Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə131/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   127   128   129   130   131   132   133   134   ...   306

13.2.

 

İqtisadi aspekt 

Dayanıqlı  demoqrafik  enmə  və  əmək  bazarında  qeyri-mütənasibliklərin 

güeləndiyi  şəraitdə  immiqrasiya  əmək  resurslarını  artınnaqla  və  məşğulluq 

sahəsində boşluqları doldumaqla, qəbul edən cəmiyyətdə mühüm sosial- iqtisadi 

funksiyanı  yerinə  yetirir.  Aydındır  ki,  öz  əmək  resurslarının  məhdudluğunu 

nəzərə  alan  inkişaf  etmiş  ölkələr,  əvvəlki  kimi,  miqrantlarm  müəyyən 

kateqoriyasının immiqrasiyasını stimullaşdıracaq. 

İmmiqrantlar  milli  məhsulu  istehsal  və  istehlak  etməklə,  vergiləri 

ödəməklə, əmanətlər qoymaqla və s. qəbul edən ölkənin təsərrüfatının inkişafına 

nəzərəçarpan təsir göstərir. 

İxtisası olmayan işçilərin immiqrasiyası iqtisadiyyatın nomal fəaliyyətini 

təmin  edən  ənənəvi  sektorları  və  ictimai-zəruri  fəalij^ət  növlərini  qoruyub 

saxlayır.  Bundan  başqa,  boşluqları  doldumaqla,  immiqrantlar  yerli  kadrların 

ixtisasından  daha  böyük  səmərə  əldə  etməyə  və  bununla  da,  onların  əmək 

məhsuldarlığının  artmasına  imkan  yaradırlar.  AFR-da  aparılan  tədqiqatlar 

göstərir ki, immiqrasiya olmadığı halda təsərrüfatın inkişafı dəfələrlə ləngiyər və 

yüksək  inflyasiya  yaxud  istehsalın  xarici  ölkələrə  köçürülməsi  ilə  müşayiət 

edilərdi. 

İxtisassız  əcnəbi  işçi  qüvvəsindən  istifadənin  bimənah  olmayan 

nəticələrindən  fərqli  olaraq,  ölkəyə  yüksək  ixtisaslı  mütəxəssislərin,  alimlərin, 

habelə  tələbələrin  axını,  sözsüz  ki.  Qərbin  aparıcı  dövlətlərinin  innovativ 

inkişafında və iqtisadi artımında böyük pozitiv rol oynayır. 

ABŞ-da kimya üzrə Nobel mükafatı laureatlarının 35%-nin xarici mənşəli 

olması  immiqrantlarm  ölkənin  elmi-texniki  inkişafına  töhfə  veməsinin 

sübutudur.  Maraqlıdır  ki,  ABŞ-da  innovasiyalara  görə  verilmiş  ən  məşhur 

patentləri  və mükafatları alanların 18%-dən çoxu başqa ölkələrdə doğulanların 

payına  düşür.  Beynəlmiləlləşmə  prosesləri  Qərbi  Avropanın  ETTKİ  sahəsinə 

getdikcə daha dərin nüfuz edir. Aparıcı tədqiqat mərkəzlərində əcnəbilərin payı 

10%-ə çatır. Əcnəbi alimlər müasir həyatın keyfiyyətinə həlledici təsir göstərən 

sahələrdə tədqiqat işlərinin aparılması üçün cəlb olunurlar. Bunlar, ilk növbədə, 

İKT,  kənd  təsərrüfatı,  səhiyyə  və  tibbdir.  2000-ci  ildə  AFR-m  Əmək  İnstitutu 

tərəfindən  avropalı  sahibkarlar  arasında  keçirilən  sorğu  eimtutumlu  sahələrdə 

dinamik inkişaf edən müəssisələrin əcnəbi peşəkarların əməyindən fəal istifadə 

etdiyini  göstərmişdir:  firmaların  39%-i  yüksək  ixtisaslı  əcnəbi  mütəxəssisləri 

cəlb edir, onların müvafiq səviyyəli işçi heyətindəki xüsusi çəkisi isə 11% 

327 



təşkil  edirdi;  ETTKİ  sahəsində  bu  göstəricilər  uyğun  olaraq  61%  və  16% 

olmuşdur.  Alman  fıraıalarmda  çalışan  yüksək  ixtisaslı  əcnəbi  işçilər  arasında 

sorğu edilənlərin 48%-nin İKT ilə bağlı ixtisasları, 45%-nin mühəndislik işi üzrə 

diplomu və dərəcəsi olduğu halda, AFR vətəndaşları arasında biznes məsələləri 

üzrə ekspertlər liderlik edirdi (70%). 

Başqa  ölkələrdə  doğulanlar  sahibkarlığın,  o  cümlədən  innovasiya 

sahələrinin  inkişafında  nəzərəçarpan  rol  oynayırlar.  Yaxın  keçmişdə 

immiqrantlarm  sahibkarlıq  sahəsində  fəallığı  nəticəsində  ABŞ-da,  Los- 

Ancelesdə  «Korritaun»  və  «Kiçik  Sayqon»,  Oklenddə  «Çaynataun»  yaxud 

Mayamidə  «Kiçik  Havana»  kimi  sürətlə  inkişaf  edən  işgüzarlıq  mərkəzləri 

meydana çıxmışdı. 

Əcnəbilərin  ucuz  əməyindən  geniş  istifadə  olunan  sahələrdə  əməyin 

ödənilməsi  xərclərinə  qənaət  və  buna  müvafiq  olaraq,  şirkətlərin  gəlirlərinin 

çoxalması  bir  qayda  kimi,  investisiya  fəllığmm  yüksəlməsi  ilə  nəticələnir. 

Bundan  başqa,  işçi  qüvvəsinin  mütəhərrikliyini  artırmaqla,  immiqrantlar 

şirkətlərin  kapitalın  hərəkətinə  çəkdiyi  xərclərinə  qənaət  etməsi  üçün  şərait 

yaradırlar. 

Bütövlükdə  isə,  immiqrasiya  zəruri  insan  kapitalı  (işçi  əlləri,  xüsusi 

biliklər,  yüksək  peşə  hazırlığı,  idarəçilik  təcrübəsi,  işdə  müvəffəqiyyət 

qazanmaq səyi) ilə yanaşı, investisiya resurslanmn axınını, onların bir hissəsinə 

qənaət  olunmasım  təmin  etməklə,  ölkə  təsərrüfatının  inkişafında  pozitiv  rol 

oynayır. 

İmmiqrasiyanm qəbul edən ölkənin büdcəsi üzərinə ağır yük kimi yatdığı 

barədə  fikir  geniş  yayılmışdır.  Həqiqətən  də,  gəlmə  əhalinin  cəmləşdiyi 

bölgələrdə  dövlət  tərəfindən  göstərilən  sosial  xidmətlər  və  ödəmələr  büdcəyə 

çox güclü təzyiq göstərir. İmmiqrantlarm aztəminatlı ailələrinin məktəb təhsili, 

tibbi xidmət  göstərilməsi və sosial  təminatı  ilə bağlı olan zəruri  xərcləri  yerli 

büdcələr  üçün  əlavə  yükdür.  ABŞ-da  intensiv  qeyri-leqal  immiqrasiya 

axınlarının yönəldiyi ştatlar bundan xüsusilə böyük zərər çəkir. 

Ancaq  ABŞ  və  Kanadada  keçirilən  tədqiqatlara  görə,  ölkənin  yerli 

əhalisinin orta vətəndaşı ilə müqayisə olunduqda, orta immiqrantm aldığı sosial 

ödəmələr az, ödədiyi vergilər isə çoxdur. 

Bir çox ölkələrdə müəllim kadrlarının qocalması fonunda əcnəbi alimlər 

və müəllimlər universitet həyatına yeni təravət gətirir. Universitet müəllimləri 

arasında əcnəbilərin payı İsveçrədə 13%, ABŞ-da 8,3% təşkil edir. Öz vəsaiti 

yaxud onları göndərən dövlətin hesabına təhsil alan əcnəbi tələbələrin qəbulu 

328 



daha  böyük  əhəmiyyət  kəsb  edir.  Təhsil  xidmətlərinin  ixracı  inkişaf  etmiş 

ölkələrin  çoxunda  xaricdən  maliyyə  vəsaitlərinin  daxil  olmasının  mühüm 

mənbəyinə çevrilmişdir. 

Beləliklə, immiqrasiyanm iqtisadiyyata, büdcəyə və sosial infrastruktura 

göstərdiyi təsir ümumilikdə pozitiv kimi qiymətləndirilə bilər. 

Qərbi Avropa dövlətləri, ABŞ, Kanada və Avstraliya miqrasiya prosesləri 

üzərində  nəzarətin  gücləndirilməsi  və  yeni  immiqrant  axınlarının 

məhdudlaşdırılması  sahəsində  ciddi  addımlar  atmağa  başlamışdır.  Bir  sıra 

beynəlxalq sazişlər bağlanmış, əhali qruplarının miqrasiyasının yeni dalğasının 

müxtəlif  cəhətlərinin  müzakirə  olunduğu  beynəlxalq  konfranslar,  görüşlər  və 

konfranslar 

keçirilmişdir. 

Buna 

baxmayaraq, 



iqtisadi 

vəziyyətin 

mürəkkəbləşməsi,  siyasi  qeyri-sabitlik,  millətlərarası  münaqişələrin  və 

ziddiyyətlərin güclənməsi üzündən bu problem kəskinliyini hələ də itinnəmişdir. 



Ziddiyyətli  nəticələr.  Ölkələrin  bəzisi  başqa  dövlətlərdə  işləyən 

vətəndaşlarının pul köçürmələrindən ciddi iqtisadi səmərə əldə edir, digərləri isə 

nəzərəçarpan zərər çəkir. 

2007-ci ilin məlumatlarına görə, miqrantlar tərəfindən ən böyük məbləğdə 

pul Hindistana (35 262 milyon dollar), Çinə (32 262 milyon dollar), Meksikaya 

(27 144 milyon dollar), ABŞ-a (45 643 milyon dollar), Rusiya Federasiyasına (17 

716  milyon  dollar),  İsveçrəyə  (16  273  milyon  dollar)  köçürülür.  Pul 

köçürmələrinin regional strukturuna nəzər yetirsək, onların daxil olan axınlarına 

görə Asiya (141 398 milyon dollar), çıxan axınlarına görə isə Avropa (126 169 

milyon dollar) liderlik edir. 

Belə bir fakt  da qanunauyğundur ki,  insan potensialının  inkişafı  yüksək 

olan ölkələrə 163 563 milyon dollar, orta olan ölkələrə isə 189 093 milyon dollar 

köçürülür. ’ 

13.3.

 

Milli və beynəlxalq qanunvericilik 

Hər bir ölkənin milli qanunvericiliyi və normativ fəaliyyəti öz miqrasiya 

siyasətinin  məqsədlərini və istiqamətlərini müstəqil müəyyən  etmək hüququnu 

nəzərdə  tutur.  Amma  bu  məsələlərin  nizamlanmasında  beynəlxalq  təşkilatların 

sənədlərində təsbit olunmuş beynəlxalq hüquqi standartlar xüsusi əhəmiyyətə 

^  Доклад  о  развитии  человека.  Преодоление  барьеров:  человеческая  мобильность  и 

развитие. ПРООН, М.: Весь мир, 2009. С. 159-166. 

329 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə