Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə133/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   129   130   131   132   133   134   135   136   ...   306

bağlıdır.  Burada  ərəb  ölkələrində  hərəkət  sərbəstliyinin  təmin  olunması  üzrə 

tədbirlər nəzərdə tutulur. Bu tədbirlər 1990-cı illərdə və XXI əsrin ilk illərində 

ərəb  dövlətləri  tərəfindən  imzalanmış  beynəlxalq  müqavilələr  zərfində  inkişaf 

etdirilmişdir. 



13.4.

 

İnkişaf etmiş ölkələrin əcnəbi 

işçi qüvvəsinə münasibətdə siyasəti 

Qeyd etdiyimiz kimi,  İkinci Dünya müharibəsindən sonra  Qərbi Avropa 

ölkələri və onlardan bir qədər az ABŞ, işçi qüvvəsinin cəlb olunmasına bÖ3dik 

ehtiyac  duyurdu  və  buna  görə  də  iqtisadiyyatın  bəıpa  olunması  üçün  onun 

axınının  ölkələrinə  yönəldilməsinin  stimullaşdırıİması  yolunu  tutdu.  Əmək 

immiqrantları kütləsi 3 əsas axından ibarət idi: 

 

müstəmləkələrdən olan işçilər



 

Qərbi Avropanın iqtisadiyyatı geridə qalmış ölkələrindən (Yunanıstan, 



İspaniya, Portuqaliya və qismən İtaliya) olan işçilər; 

 



Şərqi Avropanın ərazilərindən köçürülmüş şəxslərdən olan işçilər. 

Bunlardan başqa, ABŞ-m aşağı ixtisaslı işçi qüvvəsini Cənubi və 

Mərkəzi Amerikadan cəlb etmək üçün hədsiz böyük imkanları həmişə olmuşdur. 

Qərbi Avropada miqrantlara münasibətdə ümumi dövlət siyasəti tədricən, 

yaranan daxili şərait və iqtisadi konyunktura nəzərə alınmaqla işlənib hazırlansa 

da, işləmək üçün ölkəyə kimin dəvət olunmasının prioritetləri hələ 1940-ci illərin 

sonu  -  1950-ci  illərin  əvvəlində  müəyyənləşdirilmişdi.  Onlardan  bəzilərini 

nəzərdən keçirək. 



Avropada  qasterbayterlərə  qarşı  tələblər.  Bu  tələblər  miqrantların 

müxtəlif kateqoriyalarına şamil olunur: minimal ödəniş müqabilində ağır, ziyanlı, 

ixtisas tələb olunmayan işləri yerinə yetinnəyə hazır olan fəhlələr; yeni sahələrdə 

və istehsallarda işləmək üçün müsabiqə əsasında işə qəbul olunan mütəxəssislər; 

nadir peşə sahibləri, o cümlədən həkimlər, musiqiçilər, alimlər və idmançılar; öz 

layihələrini həyata keçirmək istəyən biznesmenlər. 

Təhsil  səviyyəsinə,  istehsal  təcmbəsinə  (iş  üzrə  staj)  dair  ciddi  tələblər 

müəyyən olunmuşdu. Belə ki, iş iddiası ilə ölkəyə gələn şəxs orta məktəbi yaxud 

texniki-peşə məktəbini bitirməli və bu, müvafiq diplomla təsdiqlənməli idi. Yaş 

məhdudiyyətləri  (20-40  yaş),  tibbi,  sosial  və  siyasi  xarakterli  şərtlər 

müəyyənləşdirilmişdi (məsələn, məhkumluğu olmuş şəxslər ölkəyə buraxıl- 

333 



mırdı).  Hər  bir  ölkə  kvota  (kəmiyyət  məhdudi]/yəti)  müəyyənləşdirir,  hər  il 

immiqrantlarm  ixtisas  səviyyəsi  və  peşəsinə  dair  tələbləri  yeniləşdirirdi.  Aİ 

yaradıldıqdan  sonra  Birliyin  ölkələri  işçi  qüvvəsinin  miqrasiyasını  qismən 

kollektiv şəkildə həyata keçinnəyə başlamışdır. AİB-in yaradılması haqqında 25 

mart 1957-ci il Roma Müqaviləsi «üzv-dövlətlər arasında şəxslərin, xidmətlərin 

və kapitalın sərbəst hərəkəti qarşısında maneələrin aradan qaldırıldığını» bəyan 

edirdi.  Roma  Müqaviləsinin  48-ci  maddəsində  vətəndaşların  onu  imzalayan 

ölkələrin  ərazisində  sərbəst  hərəkəti  və  «Ümumi  Bazar»  hüdudlarında  faktiki 

təklif  olunan  işləri  qəbul  etmək  imkanı,  49-cu  maddəsində  isə  bu  məqsədlə 

xüsusi  dövlət  təşkilatlarının  yaradılması  nəzərdə  tuturdu.  Əcnəbi  işçilərə 

münasibətdə hər cür ayrı-seçkiliyin aradan qaldırıldığı bəyan olunurdu. 

«Hərəkət  sərbəstliyi»  üç  mərhələdə  həyata  keçirilmişdir.  Birinci 

mərhələdə işə götürülərkən həm AİB-dən, həm də istənilən başqa ölkədən olan 

mühacirlərlə  müqayisədə  ölkənin  işçilərinə  üstünlük  verilməsi  qalırdı.  İkinci 

mərhələdə  yerli  işçilərin  «Ümumi  Bazar»  iştirakçısı  ölkələrindən  olan 

mühacirlərlə  müqayisədə  imtiyazları  qismən  ləğv  olundu.  Üçüncü,  yekun 

mərhələdə boş iş yeri tutularkən, işçilərin hər hansı bir kateqoriyasına üstünlük 

verilməsini aradan qaldırırdı (təbii ki, iddiaçı AİB ölkəsindən gəlmişdirsə). AİB 

daxilində bu cür tam həcmdə hərəkət sərbəstliyi rəsmi olaraq 1969-cu ildən tətbiq 

edilmişdi. 

Roma  Müqaviləsi  əsasında  hazırlanan  proqram,  bir  tərəfdən  işçilərin 

hərəkət sərbəstliyini nəzərdə tutsa da, digər tərəfdən, ölkələr yalnız ucuz deyil, 

həm də peşə hazırlığı yüksək olan işçi qüvvəsini cəlb etməyə səy göstərdiyi üçün 

əcnəbi  işçilərdən  istifadə  olunması  qarşısında  pilləli  maneələr  sistemi 

müəyyənləşdirirdi. Məsələ «Ümumi Bazar» hüdudları ilə məhdudlaşmırdı. Qərbi 

Avropa ölkələrinin çoxunda işçi əllərinin çatışmazlığı əmək resurslarının AİB-ə 

daxil olmayan ölkələrdən cəlb olunmasını tələb edirdi. Tezliklə Şimali Afrika və 

Yaxın  Şərq  ölkələrinin  (əsasən  keçmiş  müstəmləkələrin)  AİB-in  assosiasiya 

olunmuş  üzvü  statusunu  əldə  etməsi  onlara  Birliklə  xüsusi,  o  cümlədən  əmək 

miqrasiyası sahəsində əlaqələr quraraq imkanı verdi. 



Immiqrasiyanın 

tənzimlənməsi. 

Avropa 


quruculuğunun 

ilkin 


mərhələlərində  AİB-in  yaradılması  ayrı-ayrı  ölkələrin  əcnəbi  işçilərin  qəbulu 

barədə  müqavilələr  bağlaması  imkanını  istisna  etmirdi.  Belə  ki,  Fransa  bu  cür 

müqavilələri 1963-cü ildə Mərakeş və Tunislə, 1964-cü ildə Əlcəzairlə, 1965- ci 

ildə Türkiyə ilə bağlamışdır. İmmiqrasiya üzərində hökumət nəzarəti 

334 



qoyulmuş,  bir  çox  donor-ölkələrdə  isə  köçməyə  namizədlərin  sağlamlıq 

vəzi)^ətini  və  peşə  hazırlığım  yoxlayan  fransız  missiyaları  açılmışdı.  İşçi 

qüvvəsinin  axını  mütəşəkkil  xarakter  almış  və  burada  18-45  yaşı  olan  yüksək 

ixtisaslı fəhlələrə üstünlük verilirdi. Əvvəllər kənd sakinləri üstün olduğu halda, 

immiqrantlarm bö}mk (Vs) hissəsi şəhərlərdə məskunlaşırdı. 

Fransanın  Əleəzairlə  müqaviləsində  (1964)  kvota  müəyyənləşdirilirdi: 

Əleəzair  Milli  İşçi  Qüvvəsi  Departamenti  12  min  fəhlə  götürür,  9  ay  ərzində 

vətəndaşlara Fransada iş axtarmaq imkanı verir, uğursuzluq halında isə vətənə 

qayıtmağa məcbur edirdi. Mərakeşdə və Tunisdəki milli immiqrasiya mərkəzləri 

də həmin işi yerinə yetirirdi. 

Bir qədər sonra İngiltərə də öz immiqrasiya siyasətində təqribən bu cür 

metodları tətbiq etdi. Belə ki,  «Banqladeş İnsan Resursları Bürosu», «Pakistan 

Miqrasiya  Bürosu»  və  s.  açılmışdı.  İstanbulda  büro  açan  AFR  da,  bu  tərzdə 

hərəkət  etməyə  başlamışdı.  İkitərəfli  müqavilələr  rəsmi  olaraq  bərabər  hüquq 

əsasında bağlanırdı. Miqrasiya siyasətində donor-ölkələrin müəyyən hüquqlara 

nail olmasına baxmayaraq, tərəflərin zahiri bərabərliyi şəraitində işçi qüvvəsinin 

qəbul edilməsində həlledici söz Avropa dövlətlərinə mənsub idi. 

1970-ci illərin ortalarında Qərbin sənayeləşmiş ölkələrinin, demək olar ki, 

hamısı əcnəbi işçilərin ölkəyə gəlməsini məhdudlaşdıran qanunvericilik aktları 

qəbul  etdi,  miqrantlarm  axını  xeyli  zəiflədi,  amma  onların  ümumi  sayı 

1973-1974-cü  illərdə  yalnız  Avstriya,  AFR  və  İsveçdə  azaldı,  Fransa  və 

Belçikada əvvəlki səviyyədə qaldı, qalan ölkələrdə isə artmaqda davam edirdi. 

Bu,  immiqrantlarm  çoxunun  vətənə  qayıtmaması,  sadəcə  olaraq  bir  ölkədən 

başqasına,  məsələn,  AFR-dan  Fransaya  köçməsi  ilə  izah  edilir.  Belə  vəziyyət 

Qərbi Avropa dövlətlərində narazılıq doğururdu. Buna görə də Fransada əlavə 

addımlar atıldı: 1997-ci ildə ölkəni ödənişsiz tərk etmək hüququ yalnız burada ən 

azı  5  il  işləyənlərə  verildi.  Bundan  əlavə,  hər  bir  ailəyə  Fransaya  bir  daha  iş 

axtamıaq  məqsədilə qayıtmamaq şərti ilə 10 min frank ödənilirdi. 1980-ci  ilin 

məlumatlarına görə, ümumi sayı 3,4 milyon olan əcnəbi əhalinin 76 min nəfərinə, 

yəni  cəmi  2,2%-nə  bu  cür  39  min  müavinət  verilmişdi.  1981-ci  ildən 

müavinətlərin verilməsi dayandırıldı. 

1981-ci  ildə  iqtisadi  resessiya  nəticəsində  AFR  immiqrasiya  ölkəsi 

olmadığını bəyan etmək məcburiyyəti qarşısında qaldı, 1982-ci ildən isə ölkəyə 

daxil olmaq üçün vizada geri qayıtmaq öhdəliyinin rəsmiləşdirilməsinə başlandı. 

Qanunun sərtləşdirilməsi, ilk növbədə, AİB üzvü olmayan dövlətlərdən gəlmiş 

işçilərə şamil olunurdu. 1983-cü ildən AFR vətəninə 

335 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə