Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə115/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   111   112   113   114   115   116   117   118   ...   306

etmiş  və  sürətlə  tərəqqi  edən  ölkələrdə  bunun  çatışmazlığı  arasında  qeyri- 

mütənasibliyin artması, urbanizasiya, əhalinin qocalması, ətraf mühitdə baş verən 

arzuolunmaz dəyişikliklər, təbii fəlakətlərdir. 

Hesabat  müəlliflərinin  rəyinə  görə,  bu  qlobal  çağırışa  adekvat  cavab 

vemıək  üçün  bütün  ölkələrin  hökumətləri  əvvəlcədən  zəruri  tədbirlər  işləyib 

hazırlamalı,  müvafiq  malİ3^ə  və  insan  resurslarının  ehtiyatlarını  yaratmalıdır. 

Yalnız  bu  yolla  miqrasiyadan  maksimum  faydalı  nəticə  əldə  etmək  və  onunla 

bağlı  olan  mənfi  təzahürlərin  qarşısını  almaq  mümkündür.  Hesabatda  tövsiyə 

olunan  tədbirlər  miqrantlarm  mənşə,  təyinat  və  tranziti  ölkələri  arasında 

əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini, miqrasiya siyasətinin bütün 

səviyyələrində qısa və uzunmüddətli məqsədlərin dəqiq müəyyənləş- dirilməsini, 

miqrasiya  proseslərinin  idarə  olunmasının  hüquqi  bazasının  yaradılmasını, 

statistik məlumatlarla daha çevik mübadilə edilməsini və onların dəqiq seçiminin 

təmin olunmasını, müxtəlif monitorinq sistemlərinin yaradılmasını nəzərdə tutur. 

Hesabatın müəlliflərinin rəyinə görə, bu məqsədlərə çatmaq üçün hazırda gözəl 

şanslar  mövcuddur.  Hesabatın  mühüm  məqamlarından  biri,  əmək  resurslarının 

hərəkətinin  mütəhərrikliyinə  və  bununla  da  ayrı-ayrı  ölkələrin  iqtisadi,  sosial 

inkişafına  mənfi  təsir  göstərə  bildiyinə  görə,  miqrasiyanın  süni  surətdə 

məhdudlaşdırılması  tədbirlərinin  həyata  keçirilməsinə  nəinki  bəraət 

qazandırılmaması, hətta tövsiyə edilməməsidir.' 

Düşünürəm  ki,  «Dünya  Miqrasiya  Hesabatı  2010»  bütövlükdə,  o 

cümlədən  Rusiya  şəraitində  və  postsovet  məkanında  miqrasiyanın  mürəkkəb 

problemlərinin gələcək təhlili üçün kifayət qədər geniş və keyfiyyətli material 

verir. 


Xülasə 

•  Beynəlxalq  ticarətin  ümumdünya  sistemində  beynəlxalq  biznes 

xidmətləri və beynəlxalq  turizm mühüm  yer tutur. Son  onilliklərdə beynəlxalq 

biznes  xidmətləri  xüsusi  sürətlə  inkişaf  edir,  özü  də  müştəriyə  təklif  olunan 

xidmətlərin  sayı  çoxsaylı  amillərlə  müəyyən  olunur.  «Biznes  xidmətləri»nin 

təhlilinin  predmeti  mallarla  klassik  ticarətlə  müqayisədə  daha  mürəkkəbdir  və 

insanların yeni tələbatlarına uyğun olaraq təklif edilən biznes xidmətlərinin çeşidi 

genişləndikcə,  daha  da  çətinləşir.  Beynəlxalq  bazarda  təklif  olunan  biznes 

xidmətlərinin çoxu «duyulmayan» aktiv, yəni əqli mülkiyyətin bir 

Сафронов С.В. Все о миграции в мире // Независимая газета, 2011. 19 янв. С.6. 

285 



hissəsidir və istehsalçı-şirkətə həmin xidməti satarkən rəqabət üstünlükləri təmin 

edir. 


 

Biznes  xidmətlərinin  inkişafının  intensivliyi  baxımından,  sözsüz  ki, 



informasiya texnologiyaları və rabitə ilə bağlılığı olan xidmətlər birinci yerdədir 

və  bu,  malların,  kapitalların  yerdəyişməsi,  habelə  yüklərin  və  sərnişinlərin 

daşınmasının  nəqliyyat  təminatı  üçün  böyük  əhəmiyyətə  malikdir.  Güman  ki, 

biznes xidmətlərinin bu istiqaməti artıq yaxın illərdə menecmentlə əlaqədar olan 

xidmətlərlə birlikdə dinamik inkişaf edəcəkdir. Beynəlmiləlləşmə proseslərinin 

dərinləşməsi, beynəlxalq əmək bölgüsü, elmi-texniki tərəqqi, həyat səviyyəsinin 

yüksəlməsi  və  başqa  struktur  amilləri  xidmətlər sənayesinin,  0  cümlədən  onun 

beynəlxalq  turizm  kimi  sahəsinin  fonnalaşmasmda  getdikcə  güclənən  rol 

oynamağa başlayır. 

 



TMK-nm 

beynəlxalq  istehsalının  sürətli  inkişafı,  sahibkarlıq 

fəaliyyətinin  yerdəyişməsi,  beynəlxalq  ticarətin  mürəkkəbləşməsi,  maliyyə 

axınlarının 

intensivləşməsi, 

nəqliyyat 

vasitələrinin 

və 


informasiya 

texnologiyalarının  yayılınası  beynəlxalq  biznes  xidmətlərinin  yeni  növlərini 

yaradır. 

 



Beynəlxalq  səyahətlərin  artımına  inkişaf  etməkdə  olan  və  keçid 

iqtisadiyyatı  ölkələrində  varlı  orta  təbəqənin  formalaşması,  inkişaf  etmiş 

ölkələrdə  zövqlərin  və  həyat  tərzinin  dəyişməsi,  turizm  sahəsində  yeni  xidmət 

növlərinin təklif olunması və bunun marketinqi getdikcə daha çox təsir göstərir. 

Gözlənildiyi  kimi,  bütün  bunlar  rəqabətin  stimullaşdırılması,  rentabelliyin  və 

keyfiyyətin yüksəlməsi, təklif olunan xidmətlər spektrinin genişləndirilməsi yolu 

ilə  beynəlxalq  səyahətlərin  gələcək  sürətli  inkişafını  təmin  etməlidir.  İnkişaf 

etmiş  ölkələr  tənzimləmniş  daxili  turizm  sənayesinin  və  infrastrukturun 

mövcudluğu,  qabaqcıl  texnologiyalardan,  insan  və  maliyyə  resurslarının  daha 

səmərəli  istifadə  olunması  sayəsində  bu  sahəni  gələcəkdə  də  genişləndirmək 

imkanlarına  malikdir.  Yüksək  rəqabət  qabiliyyəti  olan  mehmanxana 

konsernlərinin,  hava  xətlərinin  və  səyahət  bürolarının  getdikcə  genişlənən 

şəbəkəsi infonnasiya sistemlərinin qloballaşması ilə birlikdə, gələcəkdə də əcnəbi 

turistlərin həmin ölkələrə cəlb olunmasına imkan verəcək. 

 

Turizmin  yeni  istiqamətləri  inkişaf  etmiş  ölkələrdə  təklif  edilən 



xidmətlərin  təkmilləşdirilməsi,  bazarın  seqmentləşdirilməsi  və  xidmət 

keyfiyyətinin yüksəldilməsi üzrə daha böyük potensialın mövcudluğu sayəsində 

artım  üçün  əlavə  imkanlar  açır.  Turizmin  yeni,  yüksək  keyfiyyətli  və  xüsusi 

maraqlar  nəzərə  alınmaqla  daha  çox  diferensiallaşdırılmış  məhsulları  onları 

nisbətən baha qiymətlə satmaq imkanı yaradır və həmin ölkələrə mütləq 

286 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə