayət  olunduqda,  beynəlxalq  iqtisadi  təşkilatların,  beynəlxalq  inteqrasiya 

proseslərinin və s. öyrənilməsi buradan kənarda qalacaqdır. 

Beynəlxalq iqtisadiyyatın predmeti. Müasir TMK-nın milli iqtisadiyyatlar 

sahəsindən «çıxmaq» meyli ilə fomralaşdırdığı beynəlxalq istehsalın öyrənilməsi 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Mövcud  təsvirdə  bu  anlayışa  əsassız  olaraq  geniş 

məna verilsə də, biliklərin bu sahəsi indiki dövrdə «beynəlxalq iqtisadiyyat» kimi 

nəzərdən keçirilir. Beynəlxalq iqtisadiyyat məfhum və mahiyyət kimi, transmilli 

təsərrüfatçılıq subyektlərinin iqtisadiyyatlarının birləşmiş məcmusunü əks etdirir 

və buna müvafiq olaraq dünya iqtisadiyyatının çox mühüm, dinamik artan, amma 

yalnız bir hissəsidir. Dünya iqtisadiyyatının və dünya maliyyəsinin (beynəlxalq 

iqtisadiyyatın)  məhz  bu  hissəsinin  dinamizmi  bütün  müasir  ümumdiinya 

təsərrüfatına (dünya iqtisadiyyatına) qlobal əlamətlər və xüsusiyyətlər verir. 



Xarici  iqtisadi  əlaqələr  tədris  predmeti  kimi.  Elmi  ədəbiyyatda  bu 

anlayışdan çox vaxt əsassız olaraq genişləndirilmiş mənada, «be5məlxalq iqtisadi 

münasibətlər» tenuininin sinonimi kimi istifadə edilməsi mahiyyət  baxımından 

düzgün  hesab  edilə  bilməz  və  metodoloji  qarışıqlıq  yaradır.  «Xarici  iqtisadi 

əlaqələr»  («xarici  iqtisadi  münasibətlər»)  anlayışının  özü  bu  əlaqələrin 

subyektindən  (dövlət,  onun  rəsmi  orqanı,  məsələn,  nazirliklər  və  təşkilatlar), 

firmadan  (bankdan),  fiziki  şəxslərdən  törəmə  xarakteri  daşıyır.  Bu  açıqlamaya 

başqa  bir  təyin,  yəni  «dövlətin  xarici  iqtisadi  fəaliyyəti»,  «müəssisənin  xarici 

iqtisadi fəaliyyəti» (firmanın, təşkilatın) kimi anlayışlar müvafiqdir. Buradan belə 

bir təfsir irəli gəlir;  dövlətin  xarici iqtisadi əlaqələri  - həmin dövlətin və onun 

təsərrüfatçıhqla  məşğul  olan  təşkilatlarının  (habelə  fiziki  şəxslərinin)  ölkədən 

kənarda həyata keçirdiyi beynəlxalq əməkdaşlığının formaları və növləri sistemi, 

yəni  bu  dövlətin  başqa  dövlətlərlə  və  beynəlxalq  maliyyə-iqtisadi  təşkilatlarla 

əlaqələri  və  münasibətləri  kompleksidir.  Deməli,  burada  söz  bu  fənnin  ciddi 

təyinatını  unudaraq,  istər-istəməz  onu  «dünya  iqtisadiyyatı»  və  «beynəlxalq 

iqtisadi  münasibətlər»  fənləri  ilə  əvəz  etməyə  cəhd  göstərən  bir  çox  tədris 

nəşrlərinin müəlliflərinin iddia etdikləri kimi. 

30 



ümumiyyətlə,  xarici  iqtisadi  əlaqələrin  özündən  deyil,  məhz  həmin  dövlətin 

(firmanın) müəyyən əlaqələrinin və münasibətlərinin öyrənilməsindən gedir. 



«Beynəlxalq  münasibətlər»  fənninin  anlayışları.  «Beynəlxalq 

münasibətlər»  termini  elmi  və  praktiki  dövriyyəyə  onu  dövlətlər  arasında 

ünsiyyət  prosesində  yaranan  münasibətlər  kimi  təfsir  edən  ingilis  filosofu  və 

sosioloqu  İyeremiya Bentam (1748-1832) tərəfindən daxil olunmuşdur. Həmin 

dövrdən  termin  beynəlxalq  hüquqşünaslar  tərəfindən,  o  cümlədən  dövlətlərin 

qarşılıqlı  münasibətlərini  müəyyənləşdirən  beynəlxalq  xarakterli  hüquqi 

sənədlərdə əsaslı surətdə təkmilləşdirilmişdir. Hər bir ictimai məflium kimi, bu 

tennin  əsasən  Qərbin,  nisbətən  az  dərəcədə  isə  ölkəmizin  elmi  və  tədris 

ədəbiyyatında  transfonuasiyaya  məruz  qalmışdır.  Bu  anlayışın  ən  dolğun 

təfsirlərindən  biri,  beynəlxalq  münasibətləri  «dünya  arenasında  fəaliyyət 

göstərən əsas siniflər, əsas sosial, iqtisadi, siyasi qüvvələr, təşkilatlar və ictimai 

hərəkatlar, yəni sözün geniş mənasında xalqlar arasındakı iqtisadi, siyasi, hüquqi, 

diplomatik  və  başqa  əlaqələrin  məcmusu»'  kimi  nəzərdən  keçirən  akademik 

N.N.İnozemtsevə mənsubdur. Qeyd edək ki, beynəlxalq münasibətlər sisteminə 

iqtisadi,  siyasi,  ideoloji  (mədəni),  hüquqi,  diplomatik  və  digər  əlaqələrin  daxil 

edildiyi  bu  cür  yanaşmada  şübhəsiz  ki,  beynəlxalq  münasibətlərin  inkişafının 

məntiqi əks olunmuşdur. 

Beynəlxalq  münasibətlərin  məşhur  fransız  sosioloqu  R.Aron  tərəfindən 

ifadə  olunan  açıqlaması  da,  yuxarıda  göstərilənə  kifayət  qədər  yaxındır: 

«Beynəlxalq  münasibətlər  -  yunan  polislərinin,  Roma  yaxud  Misir 

imperiyalarının, Avropa  monarxiyalarının, burjua respublikalarının, və  ya xalq 

demokratiyalarının  daxil  edildiyi  siyasi  vahidlər  arasındakı  münasibətlərdir... 

Beynəlxalq  münasibətlərin  məzmunu  əsas  etibarilə  dövlətlər  arasındakı 

münasibətlərdən  ibarətdir:  belə  ki,  beynəlxalq  münasibətlərə  əsil  nümunə 

dövlətlərarası müqavilələrdir».'^ 

Bir  sıra  tədqiqatçıların,  məsələn,  C.Rozenaunun  fikrincə,  dünya 

siyasətində dövlət deyil, bir-biri ilə münasibətlər quran konkret şəxslər get-gedə 

əsas rol oynamağa başlayır. Rozenaunun rəyinə  görə, beynəlxalq  münasibətlər 

sahəsində  baş  verən  köklü  dəyişikliklər  simvolik  subyektləri  turist  və  terrorçu 

olan «beynəlxalq kontinuumun» yaranması ilə nəticələnmişdir.^ Bu təfsirlərin 



IV. №3. 

’ Иноземцев H.H. Ленинский курс международной политики КПСС. М., 1978. 

Aron R. Une Sosiologie des relations internationales // Revue française de sociologie. 1963. Vol. 

’ Цыганков П.А. Теория международных отношений. М., 2005. С. 23. 

31 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə