Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə134/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   130   131   132   133   134   135   136   137   ...   306

qayıtmaq  istəyənə  10,5  min  marka,  hər  uşağa  görə  1,5  min  marka  verməyə, 

habelə sosial sığorta fonduna ödənilmiş haqları geri qaytannağa başladı. 

Bir  çox  hallarda  immiqrantlarm  ölkədən  kütləvi  halda  məcburi 

köçürülməsi  tətbiq  olunurdu.  Belçika  ictimai  əmin-amanlığa  və  milli 

təhlükəsizliyə təhlükə yarada bilən şəxslərin ölkədən çıxarılması barədə qanun 

qəbul  etdi.  1980-1990-cı  illərdə  başqa  Qərbi  Avropa  dövlətləri  də  işçilərin 

məcburi qaydada köçürülməsi barədə qanunlar qəbul etdi. 

Böyük Britaniya da ölkəyə daxilolmada məhdudiyyətlər tətbiq etdi. Onun 

yeni qanunları ərlə arvadı, valideynləri uşaqlardan ayırırdı. 1980-1990-cı illərdə 

İngiltərəyə  gəlmək  icazəsi  gözləyənlərin  90%-i  ailəsinin  ölkədə  yaşayanlarla 

birləşdirilməsini  tələb  edən  arvadlardan,  ərlərdən  və  valideynlərdən  ibarət  idi. 

Ancaq  verilən  icazələrin  sayı  getdikcə  azalırdı;  1980-ci  illərdə  ölkəyə  gəlmək 

üçün verilən ərizələrin 36%-i, 1990-cı illərdə 34%-i rədd edilmişdi. İngiltərədə 

yaşayan və işləyən ərlərinin yanına gəlməsinə icazə verilməyən arvadları ifadə 

edən  «immiqrasiyanm  dul  qadınları»  ifadəsi  meydana  çıxdı.  Vizalar  yalnız 

yüksək ixtisaslı yaxud böyük təcrübəsi olan işçilərə verilirdi. 

Qərbi  Avropada  başlayan  uzunmüddətli  iqtisadi  canlanma  dövrü 

dövlətlərin  viza  təcrübəsinə  nəzərəçarpan  dəyişikliklər  gətirdi.  1985-ci  ildə 

Lüksemburqun  Şengen  kəndində  5  təşəbbüskar  ölkə:  Belçika,  Niderland, 

Lüksemburq, Fransa və AFR bu qrupa daxil olan ölkələr arasındakı sərhədlərin 

insanların hərəkəti üçün maneə olmadığı, yəni həmin ölkələrdən birində verilən 

vizanın  başqalarında  da  tanınması  barədə  saziş  imzaladı.  1990-cı  illərin 

əvvəlində  Şengen  sazişini  daha  4  ölkə:  İtaliya,  Yunanıstan,  İspaniya  və 

Portuqaliya imzaladı. Bu saziş 1995-ci ildən qüvvəyə mindi. 

1990-cı  illərdə  Qərbi  Avropanın  bir  sıra  ölkələri  öz  immiqrasiya 

qanunvericiliyini  sərtləşdirdi.  Belə  ki,  1993-cü  ilin  yeni  qanununa  əsasən 

işəgötürən  inkişaf  etməkdə  olan  ölkə  vətəndaşının  müvafiq  peşə  üzrə  nə 

Fransada, nə də Aİ-nin başqa ölkələrində münasib iş tapa bilməməsi səbəbindən 

dəvət  olunduğunu  sübuta  yetimıəli  idi.  Yalnız  Fransada  2  il  yaşadıqdan  sonra 

miqrant öz arvadını yanma çağınuaq hüququ əldə edirdi, tələbələrin isə ailələri 

ilə birləşmək hüququ, ümumiyyətlə, yox idi. 

Avropa  İttifaqında  miqrantlar  haqqında  Dublin  Sazişi  qüvvədədir  və 

problemə  ümumi  yanaşmalar  ona  əsasən  müəyyən  olunmuşdur.  Bununla  belə, 

miqrantların qəbulu haqqında qərarı İttifaqın ölkələri müstəqil olaraq qəbul edir. 

Avropa ölkələrində immiqrantlarm sayının artması qaçılmazdır və 

336 



ekspertlərin hesablamalarına görə, 2020-ci ilədək Qərbi Avropa 30 milyon adamı 

qəbul edəcək. Mütəxəssislərin və Avropanın siyasi xadimlərinin fikrincə, Aİ-nin 

bu  sahədəki  siyasəti  təzahürün  miqyasına  müvafiq  deyil,  Aİ  ölkələrinin 

ərazisində  yaşayan  üçüncü  ölkə  vətəndaşlarının  sosial-iqtisadi  uyğunlaşması 

məsələləri, miqrant axınları üzərində nəzarət üçün inzibati tədbirlərin görülməsi 

isə  təxirəsalınmazdır.  İndi  Avropa  hökumətlərində  və  Brüsseldə  immiqrasiya 

kvotaları  haqqında  məsələ  fəal  müzakirə  olunur,  amma  aydındır  ki,  Aİ  öz 

sərhədlərini qapamağı (Rusiyanın 2002-ci ildə etdiyi kimi) planlaşdırmır. İqtisadi 

artım  və  Avropa  ölkələrinin  rəqabət  qabiliyyətinin  güclənməsi,  miqrasiya 

proseslərinin  idarə  olunmasına  və  immiqrantlarm  Avropa  cəmij^ətlərinə 

uyğunlaşdırılmasına iri məbləğdə investisiya qoyuluşlarını nəzərdə tutan düzgün 

planlaşdırılmış  immiqrasiya  siyasəti  olmadan  mümkün  deyil.  Bəzi  təhlilçilər 

olimpiya  obyektlərini  Beynəlxalq  Olimpiya  Komitəsinin  müəyyən  etdiyi 

müddətlərdə  təhvil  vermək  üçün  Yunanıstanın  keçmiş  Makedoniyadan  40  min 

inşaatçını qəbul etməsini pozitiv nümunə kimi göstərirlər. 

2004-cü  ildə  Aİ-nin  Siyasi  Qaçqınlar  haqqında  Saziş  qəbul  etməsi  bu 

mürəkkəb  məsələnin  hüquqi  baxımdan  tənzimlənməsi  istiqamətində  ciddi 

irəliləyiş  hesab  olunur.  Saziş  2005-ci  ildə  qüvvəyə  minmişdir.  Aİ-nin  bir  çox 

dövləti  «sərhəd  məkanı»nm  yaradılmasının  vahid  qaydalarını  tətbiq  etmək 

qərarına gəldi və bu məqsədlə Maastrix Müqaviləsində işçi qüvvəsinin Avropa 

İttifaqı  daxilində  sərbəst  hərəkətinə  dair  bənd  də  nəzərdə  tutulmuşdu.  1994-cü 

ildən  Aİ  ölkələri  vahid  nümunəli  kağızları  verməyə  başlasalar  da,  işçilərin 

hərəkətinə qoyulan məhdudiyyətlər aradan tam qaldırılmamışdı. 

1990-cı,  xüsusilə  də  XXI  əsrin  ilk  illərində  sənaye  ölkələrinə  imtiyazlı 

qaçqın statusu əldə etməyə iddialı olan adamların axını xeyli artmışdı. Bu statusu 

alan  qaçqınlar  müəyyən  sosial  imtiyazlardan  yararlandığına  görə  işlə  bağlı 

məsələləri daha asan həll edirdilər. 

Qərbin  əmək  miqrasiyasına  münasibətdə  yeni  yanaşmaları  bunlardan 

ibarətdir:  birincisi,  resipiyent-ölkələr  yüksək  ixtisaslı  kadrlar  üçün  müəyyən 

istisnaları  saxlayaraq,  əcnəbilərin  ölkəyə  gəlməsinin  qarşısını  kəskin 

məhdudlaşdırdı. İkincisi, onlar əcnəbi işçilərin ölkədən getməsini maddi cəhətdən 

həvəsləndirirdilər (bəzi hallarda məcburən köçürürdülər). Üçüncüsü, bəzi Qərbi 

Avropa ölkələrində immiqrantlarm vətənə qayıtdıqdan sonra oradakı iş şəraitinə 

alışdırılması  üzrə  kurslar  təşkil  olunmuşdu.  Nəticədə  əcnəbi  işçilərin  sayının 

artması tempi kəskin aşağı düşdü. İşçi qüvvəsinin Şərq 

337 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə