Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə124/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   120   121   122   123   124   125   126   127   ...   306

ölkələrin  çoxunda  ərzaq  qıtlığı  yeni  meyillə,  kənd  təsərrüfatı  məhsullarının  və 

ərzağın qiymətinin bahalaşması ilə nəticələndi. 

1990-cı  illərdə  ərzaq  mallarının  qiyməti  orta  hesabla  6%  artmışdısa,  bu 

göstərici  2001-2005-ci  illərdə  11%,  2006-2008-ci  illərdə  isə  artıq  16% 

səviyyəsinə  yüksəlmişdir.  Bu,  tələbatın  çoxalmasını  və  dünya  bazarlarında 

tədarüklərin həcminin lazımi qədər olmadığının sübutudur (həmin ərzaq qıtlığı 

bir  çox  ölkələrin  heyvandarlıq  təyinatlı  torpaq  sahələrini  ixtisar  edib,  bundan 

bioloji yanacaq üçün «yaşıl kütlə» yetişdirilməsi məqsədilə istifadə etməsi kimi 

strateji səhvi ilə müəyyən dərəcədə bağlıdır). Ən böyük artım son illərdə gəlirləri 

qismən sabit templərlə artan inkişaf etməkdə olan ölkələrdə baş verirdi. Yüksək 

templərlə  sənayeləşən  ölkələrdə  idxal  rüsumlarının  aşağı  salınması  və  yerli 

istehsalın ixtisar olunması bütün dünyada buğda, düyü, mal əti, bitki yağları və 

yağlı  bitkilərin  toxumları  kimi  ərzaq  mallarına,  habelə  yemlik  taxıla,  məsələn, 

qarğıdalıya və soya ununa tələbatın artmasına səbəb olmuşdu. Bu meylin təsdiqi 

üçün,  nümunə  kimi,  əvvəlki  onilliklərdə  böyük  həcmdə  düyü  və  qarğıdalının 

ixracatçısı  olan  Çinin  1995-ci  ildən  həmin  məhsulların  iri  xalis  idxalçısına 

çevrilməsini göstərmək olar. 

Lakin bütün malların qiymətlərinin bahalaşması güclü enişlə dayandırıldı: 

qiymətlər  aşağı  sürüşməyə  başladı.  Belə  ki,  2008-ci  ildə  xammalın  bütün 

növlərinin  qiyməti  22,5%,  ərzağın  -  19,3%,  tropik  bitkilərin  -  11,8%,  qəhvə  - 

15,8%, kakao - 10,9%, çay - 1%, şəkər - 1,8%, ət - 8,3%, qarğıdalı - 25,4%, buğda 

- 38,7%, düyü - 40,2%, banan - 23,8% ucuzlaşdı. 

Xammal  bazarlarının  konyunkturuna  gəldikdə  isə,  ümumilikdə  dünya 

bazarlarmdakı perspektivlər qeyri-müəyyəndir. Bununla belə, müəyyən hadisələr 

xammalın bəzi, xüsusilə də ən yoxsul və daha zəif ixracatçıları üçün vəziyyətin 

sabitləşəcəyini  vəd  etmir.  Ümumdünya  böhranından  sonrakı  canlanmanın  zəif 

olacağı  gözlənilir  və  buna  görə  də  tələbatın  genişlənəcəyini  ehtimal  etmək 

çətindir. 



12.4.

 

Qiymətlərin beynəlxalq 

tənzimlənməsinin mexanizmi 

Dünya  bazarlarında  qiymətlərin  tənzimlənməsinin  mexanizmi.  Dünya 

bazarlarında qiymətin əmələ gəlməsinə təsir göstərən əsas təşkilati mexanizm, ilk 

növbədə ÜTT-nin  iştirakı  ilə işlənib  hazırlanan, ticarətin liberallaş- dırılmasmı 

(ticarət rüsumlarının aradan qaldırılmasını) nəzərdə tutan 



307 


beynəlxalq  qaydalardır.  Başqa  beynəlxalq  təşkilatlar  da  məhsul  istehsalının 

həcmini müəyyənləşdirmək vasitəsilə qiymətlərə dolayı təsir göstərməklə (OPEC 

bu  cür  hərəkət  edir)  qiymətlərin  tənzimlənməsi  ilə  məşğul  olur.  Ölkələrin 

iqtisadiyyatı  üçün  xammalın  əhəmiyyətinin  fasiləsiz  surətdə  artması  onu  həm 

beynəlxalq, həm də milli səviyyələrdə siyasətin diqqət mərkəzinə çəkir, nəzəri 

iqtisadi təhlilin obyektinə çevirir. Bir sıra strateji xammal məhsullarının qıtlığının 

aşkar edilməsinin digər nəticəsi isə bu malların və mal qruplarının qiymətlərinin 

beynəlxalq səviyyədə tənzimlənməsi zəruriliyinin dərk olunmasıdır. 

1990-cı  illərdə qiymətlərin  səviyyəsinin saxlanmasının bufer  ehtiyatları 

və ixrac nəzarəti kimi mexanizmləri barədə əvvəlki müddəalar olmasa da, kakao 

və qəhvə üzrə beynəlxalq mal sazişləri bağlanmışdı. 1998-ci ilin martında Kakao 

üzrə Beynəlxalq Təşkilatın (ICCO - International Cocoa Organization) üzvü olan 

ölkələr 1993-cü il Kakao üzrə Beynəlxalq Sazişin 29- cu maddəsinə əsaslanaraq 

«Kakao  istehsalının  idarə  olunması»  adlı  plan  işləyib  hazırladı.  Burada 

tələbatdan artıq mal göndərişlərinin həcmini azaltmaq və bütün dünyada ona olan 

tələblə  təklif  arasında  nisbətin  sabitliyini  qorumaq  üçün  kakaonun  istehsalı, 

istehlakı  və  ehtiyatlarının  yaradılmasının  konkret  hədəf  göstəriciləri  müəyyən 

olunmuşdur. 

Qeyd etməliyik ki, xammalın qiymətinin dinamikası, bir qayda kimi, dövri 

xarakter daşıyır. Eyni zamanda tez-tez baş verən hərbi-siyasi münaqişələr bazar 

konyunkturunun qeyri-sabitlik dərəcəsinin yüksəlməsi və buna müvafiq olaraq, 

xammalla beynəlxalq ticarət çərçivəsində qiymətlərin dayanıqlığının zəifləməsi 

ehtimalının artmasını göstərir. Hərbi-siyasi münaqişələr nəticəsində qiymətlərin 

enməsi  və  yüksəlməsi  ümumilikdə  dünya  üzrə  işgüzar  dövrün  hərəkət 

dinamikasında əks olunur. 

Bundan  əlavə,  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  ixracatçıları 

birləşdirən bir sıra assosiasiyalar dağıldıqdan sonra xammalla beynəlxalq ticarət 

qiymətlərin  sabitləşdirilməsi  mexanizmindən  getdikcə  daha  az  istifadə 

olunmaqla həyata keçirilir. 

Ayrı-ayrı  hallarda  xammal  istehsalçısı  olan  ölkələr  onun  ixracını 

çoxaltmağa  və  bundan  əldə  etdikləri  daxilolmaları  artırmağa  cəhd  göstərərək, 

təklifi və bazar qiymətlərini tənzimləmək üçün əmtəə sazişləri mexanizmindən 

müstəqil  surətdə  istifadə  edir.  Son  illərdə  alüminium,  qəhvə  və  qalay  üzrə 

bağlanılan  sazişlərdən  nisbətən  uğurla  istifadə  olunsa  da,  onların  çoxu 

qiymətlərin kəskin tərəddüd etdiyi şəraitdə, habelə saziş iştirakçıları arasında 

308 



məqsədlərə,  strategiyalara,  xərclərin  və  gəlirlərin  bölgüsünə  dair  fikir  ayrılığı 

yarandıqda özünü doğrultmurdu. 

İstehsalçılar  qiymətlərin  tərəddüdü  ilə  bağlı  olan  risklərdən  fyuçerslər 

bazarlarında  hecinq  yolu  ilə  sığortalanmağa  çalışırlar.  İnkişaf  etmiş  və  inkişaf 

etməkdə olan bəzi ölkələrdə kənd təsərrüfatı məhsulları və mineral xammal üzrə 

fyuçerslər  bazarı  artıq  təşəkkül  tapmışdır  və  buna  müvafiq  olaraq  son  illərdə 

xammal və törəmə maliyyə alətləri ilə bağlı ümumdünya ticarəti genişlənmişdir. 

Fyuçerslərin  bağlandığı  və  dövriyyədə  olduğu  yaxud  əlavə  maliyyə  alətlərinin 

buraxıldığı  yeni  bazarlar  Argentinada,  Zimbabvedə,  Malayziyada,  Cənubi 

Afrikada, Macarıstanda, Polşada və bir sıra başqa ölkələrdə meydana çıxmışdır. 

Alüminiumun  qiymətlərinin  tənzimlənməsinə  cəhdlər  də  göstərilir.  Belə 

ki, alüminium istehsal edən iri korporasiyalar bu məhsulun istehsal həcminə dair 

tövsiyələr olan memorandum imzalamışdır. Sənəd məcburi öhdəliklər yaratmasa 

da,  tərəflərin  onun  müddəalarına  əməl  etməsi  sayəsində  alüminium  bazarını 

müəyyən dərəcədə sabitləşdimıək mümkün olmuşdu. 

Qəhvə İstehsalçıları Assosiasiyasının üzvü olan əsas ölkələr də qəhvənin 

ixracına  məhdudiyyətlər  qoymuşdur.  Ancaq  bəzi  dövrlərdə  bu  məhsulun 

qiymətinin bahalaşmasının əsas səbəbi ixracın məhdudlaşdırılması mexanizminin 

tətbiqi deyil, əlverişsiz hava şəraiti nəticəsində istehsalın azalması və istehlakçı 

ölkələrdə  tələbatın  artması  idi.  Bundan  başqa,  gəlirləri  aşağı  səviyyədə,  qəhvə 

ixracından asılılığı güclü olan bir neçə ölkə qrupa daxil olsa da, adətən, müəyyən 

edilən  ixrac  məhdudiyyətlərinə  məhəl  qoymayaraq,  qiymətlərin  bahalaşdığı 

dövrlərdə əlavə valyuta daxilolmaları əldə etməyə çalışır. 

Amma sahə xarakteri daşıyan xüsusi sazişlər heç də bütün hallarda lazımi 

səmərə  vermir.  Yalnız  bir  misal:  1978-ci  ilin  fevralından  Təbii  Kauçuk  üzrə 

Üçüncü  Beynəlxalq  Saziş  (ESİRA  -  International  Natural  Rubber  Agreement) 

qüvvəyə minmişdir. Dünyada bu məhsulun 99%-ini istehsalı edən 6 ölkə və 16 

istehlakçı ölkə, o cümlədən Aİ və ABŞ kimi iri idxalçılar bu sazişin iştirakçısıdır. 

INRA  bufer  ehtiyatlarının  yaradılması  mexanizmini  nəzərdə  tutan  yeganə 

beynəlxalq  saziş  deyil.  2002-ci  ildə  İndoneziya,  Malayziya  və  Tailand 

Beynəlxalq  Üçtərəfli  Kauçuk  Təşkilatını  (ITRO  -  International  Third  Rubber 

Organization) yaratmışdır. Buna baxmayaraq, kauçukun qiyməti 2002-ci ilədək 

ucuzlaşmaqda davam etmiş və yalnız bu məhsula tələbatın artması 2003-2007- ci 

illərdə onun qiymətini yeni səviyyəyə qaldırmışdır. 

309 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə