Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə121/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   117   118   119   120   121   122   123   124   ...   306

12.3.

 

2000-2010-cu illərdə beynəlxalq əmtəə 

bazarlarında qiymətlərin hərəkəti 

Aparıcı  ölkələrin  valyutalarının  məzənnələrinin  kəskin  tərəddüdü, 

dünyanın  fond  bazarlarındakı  vəziyyət  ilk  baxışdan  həmin  proseslərin 

muxtariyyatı, bir-biri ilə əlaqəsinin zəifliyi haqqında xəyal yaratsa da, mallarla 

beynəlxalq ticarətdə qiymətlərin hərəkəti, bir qayda kimi, ümumi iqtisadi tsiklin 

vəziyyəti  və  dinamikası  ilə  sıx  əlaqədardır.  Bu  meyil  müxtəlif  ölkələrin  ixrac 

etdiyi,  məsələn,  sənaye  mallarının  indekslərinin  hərəkəti  təhlil  edilərkən 

müşahidə olunur. Görünür ki, XXI əsrin ilk illərində yanacaq və maşın-texnika 

məhsulları istisna olunmaqla, indekslərin ümumi meyli yüksəlişə yönəlmişdir. 

2001-


 

ci ildə ölkələrin əksəriyyətində ixrac olunan mal qmpları üzrə qiymətlər 

aşağı  düşmüşdür  (3-4%-dək).  Lakin  2002-ci  ildə  qiymətlərin  aşağı  düşməsi 

meylinin saxlanmasına baxmayaraq, ixrac edilən malların, demək olar ki, bütün 

növlərinin qiymətinin yeni ümumi artımı başlandı, bir çox hallarda isə onlar 

2001-


 

ci  ilin  səviyyəsində  qaldı.  Bunun  əsas  səbəbləri  infonuasiya 

texnologiyalarının  müasir  sektorlarında  əmək  məhsuldarlığının  yüksəlməsi, 

habelə dünyanın inkişaf etməkdə olan regionlarına (artımı daha aydın  görünən 

ölkələr qrupuna) nəqliyyat vasitələrinin ixracının genişlənməsi olmuşdu. ABŞ- 

da. Qərbi Avropada və  Yaponiyada işgüzar fəallığın  zəifləməsinə 2001-ci  ildə 

Şərqi Asiyada baş verən böhranın əlavə olunması da qiymətlərin hərəkətinə öz 

təsirini göstərmişdir. Bütün bunlar qlobal iqtisadiyyatın artımını ləngitmiş və bu, 

qiymətlərin  hərəkəti  amilində  öz  təzahürünü  tapmışdır.  Bundan  əlavə,  «zəif 

dollar» amili də təsirini göstərməkdə davam etmişdir. 

Məlumatlar  2001-2007-ci  illərdə  inkişaf  etmiş  ölkələr  qrupunda  sənaye 

məmulatlarının qiymətinin bahalaşmasının dünya iqtisadİ3^atınm ümumi  artım 

tempindən  yüksək  olduğunu  göstərir.  1995-2000-ci  illərlə  müqayisədə,  həmin 

dövrdə inkişaf etməkdə olan ölkələrin əsas mal qruplarının qiymət indekslərinin 

aşağı  düşməsi  yaxud  artım  tempinin  ləngiməsi  müşahidə  olunmuşdur.  Ancaq 

2002-2007-ci  illərdə  həm  inkişaf  etmiş,  həm  də  inkişaf  etməkdə  olan  ölkələr 

zonasından  ixrac  olunan  malların  qiymətləri  dünya  iqtisadiyyatında  ümumi 

canlanmanın təsiri altında daha intensiv yüksəlmişdir. 2003-2008-ci illərdə bəzi 

mal  qruplarının,  o  cümlədən  kənd  təsərrüfatı  xammalının,  metalların  və 

mineralların qiymətləri bahalaşmışdır. Bu zaman inkişaf etməkdə olan ölkələrin 

aqrar məhsullannm, məsələn, buğda, kauçuk, bitki yağları, toxumlar və kakaonun 

qiymətləri 2007-ci ildə inkişaf etməkdə olan ölkələrin 

301 



çoxu ərzaq qıtlığı ilə üzləşənədək, cüzi dəyişirdi. Bu dövrdə qiymətlərin artması 

haqqında ümumiləşdirilmiş məlumatlar 12.1-ci cədvəldə verilmişdir. 



Cədvəl 12.1 

1998-

 

2008-ci illərdə beynəlxalq iqtisadi şəraitin göstəriciləri 

Dünya qiyməti

 

1998

 

2000

 

2001

 

2002

 

2003

 

2005

 

2008

 

Neft (barrelə görə ABŞ dolları 



ilə)

 

12,7



 

28,3


 

24,4


 

25,0


 

28,0


 

37,2


 

93

 



Qeyri-yanacaq xammalı 

(1990-cı il 100% götürülür)

 

91,5


 

80,6


 

78,3


 

76,7


 

77,8


 

78,5


 

80,5


 

Sənaye mallarının ixrac 

qiyməti (1990-cı il 100% 

götürülür)

 

95

 



87

 

84



 

86

 



88

 

90



 

98

 



ABŞ dollarının yanacaq 

əsasında qəbul olunan orta 

məzənnəsi (1997-ci il 100% 

götürülür)

 

116,5


 

119,7


 

126,1


 

127,1


 

125,2


 

127,5


 

126,4


 

Faiz dərəcəsi (6 aylıq LİBOR 

ABŞ)

 

5,6



 

6,7


 

3,7


 

1,9


 

2,2


 

2,3


 

4,6


 

Formalaşan bazarlarda gəlirlik 

spredi (%)

 

11,5



 

7,6


 

7,3


 

7,7


 

7,9


 

8,3


 

9,8


 

2000-2008-ci  illərdə  beynəlxalq  ticarət  mallarının  qiymətlərinin  ümumi 

dinamikası  1990-cı  illərdə  təşəkkül  tapmış  əsas  meylilərə  uyğun  olmuş,  XXI 

əsrin ilk illərinin iqtisadi artım şəraitini bütövlükdə əks etdirmişdir. Beynəlxalq 

bazarda sahələr üzrə yalnız iki böyük mal qruplarında qiymət siyasəti arasındakı 

fərq  daha  qabarıq  görünür:  hazır  məmulatların  (ilk  növbədə,  inkişaf  etmiş 

ölkələrdə  istehsal  olunan  maşın-texnika  məhsulları)  qiymətlərinin  dünya 

bazarının  bütün  seqmentlərində  artması  davam  etdiyi  halda,  strateji  xammalın 

(neft və qaz istisna olunmaqla), kənd təsərrüfatı və heyvandarlıq məhsullarının, 

tropik  bitkilərin  qiymətləri  kifayət  qədər  aşağı  həddə  sabitləşmiş,  bahalaşması 

yaxud ucuzlaşması cüzi olmuşdur. 

Göstərilən  iki  mal  qrupları  üzrə  qiymətlər  dollarla  deyil,  avro  ilə  ifadə 

olunduqda,  birincinin  faktiki  revalvasiyasınm  baş  verməsi  nəticəsində 

ekspansiyaya  qısamüddətli  olsa  da,  imkan  yaranması  səbəbindən  fərqin 

kəskinliyi nəzərə çarpır. 

302 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə