Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə110/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   106   107   108   109   110   111   112   113   ...   306

Yaponiya,  Böyük  Britaniya,  Fransa,  Çin  və  İtaliyadır.  Dünyada  beynəlxalq 

turizmə  çəkilən  ümumi  xərclərin  yarısından  çoxu  bu  5  ölkənin  payına  düşür. 

Yaponiyanın  payı  xüsusilə  böyükdür  (1970-ci  ildəki  1,7%-dən  2006-cı  ildə 

12%-ə  və  2009-cu  ildə  11%-dək).  1970-ci  ildən  2010-cu  ilədək  Yaponiya 

turistlərinin çəkdiyi xərclərin həcminə görə dünyada 3-cü yeri tuturdu. İxracdan 

gəlirlərin və milli gəlirin ümumi həcmində səyahətlərdən əldə olunan vəsaitlərin 

əhəmiyyəti  həm  inkişaf  etmiş,  həm  də  inkişaf  etməkdə  olan  ölkələrdə  daim 

artmaqdadır,  amma  bu  nisbətlər  birinci  qrupla  müqayisədə  ikincidə  bir  qədər 

yüksək olmuşdur. 2001-2010-cu illərdə inkişaf etməkdə olan 30 və inkişaf etmiş 

10  ölkədə  səyahətlərdən  daxilolmalar  malların  ixracının  dəyərini  10% 

üstələmişdir. Bu ölkələrin çoxunda turizm ən böyük ixrac maddəsinə çevrilmişdir 

və  yuxarıda  qeyd  etdiyimiz  kimi,  bunun  əsas  axını  Qərbi  Avropa  ölkələrinin 

payına  düşür.  Beynəlxalq  turizm  Qərbi  Avropa  dövlətlərinin  iqtisadiyyatına 

çoxcəhətli  təsir göstərir.  Ayrıca  götürülən ölkə üçün turizm  tədiyyə balansının 

gəlir hissəsini valyuta mədaxilləri ilə qidalandıran mənbədir. Beynəlxalq turizm 

inkişaf  etdikcə,  özündə  mehmanxana  təsərrüfatını,  nəqli}^atı,  qida,  ayaqqabı, 

tikiş sənayelərini, maşınqayırmanı, ekskursiya xidmətlərini, maddi istehsalın və 

xidmətlərin  digər  sahələrini  birləşdirən  turizm  sənayesi  sürətli  templərlə 

fomıalaşır.  İnkişaf  edən  turizm  sənayesinin  yeni  iş  yerləri  yaratması,  əhalinin 

gəlirlərini  və  məhsul  buraxılışını  artırması  nəticəsində  bütövlükdə  xalqın  rifah 

səviyyəsi yüksəlir. 

Turistlərin  ən  böyük  sayı  Fransanın  payına  düşür  (75,2  milyon  nəfər), 

onun ardınca İspaniya (49,5 milyon nəfər), ABŞ (45 milyon nəfər), İtaliya (39,5 

milyon nəfər). Böyük Britaniya (23 milyon nəfər), Niderland (19,5 milyon nəfər), 

Avstriya  (18  milyon  nəfər),  Kipr  (18  milyon  nəfər),  Portuqaliya  (12  milyon 

nəfər)  gəlir.  İnkişaf  etməkdə  olan  ölkələrə,  xüsusilə  də  Asiya  və  Latın 

Amerikasına  gələn  turistlərin  artımı  müşahidə  edilir.  İsrail  istisna  edilməklə 

(-4,6%), Aralıq dənizinin Şərq sahillərinə gələn turistlərin sayı Türkiyədə 13,5%, 

Kiprdə  5,6%  artmışdır.  Şimali  Avropaya  turist  səfərlərinin  sayı  da  artmış,  ən 

yüksək artım Şimali İrlandiya (+4,9%), Finlandiya, Danimarka, Sloveniya, Polşa 

və Slovakiyada olmuşdur. 

Beynəlxalq  idman.  Beynəlxalq  idman  turizmi  sənayesi  sürətlə  inkişaf 

edir.  Müxtəlif  səviyyəli  çempionatlar.  Olimpiya  Oyunlarına  uzunmüddətli  və 

baha başa gələn hazırlıq, ayrı-ayrı ölkələrdə beynəlxalq və regional əhəmiyyətli, 

son dərəcə intensiv idman tədbirlərinin keçirilməsi nəhəng maliyyə axınları olan 

güclü idman sənayesini formalaşdırmışdır. 

274 



11.10.

 

Beynəlxalq səyahətlərə tələbatın formalaşması 

Tələbatın amilləri. XX əsrin son 25 ilində beynəlxalq turizmin dinamik 

inkişafı və çeşidinin genişlənməsi səyahətlər sənayesinin bütün tərkib hissələrinə 

sirayət etmiş çoxsaylı sosial-iqtisadi, demoqrafik, ekoloji, texnoloji institusional 

amillərin  mürəkkəb  qarşılıqlı  təsirinin  nəticəsidir.  Bu  amillər  rəqabət 

qabili}^ətinin  əsaslarını  dəyişmiş  və  beynəlxalq  səyahətlərə  çəkilən  xərclərin 

strukturuna təsir göstənuişdir. Burada əsas rolu tələbat amilləri oynamışdır. 

Beynəlxalq  səyahətlərə  tələbat  müxtəlif  məqsədlərlə  xaricə  yollanan 

adamların  çoxcəhətli  xüsusiyyətlərini  əks  etdirən  səbəblərin  təsiri  altında 

formalaşır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ən böyük 

qmp  asudə  vaxtını  keçirmək  üçün  xaricə  yollanan  adamlardan  ibarətdir.  Buna 

görə də həmin kontingentlə bağlı olan amillər başlıca rol oynayır. Dünya Turizm 

Təşkilatının  məlumatlarına  əsasən,  2002-ci  ildə  dünyada  səyyahların  ümumi 

sayının 68,1%-i istirahət edənlərdən ibarət idi. İşgüzar və başqa məqsədlərlə, o 

cümlədən qohumları və dostlan ilə görüşmək üçün səfər edənlərin sayı bundan az 

olsa  da,  mühüm  kateqoriyanı,  müvafiq  olaraq,  16,5%  və  15,1%  təşkil  edirdi. 

Ancaq xaricə gedən adamlar çox vaxt səfər zamanı müxtəlif, məsələn, işgüzar, 

əyləncə  yaxud  müalicə  və  s.  məqsədlərini  bir  araya  sığışdırmaq  istədiklərinə 

görə,  bu  kateqoriyalar  arasında  bəzən  aydın  seçilən  sərhəd  qoymaq  çətindir. 

Sahibkarlıq fəaliyyətinin qloballaşması, gəlirlərin yüksəlməsi, səyahətlərin real 

dəyərinin  aşağı  düşməsi  və  asudə  vaxtın  çoxalması  ilə  əlaqədar  olaraq  turist 

səfərlərinə  tələbatın  sürətlə  artması  beynəlxalq  turizm  axınlarının  güclənməsi 

üçün  stimula  çevrilmişdir.  Xaricə  səfərlər  qarşısında  məhdudiyyətlərin 

zəiflədilməsi,  dövlət  və  özəl  təşkilatlar  tərəfindən  yardım  göstərilməsi  də 

turizmin  inkişafı  üçün  stimuldur.  Ucuz  kompleks  turların  geniş  yayılması  və 

başqa  səbəblər  xarici  turist  axınını  gücləndirmişdir;  immiqrasiya  və  əmək 

miqrasiyası,  siyasi  qalmaqallar,  iqtisadi  çətinliklər  və  s.  də  öz  təsirini 

göstərmişdir. 

Tələbatı  müəyyən  edən  bu  amillər  arasında  ən  mühümləri  gəlirlərin 

səviyyəsi  və  səyahətlərin  qiymətidir.  Beynəlxalq  turizm  istehlak  səbətində 

firavanlıq  predmeti  kimi  nəzərdən  keçirildiyinə  görə  onun  həcmi  gəlirlərin 

səviyyəsindən  asılı  olaraq  dəyişir.  Bu  qanunauyğunluq  (tam  təsdiqlənməsə  də, 

beynəlxalq turizm getdikcə daha çox adamın asudə vaxtının keçirilməsinin adi 



275 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə