Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə119/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   115   116   117   118   119   120   121   122   ...   306

ki,  istənilən  ölkənin  öz  xarici  ticarətinə  təsir  göstənnək  istiqamətində  atdığı 

addımlar  həmişə  xaricdə  müvafiq  reaksiya  doğurur  və  başqa  ölkələrin 

hökumətləri  arzulanan  məqsədlərə  nail  olunması  yolunda  maneəyə  çevrilən 

cavab  tədbirləri  həyata  keçirir.  Buna  görə  də  xarici  ticarətin  vəzifələrinin 

reallaşdırılması alətləri seçilərkən, ölkənin və xarici dövlətlərin əhali qruplarının 

onlara  qarşı  tamamilə  müxtəlif  reaksiya  verəcəyini  nəzərə  almaq  lazımdır. 

Ticarətə  təsir:  birincisi,  qiymətlərin  tənzimlənməsi  yolu  ilə  satışların  həcminin 

dəyişməsinə,  ikincisi  isə  bilavasitə  mallar  axınının  özünə  təsir  göstərilməsi 

vasitəsilə  ola  bilər.  Tarif  və  qeyri-tarif  maneələri  ticarətə  müxtəlif  cür  təsir 

göstərir. Tarif maneələri qiymətlərə, qeyri-tarif maneələri isə qiymətlərə yaxud 

bilavasitə satışların həcminə təsir edir. 

12.2.

 

Tariflər və rüsumlar 

Rüsum. Bu vergi növü dövlətlə yaxud öz aralarında xüsusi münasibətlərə 

(məsələn, icarə, qiymətli kağızların verilməsi müqavilələri, qəyyumluq sazişləri) 

girən  fiziki  və  hüquqi  şəxslərdən  tutulan  istehlak  vergisidir.  Praktikada  və 

nəzəriyyədə rüsumların çoxsaylı növləri (tipləri) ilə rastlaşmaq olar: birja (birja 

komitəsi  tərəfindən  qİ5nnətli  kağızların  alıcılarından  tutulan  haqq),  veksel 

(notarius  tərəfindən  müxtəlif  protestlərin  verilməsinə  görə  veksel  saxlayanın 

ödədiyi  haqq),  yol  (gedişə  görə  haqq),  patent  (verilən  patentə  uyğun  olaraq 

ixtiradan müstəsna istifadə hüququnun verilməsinə görə haqq), məhkəmə (hüquqi 

və  fiziki  şəxslər  tərəfindən  iddia  ərizələrinə  və  kassasiya  şikayətlərinə 

baxılmasına görə haqq) və s. Bizi rüsumların dövlət, xarici ticarət, gömrük, liman 

rüsumları, habelə onların bəzi növləri maraqlandırır. 

Dövlət rüsumu - xüsusi səlahiyyətlər verilmiş dövlət orqanları tərəfindən 

müəssisələrin,  təşkilatların  və  vətəndaşların  maraqları  üçün  hərəkətlərin  yerinə 

yetirilməsinə  və  hüquqi  əhəmiyyəti  olan  sənədlərin  verilməsinə  görə  ödənilən 

haqdır. 


Gömrük  rüsumu  -  xarici  malların  ölkəyə  gətirilməsinə  (idxal  rüsumu), 

ölkədə  istehsal  edilən  malların  xaricə  göndərilməsinə  (ixrac  rüsumu)  yaxud 

tranzitinə  (tranzit  rüsumu)  görə  tutulan  vergidir.  Gömrük  rüsumunun  özü  də 

növlər qruplarına bölünür. 



Xarici  ticarət  rüsumu  -  malların  ölkənin  gömrük  sərhədindən 

keçirilməsinə görə tutulan dövlət rüsumudur (vergisidir). Hesablama metod- 



296 


larına  və  tətbiq  olunma  üsullarına  görə  vergi  tutulan  malların  qiymətinə  əlavə 

kimi müəyyən olunan yığım (ad valorem) kimi yaxud müvafiq ölçü vahidinə görə 

təsbit olunan formada tutulan xarici ticarət rüsumları fərqləndirilir. Xarici ticarət 

rüsumu  tutulan  malların  siyahısı  və  gömrük  rüsumunun  dərəcələri  gömrük 

qanunvericiliyində müəyyən olunur. 

Liman  rüsumu  -  gəmi  sahibinin  bəzi  limanlardakı  və  portlardakı 

tərsanələrə daxil olmaq imkanı üçün ödədiyi haqdır. 



Tarif. Tarif - əhaliyə və idarələrə müxtəlif təşkilatlar və şirkətlər tərəfindən 

göstərilən  müxtəlif  istehsal  və  qeyri-istehsal  xarakterli  xidmətlərə  görə 

ödənişlərin  rüsum  dərəcələri  sistemi;  əməyin  ödənilməsi  dərəcələri  sistemi. 

Tariflərin tipləri və növləri də müxtəlifdir. 



Gömrük  tarifi  -  ölkəyə  gətirilən  yaxud  ölkədən  çıxarılan  mallara  tətbiq 

edilən  və  mal  qrupları  üzrə  sistemləşdirilmiş  rüsumların  siyahısıdır;  malların 

adından, vergitutma vahidindən və rüsumların dərəcələrindən ibarətdir. Gömrük 

rüsumları  dövlətlər  tərəfindən  birtərəfli  qaydada  müəyyən  edilən  avtonom; 

dövlətlərin beynəlxalq sazişlər əsasında təyin etdiyi (bunların dərəcələri nisbətən 

aşağıdır)  konvensiya',  gömrük  tarifinin  hər  iki  növünü  özündə  ehtiva  edən, 

ölkədən asılı olaraq birinci və ikinci yanaşmanı nəzərdə tutan qarışıq. 

İxrac tarifi - müəyyən malların ixracının dövlət tənzimlənməsi məqsədi ilə 

tətbiq olunan vergi növüdür. 

Əsas  problemlərdən  biri  -  öz  gəlirlər  mənbələrini  şaxələndinuəyə  və 

xammal  ixracına  istehsal  dəyərinin  əlavə  olunması  yolu  ilə  artırmağa  çalışan 

inkişaf etməkdə olan ölkələrdən gətirilən məmulatlara münasibətdə inkişaf etmiş 

ölkələrin tətbiq etdiyi tarif rejimidir. İnkişaf etmiş ölkələrin bazarlarına gətirilən 

xammaldan  əksər  hallarda  rüsum  tutulmur,  amma  həmin  xammal  emaldan 

keçdikdə,  adətən  rüsum  tətbiq  edilir.  Bu,  inkişaf  etməkdə  olan  ölkələrin  ernal 

sənayesinin məhsulları üçün xarici bazarlar tapmasını çətinləşdirir. Özü də, orada 

səmərə ilə istehsal edilə bilən malların çoxu inkişaf etmiş ölkələrdə buraxılır. 

İnkişaf etməkdə olan ölkələrlə aparılan rəqabət onların mallarının inkişaf 

etmiş ölkələrin bazarlarına buraxılmasına maneçilik törədən «təzyiq qruplarının» 

formalaşması  ilə  nəticələnir.  Digər  problem  isə  inkişaf  etməkdə  olan  ölkələrin 

mallarına  güzəştli  idxal  rejiminin  tətbiqinə  baxmayaraq,  sürətlə  inkişaf  edən 

həmin  ixracatçıların  çoxunun  güzəşt  statusunun  itirildiyi  həddə  çatmasıdır. 

Məsələn, Tayvan, Sinqapur, Honkonq (Syanqan) və Cənubi 

297 



Koreyanın  uzun  müddət  ərzində  ABŞ  ilə  ticarətdə  güzəştli  rejimi  olmuşdur. 

Amma  göstərilən  ölkələr  öz  ticari-iqtisadi  potensialını  möhkəmləndirdiyi,  bəzi 

hallarda  isə  Amerika  korporasiyalarının  mallarını  sıxışdırmağa  başladığı  üçün 

1990-cı illərin sonunda ABŞ bu rejimi ləğv etmişdi. Xüsusi rejim inkişaf etməkdə 

olan  ölkələrin  UNCTAD-da  göstərdiyi  təsir  nəticəsində  meydana  çıxmışdı.  Bu 

rejim Ümumiləşdirilmiş Preferensiyalar Sistemi  - GSP (Generalized System of 

Preference)  kimi  məlumdur.  Dəyişdirilən  və  modifikasiya  olunan  bu  rejim 

rəsmən indi də qüvvədədir. 



Tariflər  və  ixrac  subsidiyaları.  Dövlətlərin  xarici  ticarət  sahəsində 

qarşılarına  qoyduğu  vəzifələr  ticarət  şəraitinə  təsir  göstərilməsi  ilə 

məhdudlaşmayaraq,  gəlirlərin  yenidən  bölgüsünü,  milli  iqtisadiyyatın  əsas 

sahələrinin  dəstəklənməsini,  tədiyyə  balansının  yaxşılaşdırılmasını  və  s.  əhatə 

edir. 

İxrac tariflərinin və subsidiyalarının xüsusiyyəti onlann təsiri nəticəsində 



dünya  və  daxili  qiymətlər  arasında  fərqin  yaranmasmdadır.  Tarifdən  birbaşa 

effekt xarici malların ölkədən kənardakı dəyəri ilə müqayisədə bahalaşmasıdır. 

İxrac  subsidiyası  -  yerli  istehsalçılara  ixraca  gedən  malların  buraxılışına  görə 

verilən ödənişlərdir. Bunun nəticəsində həmin mallann ölkə daxilindəki qiyməti 

bahalaşır və buna müvafiq olaraq, onların istehsalı yaxud buraxılışının artırılması 

üçün stimul yaradılır. Tariflərin və subsidiyaların məbləğinin artması nəticəsində 

qiymətlərin dəyişməsi həm nisbi təklifə, həm də nisbi tələbə təsir göstərir, bunun 

nəticəsində isə ölkə daxilində və başqa ölkələrin bazarlarına münasibətdə ticarət 

şəraiti dəyişir. 

Tariflərin  və  subsidiyaların  dünya  ticarətinə  təsiri  həlledici  dərəcədə  iki 

amildən:  istehsalın  gücündən  və  ölkənin  ərazisindən  asılıdır.  Məsələn,  ABŞ 

idxala 20% tarif tətbiq edərsə, ərazisi həddən artıq böyük olan bu ölkədə ticarət 

şəraiti bəzi qiymətləndirmələrə görə, 15% yaxşılaşa bilər. Bu, ABŞ-m ixrac etdiyi 

malların  qiymətinin  idxal  etdiyi  malların  qiyməti  ilə  müqayisədə  15%  aşağı 

düşməsi deməkdir. Tarifin tətbiqindən əldə edilən müxtəlif istiqamətli bu effektin 

nəticəsində  daxili  qiymətlər  yalnız  5%  bahalaşacaq.  Eyni  zamanda  bu  tarifi 

Paraqvay yaxud Lüksemburq tətbiq edərsə, onların ticarət şəraitində, çox güman 

ki,  heç  bir  dəyişiklik  baş  verməyəcək.  Mütəxəssislər  hesab  edir  ki,  tariflər  və 

subsidiyalar ümumilikdə malın qiyməti amilinə təsir göstərməklə, iqtisadiyyatda 

idxalın əvəzləndirilməsi meylini gücləndirir və ixrac sektorunu boğur. 

Həddən  yüksək  tariflərin  neqativ  təsirinin  xüsusi  halı,  məzmununa  görə 

«müflisləşdirici artım» və «alanı müflisləşdirən transfer» konsepsiyalarına 

298 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə