Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə127/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   123   124   125   126   127   128   129   130   ...   306

Referatların mövzuları 

1.

 



Vahid qiymət anlayışı və onun məzmunu 

2.

 



Qiymətlərin beynəlxalq tənzimlənməsi 

3.

 



1995-2010-cu illərdə dünya bazarlarında sənaye malları, kənd 

təsərrüfatı məhsulları və yanacağın qiymətlərinin hərəkətinin təhlili 



315 


Bölmə 

KAPİTALIN 

BEYNƏLXALQ YERDƏYİŞMƏSİ 

VƏ TMK-nın FƏALİYYƏTİ - 

BEYNƏLXALQ SAHİBKARLIQ 


Fəsil 13 

ƏMƏK RESURSLARININ BEYNƏLXALQ 

HƏRƏKƏTİ 

13.1.

 

işçi qüvvəsinin beynəlxalq əmək miqrasiyası 

anlayışı və onun məzmunu 

Əmək istehsalın əsas amillərindən biridir. İqtisadi artım ümumiləşdirilmiş 

şəkildə  iki  göstəricinin:  əhalinin  və  mövcud  resursların  artımı  ilə  xarakterizə 

olunur.  Dünya  ölkələri  əhalisinin  sayı  və  strukturu,  maddi  təminat,  elmin, 

təhsilin,  mədəniyyətin, cəmiyyətin inkişafı, əmək ehtiyatları və miqrasiya  - bu 

məsələlər (amma bunlarla bitməyən) bilavasitə ölkələrin və ümumilikdə dünya 

iqtisadiyyatının  artımı  ilə  birbaşa  əlaqədardır.  Əhalinin  çoxalması  və  işçilərin 

sayının  artım  dinamikası,  onların  əmək  funksiyalarının  keyfiyyəti  və  yaranan 

əmək münasibətləri əsrlər boyu dünya ölkələrinin iqtisadi artımının və inkişafının 

əsas mənbəyi olmuşdur. 



Anlayışı, mahiyyəti. İstehsal amilləri, o cümlədən işçi qüvvəsi beynəlxalq 

miqyasda hərəkət etmək qabiliyyətinə malik olduğuna görə müəyyən dərəcədə 

beynəlxalq  ticarət  münasibətlərini  əvəz  edə  bilər.  Bu  fəsildə  nəzərdən 

keçirəcəyimiz materialdan görünür ki, işçi qüvvəsinin beynəlxalq miqrasiyasının 

və onun nəticələrinin bir çox aspektləri ölkələrin xarici ticarətindən əldə olunan 

effektin bənzəridir. İşçi qüvvəsi aşkar artıqlığı mövcud olan ölkədən onun aşkar 

qıtlığı  qeydə  alınan  ölkəyə  yönəlir.  Şübhəsiz  ki,  bu  cür  yerdəyişmə  əcnəbi 

işçilərin əməyindən istifadə edən ölkədə milli iqtisadiyyatın səmərəliliyini artırır. 

Bu  əlavə  işçi  qüvvəsi  dünya  bazarı  üçün  malların  buraxılışını  genişləndirir  və 

eyni  zamanda  gəlirlərin  yenidən  bölgüsü  effekti  yaratmaqla,  əhalinin  müxtəlif 

qruplarının maraqlarına toxunur. 

BƏB əsasında kooperasiya iki formada həyata keçirilir: 

1)

 

əmtəə mübadiləsi; 



2)

 

əmək miqrasiyası. 



Problemin məfhum kimi dərk olunması baxımından işçi qüvvəsinin ölkə 

daxilində, onun regionları arasında baş verən «daxili» və iki yaxud daha çox ölkə 

arasındakı «xarici» miqrasiyası mövcuddur. Siyasi mühacirlər işə düzələrək işçi 

miqranta çevrildiyinə görə, bəzən siyasi emiqrasiya əmək 



317 


miqrasiyasına  transfermasiya  olunur;  bu,  məcburi  xarici  emiqrasiyanm  bir 

növüdür. 



İşçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası

 

-  əmək  qabiliyyətli  yaşda  olan 

əhalinin  iqtisadi  səbəblər  (iş  tapmaq  məqsədi  ilə)  üzündən  müəyyən  ölkədən 

başqasına bir ildən artıq müddətə köçməsidir. 



Emiqrasiya - əmək qabiliyyətli əhalinin müəyyən ölkədən başqa ölkələrə 

çıxıb getməsidir; iınmiqrasiya - əmək qabiliyyətli əhalinin müəyyən ölkəyə başqa 

ölkələrdən gəlməsidir. «Zəka axını» - yüksək ixtisaslı mütəxəssislərin beynəlxalq 

miqrasiyasıdır.  Reeıniqrasiya



 

-  emiqrantlarm  daimi  yaşamaq  üçün  vətənə 

qayıtmasıdır. 

Əmək  miqrasiyası  qədim  zamanlardan  mövcud  olan  təzahürdür.  Buna 

görə də onun əvvəlki dövrlərdə hansı fonuada və növlərdə müşahidə olunduğunu 

bilmək  vacibdir.  Sosial  mütəhərrikliyin  fonuaları  dəyişəndir,  amma  təzahürün 

özü insan cəmiyyətlərinin hamısına xasdır. 

Pitirim  Sorokinə  görə,  sosial  mütəhərriklik  cəmiyyətə  xas  olan  adi 

vəziyyətdir.  Bu,  təkcə  fərdlərin,  qrupların  deyil,  sosial  obyektlərin,  yəni 

bəşəriyyətin fəaliyyət prosesində yaratdıqlarının da yerdəyişməsini nəzərdə tutur. 

Sorokin  siniflər  nəzəriyyəsinin  əleyhinə  çıxış  edirdi  və  ilk  dəfə  olaraq,  gəlir 

səviyyəsinə və məşğuliyyət növünə görə dayanıqlı sosial qrupları nəzərdə tutan 

«iqtisadi stratifıkasiya» məfhumunu işlətmişdir. Onun gəldiyi qənaətə görə, əsas 

struktur qrupları yalnız adını dəyişərək, ən qədim zamanlardan indiyədək məlum 

olan  bütün  cəmiyyətlərin  həyatında,  bütün  dövlət  sistemlərində;  demokratiya, 

kommunizm, diktatura və s. mövcudluğunu davam edir. «Hər hansı an ərzində 

stratifıkasiyanm  bəzi  fonnaları  pozularsa,  onlar  köhnə  yaxud  modifıkasiya 

olunmuş  formada  yenidən  meydana  çıxır  və  çox  hallarda  bərabərlik 

tərəfdarlarının  öz  əlləri  ilə  yaradılır».  Bu  stratifıkasiya  qruplarına  ən  güclü 

zərbələri  müharibələr  və  başqa  sosial  münaqişələr  vurur  və  partlayışa  bənzər 

qaçqın  axını,  yaradır.  Nəticədə  xalqın  əsrlik  ənənələri  dağılır,  etnosun 

strukturunda geriləmə prosesləri başlayır, sivillikdən kənar yeni münaqişələr baş 

qaldırır (şəkil 13.1). 

13.1-ci  şəkildə  müasir  miqrasiyanın  kifayət  qədər  mürəkkəb  strukturu 

təsvir  olunmuşdur;  burada  göstərilən  anlayışlar  əmək  miqrasiyasına  birbaşa 

yaxud  dolayısı  ilə  aidiyyəti  olan  miqrasiyaların  bütöv  təsnifat  qrupunun 

hərəkətverici səbəblərini özündə ehtiva edir. 

Miqrasiyaların  ümumi  səbəbləri.  Bəşər  tarixində  çoxlu  sayda  mühüm 

ərazi yerdəyişmələri baş vennişdir və bunlardan biri «xalqların böyük köçü» 

318 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə