Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə118/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   114   115   116   117   118   119   120   121   ...   306

mühüm elementidir. 

Qiymətin  valyutası.

 

Çox  vaxt  kontraktda  qiymət  ixracatçı  və  ya  idxalçı 

dövlətin valyutası ilə, amma, bir qayda kimi, onu «üçüncü» ölkənin valyutasına 

(daha dayanıqlı olan) «bağlamaqla» ifadə olunur. 



Qiymətin  təsbitohmma  üsulu.

 

Kontraktda  qiymətin  təsbit  edilməsindən 

asılı  olaraq,  onun  aşağıdakı  növləri  fərqləndirilir:  möhkəm,  dəyişkən,  sürüşən 

(sonradan təsbit olunmaqla). Bu qiymətlərdən hər birində müəyyən qeyd-şərt ola 

bilər və bundan əsasən dəyişkən qiymətlərdə istifadə edilir. Adətən, kontraktda 

bazar  qiymətindən  kənarlaşmasına  yol  verilən,  2-5%  civarmda  minimum 

göstərilir. 

Kontrakt  qiymətinin  əmələ  gəlməsində  ixracatçı  və  idxalçı.

 

İxracatçı  və 

idxalçı  qiymətqoyına  məsələlərində  bir-birinə  əks  olan  maraqlar  mövqeyindən 

çıxış etdiklərinə görə, onların kontrakt qiymətinin əmələ gəlməsində rolu və buna 

müvafiq  olaraq  yanaşmaları  da  fərqlidir.  Hər  bir  tərəf,  ilk  növbədə,  zərərdən 

yayınmağa,  ikincisi,  faydalanmağa,  mənfəət  əldə  etməyə  çalışır.  Buna  görə  də 

müqavilənin yerinə yetirilməsinə təsir göstərə biləcək çoxsaylı amillər (nəqliyyat 

xərcləri,  rüsumlar,  maliyyələşdirmə  və  sığorta  xərcləri,  komissiya  mükafatları, 

malın qablaşdırılması, gözlənilməz xərclər və s.) nəzərə alınır. 

Xarici ticarətdə qiymətlərin müəyyənləşdirilməsi üsulları. Xarici ticarət 

təcrübəsində qiymətin təyin olunmasının iki metodundan istifadə olunur. Birinci 

metoda  müvafiq  olaraq,  tam  istehsal  məsrəfləri  hesablanır  və  əldə  olunan 

məbləğin  üzərinə  müə5^ən  firmanın  mənfəət  şəklində  əldə  etməyi  nəzərdə 

tutduğu  faiz  əlavəsi  artırılır.  İkinci  metod  son  hüdud  məsrəflərindən  istifadə 

olunmasına əsaslanır; bu halda yalnız xarici bazara çıxarılan əmtəənin istehsalı 

ilə birbaşa bağlı olan xərclər nəzərə alınır. 

Qiymətlərin iki qrupu. Dünya qijmıətləri iki böyük qrupa bölünür: 

1)

 



emal sənayesi məhsullarının qiymətləri

2)

 



xammalın qiymətləri. 

Birinci  qrupun  qiymətləri  daxili  qi)mıətlərə  ümumi  istiqamət 

götürülməklə, iri firmaların ixrac qiymətləri əsasında formalaşır. İkinci  qrupun 

qiymətləri müəyyənləşdirilərkən, beynəlxalq bazarlarda tələb və təklif arasındakı 

nisbət, habelə xammalı ixrac yaxud idxal edən iri firmaların qiymətləri əsas rol 

oynayır. Xammal üçün dünya qiymətləri qismində onun əsas istehsalçılarının və 

ABŞ, Çin, Qərbi Avropa ölkələri bazarlarının qiymətləri əsas götürülür. Məsələn, 

iri  birjaların  və  hərracların  qiymətləri  (əlvan  metalların  qiymətlərini  London 

Əlvan Metallar Birjası təyin edir), 

293 



əslində,  müvafiq  malların,  OPEK-in  qiymətləri  (kvotaların  müəyyən  olunması 

vasitəsilə) isə neftin dünya qiymətidir. 



Vahid  (dünya)  qiyməti  Qanunu  belə  müddəaya  əsaslanır  ki,  nəqliyyat 

xərcləri  və  rəsmi  ticarət  maneələri  (rüsumlar)  olmadıqda,  mallar  müxtəlif 

ölkələrin  konkret  bazarlarında  eyni  valyuta  ilə  ifadə  olunan  eyni  qiymətə 

satılmalıdır. Vahid qiymətin düstum aşağıdakı kimi ifadə olunur: 



PL = {Es/ E) X Pi 

Burada - i malının ABŞ-da satılarkən dollarla qiyməti



Pg - malın müvafiq qiymətinin avro ilə ifadəsi

E^f E - malın Amerika və Avropa qiymətlərinin nisbəti. 

Bu halda vahid qiymət Qanunu i malının dollar qiymətinin dünyanın hansı 

yerində satılmasından asılı olmayaraq, eyni olacağını ehtimal edir. 

Xarici  ticarət  qiymətlərinə  dövlətin  təsiri.  Dövlətin  daxili  qiymətlərin 

tənzimlənməsi və ixracın subsidiyalaşdırılması, idxalın dəstəklənməsi, gömrük- 

tarif  siyasətinin  həyata  keçirilməsi  sahəsində  gördüyü  tədbirlər  xarici  ticarət 

qiymətlərinə güclü təsir göstərir. Dövlət daxili bazarın qiymətlərini əsasən iki alət 

vasitəsilə: istehsalçılara satış qiymətlərinin səviyyəsinə dair zəmanət verməklə və 

istehsal  xərclərinin  ödənilməsinə  subsidiyalar  verməklə  tənzimləyir.  ABŞ-da 

kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsini və Aİ-nin aqrar siyasətini 

buna  nümunə  göstərmək  olar.  ABŞ-da  qiymətlər  zəmanət  verilmiş  səviyyədən 

aşağı olduğu halda dövlət subsidiya verir. Zəmanət verilmiş qiymətlər üzrə xüsusi 

dövlət komissiyası istehsalçılardan kənd təsərrüfatı məhsullarını girov kimi qəbul 

edir.  Bazar  qiyməti  zəmanət  verilmiş  qiymətdən  yuxarı  olduqda,  istehsalçı 

məhsulu  satın  alaraq  bazarda  satır,  bazar  qiyməti  zəmanət  qiymətindən  ucuz 

olduqda  isə  mallar  dövlət  təşkilatının  mülkiyyətinə  keçir.  Avropa  İttifaqmin 

konsolidə  edilmiş  büdcəsinin  təqribən 



'/3 

hissəsi  Aİ  ölkələrində  kənd  təsərrüfatı 

istehsalının və heyvandarlığın dəstəklənməsinə yönəldilir. Bütün bunlar qiymətin 

əmələ  gəlməsinə  güclü  təsir  göstərir  və  onun  təbii  xarakterini  deformasiyaya 

uğradır. 

Gizli  alyanslar. Satılan məhsulun qiymətinin əmələ gəlməsinin xarakteri 

və təcrübəsi göstərir ki, ixracatçılar istənilən qərarları, o cümlədən: qiymətin təyin 

olunması,  istehsal  həcminin  müəyyənləşdirilməsi,  investisiyalar  və  s.  qəbul 

etməzdən əvvəl rəqiblərin reaksiyasını öyrənməlidir. Dünya qiymət- 



294 


lərinin əmələ gəlməsi məsələlərində nisbi sabitliyin qomnub saxlanmasında əsas 

rəqiblərin  qeyri-rəsmi  razılaşmaları  mühüm  rol  oynayır.  Xüsusi  danışıqlar 

zamanı qiymətlərin təsbit olunması, satış bazarlarının bölgüsü, istehsalın həcminə 

dair razılaşmalar əldə edilir. Bunlar oliqopoliyanm çox vaxt aydın fırıldaqçılığa 

bərabər  olan  gizli  yaxud  aşkar  sövdələşmələridir.  Gizli  sövdələşmələr  əksər 

hallarda məxfi qalır (bunlar çox vaxt dostluq şəraitində keçən naharlarda və şam 

yeməklərində  əldə  olunan  centlmen  razılaşmaları  adlandırılır);  aşkar  fonnalara 

gəldikdə isə buna ən parlaq klassik nümunə 1970- ci illərdən başlayaraq dünya 

neft bazarında qiymətləri tənzimləyən OPEK-dir. 

Kartelhr.  Bir  çox  hallarda  dünya  bazarında  əlaqələndirmənin  zəruriliyi 

nəticəsində  kifayət  dərəcədə  yüksək  səmərəliliklə  təsir  göstənnək  imkanı  olan 

xüsusi  mexanizmlər  yaradılırdı.  Bu  mexanizmin  yaxşı  məlum  olan  forması 

istehsal həcmi və qiymət siyasəti barədə razılığın əldə edilməsini nəzərdə tutan 

karteldir.  Şirkətlər  qiymətlərin  təsbit  olunmuş  səviyyəsini  saxlamaq  üçün  satış 

bazarlarının bölüşdürülməsi barədə razılığa gəlir. Buna klassik nümunə yenə də 

OPEK-dir. 

Bu  cür  mexanizmlərin  işində  iştirak  edən  şirkətlər  üçün  mənfəətin 

maksimum  həddə  çatdırılması  səciyyəvidir,  onların  hərəkətləri  isə  xalis 

inhisarların hərəkətlərinə bənzəyir. 



Dempinq. Ucuz qiymətlərin (ölkədə buraxılan malların maya dəyərindən 

aşağı) təyin olunması, adətən, dempinq adlandırılır. Ölkələrin çoxunda malların 

dempinq  qiymətləri  ilə  idxalı  qanunvericiliklə  qadağan  edilmişdir.  Bu 

qanunvericilik,  adətən,  idxal  edilən  mallar  ölkədəki  istehsalı  pozduğu  hallarda 

tətbiq olunur. Əgər həmin mallar ölkədə buraxılmırsa, dempinqin idxal edən ölkə 

üçün  yeganə  nəticəsi  istehlakçıların  bu  üsulla  subsidiyalaşdırılması  olacaqdır. 

Məhsulu  istehsal  edən  ölkəyə  gəldikdə  isə  onun  istehlakçıları  və  vergi 

tədiyyəçiləri  əslində  xarici  ölkələri  subsidiyalaşdırdıqlarını  nadir  hallarda  dərk 

edirlər. ABŞ-m antidempinq qanunvericiliyi son dərəcə ziddiyyətlidir. Məsələn, 

valyuta  məzənnələrinin  tərəddüdü  daha  böyük  fərq  yarada  bildiyi  halda,  ixrac 

qiyməti ölkədəki qiymətdən 0,5% ucuz olarsa, firma cərimələnə bilər. Ticarətə 

dövlət  tərəfindən  təsir  göstərilməsinin  zəruriliyini  əsaslandıran  dəlillərdən  biri, 

optimal tarif nəzərİ3^əsidir. Bu nəzəriyyə xarici istehsalçının məhsulu vergilərə 

cəlb  olunduğu  halda  onun  qiymətinin  ucuzlaşdırılacağını  iddia  edir;  bu  halda 

xeyir  idxalçı  ölkəyə  keçəcəkdir.  Xarici  istehsalçı  məhsulunun  qiymətini 

ucuzlaşdıranadək, xeyir idxalçı ölkə tərəfə meyil göstərəcək və gömrük vergisi 

optimal kimi nəzərdən keçiriləcəkdir. Məlumdur 

295 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə