Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə116/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   112   113   114   115   116   117   118   119   ...   306

üstünlük təmin edir. Bu istiqamətlərdə onlar xidmətləri  diferensiallaşdımıaq və 

keyfiyyətini yüksəltmək yolu ilə inkişaf etməkdə olan ölkələrin az maaş alan işçi 

qüvvəsi ilə rəqabət apara bilir. Bazarın müəyyən «boşluqlarma» xidmət sahəsində 

ixtisaslaşmaqla, bu ölkələrin kiçik firmaları hətta amansız rəqabət şəraitində belə, 

salamat qala bilir. 

 



Turizm  üçün  böyük  resurslara  və  ucuz  işçi  qüvvəsinə  malik  inkişaf 

etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin çoxunda, ehtimal ki, bu sahə xarici 

valyuta  mədaxillərinin  alternativ  strateji  mənbəyi  olacaqdır.  Belə  ki,  coğrafi 

cəhətdən  turizmin  əsas  mənbələrindən  uzaqda  yerləşən  inkişaf  etməkdə  olan 

ölkələrlə hava əlaqəsinin müasir vasitələri tətbiq olunduqdan sonra onlar tezliklə 

dünya səyahətlər bazarında yeni rəqabət qabiliyyətli bölgələrə çevrilə bilər. 

 

Turizm  müəssisələrinin  və  onlarla  əlaqədar  olan  maliyyə  kapitalının 



nisbətən  sərbəst  yerdəyişməsi  inkişaf  etməkdə  olan  və  keçid  iqtisadiyyatlı 

ölkələrdə səyahətlər sənayesinin inkişafının maliyyələşdirilməsindəki çətinlikləri 

aradan qaldırmağa yardım edəcək. Məsələn, transmilli mehmanxanalar şəbəkəsi 

genişlənəcək, onların kapitalı və təcrübəsi isə ucuz yerli işçi qüvvəsi və turizmin 

təbii  resursları  ilə  qovuşaraq,  regionlarda  turizm  sənayesinin  rəqabət 

qabiliyyətinin  yüksəlməsinə  səbəb  olacaq.  Bu  transmilli  şəbəkələr,  həmçinin, 

marketinq  baxımından  da  üstünlüklər  təmin  edəcək.  Lakin  transmilli 

mehmanxanalar şəbəkəsinin yerli turizm sənayesinə verə biləcəyi töhfə onlar və 

yerli  mehmanxanalar  arasında  bağlanılan  müqavilələrin  real  məzmunundan 

asılıdır. 

 

Beynəlxalq  turizm  səyahətlərinin  liberallaşdırılması  və  şirkətlərin,  o 



cümlədən  turizm  sənayesinin  transmilliləşməsi,  regional  və  beynəlxalq 

institusional  müqavilələrlə  birlikdə  qlobal  turizm  bazarının  daha  da 

genişlənməsinə  və  milli  sərhədlərin  şəffaflığının  artmasına  imkan  yaradacaq. 

Artıq beynəlxalq səyahətlərin qiyməti potensial turist kütləsi üçün əlçatan olmuş, 

ölkədən-ölkəyə  yerdəyişmə  zamanı  yoldaolma  müddəti  qısalmışdır.  Turizm 

operatorları səyahətin qiymətini və vaxtını optimallaşdırmaq üçün bir turda bir 

neçə  təyinat  məntəqəsini  coğrafi  yaxınlıq  və  turizm  imkanlarının  bir-  birini 

tamamlama  baxımından  birləşdirdiyinə  görə,  çox  ölkəni  əhatə  edən  kompleks 

turlar  ölkələrin  ixtisaslaşması  arasındakı  sərhədləri  silmişdir.  Həyat  tərzindəki 

fərqlər,  rifahın  yüksəlməsi,  demoqrafik  dəyişikliklər  və  uzun  məsafələr  üçün 

nəzərdə  tutulan  xidmətlərin  yayılması,  şübhəsiz  ki,  XXI  əsrdə  səyahətlərin 

inkişafına öz təsirini göstərməlidir. 

287 



• MDB üzvü olan ölkələrin, demək olar ki, hamısı xarici turistləri qəbul 

etmək üçün potensial imkanlara malikdir. Ancaq infrastrukturun onlara xas olan 

geriliyi,  hələlik  bu  potensialı  reallaşdırmağa  imkan  vermir.  Birliyin  daxili 

potensialı da istifadəsiz qalır. Səbəblər göz qabağındadır: 1996-cı ildə MDB- nin 

Beynəlxalq  Turizm  Assosiasiyası  tərəfindən  «MDB  iştirakçısı  olan  ölkələr 

arasında  turizm  əlaqələrinin  inkişafı  haqqında»  Dövlətlərarası  Məqsədli 

Proqramının  hazırlanmasına  baxmayaraq,  qiymətlərin  əsaslandırılmadan 

bahalaşması,  şəxsi  təhlükəsizliyə  təhdidlərin  güclənməsi,  istirahət  üçün  lazımi 

şəraitin  olmaması  və  s.  MDB  daxilində,  o  cümlədən  Rusiyada  (bu,  xüsusilə 

Moskvaya aiddir) səyahətlərin sayının azalmasına və turistlərin xarici ölkələrə üz 

tutmasına səbəb olmuşdur. Bu isə, əldən buraxılmış gəlir şəklində maliyyə itkiləri 

ilə nəticələnir. 



Yoxlama sualları 

1.

 



Beynəlxalq  biznes  xidmətlərinin  mahiyyəti  və  məzmunu  nədən 

ibarətdir, onların hansı növləri var? Biznes və kommersiya xidmətləri ilə ticarətin 

artımının səbəbləri nədir? Dünya üzrə xidmətlərin ixracının strukturu və onların 

miqyası necədir? 

2.

 

Biznes xidmətlərinin formaları hansılardır? 



3.

 

Biznes  xidmətləri  inkişaf  etmiş,  inkişaf  etməkdə  olan  və  keçid 



iqtisadiyyatlı  ölkələrdə  necə  yayılır?  Xidmətlərin  ölkələr  üzrə  cəmləşməsin! 

xarakterizə edin. 

4.

 

Xidmətlərlə beynəlxalq ticarətin xüsusiyyətləri özünü nədə büruzə 



verir? 

5.

 



Xarici  ticarətə  xidmətlər  göstərilməsi  ilə  bağlı  olan  nəqliyyat 

xidmətlərinin  rolu  nədədir?  Nəqliyyat  xidmətlərinin  göstərilməsində 

«İnkotenns-2010» sənədinin əhəmiyyəti nədən ibarətdir? 

6.

 



Konosamentin mahiyyətini izah edin və onun növlərini sadalayın. 

7.

 



İnformasiya,  İnternet,  rabitə  xidmətləri,  proqram  təminatı  sahəsində 

xidmətlərin məzmununu izah edin. 

8.

 

Beynəlxalq  ticarətdə  turizm  sektorunu  təhlil  edin,  onun  əhəmiyyətini 



müəyyənləşdirin. 

9.

 



Beynəlxalq  turizm  məsələlərini  təhlil  edərkən  hansı  metodlardan 

istifadə olunur? 2001-2010-cu illərdə beynəlxalq turizmdə hansı meyillər üstün 



288 


olmuşdur? Beynəlxalq turizmin uçotu iqtisadi artıma necə təsir göstərir? 

10.


 

2001-2010-cu  illərdə  beynəlxalq  turizmin  əsas  göstəricilərinin 

təhlilini  verin  və  beynəlxalq  turizm  səfərlərinin  ölkələr  üzrə  mərkəzləşməsin! 

göstərin. 

11.

 

Beynəlxalq  səfərlərə  tələbat  necə  fonnalaşır?  Turizm  xidmətlərinin 



təklifinin amilləri, tələbatın keyfiyyəti amilləri hansılardır? Turizm sənayesinin 

qloballaşmasının mahiyyəti nədədir? 



Referatlann mövzuları 

1.

 



Be)məlxalq  ticari-iqtisadi  fəaliyyətdə  biznes  xidmətləri  anlayışı  və 

onun məzmunu 

2.

 

Beynəlxalq səyahətlər (turizm) anlayışı və onun məzmunu 



3.

 

Dünya regionlarında biznes xidmətlərinin ümumi xarakteristikası 



4.

 

Beynəlxalq  turizmin  ümumi  xarakteristikası  və  2001-2010-cu  illərdə 



ona təsir göstərən amillər. Coğrafiya, göstəricilər 

5.

 



Biznes  xidmətlərinin  fonnaları,  növləri  və  tipləri.  Xidmətlərin  yeni 

fonnaları 



289 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə