Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə130/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   126   127   128   129   130   131   132   133   ...   306

 

olduğu kimi, iqtisadi deyil, humanitar mülahizələr əsasında qəbul edilir. ABŞ- da, 

İsveçdə, Danimarkada  gəlmə sakinlərin 70-80%-i  ailələrin  birləşməsi  kanalları 

vasitəsilə  gəlir.  Norveç,  Fransa  və  İsveçdə  yaşayan  xaricilərin  20%-i 

qaçqınlardır. Belçika və Niderlandda isə əhalinin ümumi sayında immiqrantlarm 

xüsusi çəkisi daha çoxdur. Bu cür miqrantlar dövlət himayəsində olanların sayını 

artırır və cəmiyyətin üzərinə düşən əlavə yük yaradır; 

Son hodd mohsulu 

MPL, MPL 

 

()• 



ölkədən xaricə 

miqrasiyası 

Dünyada məcmu işçi qüvvəsi 

Şəkil 13.2.

 Kruqman-Obstfeldin qrafik düsturu 

• müasir dövrdə miqrantlarm təhsil və peşə-ixtisas səviyyəsi getdikcə daha 

böyük  rol oynamağa başlayır.  Bir qayda kimi,  immiqrantlarm təhsil səviyyəsi, 

yerli sakinlərlə müqayisədə, aşağıdır. Ancaq son dövrdə Kanadada, Cənubi  və 

Mərkəzi  Avropanın  bəzi  ölkələrində  əks  təzahürlər  müşahidə  olunur: 

2000-2005-ci  illərdə  Kanadada  25-44  yaşlı  immiqrantlarm  təqribən  26%-nin 

üçüncü pillə təhsili olduğu halda, həmin yaşda olan yerli sakinlərin bu göstəricisi 

20%  olmuşdur.  Yeni  gələn  işçilərin  tərkibində  onların  xüsusi  çəkisi  daha 

yüksəkdir. 2001-2006-cı illərdə Kanadanın ixtisaslı işçilər proqramı üzrə daimi 

yaşamaq  üçün  qəbul  etdiyi  immiqrantlarm  46%-nin  üçüncü  pillə  təhsili,  0 

cümlədən 15%-nin ən azı magistr diplomu var idi. İmmiqrantlarm peşə- 

324 



ixtisas tərkibindəki  güclü  qütbləşmə xarici  işçi qüvvəsinə olan müasir tələbatı, 

habelə  bir  tərəfdən,  müəyyən  kateqoriyadan  olan  yüksək  ixtisaslı 

mütəxəssislərin,  digər  tərəfdən  isə,  kənd  təsərrüfatının,  turizm  biznesinin  və  s. 

tələbatını  ödəmək  üçün  lazım  olan  mövsümi,  aşağı  ixtisaslı  fəhlələrin  ölkəyə 

axınını stimullaşdıran xüsusi proqramların mövcudluğunu əks etdirir. Son illərdə 

yeni gələn, iqtisadi fəal olan əcnəbilərin tərkibində mühəndislərin, alimlərin və 

menecerlərin  payı  Aİ-də  40%,  ABŞ-da  isə  təxminən  35%  olmuşdur.  Yüksək 

ixtisaslı  miqrantlar,  adətən  daha  böyük  iqtisadi  fayda  verdiyi,  sosial-iqtisadi 

inteqrasiya  prosesini  asanlıqla  keçdiyi  və  yerli  əhalinin  sosial  davranış 

standartlarını  tezliklə  mənimsədiyi  halda,  aşağı  ixtisaslı  miqrantlarm  qəbulu 

arzuolunmaz sosial-siyasi nəticələrə gətirib çıxara bilər. 

 



immiqrasiyanm  milli  tərkibi  məsələsi  də  aktualdır.  AFR-da  immiq- 

rantlarm 16 hissəsi - türklər, Fransada  - mərakeşlilər və əlcəzairlilər, ABŞ-da - 

meksikalılardır.  Özgə  etnosdan  olan  gəlmə  əhalinin  sayının  artması,  etnik 

anklavların  formalaşması,  qəbul  edən  ölkənin  multimədəniyyət  cəmiyyətinə 

çevrilməsi  orada  etnoslararası  münasibətləri  gərginləşdirir,  bu  isə,  ksenofo- 

biyanm  güclənməsinə,  ekstremist  qüvvələrin  mövqelərinin  möhkəmlənməsinə 

səbəb olur; 

 



immiqrasiyanm pozucu effektinə onun axınının böyük hissəsinin qeyri- 

leqal xarakteri güclü təsir göstərir. Bəzi qiymətləndirmələrə görə, qeyri-qanuni 

immiqrantların sayı Avropa ölkələrində 2,5 milyondan 7 milyona, ABŞ-da 9- 10 

milyon nəfərədək çatır. İnkişaf etmiş ölkələrdə əhalinin planlaşdırılmayan, çətin 

nəzarət olunan, kortəbii yerdəyişməsinə milli təhlükəsizliyə təhdid, ilk növbədə, 

terrorizm, kriminogen, sanitar-epidemioloji vəziyyət və s. Baxımından yanaşılır. 

Miqrantlarm  olması  niyə  zəruridir?  Əhalinin  qocalması  və  sayının 

azalması, onun əmək qabiliyyəti olan və olmayan hissələri arasında nisbətlərin 

dəyişməsi indi inkişaf etmiş ölkələrin çoxu üçün səciyyəvidir və yaxın 50 ildə Aİ 

əhalisinin  təqribən  12%  azalacağı  gözlənilir.  Ömür  müddətinin  uzanması 

fonunda indi Aİ-nin hər altıncı sakininin yaşı 65-dən yuxarıdır, 2050-ci ildə isə 

hər 4 (bəlkə də hər 3) nəfərdən biri bu yaşda ola bilər, özü də, 65-69 yaşında olan 

əhali  qrupunda  yaşlıların  yalnız  10%-i  işləməyə  davam  edəcəkdir.  Bunun 

nəticəsində  iqtisadi  fəal  əhalinin  sayı  azalır.  Hazırda  inkişaf  etmiş  ölkələrdə 

demoqrafik  artımın  yarısından  çoxunu,  Avropada  isə  90%-ə  yaxınını 

immiqrantlar  təmin  edir.  BMT-nin  proqnozlarına  görə,  2000-2050-ci  illərdə 

iqtisadi fəal əhalinin sayını saxlamaq üçün Aİ ölkələri hər il 1,4 milyon adam 

325 



qəbul  etməlidir.  Bundan  başqa,  immiqrasiya  immiqrant  ailələrində  doğum 

sayının  yüksək  göstəricilərinin  (xüsusilə  də  köçdükdən  sonrakı  ilk  illərdə) 

olmasını qəbul edən ölkədə demoqrafik vəziyyətə əlavə təsir də göstərir. Buna 

müvafiq  olaraq,  inkişaf  etmiş  ölkələrin  çoxunda  işçi  qüvvəsində  əenəbilərin 

xüsusi  çəkisi  artır:  bu  göstərici  Avstraliyada  -  24,6%,  İsveçrədə  -  21,8%, 

Kanadada - 19,9%, ABŞ-da 15,3%-dir. 

Əmək  resurslarının  sosial-peşə  tərkibi  də  immiqrasiyanm  güclü  təsirinə 

məruz  qalır.  İşçi  qüvvəsi  bazarının  peşə-sahə  və  ərazi  strukturunda  kəskin 

qeyri-mütənasibliklər  şəraitində  bu  təsir  birmənalı  xarakter  daşımır.  Qərb 

ölkələrində həm xroniki, həm də dövri olaraq, yerli əhalinin yerinə yetinnəkdən 

imtina etdiyi ağır, çirkli, təhlükəli və aşağı ödənişli işlər üçün ixtisassız heyətə 

müvəqqəti və mövsümi tələbat yaranır. Məsələn, Belçikada mədən fəhlələrinin 

yarısından  çoxu,  İsveçrədə  tikintidə  işləyən  fəhlələrin  40%-  i,  ABŞ-da  aqrar 

sektorda çalışanların 70%-i immiqrantlardan ibarətdir. 

Eyni  zamanda  texniki  təmayüllü  yüksək  ixtisaslı  mütəxəssislər  və  orta 

ixtisas  səviyyəli  fəhlələr  qruplarında  muzdlu  işçilərin  çatışmazlığı  hiss  olunur. 

Belə ki, 2001-2006-cı illərdə Avstraliyada informasiya texnologiyaları sahəsində 

mütəxəssislərin çatışmazlığı 27-35 min nəfər eivarmda qiymətləndirilirdi. 

İndi  ABŞ-da  əcnəbi  mənşəli  1,5  milyon  (vətəndaşlıq  verilmiş  əcnəbilər 

daxil olmaqla) alim və mühəndis, Aİ-də 2 milyona yaxın əcnəbi alim, mühəndis

menecer və texnik işləyir. Yüksək ixtisaslı mütəxəssislər arasında əcnəbilərin ən 

yüksək xüsusi çəkisi on illər ərzində dünyanın ən güclü zəkalarının cəlb olunması 

üzrə  məqsədyönlü  siyasət  həyata  keçirən  ənənəvi  emiqrasiya  ölkələrində: 

Avstraliya (25%), Kanada (18%) və ABŞ-dadır. 

Xarici  tələbələrin  qəbulu  da  elmi-texniki  sahədə  insan  resurslarının 

artırılmasının  mühüm  kanalı  kimi  nəzərdən  keçirilir.  Hazırda  inkişaf  etmiş 

ölkələrdə 5 milyondan çox əcnəbi tələbə təhsil alır və onların təxminən 'A hissəsi 

ABŞ-ın  payına  düşür.  Özlərinin  təbiət  və  texniki  fənlər  üzrə  təhsil  alan 

tələbələrinin sayının azaldığı  şəraitdə bu ölkələr  həmin ixtisaslar üzrə təhsilini 

bitirən əcnəbi tələbələrə getdikcə daha böyük maraq göstərir, bu məzunların işçi 

vizası almasını asanlaşdırmaq məqsədilə öz miqrasiya siyasətində dəyişikliklər 

aparır.  Məsələn,  Kanadada  əcnəbi  tələbələrin  36%-i  bu  fənlər  üzrə  təhsil  alır, 

ABŞ-da  isə  PhD  dərəcəsi  alanların  22%-i  əcnəbilər  olduğu  halda,  mühəndis 

elmləri,  riyaziyyat  və  infomıasiya  texnologiyaları  sahəsində  onların  payı 

60%-dən çox olmuşdur. 

326 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə