Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə12/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   8   9   10   11   12   13   14   15   ...   306

zəif cəhəti bundadır ki, orada öz «yumşaqlığına» baxmayaraq, beynəlxalq siyasi 

və  iqtisadi  həyatdakı  rolu  get-gedə  artan  beynəlxalq  qurumların  və  dövlətüstü 

idarələrin fəaliyyəti məsələsinə praktiki olaraq toxunulmur. 

BIM

 - müasir beynəlxalq siyasi münasibətlərin mərkəzi elementlərindən 

biridir.  Müasir  beynəlxalq  əlaqələrin  təfsirlərinin  müxtəlifliyinə  baxmayaraq, 

onların hamısı özündə iqtisadi münasibətlər sahəsini baza elementi kimi ehtiva 

edir. Müasir dövrdə siyasi münasibətlərin get-gedə daha çox «iqtisadi- ləşməsi», 

eyni  zamanda  isə  iqtisadi  münasibətlərin  «siyasiləşməsi»  baş  verir.  Dövlətlər 

arasındakı  münasibətlərin  tənzimlənməsi  məqsədilə  yaradılmış,  ən  qədim 

institutlardan  biri  olan  diplomatiya  indi  daha  çox  dövlətin  iqtisadi  maraqlarını 

təmin edən təsisata çevrilir. Beynəlxalq siyasi və iqtisadi münasibətlərin xüsusi 

sahəsi kimi, «iqtisadi diplomatiya» məhz bu əsasda formalaşmışdır. 



1.6.

 

iqtisadi tənzimiəmənin Amerika və Avropa 

təcrübəsinin nəzərə aimmasınm vacibiiyi 

Hər bir iri və unikal ictimai hadisə kimi, Amerikanın və Avropanın iqtisadi 

təcmbəsi həmişə alimlərin və mütəxəssislərin diqqətini cəlb etmiş, onu müxtəlif 

dövlətlərin, o cümlədən sosialist ölkələrinin hökumətləri dərindən öyrənmişlər. 

Bu  tədqiqatlar  iki  məqsədlə:  birincisi,  elmi-dərketmə,  ikincisi  isə,  praktiki 

istifadə  üçün  aparılırdı.  Lakin  xüsusi  mülkİ3^ət  prinsipinin  inkar  edildiyi 

sosializm  şəraitində  müəssisələrin  (fınnalarm)  idarə  olunmasının,  onlarda 

innovasiyalarm, mühasibat uçotunda maliyyə nəzarəti sisteminin bəzi aspektləri 

istisna  olunmaqla.  Qərbin  və  başqa  qabaqcıl  ölkələrin  pozitiv  təcrübəsindən 

yararlanmaq, demək olar ki, qeyri-mümkün idi. 

Amerikalı  iqtisadçı-alimlər  indinin  özündə  də  iqtisadi  təfəkkürün 

inkişafına  güclü  təsir  göstərirlər.  Onlar  tərəfindən  hazırlanan  dərsliklərdən 

dünyanın,  demək  olar  ki,  bütün  ölkələrində  böyük  müvəffəqiyyətlə  istifadə 

olunur. Belə bir fakt inkarolunmazdır ki, iqtisadi sistemin sosializm modelindən 

kapitalizm  modelinə  keçərkən,  keçmiş  sosialist  ölkələri,  daha  dəqiq  desək, 

onların  hökumətləri  Avropanın  və  Amerikanın  nümunəsindən,  onların  (əsasən 

ABŞ-m) məsləhətçilərinin köməyindən yararlanmışdır. 

Şərqi  Avropa  ölkələrində  (Polşa,  Macarıstan,  Çexiya,  Bolqarıstan, 

Rumıniya, Slovakiya, Albaniya) Amerika təcrübəsinin və məsləhətçilərinin təsiri 

İkinci Dünya müharibəsindən sonra Qərbi Avropanın bərpası üzrə 

32 



Marşalı  planı  ilə  müqayisədə,  şübhəsiz  ki,  pozitiv  amil  olmuşdur.  Belə  bir 

məqamı da qeyd edək ki, özünün «islahatçılar» adlandırılan hakim dairələrinin 

son  dərəcə  uğursuz  fəaliyyətinə  bəraət  qazandırmaq  üçün  Rusiyada  bu  barədə 

çox danışılsa və yazılsa da, həmin ölkələrin hökumətləri heç bir «şok terapiyası» 

tətbiq etməmişdir. 

Bizim rəyimizə görə, Amerikanın və Qərbi Avropanın təcrübəsi bir-birini 

qarşılıqlı surətdə tamamlayır. Ölkənin daxili şəraitindən asılı olaraq həm nəzəri 

iqtisadi  məktəblərin,  həm  də  praktiki  iqtisadi  siyasətin  elementləri  bazar 

qurumları zəif inkişaf etmiş yaxud yenidənqunuaya ehtiyac duyulan ölkələr üçün 

faydalı  ola  bilər.  Bundan  başqa,  çox  hallarda  Amerika  və  Avropanın  nəzəri 

məktəbləri  arasında  kəskin  fərqləri  müəyyənləşdirmək  çətindir.  Keynsçilik  və 

neokeynsçilik,  habelə  monetar  nəzəriyyələri  buna  nümunədir:  həm  birincilər, 

həm  də  ikincilər  Qərbi  Avropa  ölkələrində  və  Amerikada  işlənib  hazırlanmış, 

hökumətlərin iqtisadi siyasətində müvəffəqiyyətlə istifadə olunmuşdur (olunur). 

Beləliklə,  hal-hazırda  dünyada  iqtisadi  təfəkkürün  iki  iri  -  Amerika  və 

Avropa istiqaməti mövcuddur. Heç bir müstəqil (ilkin), yəni Asiya, Yaponiya, 

Çin,  Rusiya,  Afrika,  Latın  Amerikası  və  s.  nəzəriyyələri  mövcud  deyil.  Bu, 

müasir  kapitalizmin  iqtisadi  tarixinin  realhqlannm  obyektiv  əks  olunmasıdır. 

Kapitalizm  Qərbi  Avropada  yaranmış,  sonra  onun  bəzi  elementləri  Qərbi 

Avropadan olan kolonistlər tərəfindən ABŞ-a gətirilmiş və məhz bu iki qitədə ilk 

dəfə  olaraq  özünün  mükəmməl  klassik  fonualarını  almışdır.  Asiya,  Afrika  və 

Latın  Amerikası  ölkələrində,  Rusiyada  isə  kapitalizm  iqtisadi  sistem  kimi, 



köçürülmə, yəni törəmə iqtisadi münasibətlər xarakterində olmuşdur. 

Amma bu, kapitalizmin iki - Qərbi Avropa və Amerika tipləri arasında heç 

bir əsaslı fərqlərin mövcud olmadığı demək deyil. Söhbət məqamlardan getsə də, 

qeyd  etməliyik  ki,  onlar  çox  hallarda  Amerika  və  Qərbi  Avropa  arasındakı 

təbii-coğrafi, geosiyasi və başqa fərqlərlə yanaşı son dərəcə mühüm əhəmiyyətə 

malikdir və bəzən həlledici rol oynayır. Buradan aşağıdakı nəticələri çıxarmaq 

olar: 

• Amerika və Qərbi Avropa iqtisadi məktəbləri arasında rəqabət həmişə 



pozitiv  əhəmiyyət  daşıyaraq,  nəzəriyyənin  inkişafına  xidmət  etmişdir.  1970-ci 

illərdən  başlayaraq  Amerika  məktəbinin  dominantlığı  dünya  iqtisadiyyatının 

zəifləməsi,  ABŞ  da  daxil  olmaqla,  ən  yetkin  seqmentdə  istehsal  amillərinin 

açıq-aşkar inkişafının geridə qalması, böhran potensialının güclənməsi ilə 



33 


nəticələnmişdir; 

 



inkişaf etmiş dövlətlərin hökumətləri tərəfindən həyata keçirilən iqtisadi 

siyasətin əsas müddəaları çox zaman başqa ölkələrdə uzun müddət istifadə üçün 

qeyri-konstruktivdir və bunu 1990-cı illərdə, XXI əsrin ilk onilliyində Rusiyanın 

(bütövlükdə  MDB-nin),  başqa  inkişaf  etməkdə  olan  ölkələrin  nümunəsində 

görmək mümkündür

 



Qərbin  iqtisadi  siyasətinin  tənqidi  yanaşmadan  istifadə  olunan 

nümunələri  yaxın  dövrdə  yoxa  çıxmış  doqmatik  sosializmin  iqtisadi 

konstruksiyalarını xatırladır; 

 



Rusiya kimi dövlətlər üçün ənənəvi Amerika, Avropa və Rusiya iqtisad 

məktəblərinin zəminində beynəlxalq iqtisadi münasibətlərə üzvi surətdə qovuşan 

adekvat iqtisadi siyasətin işlənib hazırlanması tələb olunur. 

Etika  BİM-in  daxili  elementi  kimi.  İctimai  həyatın  minilliklərə 

hesablanan  dövrü  ərzində  bəşəriyyət  etik,  əxlaqi-mənəvi  qaydaların  və 

normaların toplusunu hazırlamış, onların bir qismi dünya dinlərinə, bir qismi isə 

«xeyir»,  «şər»,  «yaxınlarını  özün  kimi  sev»  və  sair  qlobal-universal 

kateqoriyalarla  ifadə  olunaraq,  insan  həyatının  üzvi  daxili  qanununa,  ənənəvi 

qaydasına  çevrilmişdir.  Afrikadakı  kiçik  qəbilə,  Amazoniya  cəngəlliklərindəki 

hindular  və  mədəni  Avropa  pa^/taxtlarmm  sakinləri  qəribə  də  olsa,  «özünə 

bənzərini öldürmə», «oğurlama», «hiyləgərlik etmə» və sair kimi anlayışların və 

həqiqətlərin  eyni  dərəcədə  tərəfdarıdırlar.  Əzəldən  nəcib  yaxud  rəzil  xalqlar 

mövcud  deyil,  onların  hamısı  Təbiətin  övladlarıdır  və  hamısına  eyni  dərəcədə 

dərrakə  verilmişdir,  amma  həyat  şəraitinin  və  keyfiyyətinin  müxtəlifliyi 

insanların şüuruna özünün güclü təsirini göstərir. Lakin bu təsir nə qədər güclü 

olsa da, törəmə xarakteri daşıyır. İlkin olan istisna edilmədən Homo sapiens növü 

kimi  planetimizin  bütün  xalqlarının  şüurunun  eyni  səviyyədə  olması,  əqli 

potensialıdır. 

Aydındır  ki,  bütün  insanların,  hətta  sivilizasiyanın  inkişafından  uzaqda 

təkamül edən xalqların  «xeyir»  və  «şər»  kateqoriyalarını instinktiv  olaraq  eyni 

qaydada  qavraması  buradan  qaynaqlanır.  Buna  müvafiq  olaraq,  insan  birlikləri 

həmişə  qeyri-bərabərlik  və  ədalətsizlik  ideyalarından  daha  çox,  bərabərlik  və 

ədalət  ideyalarını  dərk  etməyə  hazır  olmuşlar.  Qeyri-bərabərlik  ideyalarının 

mövqelərini əsaslandırmaq üçün ədalətliliklə bərabərliyin  zidd,  demokratiyanın 

isə  yalnız  varlanmaq  imkanı  qazananların  hakimiyyəti  olmasını  izah  edən 

təbliğatın əsrlər boyu aparılması lazımdır. 

34 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə