Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə120/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   116   117   118   119   120   121   122   123   ...   306

bənzəyən  «Metsler  paradoksudur».  Müəyyən  vəziyyətlərdə  və  hökumətin  son 

dərəcə naşı siyasəti nəticəsində yaranma ehtimalı olsa da, təcrübədə ona, demək 

olar ki, təsadüf edilmir. 

İstehsalçıların öz mallanm xaricdə satdıqda çəkdiyi zərərin kompensasiya 

olunması üçün hökumət tərəfindən onlara birbaşa ödənişlərin verilməsi təcrübəsi 

də vardır. Ancaq çox hallarda bunun əvəzində fımıalara xarici əməlİ3^atlarınm 

ucuzlaşması  yaxud  mənfəətliyinin  ytiksəldilməsi  məqsədilə  informasiya  əldə 

olunması,  malların  göndərilməsi  və  xaricdə  ticarət  əməliyyatlarının  aparılması 

üçün  əlaqələrin  yaradılması  ilə  bağlı  olan  pulsuz  xidfnətlərin  göstərilməsi 

şəklində yardım göstərilir. Əsasən bazarın təkmilləşdirilməsi və milli şirkətlərin 

mövqelərinin  möhkəmləndirilməsi  məqsədinə  xidmət  etdiyinə  görə,  xidmətlər 

şəklində  verilən  bu  cür  subsidiyalar  rüsumlarla  müqayisədə  iqtisadi  baxımdan 

daha məntiqidir. 

Qiymətin  əmələ  gəlməsinə  təsir  göstərən  başqa  subsidiya  növləri 

ziddiyyətlidir  və  istehsalçılar  çox  vaxt  ədalətsiz  rəqabətlə,  məsələn, 

«subsidiyalaşdırılan  ixracla»  qarşılaşdıqlarını  iddia  edirlər.  Subsidiyalaşdırılan 

ixrac  nə  deməkdir?  Onun  mahiyyəti  ən  ümumi  formada  ixracatçılara  dövlət 

tərəfindən  yardım  göstərilməsi  olsa  da,  bu  barədə  vahid  fikir  yoxdur.  Dövlət 

ixracın  mənfəətliliyinə  birbaşa  yaxud  dolayısı  ilə  təsir  göstərən  elmi,  təcrübə- 

konstruktor  işlərinin  və  proqramlarının  maliyyələşdirilməsinin  təmin 

olunmasından,  digər  vasitələrdən  istifadə  edir.  İnkişaf  etmiş  ölkələr  əvvəlki 

onilliklərdə  kənd  təsərrüfatı  məhsullarının  ixracına  dövlət  tərəfindən  təsir 

göstərilməsini  tələb  edərək,  inkişaf  etməkdə  olan  ölkələri  tənqid  edirdisə,  indi 

inkişaf  etməkdə  olan  ölkələr  inkişaf  etmiş  ölkələrdən  aqrar  firmalara 

subsidiyaların,  kreditlərin  verilməsi  və  vergi  dərəcələrinin  aşağı  salınması 

şəklində yardım göstənnələrini dayandınnağı tələb edir. 

İxracın  dövlət  tərəfindən  dəstəklənməsinin  digər  formaları,  o  cümlədən 

xarici  ölkələrin  yardımları  və  borcları  da  mövcuddur.  Həmin  yardımı  alan 

vəsaitləri  kreditorun  ölkəsində  xərcləməli  olduğuna  və  bununla  da  əks  halda 

rəqabətə  davam  gətirə  bilməyən  bəzi  malların  rəqabət  qabiliyyətinin 

yüksəlməsinə  kömək  göstərdiyinə  görə,  bu  fonnalar,  demək  olar  ki,  həmişə 

«əlaqələndirilmiş» 

xarakterdədir. 

«Əlaqələndirilmiş» 

yardım 

telekommunikasiyaların yaradılması, dəmir yollarının və elektrik stansiyalarının 



inşası  layihələrinin  həyata  keçirilməsi  üzrə  kontraktların  alınması  üçün  xüsusi 

əhəmi}q>'ət  daşıyır.  Təsdiqlənmişdir  ki,  dünyada  satılan  istehsal  təyinatlı 

malların 'A hissəsi «əlaqələndirilmiş» yardım zərfləri vasitəsilə maliyyələşdirilir. 

İnkişaf etmiş 

299 



ölkələrin çoxu öz ixracatçılarının kredit riskini sığortalamaqla, xaricdə satışlar 

üzrə ödənişlərin yerinə yetirilməməsi ehtimalını azaldır. Dəstəklənmənin geniş 

yayılmış sxemlərindən biri də öhdəliklər üzrə faizlərin rəqib ölkələrə çox aşağı 

görünməməsi  üçün  yardımın  borc  verilməsi  ilə  əlaqələndirilməsidir  (bu 

məsələlərin qiymətin əmələ gəlməsi ilə əlaqəsi olsa da, başqa aspektləri vardır 

və dərsliyin digər fəsillərində nəzərdən keçirilir). 



Gömrük  qiymətləndirilməsi.  Bir  çox  ölkələrin  gömrük  işçiləri  idxal 

olunan  mallara  «ad  valorem»  rüsumunun  təyin  edilməsi  üçün  dəyərin 

müəyyənləşdirilməsində geniş seçim imkanlarından yararlanırlar. Bu cür geniş 

seçim  imkanı  ixracatçıların  və  idxalçıların  yüksək  rüsumdan  yaymmaq^üçün 

hesab-fakturalarda  istədikləri  aşağı  qiymət  göstərnıələrinin  qarşısının 

alınmasına yönəlmişdir. Amma təcrübədə azad seçim imkanından bəzi hallarda 

xarici  malların  idxalının  onların  dəyərini  yüksəltmək  yolu  ilə 

məhdudlaşdırılması qismində istifadə olunur. Bu, malın qiymətinə birbaşa təsir 

göstərilməsi üsuludur. Hazırda dəyərin qiymətləndirilməsinin ilk vaxtlar inkişaf 

etmiş  ölkələr  tərəfindən  tətbiq  olunan  vahid  metodikası  mövcuddur.  Gömrük 

işçiləri  qaimədə  göstərilmiş  malın  qiymətini  əvvəlcədən  öyrənməyə 

borcludurlar.  Bu  qiymət  göstərilmədikdə  yaxud  həqiqiliyi  şübhə  doğurduqda, 

qiymətləndirmə eyni malların dəyəri əsasında, bunlar olmadıqda isə həmin vaxt 

yaxud  yaxın  zamanda  ölkəyə  gətirilən  bənzər  malların  əsasında  aparılır.  Bu 

metodlar tətbiq oluna bilmədikdə, gömrükçülər qiyməti həmin malın satışının 

son dəyəri yaxud ona çəkilən əsaslandırılmış xərclər əsasında müəj^ən edirlər. 

Gömrük qiymətləndirilməsinin daha bir problemi ticarətə çoxlu sayda malların 

cəlb olunması ilə əlaqədardır. Çox asanlıqla (təsadüfən və ya bilərəkdən) mah 

daha yüksək gömrük rüsumu tətbiq olunan təsnifata daxil edib, onun qiymətinə 

təsir göstərmək mümkündür. 



Qiymətlərə  birbaşa  təsirin  başqa  üsulları.  Dövlət  bir  sıra  hallarda 

qiymətlərə  təsir  göstərilməsinin  xüsusi  yığımlar  (məsələn,  konsul  və  gömrük 

«təmizlənməsi»,  sənədlərin  tərtibi),  gömrük  ödənişlərinin  mal  göndərilənədək 

yerinə  yetirilməsi,  gömrük  «təmizlənməsindən»  sonra  malların  minimum 

qiymətlə satılması tələbinin qoyulması və s. kimi vasitələri tətbiq edə bilər. 

Qiymətlərə  təsirin  bu  növləri  rəngarəngdir  və  onların  ifrat  dərəcədə 

«sərbəst»  təfsirolunma  əsasında  rəsmi-bürokratik  tətbiqi  ölkəyə  böyük,  o 

cümlədən məmurların korrupsiya fəaliyyəti formasında ziyan vurur. Normativ 

aktın  son  dərəcə  səlis  və  birmənalı  olması,  habelə  malların  hərəkəti  üzrə 

əməliyyatların yerinə yetirilməsini aydın (şəffaf) əks etdirməsi zəruridir. 

300 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə