Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə132/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   128   129   130   131   132   133   134   135   ...   306

malikdir.  Beynəlxalq  konvensiyaları  ratifikasiya  edərkən  demokratik  ölkələrin 

çoxu  (amma  hamısı  yox)  beynəlxalq  hüquq  normalarının  milli  qanunverieilik 

üzərində üstünlüyünü tanıyır. 

Xariei əmək miqrasiyasının beynəlxalq-hüquqi əsasını: 10 dekabr 1948- ci 

il  «İnsan  hüquqları  haqqında  ümumi  Bəyannamə»,  16  dekabr  1966-cı  il 

«Vətəndaş  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakt»,  1  avqust  1975-ci  il 

Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  Yekun  Aktı,  Avropada 

Təhlükəsizlik 

və 

Əməkdaşlıq 



Təşkilatının 

üzvü 


olan 

dövlətlərin 

nümayəndələrinin  1986-cı  il  Vyana  görüşünün  Yekun  Aktı,  BMT-nin  «Bütün 

əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında» 

Konvensiyası  təşkil  edir.  BƏT-in  «Əmək  miqrantları  haqqında»  97№-li 

Konvensiyasının əsas ideyalarından biri, həmin sənədi ratifikasiya edən dövlətlər 

tərəfindən milliyyət, irqi, dini mənsubiyyətindən, cinsindən və s. asılı olmayaraq 

miqrantlara  münasibətdə  hüquq  bərabərliyinin  tanımasıdır.  Bu  Konvensiyada 

əmək miqrantlarının qəbul edən ölkənin vətəndaşları ilə həmin sənəddə müəyyən 

edilən məsələlər üzrə eyni hüquqlara malik olmasını təmin edən şərtlər barədə 

müddəalar vardır. 

Miqrasiyanın tənzimlənməsi üzrə tədbirlər sisteminin məzmunu. BƏT- 

in  1949-eu  ildə  qəbul  etdiyi  97№-li  Konvensiyaya  müvafiq  olaraq,  əmək 

miqrantlarının hüquqlarının ümumi müdafiəsi dövlət tədbirləri sistemi ilə təmin 

olunur və buraya aşağıdakılar daxildir: 

 

miqrantlara  yardım  üçün  pulsuz  xidmətlərin  təşkili  və  onların  lazımi 



infomıasiya ilə təmin olunması; 

 



vətəndaşların  immiqrasiyası  və  emiqrasiyası  məsələləri  üzrə  mötəbər 

olmayan infonnasiya və təbliğat əleyhinə tədbirlərin görülməsi

 

miqrasiyanın  bütün  mərhələlərini:  ölkədən  getmə,  yerdəyişmə  və 



miqrantların qəbulunu asanlaşdıran tədbirlərin görülməsi

 



müvafiq tibbi xidmətlərin təşkili

 



əmək miqrantlarma qazanelarmı və əmanətlərini vətənə köçünuək üçün 

icazə verilməsi. 

BƏT-in  97№-li  Konvensiyasında  miqrantların  muzdla  işə  qəbulu, 

yerləşdirilməsi  və  əmək  şəraiti  barədə  müddəalar  vardır,  bir  maddə  isə 

miqrantların  şəxsi  əşyalarını,  iş  alətlərini  və  avadanlığını  ölkəyə  gətirməsi 

məsələlərini tənzimləyir. 

Vətəndaşların  iş  üçün  xaricə  köçməsi  ilə  bağlı  olan  məsələlərin  işlənib 

hazırlanması ilə əlaqədar olaraq, Rusiya qanunvericiliyi baxımından əmək 

330 



miqrantlannm  ölkəyə  cəlbi,  ölkədən  çıxmasının  rəsmiləşdirilməsi  və  işə 

götürülməsi  daha  böyük  maraq  doğumr.  Burada  miqrantlarm  işə  düzəldilməsi 

üzrə  vasitəçilik  fəaliyyəti  ilə  aşağıdakıların  məşğul  olmasına  yol  verildiyi 

göstərilir: 

 

miqrantın  maraqları  baxımından  zəruri  olduğu  hallarda  səlahiyyətli 



dövlət  orqanlarından  icazə  alınması  və  onların  nəzarəti  altında  fəaliyyət 

göstərilməsi şərti ilə, ehtimal olunan işəgötürən yaxud onun qulluğunda olan və 

adından çıxış edən şəxs

 



ərazinin  qanunvericiliyi  yaxud  həm  qəbul  edən,  həm  də  göndərən 

ölkələrin  səlahiyyətli  orqanları  arasında  bağlanılan  sazişlə  nəzərdə  tutulduğu 

hallarda ərazi hakimiyyətindən əvvəlcədən icazə almış özəl agentlik. 

Bu  sənəddə  həmçinin,  göstərilir  ki,  qeyri-qanuni  miqrasiyaya  şərait 

yaradan  şəxs  yaxud  təşkilat  müvafiq  məsuliyyətə  cəlb  olunacaqdır.  Bundan 

başqa,  BƏT-in  97№-li  Konvensiyasında  əmək  müqavilələrinin  yazılı 

rəsmiləşdirilməsinin  vacibliyi  və  əmək  miqrantlannm  muzd  müddəti,  əmək 

şəraiti və məzmunu, onun ödəniş səviyyəsi göstərilən sənədləri almaq hüququnun 

olması göstərilir. 

Miqrantlarm  əmək  haqqı  səviyyəsinin  və  əmək  şəraitinin  müəyyən- 

ləşdirilməsinə  dair  beynəlxalq  normalar  xüsusi  diqqətə  layiqdir.  BƏT-in 

sənədləri  miqrantlar  və  onların  olduğu  ölkənin  vətəndaşları  arasında  əmək 

haqqının  minimum  səviyyəsinin  bərabərliyi,  milli  qanunvericiliklə  nəzərdə 

tutulduğu  hallarda  isə  onlann  əmək  haqqının  məbləğinin  müəyyənləş- 

dirilməsində  iştirak  hüququnun  olmasını  bəyan  edir.  Bu  zaman  əmək 

miqrantlarına əmək haqqının mütəmadi qaydada və nağd şəkildə verilməsi şərti 

qoyulur. Qeyd edək ki, beynəlxalq hüququn bu mühüm norması işəgötürənlərin 

utanmadan muzdurların əməyini ödəmədiyi, bununla da onları və ailə üzvlərini 

aclığa, təhqirə və iztirablara düçar etdiyi dövlətlərdə açıq-aşkar pozulur. 

BƏT-in  97№-li  Konvensiyasının  9-cu  maddəsində  əmək  miqrantınm 

valyuta vəsaitlərini sərbəst surətdə vətəninə köçümıək hüququ təsbit olunmuşdur. 

Beynəlxalq  standartlarla  əmək  miqrantınm  olduğu  ölkədə  təhsil  almaq  yaxud 

ixtisas səviyyəsini yüksəltmək imkanları nəzərdə tutulur. Belə ki, BƏT-in 100 və 

151  №-li  Tövsiyələrində  miqrantlarm  təhsil  almaqda  qəbul  edən  ölkənin 

vətəndaşları  ilə  bərabər  hüquqlarının  olması  şərti  qoyulur.  BƏT-  in  əmək 

miqrantları haqqında 86 №-li Tövsiyəsi BƏT-in 97№-li Konvensiyasının əsasən 

əmək miqrantlannm infomıasiya ilə təmin olunması (III hissə), seçim və muzdla 

işə götümıə (IV hissə) məşğulluq sahəsində 

331 



rəftarın  bərabərliyi  (V  hissə)  məsələləri  üzrə  maddələrini  dolğunlaşdırır.  Bu 

sənəddə əmək miqrantlarmın vəsait çatışmazlığı və əmək bazarındakı vəziyyətin 

pisləşməsi  səbəbindən  vətənə  geri  göndərilməsindən  müdafiəsinə  yönəlmiş 

maddələr (IV hissə) də vardır. Həmin sənədə əlavədə dövlətlər arasında ikitərəfli 

müqavilələr bağlanarkən BƏT-in  97№-li Konvensiyasında və BƏT-in  86 №-li 

Tövsiyəsində nəzərdə tutulan müddəaların nəzərə alınması üçün məsləhət olunan 

nümunəvi mətn də verilir. 

BƏT-in  118№-li  Konvensiyası  ölkə  vətəndaşlarına,  əcnəbilərə  və 

vətəndaşlığı  olmayan şəxslərə sosial  təminat sahəsində bərabər hüquqlar  verir. 

Konvensiyanı  ratifikasiya  edən  dövlətlər  onu  imzalamış  bütün  dövlətlərin 

vətəndaşlarına  münasibətdə  ölkədə  qalma  müddətindən  asılı  olmayaraq  sosial 

təminatda bərabər hüquqlar verilməsi öhdəliyini qəbul edir. Tərəflərin istəyindən 

asılı  olaraq,  qəbul  edilən  öhdəliklər  bir  yaxud  daha  çox  sosial  təminatı  -  tibbi 

xidməti,  əmək  qabiliyyəti  itirildikdə  müavinəti,  pensiya  təminatını,  əmək 

qabiliyyəti müvəqqəti itirildikdə müavinəti, işsizliyə görə müavinəti və s. nəzərdə 

tuta bilər. 

BƏT-in miqrasiya sahəsində sui-istifadə və əmək miqrantlarmın sosial və 

vətəndaşlıq  hüquqlarının  bərabərliyinin  təmin  edilməsi  haqqında  143  №-li 

Konvensiyası  öz  ölkələri  ilə  müqayisədə,  olduğu  ölkədə  bütün  miqrantlarm 

bərabər  olmasını  nəzərdə  tutsa  da,  bəyan  edilmiş  bu  hüquq  milli 

qanunvericiliklərdə  çox  nadir  hallarda  öz  əksini  tapır  və  hər  yerdə  pozulur. 

Konvensiyanın  birinci  bölməsi  əmək  miqrantlarmın  hüquqlarına  riayət 

olunmasına dair ümumi tələbləri müəyyən edir. Sənədə müvafiq olaraq, dövlət öz 

ərazisində  qeyri-leqal  miqrasiyanı  aşkara  çıxarmalı  və  onun  azaldılmasına 

yönəlmiş tədbirlər həyata keçirməlidir. Konvensiyanın ikinci bölməsinə əsasən, 

dövlətin qarşısında qanuni əmək miqrantı qismində olan şəxslər və onların ailə 

üzvləri  ilə  davranışda,  məşğulluq,  sosial  təminat,  həmkarlar  təşkilatlarında 

iştirak,  digər  vətəndaşlıq  hüquqları  və  sosial  təminat  məsələlərində  öz 

vətəndaşları üçün nəzərdə tutulan eyni yanaşma tələbi qoyulur. 

BƏT-in 157 №-li Konvensiyasında (1982-ci il) əmək miqrantlarmın sosial 

təminat  sahəsində  hüquqlarının  təmin  olunmasının  beynəlxalq  sistemi  vardır. 

Aİ-nin 1990-cı illərdə qəbul etdiyi Konvensiya inkişaf etməkdə olan ölkələrdən 

miqrasiya  barədə  müddəaları  əsaslı  surətdə  inkişaf  etdirdi.  Bu  Konvensiyanın 

məqsədi  milli  sosial  təminat  sxemlərinin  ölkələrin  inkişaf  səviyyələrindəki 

fərqlər  nəzərə  alınmaqla  əlaqələndirilməsidir.  Məqrib  ölkələri  Şurasında  qəbul 

edilən xüsusi konvensiya ərəb regionunda miqrasiya ilə 

332 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə