Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə112/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   108   109   110   111   112   113   114   115   ...   306

Bir  qayda  kimi,  bu  səfərlər  beynəlxalq  səyahətlərin  daha  mürəkkəb  və  bahalı, 

yüksək xidmət göstərilən növüdür. Geniş xarici ticarət əlaqələrinə və iri məbləğli 

xarici  kapital  qoyuluşlarına  malik  olan  ölkələr,  adətən,  işgüzar  məqsədlərlə 

səyahətə  çıxan  adamları  çoxlu  sayda  qəbul  edir  və  xaricə  göndərir.  Avropada 

işgüzar səfərlər, adətən, daha çox Fransa, İtaliya və Böyük Britaniyaya edilir. XX 

əsrin  son  onilliyində  xarici  ticarətin  və  investisiyaların  həcminin  sürətlə 

çoxalması inkişaf etməkdə olan ölkələrə səyahətlərin sayını da xeyli artırmışdır. 

Müstəmləkə tarixi yaxın vaxtlaradək davam etmiş, keçmiş metropoliyaları 

ilə  işgüzar  və  mədəni  əlaqələrini  itirməmiş  yaxud  əmək  miqrant-  larının, 

immiqrantlarm  və  qaçqınların  böyük  axınları  ilə  üzləşən  dövlətlərdə  xarici 

səfərlərin  əksər  qismi  dostlar  və  qohumlarla  görüşmək  məqsədi  daşıyır.  Buna 

nümunə olaraq, Fransa ilə onun Afrikada və Asiyadakı keçmiş müstəmləkələri, 

Almaniya,  Türkiyə  və  Portuqaliya,  habelə  ABŞ  ilə  Vyetnam  arasında  cərəyan 

edən  turist  axınlarını  göstərmək  olar.  Son  vaxtlar  Asiyanın  bəzi  ölkələrindən 

Avstraliya, Kanada, Yeni Zelandiya və Qərbi Asiyanın neft ixrac edən ölkələrinə 

böyük immiqrasiya və xarici işçi qüvvəsinin geniş axınları onların qohumlarının 

bu marşrutlar üzrə səfərlərinin sayının artmasına səbəb olmuşdur. 

Suyun  bərk  və  maye  tullantılarla  çirklənməsi,  ekoloji  sistemlərə  ziyan 

vurulması, ənənəvi mədəniyyətə  yad ünsürlərin daxil edilməsi, əhalinin sıxlığı, 

cinayətkarlığın  artması  və  adamların  daha  çox  gəldiyi  yerlərdə  xəstəliklərin 

yayılması ilə bağlı olan problemlər insanlara səyahətlərin və turizmin artmasının 

sosial və ekoloji hüdudlarının olduğunu dərk etməyə kömək etdi. Bu, öz əksini 

ekoloji turizmin və aqro-turizmin getdikcə daha çox ölkədə yayılmasında tapır. 

Məsələn, zəngin biomüxtəlifliyə və əsrarəngiz təbii landşafta malik olan Braziliya 

və Kosta-Rika ekoloji vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və eyni 

zamanda  öz  valyuta  daxilolmaları  mənbələrini  şaxələndirmək  üçün  ekoloji 

turizmi müvəffəqiyyətlə inkişaf etdirir. Analoji meyillər get-gedə daha çox sayda 

ölkədə inkişaf edərək, turizm sahəsində sahibkarlıqda xidmətlərin yeni növlərini 

yaradır. 

Taklif  amilləri.  Səyyah-turistlərə  cürbəcür  mallar  və  xidmətlər  lazım 

olduğuna  görə  beynəlxalq  turizm  sahəsində  təklifi  müəyyənləşdirən  amillər 

çoxsaylı  və  müxtəlifdir.  Turizmin  dağlar,  çimərliklər,  rütubətli  tropik  meşələr, 

qaynar  bulaqlar,  əlverişli  iqlim  şəraiti  və  mədəniyyət  abidələri  kirrii  təkrar 

istehsal olunmayan təbii və mədəni resursları; səyyahların yerləşdirilməsi 

278 



vasitələri və infrastruktur; insan resursları və texniki imkanlar xüsusi əhəmiyyət 

kəsb edir. Bu amillər tələbatın ödənilməsi üçün potensialı müəyyənləşdirməklə 

yanaşı,  ayrı-ayrı  ölkələrin  rəqabət  qabiliyyətinin  və  ixtisaslaşmasının  əsasını 

təşkil edir. 

Ənənəvi  təbiət  və  mədəniyyət  resursları  turistlərin  cəlb  olunmasının  ən 

mühüm amilləridir. Bu resurslar əsasən dəyişmir və onlarla zəngin olan ölkələrə 

üstünlük təmin edir. Onlar bəşər tarixi ərzində böyük mədəni potensial toplamış 

Avropa  dövlətlərinin  kütləvi  turizmi  üçün  ənənəvi  cəlbediciliyin  əsasıdır. 

Bununla  yanaşı,  Karib  dənizi  hövzəsi  ölkələri.  Şimali  Afrika  və  Asiya-Sakit 

Okean  regionunun  ixrac  alternativi  olmayan  yaxud  əsas  xammal  növlərinin 

ixracının  azalması  təhlükəsi  ilə  qarşılaşan  inkişaf  etməkdə  olan  ölkələri  öz 

təbiətinin  üstünlüklərindən  və  ucuz  işçi  qüvvəsindən  istifadə  hesabına  rəqabət 

qabiliyyətli turizm sənayesini genişləndirir. Son iki onillikdə Malayziya, Tailand 

və  İndoneziyada  ixracın  şaxələndirilməsi  nöqteyi-  nəzərindən  ən  etibarlı 

alternativ  kimi,  beynəlxalq  turizmin  inkişafı  dəstəklənirdi;  yuxarıda  qeyd 

etdiyimiz kimi, XXI əsrin ilk illərində turizmin gətirdiyi gəlirlər həmin ölkələrin 

ənənəvi  ixrac  maddələrindən:  palma  yağından  və  xam  neftdən  əldə  olunan 

gəlirlərdən  artıq  olmuşdur;  2003-2005-ci  illərdə  bu  meyil  daha  da 

möhkəmlənmişdi. 

Turizm  xidmətlərinin  təklifi,  ilk  növbədə,  turistlərin  yerləşdirilməsi 

vasitələrinin  tutumundan  və  keyfiyyətindən,  infrastrukturdan,  onlara  xidmət 

göstərilməsinin  başqa  vasitələrindən  asılıdır.  Beynəlxalq  səyahətlər  üçün 

nəqliyyat imkanları xüsusi əhəmiyyət kəsb edir. Bütün bu amillərin inkişafı üçün 

isə iri məbləğdə kapital qoyuluşları tələb edilir. İnkişaf etmiş ölkələrin, bir qayda 

kimi, yüksək səviyyəli infrastrukturu vardır. Onun elementlərinin bir çoxundan, 

məsələn,  otellərdən  və  nəqliyyatdan  turizmlə  yanaşı,  başqa  məqsədlər  üçün  də 

istifadə  olunur.  Eyni  zamanda,  daxili  bazarda  turizmə  böyük  tələbat  müstəsna 

olaraq  bu  məqsəd  üçün  vasitələrin  və  obyektlərin  yaradılmasını  stimullaşdırır. 

Buna baxmayaraq, inkişaf etmiş dövlətlərin əksəriyyətində, xüsusilə də çoxsaylı 

səyyahları qəbul edən ölkələrdə mövsümün ən gərgin vaxtında hava limanları və 

yol  nəqliyyatı  həddən  artıq  yükləndiyindən,  bu  cür  problemlərin  aradan 

qaldırılması üçün əlavə səylər tələb olunur. 

İnkişaf  etməkdə  olan  ölkələrin  çoxunda  və  MDB-də  turistlərin  qəbul 

olunması  vasitələrinin  tələblərə  cavab  verməməsi  və  infrastrukturun  qüsurları 

turizm sənayesinin inkişafını ləngidir. Bu ölkələrin həmin sahələrə lazım olan 

279 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə