Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə113/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   109   110   111   112   113   114   115   116   ...   306

investisiyalar yönəltmək üçün vəsaitləri çatışmır. Məsələn, Afrikada, Cənubi və 

Qərbi  Asiyada  əksər  hallarda  turist  səyahətlərinə  tələbatın  əsas  mərkəzləri  ilə 

birbaşa hava əlaqəsi yoxdur, yol-nəqliyyat şəbəkəsinin qeyri-məqbul vəziyyəti isə 

sosial-iqtisadi  inkişafın,  ümumi^/yətlə,  aşağı  olduğunu  əks  etdirir.  Cənub-Şərqi 

Asiyanın  iqtisadiyyatı  dinamik  inkişaf  edən  və  infrastrukturu  daha  yüksək 

səviyyədə  olan  ölkələrində  səyyah  axınlarının  sürətli  artımı,  inkişaf  etmiş 

ölkələrdə olduğu kimi, onların imkanlarını üstələyir. 

İnkişaf etməkdə olan ölkələrin  çoxunda və keçid iqtisadiyyatlı  ölkələrdə 

mehmanxana xidmətləri səviyyəsinin qeyri-qənaətbəxşliyi, kompleks turlar təşkil 

edən iri xarici turizm operatorları ilə danışıqlar apararkən özləri üçün daha sərfəli 

şərtlər əldə etmək imkanlarının məhdudluğu səbəbindən bir turistdən əldə edilən 

gəlirlərin  həcmi  cüzidir.  Hər  turist  üzrə  hesablanan  mədaxillərin  azlığı  həmin 

ölkələrin yüksək keyfiyyətli xidmət üçün lazım olan maliyyələşməni təmin etmək 

qabiliyyətinə mənfi təsir göstərir. Ancaq inkişaf etməkdə olan ölkələrin bəzisində, 

turizmin  genişlənməsində  və  onun  marketinqində  transmilli  mehmanxanalar 

şəbəkələri  böyük  rol  oynayır.  Daha  yüksək  təşkilatçılıq  səviyyəsi,  xidmətlərin 

keyfiyyətinin  sabitliyi  və  yaxşı  tənzimlənmiş qlobal  satış şəbəkəsi  onlara turist 

axınını lazımi səviyyədə saxlamağa imkan verir.  İnkişaf etməkdə olan ölkələrə 

maliyyə  və  texniki  yardım  göstərməklə,  idarəçilik  təcrübəsini  və  nou-haunu 

verməklə, onlar bu ölkələrə turizm sənayesini müasir səviyyədə qurmaq üçün öz 

potensialını  yaratmaqda  kömək  edə  bilər.  Amma  buradakı  rəqabətin  kifayət 

dərəcədə  kəskin  olduğuna  və  fırmalann  fayda  əldə  edə  bilməyəcəyi  halda  öz 

biliklərini potensial rəqiblərinə könülsüz verdiyinə görə bu, yalnız fərzİ5^ədir. 

Dövlətin  rolu.  Hökumət  turizm  sənayesinin  inkişafında  mühüm  rol 

oynayır.  Belə  ki,  inkişaf  etməkdə  olan  ölkələrin  çoxu  xarici  vaİ5mtanm  əldə 

edilməsinin və ixrac bazasının genişləndirilməsinin strateji mühüm sektoru olan 

turizmin  artması  üçün  məqsədyönlü  səylər  göstərir.  Bu  məqsədlə  onlar  turist 

axınlarının  gəldiyi  ölkələrlə  hava  əlaqəsini  yaxşılaşdırır,  xidmətlərin  yeni 

növlərini  işləyib  hazırlayır,  xarici  valyutaların  mübadiləsi  rejimini  daha  da 

sadələşdirir,  öz  valyutasının  devalvasiyasını  həyata  keçirir,  turistlərin 

yerləşdirilməsi  və  turizm  sektorunun  özəlləşdirilməsi  üzrə  güzəştli  tariflər 

müəyyən  edirlər.  Onlar  investisiya  xarakterli  kapitalın  çatışmazlığını  aradan 

qaldırmaq  üçün  xarici  investorların  cəlb  olunmasını  stimullaşdırır  və  müştərək 

müəssisələrin yaradılması məqsədilə güzəştlər təyin edirlər. 

Regional inteqrasiya üzrə səylərin gücləndirilməsi mənasında hökumətlər 

280 



regiondaxili səyahətlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa, nəqliyyatı 

tənzimləməyə,  öz  qanunlarını  və  qaydalarını  razılaşdınnağa,  ümumi  strategiya 

işləyib hazırlamağa cəhd edir. Onlar regional turizmin resurslarını birləşdinnək, 

daha cəlbedici olan müştərək turizm xidmətləri kompleksi təklif etmək, regional 

infrastrukturu  inkişaf  etdinnək,  regionun  ekologiyasını  mühafizə  etmək  və  öz 

turizm  xidmətlərini  reklamlaşdırmaq  məqsədilə  əməkdaşlığı  daha  da 

genişləndirir. 

Turizm  sənayesinin  qloballaşması.  Sürətlə  inkişaf  edən  qloballaşma  və 

regional  inteqrasiya  prosesləri  birbaşa  və  dolayısı  ilə  turist-səyyahların  axıb 

gəlməsinə  səbəb  olur.  Tələbatın  təmin  olunması  baxımından  insanların 

yerdəyişməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və iqtisadiyyatın 

tənzimlənməsi  normalarına  yenidən  baxılması  hərəkət  sərbəstliyini  artırır  və 

bununla  da  səyahətlər  bazarını  genişləndirir.  Təklif  baxımından  bunlar  bazara 

xarici  rəqiblərin  buraxılması  sayəsində  turizm  sənayesinin  rentabelliyini  və 

rəqabət qabiliyyətini yüksəldir, habelə xarici kapital, informasiya texnologiyaları, 

hava  xətlərinin  müasir  şəbəkələri,  idarəçilik  təcrübəsi  və  ixtisaslı  işçi  qüvvəsi 

kimi  xarici  resurslann  əlçatanlığmı  asanlaşdırır.  Amma  inkişaf  səviyyəsindən, 

iqtisadiyyatının strukturundan və dövlət idarəçiliyinin xarakterindən asılı olaraq, 

bu amillərin təsir dərəcəsi ölkələr üzrə müxtəlif olacaqdır. Bu sahədəki maneələr 

yüksək,  ölkələr  arasındakı  fərqlər  əhəmi)^ətli  olduğundan,  beynəlxalq 

səyahətlərin liberallaşdırılması potensial fayda götürülməsini vəd edir. 

Sahibkarlıq  fəalİ3^ətinin  ölkədən-ölkəyə  daha  sərbəst  yerdəyişməsi  və 

qloballaşma  nəticəsində  rəqabətin  güclənməsi  çox  vaxt  nəzarətin  az  sayda  iri 

transmilli  mehmanxana  konsernlərinin  əlində  cəmləşməsinə  səbəb  olur.  Güclü 

rəqabət qabiliyyətinə malik olan bu cür iri mehmanxanalar şəbəkələrinin, adətən, 

təşkilati  səviyyəsi  zəif,  kapital,  idarəçilik  təcrübəsi  və  marketinq  baxımından 

əlverişsiz mövqedə olan kiçik yerli mehmanxanalar üzərində dominantlıq edəcəyi 

təhlükəsi vardır. Turizm sənayesinin əsasən çoxsaylı xırda müəssisələrlə təmsil 

olunduğu  Fransa,  İtaliya  və  Böyük  Britaniya  kimi  ölkələrdə  qloballaşma  buna 

əhəmiyyətli  təsir  göstərə  bilər.  İnkişaf  etməkdə  olan  ölkələrdə  də  yerli 

sahibkarlara 

məxsus 

olan 


mehmanxanalardakı 

vəziyyət 

bənzərdir. 

Müflisləşməmək  üçün  kiçik  fınnalar  ən  iri  mehmanxana  konsernləri  ilə  əsasən 

françayzinq müqavilələri və idarəçilik haqqında müqavilələri bağlamaq yolu ilə 

strateji ittifaqa girməyə çalışır yaxud turistlərin konkret tələbatını ödəməklə bazar 

«boşluqlarma» xidmət sahəsində ixtisaslaşır. Bunun 

281 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə