Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə14/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   10   11   12   13   14   15   16   17   ...   306

inkişafda  bərabər  iştirakı  üçün  şərait  yaradılmasına  xidmət  edir.  Qlobal 

səviyyədə isə demokratik normalar yoxsul ölkələrin, marjinal  cəmiyyətlərin və 

ayrı-seçkiliklə  yanaşılan  azlıqların  qərarlar  qəbul  edilməsində  iştirakının  və 

səsvermə hüququnun təmin olunmasında mühüm əhəmiyyətə malikdir; 

5)

 

azlıqların  müdafiəsi.  Azlıqlara  qarşı  ayrı-seçkilik  tanmılmama,  siyasi 



hüquqlardan  məhrumetmə,  zorakılıq,  o  cümlədən  etnik  və  dini  mənsubiyyətə 

görə  ictimai-siyasi  həyatdan  təcridolunma  fonnalarında  hər  yerdə  pozulur. 

Azlıqlar milli və qlobal cəmiyyət çərçivəsində qəbul edilənə və bərabər hüquqlar 

alana qədər qlobal etika ümumbəşəri ola bilməz. Bu prosesdə etnik tolerantlığın 

bərqərar olması, sözsüz ki, başlıca rol oynayır. Bir çox silahlı münaqişələr, hətta 

müharibələr etnik və dini amillərlə əlaqəlidir. 



Münaqişələrin  sülh  yolu  ilə  həlli  və  ədalətli  danışıqlar.  Ədalətlilik  və 

bitərəflik qərəzli əxlaqi  prinsiplərin  zorla qəbul  etdirilməsi  yolu  ilə əldə  oluna 

bilməz. İxtilaflar yalnız danışıqlar yolu ilə həll edilməli, özü də, bütün tərəflər səs 

hüququna  malik  olmalıdır.  Amma  qlobal  etika  sülhə,  inkişafa  yaxud 

müasirləşməyə  aparan  yeganə  yol  deyil.  O,  yalnız  cəmiyyətlər  tərəfindən 

problemlərin sülh yolu ilə həllinə imkan yaradan zəmindir'. 

Bizim  fıkrimizcə,  müasir  dövrdə  müharibə  problemlərinin  Foma 

Akvinskinin  mülahizələri  ruhunda  «ədalətli  müharibələr»  və  «ədalətsiz 

müharibələr»  kimi  təfsir  olunması  aktual  deyil.  Bütün  müharibələr  və  daxili 

silahlı münaqişələr ədalətsizdir və onlar yalnız hökumətlərin xalqın rifahı və sülh 

naminə  ona  xidmət  etmək  vəzifəsinə  məsuliyyətsiz  yanaşmasını,  beynəlxalq 

təşkilatların  müharibələr  və  silahlı  münaqişələr  baş  verdiyi  hallarda  onların 

qarşısının  alınması  yaxud  aradan  qaldırılması  üzrə  nizamnamə  öhdəliklərini 

yerinə yetirməkdə acizliyini ifadə edir. 



Xülasə 

•  Beynəlxalq  iqtisadi  münasibətlər  -  dünya  iqtisadi}^atı  subyektlərinin 

beynəlxalq  əməkdaşlıq  və  bu  əlaqələrin  tənzimlənməsi,  habelə  başqa  mühüm 

sahələrin, o cümlədən müasir dövrün qlobal problemlərinin həlli üzrə fəaliyyətini 

birləşdirən 

təsərrüfat, 

elmi-texniki, 

istehsal-idarəçilik, 

kommersiya, 

valyuta-maliyyə münasibətlərinin ümumdünya sistemidir. 

^  World  Commission  on  Culture  and  Devolopment  1995.  UN,  2000;  Доклад  ООН  о  развитии 

человека-2004. С. 108, 



37 


 

Beynəlxalq iqtisadi münasibətlərin təhlili və öyrənilməsində dövlətlərin 



iqtisadi  tarixi  başlıca  əhəmiyyətə  malikdir.  Digər  amillərlə  birlikdə,  0,  dünya 

təsərrüfatında  baş  verən  proseslərin  tipologiyasım  müəyyənləşdirməyə  imkan 

verir. Söhbət iqtisadiyyatın milli təsərrüfatları arasında əlaqələri müəyyən edən 

tipik  münasibətlərdən  gedir.  Bu  isə,  öz  növbəsində,  həmin  münasibətlərin 

xüsusiyyətlərinin  müəyyənləşdirilməsini,  onların  eyniləşdirilməsini,  BİM 

agentlərinin  bir-birinə  qarşılıqlı  təsirinin  nəticələrinin  və  aqibətinin,  onlar 

tərəfindən qlobal iqtisadiyyata ötürülən siqnalların aşkar olunmasını tələb edir. 

Metodoloji baxımdan BİM fənni üçün: dünya təsərrüfatı əsasında BİM-in birinci 

mərhələsinin nə vaxt başlanması; sonra hansı mərhələlərdən keçəcəyi, onların nə 

ilə  xarakterizə  ediləcəyi  və  təkamülünün  necə  baş  verəcəyi;  qlobal  böhranın 

BİM-in vəziyyətinə hansı təsirləri göstərəcəyi və həm BİM formalarının, həm də 

bütövlükdə bu sistemin hansı yönümdə inkişaf edəcəyi; beynəlxalq tənzimləmə 

qurumlarının hansı dəyişikliklərə məruz qalacağı məsələləri vacibdir. 

BİM-in  əsasını  ümumi  iqtisadi  nəzəriyyə  və  dünya  iqtisadİ3^atmın 

nəzəriyyəsi  təşkil  edir.  Dünya  iqtisadiyyatı  BİM-in  elmi-texniki  tərəqqinin  və 

beynəlxalq  əmək  bölgüsünün  güclü  təsiri  altında  olan,  dinamik  inkişaf  edən 

formaları  tərəfindən  hərəkətə  gətirilən  ümumi  baza  qismində  çıxış  edir.  Buna 

görə də BİM-in fonnalarmm sayı, o cümlədən elmi-texniki informasiya və əqli 

əmək məhsullarının mübadiləsi kimi variantları kifayət qədər böyük sürətlə artır; 

təhsil, elm, mədəniyyət sahələrində münasibətlər, işgüzar və kommersiya BİM-in 

müasir dövrün qlobal problemləri sahəsində fəaliyyət kimi sahəsi də inkişaf edir. 

Bütün bunların məcmusu BİM-in məzmununu təşkil edir. 

 

BİM fənni  çərçivəsində  öyrənilməli  olan əsas məsələləri (problemləri) 



şərti və bitkin olmayan halda aşağıdakı şəkildə fərqləndirmək olar: 

 



beynəlxalq  ticari-iqtisadi  axınlar  və  onların  iqtisadi  diplomatiya 

adlandırılan sahə də daxil olmaqla, tənzimlənməsi

 

xarici valyuta, dövlətlərin və beynəlxalq təşkilatların maliyyə-kredit 



sahəsində fəaliyyəti

 



beynəlxalq ticarətin və ticarət siyasətinin beynəlxalq tənzimləyiciləri 

və tərkib hissələri kimi, gömrük qaydalarının işlənib hazırlanması, tətbiqi 

və təkmilləşdirilməsi; 

 



dünya iqtisadiyyatında və onun milli iqtisadi altsistemlərində əmtəə 

axınlarının dunnadan genişlənməsi prosesində meydana çıxan münasi- 



38 


bətlər və qarşılıqlı əlaqələr; 

 



beynəlxalq  əməkdaşlığın  və  yaranan  vəziyyətlərin  beynəlxalq 

tənzimlənməsi  mexanizmini  təşkil  edən  aparıcı  beynəlxalq  qurumların, 

valyuta-maliyyə,  ticarət  və  digər  tənzimləyici  dövlətüstü  idarə  və 

təşkilatların fəaliyyəti. 

 

Dünya elmi ədəbiyyatında bərqərar olmuş yanaşmaya əsasən beynəlxalq 



iqtisadi  münasibətlər  sisteminin  müxtəlif  və  mürəkkəb  məsələlər  kompleksi 

inkişaf etmiş kapitalist, inkişaf etməkdə olan və transformasiya olunan ölkələrin 

üç qrupu üzrə BİM-in öyrənilmə obyektini təşkil edir. Ümumilikdə, bu ölkələrin 

beynəlxalq  iqtisadi  əlaqələri  qarşılıqlı  təsir  və  qovuşma  nəticəsində  qlobal 

iqtisadi  əlaqələrin  vahid  sisteminin  mürəkkəb  bünövrəsini  yaradır.  Həmin 

mürəkkəb  problemlər  kompleksi  BİM-in  aşağıdakı  səviyyələrdə  öyrənilməsini 

nəzərdə tutur: 

 



əməkdaşlığın  və  ümumdünya  təsərrüfatçılıq  sahəsində  dünya 

iqtisadiyyatının, onun bütün mürəkkəb münasibətlər və qarşılıqlı əlaqələr 

kompleksinin qlobal səviyyəsi

 



tənzimləmənin  və  əməkdaşlığın  tənzimlənməsinin  dövlətüstü 

orqanları  rolunda  çıxış  etməklə  yanaşı,  beynəlxalq  maliyyə-təsərrüfat 

əlaqələrinin  inkişafının  fomıası  olan  beynəlxalq  maliyyə-iqtisad 

təşkilatlarının və idarələrinin səviyyəsi. 

 

Ayrı-ayrı ölkələrin xarici iqtisadi siyasəti, habelə dünya birliyi tərəfindən 



qəbul  edilən  dövlətüstü  təsisatların  (məsələn,  GATT,  ÜTT)  müəyyənləşdirdiyi 

beynəlxalq qaydalar dünya bazarlarında malların, xidmətlərin və investisiyaların 

hərəkətinə əhəmiyyətli dərəcədə təsir göstərir; BİM-də bu məsələlər üzrə (misal 

üçün,  valyutaların  məzənnələri  barədə)  kəskin  münaqişələr  meydana  çıxır; 

beynəlxalq  bazarlarda  qiyməqoymanm  transformasiyası  nəticəsində  əmtəələrin 

qiymətləri beynəlxalq qiymətlərə yaxınlaşır. Müasir dünya bazarı təkcə mallar və 

xidmətlərlə  ticarəti  deyil,  həmçinin,  kapitallar,  innovasiyalar,  lisenziyalar 

bazarlarını, turizm sektorunu, insanların müxtəlif fonuada yerdəyişməsini əhatə 

edir. Bütün bunlar BİM-in inkişaf etmiş formaları vasitəsilə reallaşdırılır. 

39 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə