Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə128/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   124   125   126   127   128   129   130   131   ...   306

adını  almışdır.  İlkin  dövrlərdə  əhali  ənənəvi  yaşayış  yerlərindən  səbəblər 

kompleksinin təsiri altında köçürdü və bu zaman təbii-iqlim şəraiti həlledici rol 

oynayırdı.  Bir  qədər  sonra  ara  verməyən  müharibələr  dövrü  başlandı  və  əsir 

götürülənlərin  qul  kimi  satılmaq  üçün  qaliblərə  verilməsi  mükafatlandınnanm 

əsas fonnasına çevrildi. Sonra demoqrafik və iqtisadi, Ən yeni tarixdə isə daha 

çox iqtisadi səbəblər əsas rol oynamağa başladı. İki Dünya müharibəsi arasında 

olan,  on  milyonlarla  adamın  bir  ölkədən  başqa  ölkəyə  köçürülmüş  olduğu 

1914-1918-ci və 1939-1945-ci illər bu qaydadan istisnalıq təşkil etsə də, bu cür 

yerdəyişmələrin  nəticəsi  «böyük  köç»  dövründə  baş  verən  hadisələrdən  zəif 

təəssürat  bağışlamamışdır.  XX  əsrin  sonunda  tez-tez  baş  verən  regional 

münaqişələr nəticəsində iş axtarılması ilə əlaqədar olmayan (bu məsələ bir qədər 

gec,  sağ-salamat  qaldığına  əmin  olmuş  qaçqın  sığınacaq  və  qida  axtarmağa 

başladıqda meydana çıxır) regional-beynəlxalq məcburi miqrasiya yaranmışdır. 

Vyetnam, Kamboca, Çili, Kuba, Haiti, Yunanıstan (1950-1970-ci illərdə «qara 

polkovniklərin» çevrilişindən sonra) qaçqınlarını, habelə faşist senator Makkarti 

dövründə ABŞ ziyalılarını buna nümunə göstənnək olar - onların hamısı vətəni 

təqib  və  repressiyalar  üzündən  tərk  etməyə  məcbur  olmuşdur.  1960-1990-cı 

illərdə  Afrika  və  Latın  Amerikasında  baş  verən  hərbi  münaqişələr  milyonlarla 

qaçqının  meydana  çıxmasına  səbəb  olurdu.  Keçmiş  Yuqoslaviyadakı  etnik 

müharibə,  sonra  isə  NATO-nun  hərbi  qüvvələri  tərəfindən  Serbiyanın 

bombardmanı milyonlarla insanın böyük faciəsinə çevrilmiş, yüz minlərlə adam 

öz vətənindən qaçmağa məcbur olmuşdu. 

SSRİ-nin  ərazisində  hərbi  əməliyyatlara  çevrilən  lokal  münaqişələr 

(Özbəkistan,  Qazaxıstan,  Baltikyanı  ölkələr,  Moldova,  Cənubi  Osetiya, 

İnquşetiya və Şimali Osetiya, Abxaziya, nəhayət. Çeçenistan) meşə yanğını kimi 

yayılmağa başladı. Hərbi münaqişələr və SSRİ-nin dağılması 10 milyona yaxın 

adamın qaçqına çevrilməsinin birbaşa səbəbidir. 

NATO-nun  Liviyada  keçirdiyi  əməliyyatlar  qaçqınların  yeni  axınını 

yaratmışdır. 

Qeyd edək ki, müharibədən sonrakı dövrdə əmək resurslarının beynəlxalq 

miqrasiyasının  əsasını  təkcə  göstərdiyimiz  hərbi-siyasi  deyil,  başlıca  olaraq 

iqtisadi səbəblər təşkil edir. Əmək resurslarının miqrasiyası həm resipiyent, həm 

də  donor-ölkələrdə  böyük  dəyişikliklərə  səbəb  olmuşdur.  Dəyişikliklər 

çoxcəhətli xarakter daşıdığına görə iqtisadçıların, sosioloqların, demoqrafların və 

s. diqqətini cəlb edir. 

319 



 

Şəkil 13.1. Əhali miqrasiyasının strukturu 

Beynəlxalq  miqrasiya  bütün  ölkələr,  xalqlar  və  qitələr  üçün  aktual 

məsələyə çevrilmişdir. BMT miqrasiya təzahürünü «insanların yaşayış yerini 12 

aydan çox müddətə tərk etməklə, milli sərhədlərdən kənara çıxmaqla istənilən 

yerdəyişməsi» kimi təfsir edir. BMT-nin rəsmi məlumatlarına görə, 1994-cü ildə 

qaçqınların  sayı  24  milyon  nəfərdən  çox  olmuşdur  (1980-ci  ildə  -  10  milyon 

nəfərdən az). 2010-cu ildə dünya üzrə miqrantların sayı 214 milyon nəfərə yaxın 

olmuşdur  və  buna  görə  də  XX  əsrin  «qaçqınlar  əsri»  adlandırılması  təsadüf 

deyil. 

inkişaf  etməkdə  olan  ölkələrdən  immiqrantlar.  İşsizlik,  həyat 

səviyyəsinin aşağı olması, yoxsulluqdan can qurtannaq cəhdləri inkişaf etməkdə 

olan  ölkələrdən  inkişaf  etmiş  ölkələrə  immiqrasiyanın  əsas  səbəbləridir. 

Əhalinin  mütəhərrikliyinin  aydın  ifadə  olunmuş  iqtisadi  səbəbləri  ilə  yanaşı, 

yaşayış  yerinin  müəyyən  müddətə  dəyişilməsinə  yaxud  həmişəlik  tərk 

olunmasına təsir göstərən siyasi, sosial və demoqrafik amillər də baş qaldırır və 

güclənirdi. İnkişaf etməkdə olan ölkələrdə onların təsir dərəcəsi 

320 



müxtəlif olsa da, çox vaxt həlledici rol oynayırdı. 

Əhalinin  mütəhərrikliyinin  onun  sıxlığından  daha  çox,  var-dövlət 

baxımından  qütbləşmə  və  inkişaf  etməkdə  olan  ölkələrin  sakinlərinin  sürətlə 

çoxalması ilə əlaqələndirmək lazımdır. Asiya və Afrikanın, nisbətən az isə Latın 

Amerikasının yoxsul ölkələrinin ümumi cəhəti əhalinin sürətlə çoxalmasıdır və 

bu, onların həyatının bütün sahələrinə təsir göstərir. Məlumdur ki, 1950-1995-ci 

illərdə  Asiyanın  əhalisi  1,8  milyard  nəfər,  yəni  inkişaf  etmiş  ölkələrini  indiki 

əhalisinin ümumi sayından çox kəmiyyət qədər artmışdır. 

Demoqrafik partlayış nəticəsində Asiya və Afrikanın demək olar ki, bütün 

ölkələrində  əhalinin  sıxlığı  artmış,  ən  vacibi  isə  bir  kəndli  ailəsinə  düşən 

becərilən  torpaqların  ölçüləri  ixtisar  olunmuşdur.  Məsələn,  Hindistanda  1950- 

1995-ci illərdə torpaq sahələrinin ölçüsü 3 dəfə, Pakistanda isə müstəqillik elan 

olunduqdan  sonrakı  dövrdə  2,7  dəfə  azalmışdır;  Türkiyədə  1950-ci  ildə  kənd 

əhalisinin hər nəfərinə 0,7 hektar becərilən sahə, 1960-cı  ildə əvvəllər istifadə 

olunmayan  torpaqların  mənimsənilməsi  nəticəsində  isə  0,8  hektar  düşmüş, 

sonradan bu göstərici mütəmadi azalaraq, 1995-ci ildə 0,4 hektara düşmüşdür. 

Əhalinin  artımı  ilə  bərabər,  ərzağa,  mənzilə,  becərilən  torpaqlara,  su 

təchizatına,  enerji  güclərinə,  habelə  iş  yerlərinə  tələbat  da  çoxalırdı.  Əhalinin 

bunlarla  təmin  olunmasının  obyektiv  imkanları  isə  tükənir.  Bütün  bunlar 

ölkələrin əhalisinin sürətlə artmasının yoxsul dövlətlərdə emiqrasiyanm ən vacib 

səbəblərindən biri olması barədə fikir söyləməyə əsas verir. Əmək resurslarının 

beynəlxalq  hərəkətinin  səbəbləri  və  nəticələri  birmənalı  deyil,  bunlar 

mütəxəssislər tərəfindən hər bir ölkə (ölkələr qrupu) üzrə daim tədqiq olunur. 

Yoxsulluq əmək miqrasiyasının əsas səbəbidir. Əmək miqrasiyasının əsas 

səbəbi  (sadaladığımız  başqa  tərkib  hissələrinin  mühümlüyü  nəzərə  alınmaqla) 

insana  (və  təbii  ki,  onun  ailəsinə)  layiqli  həyat  sürmək  imkanı  verən  iş 

axtarılmasıdır.  İnkişaf  etmiş  ölkələrdə  mütəxəssislər  arasında  bir  ölkədən 

başqasına, məsələn. Böyük Britaniyadan ABŞ-a, Kanadaya, Avstraliyaya yaxud 

əksinə  köçməklə,  şəraiti,  ölkəni,  iş  yerini  dəyişməyə  müəyyən  meyil  vardır. 

Lakin  çox  vacib  sosial-iqtisadi  və  beynəlxalq  hadisə  kimi,  müasir  əmək 

miqrasiyasının əsasını bu səbəblər təşkil etmir. Bu təzahürün təməlində iqtisadi 

cəhətdən zəif, işsizlik səviyyəsinin yüksək, iş tapıldıqda belə, pis şəraitinə yaxud 

məvacibin  az  olmasına  görə  insanı  çox  vaxt  qane  etməyən  ölkələrdə  mövcud, 

onlara xas olan yoxsulluq

 

durur. 


Buna görə də müasir əmək miqrasiyasının yaranmasının əsas mənbəyi 

321 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə