Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə125/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   121   122   123   124   125   126   127   128   ...   306

Son  illərdə  xammalla  ticarəti  əhatə  edən  maliyyə  alətlərinə  daha  çox 

diqqət  yetirilməsinin  zəruriliyi  aşkar  olunmuşdur.  Əmtəə  fyuçersləri  və 

xammalla  bağlı  olan  digər  törəmə  maliyyə  alətləri  ilə  əməliyyatlar  xammal 

bazarlarında qiymətlərin dövri surətdə tərəddüdünə səbəb olmuşdur. Bu sahədə 

daha çox məşhur olan iki hadisə 1995-ci ildə məhdud məsuliyyətli açıq səhmdar 

cəmiyyəti  olan  «Beringe»nin  iflası  və  1996-cı  ildə  «Sumimoto»  şirkətinin 

münaqişələr  nəticəsində  baş  şirkətlərin  və  mis  bazarında  fəaliyyət  göstərən 

birjaçılarm böyük məbləğdə zərər çəkməsidir. Bu iki hadisədən, habelə 1997-ci 

ildə Asiyada baş verən böhrandan sonra bir sıra ölkələrin tənzimləmə orqanları 

qlobal  maliyyə  və  xammal  bazarları  üzərində  beynəlxalq  nəzarətin 

güeləndirilməsinə yönəlmiş tədbirlər görməyə başlamışdır. 

Bu istiqamətdə mühüm addım 1997-2003-cü illər arasındakı dövrdə, Aİ- 

nin,  ABŞ-m  Yaponiyanın  və  inkişaf  etməkdə  olan  bəzi  ölkələrin  tənzimləmə 

orqanlarının  nümayəndələri  tərəfindən  xammalla  bağlı  olan  törəmə  maliyyə 

alətləri  bazarının  fəaliyyətinə  nəzarət  sahəsində  beynəlxalq  standartlara  uyğun 

olan bir sıra müddəalar qəbul olunduqda atılmışdır. Əldə edilən razılıqlar törəmə 

maliyyə  alətləri  üzrə  kontraktların  tərtibinin  ümumi  qəbul  olunmuş  «ən  yaxşı 

təcrübəsinə»,  bazarların  vəziyyətinə  nəzarət  qaydalarına,  sabitliyi  poza  bilən 

potensial  bazar  vəziyyətləri  və  ticarət  praktikasının  aşkarlanması  məqsədilə 

tənzimləmə  orqanlan  arasında  informasiya  mübadiləsi  qaydalarına  əsaslanan 

baza müddəalarına istinad edir. Sonrakı dövrdə (2004-2005-ei illər) ölkələr əldə 

olunan razılıqların tam yerinə yetirilməsini təmin etmək üçün öz üzərilərinə milli 

qanunverieiliyin qəbul olunmuş müddəalara uyğunlaşdırılması barədə öhdəliklər 

götürmüşdür;  amma  təerübə  göstərir  ki,  bu  cür  öhdəliklər  çox  vaxt  yerinə 

yetirilmir  yaxud  qismən  reallaşır.  ÜTT-nin  Dohada  (Qətər)  keçirilən  ticarət 

danışıqlarının yeni raundu çərçivəsində, habelə Monterrey konsensusuna uyğun 

olaraq,  ölkələr  öz  üzərilərinə  ticarətin  inkişafına  maliyyə  dəstəyi  verilməsi 

öhdəliyini qəbul etsələr də, onlar icra olunmamışdır. 



Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC  - Organization of Petroleum 

Exporting  Countries).  OPEC  1960-cı  ildə  Bağdadda  keçirilən  konfransda 

yaradılmışdır.  Onun  1961-ei  ildə  təsdiq  olunmuş  nizamnaməsinə  sonradan 

dəfələrlə  yenidən  baxılmışdır.  OPEC  nizamnaməsinin  7-ci  maddəsinə  əsasən, 

yalnız təsisçilər və təşkilata qəbul olunmaq barədə ərizələri OPEK-in konfransı 

tərəfindən bəyənilmiş ölkələr onun üzvü ola bilər. Xam nefti böyük həcmdə ixrac 

edən  və  maraqları  təşkilatın  mənafeləri  ilə  üst-üstə  düşən  başqa  ölkənin  tam 

hüquqlu üzv olması üçün onun qəbulunun lehinə OPEC üzvlərinin Y4 

310 



hissəsi, 0 cümlədən təsisçi-ölkələrin hamısı səs verməlidir. 

OPEC-in təsisçi üzvləri 6 dövlətdir: Venesuela, İran, İraq, Küveyt, Liviya, 

Səudiyyə Ərəbistanı. Sonradan təşkilata daha 6 ölkə qəbul olunmuşdur: Əlcəzair, 

Qabon, İndoneziya, Qətər, Nigeriya, BƏƏ. 



OPEC-in məqsədləri'. 

 



üzv-dövlətlərin neft siyasətinin əlaqələndirilməsi və eyniləşdirilməsi

 



onların  maraqlarının  qorunmasının  ən  səmərəli  fərdi  və  kollektiv 

vasitələrinin müəyyənləşdirilməsi

 

dünya neft bazarında qiymətlərin sabitliyinin təmin olunmasının lazımi 



vasitələrindən və üsullarından yararlanması; 

 



gəlirlərinin  sabitliyini  təmin  etməklə,  neft  hasil  edən  ölkələrin 

maraqlarının qorunması; 

 

istehlakçı-ölkələrin neftlə səmərəli, mütəmadi və rentabelli təchizatının 



təmin edilməsi

 



investorların  neft  sahəsinə  kapital  qoyuluşlarından  ədalətli  gəlir  əldə 

etməsinin təmin olunması; 

 

ətraf mühitin qorunmasının təmin edilməsi



 

dünya  neft  bazarının  sabitləşdirilməsi  üzrə  təşəbbüslərin  həyata 



keçirilməsi məqsədilə OPEC üzvü olmayan ölkələrlə əməkdaşlıq. 

1991-ci  ildən  başlayaraq,  OPEC  başqa  təşkilatlarla.  Müstəqil  Neft 

İxracatçıları Təşkilatı, (IPEC - Independent Petroleum Exporting Countries), Aİ, 

Beynəlxalq  Enerji  Agentliyi  (lEA  -  International  Energy  Agency)  energetika, 

sənaye  sahəsində  əməkdaşlıq,  ekoloji  problemlər,  bazar  mexanizmlərindən 

istifadə olunması və dünya neft bazarının inkişafı üzrə keçirilən əlaqələndinnə 

danışıqlarında iştirak edir. 

OPEC-in ali orqanı üzv-dövlətləri təmsil edən, neft, hasilat sənayesi yaxud 

energetika  nazirlərinin  başçılıq  etdiyi  nümayəndə  heyətlərindən  ibarət  olan 

konfransdır.  Konfransın  iclasları  ildə  iki  dəfə,  adətən,  OPEC-in  Vyanada 

(Avstriya) yerləşən mənzil-qərargahında keçirilir. Konfrans OPEC-in siyasətinin 

əsas  istiqamətlərini,  onun  həyata  keçirilməsi  yollarını  və  vasitələrini  müəyyən 

edir və Direktorlar Şurasının təqdim etdiyi hesabatlar və tövsiyələr, habelə büdcə 

üzrə qərarlar qəbul edir. Konfrans öz işində bir sıra komitələrə istinad edir. 

1976-cı ildə OPEC Beynəlxalq İnkişaf Fondunu (OPEC Fondu)  - OPEC 

üzvü olan dövlətlərlə inkişaf etməkdə olan başqa ölkələr arasında əməkdaşlığı 

dəstəkləmək üçün çoxtərəfli maliyyə qurumunu təsis etmişdir. Fəaliyyəti 

311 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə