Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə111/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   107   108   109   110   111   112   113   114   ...   306

fonnasına  çevrildiyinə  görə,)  öz  əksini  turizmin  artım  tempinin  ÜDM-in  artım 

tempindən yüksək olmasında tapır. Gəlirlərin ümumi artımı baş verdikdə, onun 

səyahətlərə  sərf  olunan  hissəsi,  bir  qayda  kimi,  tam  təmin  olunma səviyyəsinə 

çatanadək çoxalır. Gəlirlərin səviyyəsinin dövri dəyişməsi ilə turizmə tələbatın, 

demək  olar  ki,  paralel  surətdə  artıb-azalması  bu  pozitiv  qarşılıqlı  əlaqənin 

mövcudluğunu sübut edir. Amma turizm enmədən daha çox yüksəlişə reaksiya 

verdiyinə görə (bu, əsasən sosial güzəştlər və qloballaşma prosesləri kimi struktur 

amilləri  ilə  izah  olunur),  onun  göstəricilərinin  gəlirlərin  dəyişməsinin 

dövriliyindən asılılığı nəzərəçarpan dərəcədə asimmetrikdir. Dünya üzrə turizmə 

çəkilən  xərclərdə  əhalisinin  gəlirləri  yüksək  olan  ölkələrin  xüsusi  çəkisinin 

böyüklüyü də gəlirlərdən asılılığı əks etdirir. 

Tələbatı  müəjryənləşdirən  mühüm  amillərdən  biri  də  sərnişin 

daşımalarının  tarifləridir.  Belə  ki,  hava  yolu  ilə  daşımaların  qiymətinin  kəskin 

ucuzlaşması uzun məsafələrə səyahətlərin əlçatanlığmı təmin etdi və sonuncu 10 

ildə  beynəlxalq  turist  axınlarının  artmasında  həlledici  rol  oynadı.  Turistlərin 

xərclərinə  (səyahətlərin  dəyərinə)  valyutaların  mübadilə  məzənnələrinin 

dəyişməsi və inflyasiya da təsir göstərir. 

İş  həftəsinin  ixtisarı  nəticəsində  asudə  vaxtın  çoxalması  və  yeni  rəsmi 

bayramların təsis olunması da xarici turizmə tələbatın dayanıqlı artımına şərait 

yaratmışdır. İnkişaf etmiş ölkələrdə ödənişli məzunİ3^ətlər ABŞ-dakı 2 həftədən 

Niderlanddakı 7 həftəyədək davam edir və bu fərq turist səfərlərinin müddətinə 

ciddi  təsir  göstərir.  Amma  son  vaxtlar  bu  güzəştin  verilməsinə  münasibət 

dəyişmişdir və inkişaf etmiş ölkələrin çoxunda ödənişli məzuniyyətlər uzadılmır. 

Bu  ölkələrin  bir  çoxunda  məzuniyyət  müddətinin  yuxarı  həddinin 

müəyyənləşdirilməsi  xarici  turist  səfərlərinə  tələbatın  artımını  məhdudlaşdıran 

amilə çevrilir. 

Ölkələrin  çoxunda  xaricə  getmək  istəyən  vətəndaşlar  və  ölkəyə  gələn 

turistlər  üçün  müxtəlif  məhdudiyyətlərin  azaldılması  da  beynəlxalq  turist 

səyahətlərinin  sürətli  artımını  təmin  edən  səbəblərdəndir.  Məsələn,  Cənubi 

Koreyada ölkədən çıxış məhdudiyyətlərinin yumşaldılması 1980-ci illərin ikinci 

yarısında xaricə istirahətə gedənlərin sayını kəskin surətdə, hər il 30% artması ilə 

nəticələnmişdir. Son illərdə keçid iqtisadiyyatlı ölkələrin dünya bazarı sisteminə 

qovuşması  da  onlardan  xarici  ölkələrə,  o  cümlədən  Cənub-  Şərqi  Asiyaya  və 

Cənubi Afrikaya gedən vətəndaşların sayını çoxaltmışdır. 

Regional  inteqrasiya  templərinin  sürətləndiyi  bölgələrdə  regiondaxili 

səyahətlərin həcmi durmadan artır. İnteqrasiya qısa müddətə istirahətə 

276 



gedənlərin,  əmək  miqrantlarınm  və  işgüzar  məqsədlərlə  ölkədən  çıxanların 

region  daxilində  hərəkətini  asanlaşdınmşdır.  Şengen  sazişinin  bağlanması 

Avropa İttifaqı ölkələrində sərhəd nəzarətini aradan qaldırmışdır. Bu tərəqqiyə 

baxmayaraq, ölkələrin çoxunda şəxslərin hərəkəti qarşısındakı maneələr hələ da 

qalmaqdadır. Bunların ən əsasları giriş-çıxışda birbaşa inzibati nəzarət, məsələn, 

vizanın,  xarici  pasportun və  giriş üçün icazənin  tələb edilməsi; dolayı  nəzarət, 

məsələn, 

xarici 


valyutanın 

gətirilməsinin 

yaxud 

aparılmasının 



məhdudlaşdırılması, əsasən immiqrasiyaya və işçilərin miqrasiyasına aid olunsa 

da, həmçinin, səyyahlara da şamil edilən müxtəlif qanunlar və qaydalardır. Bu 

maneələrin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin çoxunda və keçid 

iqtisadiyyatlı  ölkələrdə  turizmə  indiyədək  reallaşdırılmamış  tələbatın  kəskin 

surətdə artması ilə nəticələnə bilər. 

Demoqrafik dəyişikliklər, sosial-mədəni və ekoloji şəraitə diqqətin artması 

nəticəsində  istehlakçıların  verdiyi  üstünlüklərin  dəyişməsi  inkişaf  etmiş 

ölkələrdə  turistlərin  tələbatının  xarakterinə  getdikcə  daha  güclü  təsir  göstərir. 

Məsələn,  İkinci  Dünya  müharibəsindən  sonra  doğulmuş  nəsil  və  bu  adamların 

firavanlıq  şəraitində  ömrünün  uzanması  ehtimalı  potensial  turist-səyyahların 

sayının  artmasına  gətirib  çıxarmışdır.  Bunun  nəticəsində  ağırlıq  mərkəzi 

(xüsusilə inkişaf etmiş ölkələrdə) ənənə üzrə Günəşə, dənizə, qumlu çimərliklərə 

istinad  edən  standart  kütləvi  turizmdən,  istirahətin  geniş  maraqlar  dairəsini,  0 

cümlədən mədəniyyətin, tarixi irsin, təbii landşaftının öyrənilməsini, əyləncələri, 

habelə  idmanı,  tədrisi,  sağlamlığın  möhkəmləndirilməsini  və  başqa  özəl 

tələbatları əhatə edən, daha çevik və rəngarəng formalarına keçir. 

Bununla  belə,  xərclərə  miqyas  və  standartlaşdırma  hesabına  qənaət 

olunmasına  əsaslanan  ucuz,  kütləvi  turizmin  yayılması  gəlirləri  nisbətən  aşağı 

səviyyədə olan adamlara xaricə səfər etmək imkanı yaratdığına görə beynəlxalq 

turizmi inkişaf etdirir. Son illər inkişaf etmiş ölkələrdə turizmin yeni növlərinin 

artım templəri ciddi reqlamentləşdirilmiş kompleks turlardan istifadə olunmasını 

üstələməyə başlasa da, adi kütləvi turizm hələ müəyyən müddət ərzində inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrdə  istirahətin  əsas  forması  kimi 

qalacaqdır. Beləliklə, turistlərin hər bir yaş qrupu dünya turizm sənayesində öz 

yerini tutacaq. 

Ticarətə və xarici investisiyalara qoyulan məhdudiyyətlər işgüzar səfərlərə 

dolayısı ilə təsir göstərir. Son vaxtlar sahibkarlıq fəaliyyətinin qloballaşmasının 

təsiri altında işgüzar, o cümlədən ticarət yarmarkalarına, sərgilərə və seminarlara 

səfərlərin sayı sürətli templərlə artmağa başlamışdır. 

277 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə